Uşaq psixoloqundan uşaqları real həyata hazırlamaq üçün tövsiyələr

psixoloqBu günlərdə hər kəs bütün insanlıq üçün narahatlıq keçirir. Bunun səbəbi baş verən terror hadisələri, Amerikada prezident seçkiləri zamanı kampaniyaların tərzi, insanların dəhşətli şeylər qarşısında empatiya hiss etməkdən yorulması ola bilər.

Bir şey əskikdir. Bu, müsbət yönlərimizi müəyyən edən şeylərdir. Empatiya – bir davranışın başqalarına necə təsir edəcəyini anlamaq, anlaşılmazlıqları həll etmək və dürüstlük kimi xüsusiyyətlər əskikdir.

David Brooksun, “Xaraket yaratmaq” kitabında yazdığı kimi, həmişə məşğul olduğumuz, daima iş dalınca qaçdığımız, diqqətimizi cəmləşdirə bilmədiyimiz, müvəffəqiyyəti və statusu qiymətləndirdiyimiz bu dünyada belə xüsusiyyətlərin əhəmiyyətini göz ardı etmək çox asandır.

Bəs biz gələcək nəslə bu xüsusiyyətləri öyrədib, davranış modelləri olaraq göstəririkmi? Böyüklərin sözünün keçdiyi və bir çox valideynlərin hardasa avtomatik olaraq tətbiq etdiyi, rəğbət görən valideynlik strategiyalarının çoxunda vəziyyət belə deyil. Ertələmək, üçə qədər saymaq, alınan və geri verilən imtiyazlar  yetişkinlərin yönləndirilməsiylə irəliləyən və insan məqsədlərinə nail olmağa əsaslanan birtərəfli strategiyalardır.

Başqa bir seçim varmı? Mən gücü kənara buraxıb və valideynlərin uşaqlarına təsir göstərəcək ortaqlığa istiqamətlənməyin tərəfindəyəm. Bir uşağın özünün münasibətləri ya da həyatına təsir edən problemlər haqqında danışması onu həyata mükəmməl şəkildə hazırlayır; bu, kor-koranə itaət etməkdən daha yaxşı bir hazırlıqdır.

Hər bir valideynin müəyyən bir gözləntəsi vardır. Uşağınız bir gözləntini qarşılamaqda çətinlik çəkirsə, deməli problemi həll etmək lazımdır. Əsas məsələ bu problemlərin necə həll edildiyidir. Problemləri birtərəfli və ya birgə həll etmək vacibdir.

Bir problem əməkdaşlıq yolu ilə necə həll edilə bilər? Bu proses üç addımdan ibarətdir: Empatiya mərhələsində, böyüklər uşağın narahatlığını və ya düşüncələrini anlamaq üçün məlumat alır. Yetkinlərin öz narahatlıqlarını qiymətləndirdiyi mərhələ, bu narahatlıqların müəyyənləşdirilməsi mərhələsidir. Dəvət mərhələsində isə uşaq və böyüklər hər iki tərəfi razı salacaq və hər iki tərəfin narahatlığını nəzərə alacaq bir həll tapırlar.

Modeli tətbiq edərkən aşağıdakı nüanslar nəzərə alınmalıdır:

Hansısa gözləntilərin yerinə yetməyəcəyi proqnozlaşdırıla bilər: Uşaqlar və valideynlər heç bir həll yolu tapmadan gözləntilər üçün hər gün müzakirə edirlər. Uşağınızın qarşılamaqda çətinlik çəkdiyi gözləntilərin siyahısını hazırlayın. Siyahıda qarşılanmayacağını əvvəlcədən görə biləcəyiniz hər gözlənti, həqiqətən danışmaq və əvvəldən həll edilə biləcək bir problemdir.

Geri çəkilmirsiniz, problemi həll edirsiniz: Bunu övladınızla birgə edirsiniz. Problemləri bu formada həll etdiyinizdə, öz səlahiyyətinizi itirmiş olmursunuz, əksinə problem həll edərkən bir ortaq qazanırsınız.

Üç addım da həqiqətən vacibdir: Uşağınızın narahatlıqları bitmədiyi müddətcə problemlər həll edilməyəcəkdir. Eyni şəkildə bu, sizə də aiddir. Tapılan həll yolu hər iki tərəfin də narahatlıqlarına xitab etmirsə, problem tamamilə həll edilmiş sayılmaz.

Sadəcə problem həll etmirsiniz, eyni zamanda bir insan böyüdürsünüz: Uşağınızla aranızdakı problemləri həll etdiyinizdə, bu anlaşmazlıqlardan xilas olmuş olursunuz. Amma yuxarıda qeyd etdiklərimizə əməl etmək sizə problem həll etməkdən daha artığını qazandırır. Empatiya mərhələsində uşağınız öz düşüncələrini və qayğılarını ifadə edib, dilə gətirməyə alışır. Bu isə onun irəlidə çox ehtiyac duyacağı vacib bir həyat bacarığıdır.

Bunu bir vərdiş halına gətirin: Problemləri sadəcə arada-bir ya da birtərəfli həllər işə yaramayanda birlikdə həll etməyin, bunu həmişə edin. Müddət çətin olsa da, üzərində işlədiyiniz bacarıqlar üçün mübarizə aparmağa dəyər.

Mənbə: egitimpedia.com