Oğluma həyatı öyrədə biləcəyim 10 film

Oğlan uşaqlarını heç vaxt başa düşə bilməmişəm.

Oğlan uşaqlarını heç vaxt başa düşə bilməmişəm. Evin tək uşağı olaraq oyuncaq uşaq evlərində və Disney hekayələrində daha çox maraq salmışdım. Ağaclara çıxarkən belə yanımda Barbie oyuncaqlarından çox velosipedləri xoşlayan ən yaxşı qız rəfiqəm olurdu. Qızımın yetkinliyə gedən yolunda ona köməkçi olmağa hazırdım.

Amma oğlum həyatımıza girdiyində sudan çıxan balığa çevrilmişdim. Böyük rəsm məni narahat edirdi. Thomas və Dostları cizgi filminə belə uyğunlaşmağda çətinlik çəkirdim. Bir kişi olaraq həyatda öz yolunu cızarkən, onu sevgi və münasibətlərə necə hazırlaya bilərdim?

Yaxşı ki, filmlər var! Buna görə də oğlumu həyatda qarşılaşa biləcəyi porblemlərə və çətinliklərə qarşı hazırlamaq üçün istifadə edəcəyim filmlərin siyahısını hazırladım:

1. Dead Poets Society: Hamımız bu klişeni bilirik: Kişilər həmişə güclü, əzmli və futbol haqqında danışmağa hazır olmalıdılar. Lakin, inanılmaz dərəcədə ilhamverici olan bu filmdə kişilərin eyni zamanda xəyalpərəst və romantik olmaları da təşviq edilir. Qadınları Byron ilə başdan çıxarırlar, Whitman-a üsyan edirlər. Robin Williamsın xarakterinin də poetik bir formada dilə gətirdiyi kimi “Şeir, gözəllik, romantika, eşq – biz bunların uğrunda həyatda qalırıq”.

2. Karate Kid: Oğlumun bu filmi görməsi üçün səbrsizlənirəm. Həm də sadəcə onu maşını cilalamağa razı sala biləcəyim üçün yox. Oğlum Miyagidən çox dəyərli dərslər ala bilər: şərəfli bir şəkildə necə mübarizə aparıldığını, özünü necə müdafiə edə biləcəyini, bir Bonzai bitkisinə necə qulluq ediləcəyini… Qısacası, hər cavan oğlan üçün lazım olan bütün vacib yaşam bacarıqlarını.

3. Say Anything: Llyod Dobler mükəmməl kişinin özü ola bilər. Dostlarını qoruyur, məktəbdəki ən toxunulmaz qızı onunla danışması üçün razı salır və ən əsası da həm Peter Gabrieli, həm də maqnitofonu ölümsüzləşdirir. Ən yaxşı dostu Lili Taylorun ona tövsiyə etdiyi kimi: “Dünya adamlarla doludur. Sən kişi ol”.

4. How to Train Your Dragon: Vikinqlər haqqında bildiyiniz hər şeyi unudun. Aydın olur ki, onlar eyni zamanda əjdaha ovçularıymışlar. Biz hər zaman uşaqlarımızı döyüşməmələri və daha yaxşı bir həll yolu tapmaları üçün təşviq edirik. İstəksiz ovçu Hiccup sadəcə “düşmən”i ilə dost olub gününü xilas etmir, eyni zamanda öz halında bir qəhrəman da ola bilir.

5. Stand by Me: Bu film, praktik yaşam dərsləri ilə doludur. Amma ən önəmlisi, uşaqlıq məsumiyyətindən yetkinliyə gedən yolun necə qarmaşıq olduğunu bizə izah edir. Bizimlə birlikdə səyahət edənlər bizim bir hissəmiz olurlar. Ən axırda yollarımız ayrılsa belə.

6. Star Wars: Leia oğlumun uğruna səy göstərdiyini görmək istədiyim qadın nümunəsidir: ağıllı, sadiq, cəsur, mütəvazi geyimli. Oğlumun yanında Leia kimi bir qadın olsa, həyatın bütün çətinliklərinə hazır ola bilər. Buna, Storm Trooperlərlə dalaşmaq ya da ilk gəlir vergi bəyannaməsini sənədləşdirmək də daxildir.

7. Lord of the Rings: Bu üçlük hətta düşünmədiyiniz birinin belə dəyişiklik edə biləcəyini göstərir. Bundan əlavə, bu filmləri oğlumla izləmək maraqlı doqquz saat keçirməyimizi təmin edər. Bundan daha gözəl bir şey ola bilərmi?

8. Boyz n the Hood: Bu film insanın dostlarının yanında nə zaman olması və nə vaxt özü üçün doğru olanı etməsi lazım olduğu haqqında maraqlı düşüncələr paylaşır. Həqiqi dostlarınız sizi anlayacaqdır.

9. School of Rock: Dostluq, sevgi və məsuliyyət. Bəli bu həyat dərsləri önəmlidir. Amma əgər oğlum Led Zeppelin və ya AC/DC-yi təqdir etməyi öyrənməzsə, ya da böyüdüyündə Maroon 5-in rok musiqisi olduğunu düşünərsə, özümü uğursuz bir insan olaraq görəcəm. Filmdə, Jack Black və onun miniatür rok qrupu olduqca yaxşıdır.

10. Good Will Hunting: Sevgi. Qrafik teorisi. Qardaş kimi yaxın iki kişinin Hollywoodvari dostluğu. Bu film, sahib olduğunuz tam potensialınıza çatmağınızla bağlıdır. Eşqdə, işdə, ruhunuzu dolduran hər sahədə…

Oğlan uşaqlarını əsla tam  başa düşməyə bilərəm, amma ən azından mənə kömək edə biləcək mütəxəssislər var. Çünki günün sonunda, popcornun və Robin Williamsın ölümsüz sözlərinin həyatda həll edə bilməyəcəyi heç bir problem yoxdur: “Anı yaşayın, uşaqlar. Həyatlarınızı qeyri-adi edin”.

Mənbə: egitimpedia.com