“Peter Pan” uşaq bağçasının açılış mərasimi keçirilib

peter foto2Avqustun 24-də “Peter Pan” uşaq bağçasının açılış mərasimi keçirilib.

“Peter Pan” uşaq bağçasında peşəkar pedaqoji heyət tərəfindən həftənin 6 günü saat 08:00-dan 20:00-dək yaşına uyğun olaraq qruplarda təlim-tərbiyə prosesinə başlanılır.

Bagcam.az xəbər verir ki, “Peter Pan” uşaq bağçasında tərbiyə alan uşaqlar gündə 5 dəfə qidalanır və 5 dəfədən çox müxtəlif məktəbə hazırlıq, idrak, mədəni-estetik, nitq, fiziki və sosial-emosional inkişafetdirici məşğələlərə qoşulurlar. Uşaq Bağçasında tədris qrupları 3 dildə – ingilis, rus və azərbaycan dilində təşkil olunur və 2 yaşdan 6 yaşa qədər dövrü əhatə edir. Tədris prosesi “Master Tərbiyəçi-2” təlim proqramını uğurla başa vuran, “Education Management Network” şəbəkəsinə daxil olan digər bağçalarda təcrübə keçən pedaqoji heyət tərəfindən həyata keçirilir.

“Peter Pan” uşaq bağçasında hər bir uşağa Fərdi İnkişaf Planı əsasında yanaşılır. Gün ərzində 12 saatlıq, həftə ərzində isə 6 günlük xidmət uşaqların sanitar mühitdə tərbiyə almasına yardımçı olur. Onlayn müşahidə kameraları, nəqliyyat xidməti, gündəlik tibbi nəzarət və pediatr müayinəsi ilə körpələrin sağlam gələcəyi təmin olunur.

Proqrama Şahmat Kursu, İngilis dili Kursu, Rus dili/Azərbaycan dili Kursu, Rəqs Kursu, Gimnastika Kursu, Teatr Kursu, Dəyərlər Təlimi, Robotiks Məşğələsi, Zəka Oyunları Məşğələsi, Karate Kursu kimi əlavə məşğələlər (dərnəklər) və kurslar da daxildir.

Ümumi sahəsi 1000 m2-ə yaxın olan “Peter Pan” uşaq bağçasının yeməkxanası xüsusi mətbəx avadanlıqları ilə təchiz olunub. 3 mərtəbədən ibarət olan binada tədris otaqları yeməkxanadan tamamilə kənarda yaradılıb. Həmçinin, bağçanın xüsusi camaşırxanası da mövcuddur.

Qeyd edək ki, “Peter Pan” uşaq bağçasının fəaliyyəti başa çatdıqdan sonra gec gəlmək məcburiyyətində qalan valideynlər üçün 2 saata qədər Növbətçi / Dayə Xidməti nəzərdə tutulub. Bu müddət ərzində uşaq bağçasında olan nəzarətçi uşaqlarla birlikdə müəyyən fəaliyyətlər təşkil edir.