“Valideynlər azyaşlı uşaqlar və körpələrdə heç bir əlaməti nəzərdən qaçırmamalıdır. Çünki bəzən uşağın davranışında adi görürən hansısa dəyişikik ciddi nevroloji problemlərdən xəbər verə bilər”.
Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış mütəxəssis, Azərbaycan Tibb Universitetinin nevrologiya kafedrasının professoru Zakir Əliyev deyib. O bildirib ki, müasir dövrdə uşaqlar arasında nevroloji patologiyalar əsasən dörd istiqamətdə müşahidə olunur: əqli inkişafdan geri qalma, yaddaşdan kəmlik, hərəkətin zəifləməsi (iflic, parezlər) və qıcolmalar (epilepsiyalar).
“Əgər həkim bu dörd əlamətin hər birini heç olmasa 5 faiz aşağı sala bilirsə, bu, böyük göstərişdir. Lakin bu əlamətlərin üçünün eyni uşaqda olması artıq fəlakətdir”, – deyə həkim qeyd edib.
Z.Əliyev bildirir ki, valideynlər də nevroloji problemləri olan uşaqların müalicəsinə ciddi yanaşmırlar: “Məsələn, qıcolma kəsilən kimi, dərmanları yarımçıq saxlayır, müalicəni davam etdirmirlər: “Əgər müalicəyə düzgün əməl olunmasa, uşaqlarda tutmalar düzəlsə də, əqli problemlər həll olunmayacaq. Bəzən valideynlər uşağın özünü yerə çırpmasına da adi hal kimi, şıltaqlıq kimi yanaşırlar. Halbuki, bu, problemlərdən xəbər verir. Bu məsələlərlə bağlı mediada, televiziyalarda maarifləndirici verilişlər artırılmalıdır ki, valideynlər bu haqda daha çox məlumatlı olsunlar”.