Uşaq tərbiyə edərkən onunla qurduğunuz ünsiyyət forması çox əhəmiyyətlidir. Bu ünsiyyət formasının, həyat boyu onunla qurulacaq əlaqənin təməlini təkil edəcəyini söyləyən mütəxəssislər, doğru ünsiyyətin 6 qızıl qaydasını açıqlayıblar.
Bagcam.az həmin qızıl qaydaları təqdim edir:
- Əvvəlcə uşağınızı yaxşı dinləməyi öyrənməlisiniz. Onu dinləyirmiş kimi etməyin, bunu dərhal hiss edəcək. Əgər bir işiniz varsa, bir az gözləməsini və birazdan onu qulaq asacağınızı söyləyin.
- Səhv hərəkət etsə belə, o haqda danışmamışdan əvvəl onun müsbət keyfiyyətlərindən bəhs edin. Beləliklə, ona qarşı sevginizin əskilmədiyini hiss etdirəcəksiniz. Müsbət keyfiyyətlərindən sonra isə mənfi hərəkətlərindən danışıb həll yollarını birgə tapmalısınız.
- Gün ərzində ona yaşına uyğun işlər tapşırın. Etdiyi hər işə görə isə ona təşəkkür etməyi unutmayın.
- Söz verdiyiniz şeylərə mütləq əməl edin. Əks halda sizə qarşı güvəni azalacaq.
- Onu sevdiyinizi dilə gətirməlisiniz. Sevgiylə böyüyən bir uşaq həyata qarşı daha güclü olur.
- Ana və ata olaraq hər axşam övladınızla xüsusi təkrarlanan fəaliyyətlər planlayın. Bir uşaq üçün ananın yeri ayrı, atanın yeri ayrıdır. Bu səbəblə bir-birinizin rollarını almaq üçün səy göstərməyin. Hər axşam sizinlə ən az bir şey edəcəyini bilməsi onu xoşbəxt edər, rahatlaşdırar və əlaqənizi gücləndirər.
Mənbə: e-psikiyatri.com