Bir uşağın əsəbi olması üçün əgər genetik səbəblər yoxdursa, bunun təhsil və ətraf mühitlə əlaqəsi vardır. Əsəbililik halı öyrənilmiş bir vəziyyətdir. Madam ki, doğuşdan əsəbi doğulmurlar, bəs bəzi uşaqlar necə belə əsəbi ola bilir? Əlbəttə bu sualın cavabını tək səbəblə əlaqələndirə bilmərik. Bir çox səbəbi ola bilər. Bunlardan bəzilərini sizin üçün qeyd edəcəm:
Əgər uşağınızı əsəbi etmək istəyirsinizsə…
- Həmişə övladınızın yanında həyat yoldaşınızla münaqişə edin;
- Uşağınızın istəmədiyi bir şeyi ona məcburi elətdirin, qəbul etdirin;
- Uşağınızla inadlaşaraq həll yolları tapmasına köməkçi olmayın;
- Danışarkən onu dinləməyin. Eşitməzlikdən gəlin;
- Həddən artıq qoruyucu olun ki, uşaq başqası olmadan heç nə edə bilməyəcək vəziyyətə gəlsin;
- Uşağınızı etdiyi mənfi davranışlarında günahlandırın və danlayın;
- Uşağınıza vaxt ayırmayın.
Yuxarıda sadaladıqlarımı etsəniz, böyük ehtimalla əsəbi bir uşaq böyütmüş olacaqsınız.
Dəyərli ailələr, nəyi edib, nəyi etməyəcəyinizi bilmək uşaq təhsilində önəmli məlumatlardır.
Ancaq hər əsəbi uşaq anormal davranış göstərir deyə bilmərik. Məsələn, 3 yaş ətrafı uşaqlar inkişaf xüsusiyyətlərindən dolayı, normaldan daha çox əsəbi ola bilirlər.
3 yaşındakı bir uşaq ətrafında özündən kənar dünyanın varlığını və özünün o dünya içində bir fərd olduğunu qəbullanıb. Bu mərhələdə uşaq özünə xüsusi bir mənlik və cinsiyyət duyğusu inkişaf etdirməyə başlayar. 3 yaş dönəminə qədər adətən daha sakit olan uşaqlar bu mərhələdə tez-tez valideynlər ilə inadlaşmağa başlayır və axırda da əsəb krizləri yaşaya bilirlər. Ancaq bir çox ailə uşaqdakı bu dəyişimi anormal olduğunu düşünüb qayğılanmaqdadır. Bu mərhələdə uşağa qarşı uyğun reaksiya verilməlidir. Zaman keçdikcə ümumi əsəbi halı azalacaqdır.
Əgər 3 yaş dönəmini keçdiyi halda uşaqda əsəb halı davam edirsə, bir mütəxəssislə danışa bilərsiniz.
Mənbə: cocukgelisimi.gen.tr