Uşağınız sizi vurursa, neyləyə bilərsiniz?
1. Evinizdə şiddətə yer verilmədiyini anlamasını təmin edin
Vurmaq kimi alışqanlığı olan uşağa “biz heç kimi vurmuruq” deməyin heç bir məntiqli tərəfi yoxdur. Əslində bu üsul sizi daha təsirsiz və nüfuzsuz vəziyyətə salır. Çünki “Biz heç kimi vurmuruq” ifadəsi doğru olsaydı, uşağınız sizi vurmazdı. Fiziki baxımdan təcavüzkar uşaqlarla maraqlanarkən zəiflik göstərərək uşağa vurmamağı üçün yalvarmaq əvəzinə, əsəbi hiss etməsinin normal, ancaq vurmağınız qadağan olduğunu qəti şəkildə izah etmək lazımdır. Uşağınız sakitləşdikdən sonra onunla bu hərəkəti haqqında qərarlı və konkret şəkildə danışın. “Bilirəm əsəbiləşirsən, çox böyük əsəbin var. Bu duyğularla heç kimi incitmədən mübarizə apara bilməyin üçün sənə kömək edəcəm. Səni çox əsəbiləşdirən şeylərlə mən maraqlanacam. Amma anaya vurmaq olmaz”.
2. Uşağınızın yaxşı dincəlmiş və bəslənmiş olduğundan əmin olun
Uşağınız yorğundurmu? Acdırmı? Uşağınızın ani reaksiyaları və hücumları, mədəsinin boş olduğu zamanlara təsadüf edə bilər. Bu problemli davranışları izləyin. Əsasən axşam yeməklərindən əvvəlmi olur? Öhdəsindən gəlməsi üçün balaca qəlyanaltı verin. Yatma saatından əvvəlmi olur? Yorğun düşməməsi üçün bir az daha erkən yatmasını təmin edin.
3. Uşağınızın hərəkətləri idarə edilməz vəziyyətə gəldiyi an sözlərinizi sərhədləyin
Uşağınız hirslənməyə başladığı an, istifadə edə biləcəyiniz sehrli sözlər təəssüf ki? yoxdur. İdarəetməni itirdiyində, duyğu fırtınası dinmədən sakitləşməsi imkansızdır. Bu vəziyyətdə edə biləcəyiniz ən uyğun şey, uşağınızı kontrol altına almağa çalışmaq və ikinizin də güvənliyini təmin etməkdir.
4. Uşağınızın dalaşqan olmasına səbəb olan duyğularına istiqamətlənin
Əsəbi uşaq, əsasən canı yanan uşaqdır. Yaralı insan yaralar. Uşağınızı dalaşmağa, vurmağa nəyin təhrik etdiyini kəşf edə biləcəyiniz səssiz məkan yaradın, vaxt ayırın. Onu ən son əsəbiləşdiyi şey haqqında həqiqətləri söyləməyə dəvət edin. Müdaxilə etmədən və tövsiyə vermədən dinləyin. Diqqətli şəkildə dinləmək uşağınızı nəyin narahat etdiyini tapmağınıza yardımçı olacaq. Bəlkə də məktəbdə yaşadığı sıxıntılar görə pozulan sinirlərini rahatlatmaq üçün ehtiyacı olan valideynliyi edə biləcəksiniz.
5. Uşağınızda fərqindəliyi aşılayın.
Son zamanlarda uşaqlar və fərqindəlik meditasyonları ilə bağlı çox yararlı tədbirlər hazırlanır. Bu çalışmalarda bir neçə dəqiqəlik dostcanlısı təlimlərə qatılan uşaqların hirs və gərginliklərində böyük azalma görülür. Bütün bu proqramlar yerində dura bilməyən, nadinc uşaqların dahi kimi zaman hirs nəzarətlərini artıra bilmək üçün qucaqlarına oyuncaq ayı qoyaraq, yavaş və səssizcə nəfəs almağa diqqət etdiklərini sübut edir.
Mənbə: hthayat.haberturk.com