“Gənc qız olanda işin çətinləşəcək”, “Qadınlar tərəfindən mühasirəyə alınmısan”, “Buna laiq olacaq nə etmisən?”
Dörd qız (bir də oğlumuz var) atası olaraq bu cür sözləri demək olar ki, hər gün eşidirəm. Düzünü deyim, belə düşünən insanlar üçün mən təəssüflənirəm.
Qız uşağının olması, xəyal edə biləcəyim ən böyük həzzlərdən biridir. Evdə dediyimiz belə bir deyim var: “Bu gün səni dünəndən daha çox sevirəm”. Qız uşağı böyütmək xüsusilikdir, yük deyil.
Hamısını tam olaraq bacarmasam da, keçən 11 ildə qız uşaqlarını böyütməklə bağlı 10 şey öyrəndim.
- Qızınız sevilmək istəyir. Ona ala biləcəyiniz ya da öyrədə biləcəyiniz hər hansı bir şeydən daha çox, sizin onu sevməyinizi istəyir. Dünyada heç kəs ata olaraq sizin rolunuzu üstələyə bilməz. Qızınız sizi xəyal qırıqlığına uğradacaq, böyük səhvlər edəcək, hətta bəlkə aylarca sizə küsəcək, amma siz yenə də sevginizdən şübhə etməməsini təmin edin. Gözlərinin içinə baxın və onu sevdiyinizi söyləyin.
- Həyat yoldaşı seçimində təsiriniz olur. Ürküdücü bir fikirdir, amma ona qarşı necə bir kişi olduğunuz, vaxt gələndə evlənmək üçün seçəcəyi adam üzərində birbaşa təsiri olacaq. Üçüncü qızım böyüdüyündə onunla evlənməyim üçün illərlə mənə yalvardı. Ona möhtəşəm bir qadınnla – analarıyla – evli olduğumu izah etmək məcburiyyətində qaldım. Əgər atalığı doğru şəkildə etsəniz, sizin kimi biriylə evlənmək istəyəcək.
- Onun dinlədiyi musiqiləri dinləyin. Qızlarım maşındaykən onların dinlədiyi musiqiləri dinləyirik. Bu onların xoşuna gəlirsə, bizə də həzz verir.
- Anasına necə davrandığınızı izləyir. Əgər bu siyahıdan bir şeyi götürəcəksinizsə, o, bu olsun. Qızınız üçün edə biləcəyiniz ən yaxşı şeylərdən biri anasını çox sevməyinizdir. Evliliyiniz üçün mübarizə aparın, əmək sərf edin. Həyat yoldaşımla baş-başa qalmağı təxirə saldığım dönəmlər, eyni zamanda qızların da daha çox problem yaşadığı dönəmlərdir. Bunun təsadüfi olduğunu düşünmürəm. Həyat yoldaşınızı sevin, ona vaxt ayırın və qızlarınıza analarının onlardan daha üstün olduğunu göstərin.
- Onlar böyüyəndə qabığınıza çəkilməyin. Ən böyük qızım hardasa 11 yaşındadır. Yəni hələ qorxunc yeniyetməlik dövrünə gəlməmişik, amma gəlmək üzrə olduğumuzu deyə bilərəm. Bu yolda məndən daha irəlidə olan atalar, yeniyetmə qızlarıyla duyğusal bağ qurmadıqları üçün peşmandırlar. Qızlarım 15 yaşına gələndə, 5 yaşında sahib olduqları, onların hər detalıyla maraqlanan atadan fərqli bir ata görməyəcəklər. Duyğuları və bədənləri dəyişməyə başladığında ortadan itməyin.
- Dünyanın mərkəzində olmadığını öyrədin. Dünyanın bizim ətrafımızda dönmədiyini anladığımızda fərqli şeylər baş verdiyini görürük. Bəlkə də bu mövzuda qızlarımız üçün mükəmməl bir model ola bilmirik, amma yenə də öz eqomuzun xaricinə çıxdığımızda həyatın daha yaxşı yaşandığını onlara göstərməyə çalışırıq. Başqalarına xidmət etmək. Sonuncu olmaq. Həmişə düz olmaq məcburiyyətində olmamaq.
- Saçlarını darayın, dırnaqlarını boyayın. Bu işi əksər vaxtlarda həyat yoldaşım edir, amma yenə də qızlarımın “atam canavar kimi at quyqruğu yığır” deyəcək nöqtəyə gəldim. Dırnaqlarını da peşəkarcasına boyayıram. Onlar da mənim dırnaqlarımı boyayıblar. Qızınıza bir kişinin incə ola biləcəyini göstərin.
- Ürəyi, xarici görünüşündən çox gözəldir. İçindəkilərin, onu həyatda daha irəliyə aparacaq şey olduğunu qızınıza demək və sonra da bunu dəfələrlə ona xatırlatmaq sizin işinizdir. Biz buna özümüz ürək deyirik, amma bu, onun xarakteri, hörməti ya da özü ola bilər.
- Hər anın dadını çıxarın. Sizə ata deyə səslənir. Rolunuzdan zövq alın. Zaman uçub gedir, həm də göz açıb bağlayana qədər.
- Məni bağışlaya biləcəksən? Əlimdən gələnin ən yaxşısını etməyə çalışıram, amma işləri korladığımda, qızlarımın duyğularını incitdiyimdə üzr istəməyi öyrənirəm. Sadə bir üzr deyil, bağışlamağı ciddi bir şəkildə diləməkdən danışıram. Onun səviyyəsinə enən və hər şeyi birdən bacarmadığını qəbul edən bir ata modeli olun. Sizi bunun üçün bağışlayacaqdır.
Atalar, sizin rolunuz çox qiymətlidir, qızlarınızı çox sevin.
Mənbə: egitimpedia.com