Övladımın bağça müəlliminə məktubum

Beş il bundan əvvəl böyük oğlumun bağça müəlliminə məktub yazmışdım. Oğlum indi beşinci sinifdədir və geriyə baxanda nə qədər uzun və qəribə yol keçdiyini görürəm. Zəif tərəfləri üzərində işləməsi üçün onu məcbur edən, güclü yönlərini öyən və uğurlarını hiss etməsi üçün ona fürsətlər verən möhtəşəm müəllimləri oldu. Bunun üçün onlara minnətdaram.

İndi isə digər oğlum məktəbə gedir. Ən kiçik, qazıcı, həmişə çirkli olan, hər çəkməcəni açıb baxan və hər rəfə dırmaşan, həmişə əlində güclü səsi çıxan qılıncı olan..

Buna görə də bu məktubu yeniləməyimin vaxtı gəldi.

Şagird siyahısında oğlumun adını axtararkən barmağımın aşağıya doğru çəkdiyimi və onun adını görməyimlə birlikdə sizin adınızı öyrəndiyimi də xatırlayıram. Oğlumun ilk  müəllimini. Bu qədər çox ümidin və xəyalın birdən-birə bir ada bağlanması inanılmaz bir şeydir. Bir müəllim olaraq, uşaqlarının siyahısında valideynlərin də mənim adımı gördüklərində onların nələr yaşadığına hörmət edə bilməyim üçün bunun necə bir hiss olduğunu xatırlamalıyam.

Göz açıb bağlayanadək məktəbin ilk günü ilə qarşı-qarşıya gəlirsiniz. Uşaqlarınızdan birinin qapının önündə ayaqqabılarını bağladığını izləyərkən, təhsillə bağlı bildiyiniz bütün qaydalar ağlınızdan uçub gedir. Sevimli Star Wars  bel çantası və bəslənmə çantasıyla yanınızdan uzaqlaşıb gedən balaca adama baxarkən, təhsillə bağlı oxuduğunuz hər şey silinir. Valideynlərin altı saat sonra geri gəlməsinin siqnalını verən ilk zəng çalındığında təhsil sistemi haqqında müzakirələrə olan marağınızı belə itirirsiniz. Əlbəttə, müəllimlərin çətinliklər yaşadığını, büdcə problemləri olduğunu və idarə edə bilmədikləri problemlərinin olduğunu bilirəm, amma əmin olun ki, hər uşaq və ailə üçün bütün problemlər müəllimlə bağlıdır.

Bu da mənim çağırış məktubum:

Ümid edirəm onu yaxşı tanıyarsınız.

Ümid edirəm dəcəlliklərini bağışlayarsınız.

Ümid edirəm sizin qanadlarınızın altında güvəndə olar. Xəstə olduğunda gizlin-gizlin dərindən nəfəs alsanız belə.

Ümid edirəm ki, sizə kömək etməyimizi təmin edəcək yollar taparsınız. Məktəbin başlamasıyla birlikdə bir vallideyn üçün ən qorxunc şey uşağının günüylə bağlı bütün məlumat axışının sona gəlməsidir. Kaş ki onun bütün uğurlarına şahidlik edən divardakı milçək olsaydım. Eyni zamanda əsas səhvlərini də bilmək istərdim ki, evə də onun nəticələrinə dözə bilsin. Hər zaman arxanızdayıq.

Ümid edirəm özünəvərdiş qulluqlarını bacarır, amma bacara bilməzsə, evdə də bununla məşğul olduğumuzu bilin.

Ümid edirəm televizordan çox bəhs etsə də, heç vaxt danışdığı qədər televizor izləmədiyini hiss edərsiniz.

Ümid edirəm sıradaykən və ya oyun saatında yaxşı rəftar etmədiyi üçün onu cəzalandırmaq üçün tənəffüs vaxtnı əlindən almazsınız. Ancaq günorta yeməyindən sonra qablarını götürmürsə, öz qablarını götürənə qədər əyləncəli şeylərə ara versəniz, bizə də xoş olar.

Ümid edirəm suallarından, düşüncələrindən, nəşəsindən, xəyallarından, mimikalarından, monoloqlarından, ritmik olmayan rəqslərindən ən az bizim qədər zövq alarsınız.

Ümid edirəm gülüşünüz sabahını aydınladar.

Ümid edirəm gözəl və incə bir şey etdiyində bunu görər və bunun qızıl dəyərində bir şey olduğunu onun da görməsini təmin edərsiniz. Bizim üçün yaxşılıq  və nəzakət əl yazısından daha dəyərlidir.

Ümid edirəm hər yeni günə ona təzə bir başlanğıc verərək başlayarsınız.

Ümid edirəm illər müddətində sevəcəyi və xatırlayacağı müəllim siyahısında ilk ad olarsınız.

Ümid edirəm oğlumuzla möhtəşəm bir il keçirərsiniz.

Mənbə: egitimpedia.com