Niyə bağça uşaqlarına empatiyanı öyrətməliyik?

Yalda Modabber 1979-cu ilin payızında İrandan, doğulduğu yerə – Bostona qayıtmağından az vaxt keçmişdi. Planlaması yaxşı deyildi, bir neçə həftə sonra bir qrup əlisilahlı iranlı, İrandakı ABŞ səfirliyində 60-dan çox ABŞ vətəndaşını əsir aldılar. Buna görə də Modabber məktəb yoldaşları tərəfindən zorakılığa məruz qaldı.

“İki il müddətində dayanmadan davam etdi”, deyir, qıvrım qara saçlara və səmimi gülüşə sahib olan Modabber. “Həyatımın o dövrü o qədər çətiniydi ki, o vaxtı ağlımdan tamamilə çıxartdım. Müəllimlərimin adlarını belə xatırlamıram. Bütün sinif mənə düşmən kəsilmişdi”.

Modabber indi, oğlunun da gələn il bağçaya başlayacağı, ərazidəki digər məktəblərlə mədəni təhsil mövzusunda əməkdaşlıq çərçivəsində çalışan, Koliforniyanın Berkeley şəhərində Farsca təhsil verən Golestan Education adlı bağça və məktəbdən sonra proqramının yaradıcısı və müdirəsidir. Mənə xəfif bir səslə, zorakılığa məruz qalmağın onu, Golestandakı hər yaşdan uşağa empatiya hissini aşılamağa yönləndirdiyini danışır.

Müxtəlif araşdırmalar, həm İnternetdə, həm də həqiqi həyatda, bir uşaq nə qədər çox empatiya qura bilirsə, başqalarına da zorakılıq etmə ehtimalının da o qədər az olduğunu göstərir. Empatiyaya sahib uşaq və yetkinlərin, başqalarına kömək etmək kimi müsbət sosial davranışlar nümayiş etdirmə ehtimalları daha yüksəkdir.

Həqiqətən də araşdırmalar başqaları ilə empatiya qurmağı nə qədər öyrənərsək, həyatımızın digər hissəsində də o qədər yaxşı olacağımızı göstərir. Həyatlarının erkən mərhələsində empatiyaya məruz qalan şəxslər, bununla gec tanış olmuş və ya heç məruz qalmamış olanlardan daha zəngin və daha uzun davam edən duyğusal uğurlara sahib olurlar. Yaxın vaxtda reallaşmış araşdırmaya görə, sosial və duyğusal bacarıqları öyrədilmiş olan məktəb öncəsi və bağça çağındakı uşaqlar, bu təhsili almamış uşaqlar ilə qarşılaşdırıldığında həm bağça, həm də birinci sinifdə daha sağlam sosial bacarıqlar göstərir və davranış problemləri ilə daha az qarşılaşırlar.

Çox az yaşlı uşaqlara belə empatiya hissini öyrətməliyikmi? Bunu edə bilərikmi? Bu iki problemin də cavabı “bəli” kimi görünür. Ancaq bu o qədər də asan iş deyil.

Doğuşdan gələn empatiya

Empatiya qurmaq potensialımız həyatımızın çox erkən mərhələlərində formalaşır. Bəli, təzə-təzə yeriməyə başlayan oğlum özümüzün quyruğunu çəkdiyində bunun gülməli olduğunu düşünə bilər, amma mən başqalarının duyğularını  sezmə bacarığını da onda görürəm. Pis bir gün keçirirəmsə, məni və atasını birlikdə qucaqlaşaq deyə balaca qollarıyla özünə çəkir. Sadəcə o yaşdakı uşaqlar da deyil, səkkiz – on dörd aylıq körpələr belə canı yanan ya da əhvalsız valideyn üçün narahat olmaq kimi empatiya əlamətləri göstərirlər.

Toronto Universitetinin psixoloji professoru və uşaqlarda empatiyanı təşviq edən məktəb təməlli çalışmalar adlı 2016 ilinə aid çalışma raporunun yazarı Tina Malti, empatiya qurmağı öyrənmək üçün heç vaxt gec olmadığını söyləyir. Baxış bucağımız vacib ölçüdə həyatımızın ilk mərhələlərində inkişaf etsə və yetkin halımızı şəkilləndirsə də, həmişə dəyişə bilərik.

“Mövzu sadəcə uşaqlar deyil”, deyir Malti. “Bu, həyat problemidir. Məncə, bütün baxış bucağı, daha balanslı bir həyat gətirir. Təkcə akademi ya da karyera ilə bağlı nəticələrə fokuslanarsınız, “bütüncül insan” olmaq fürsətini qaçırarsınız”.

Malti, təhsil sistemimizin dönüm nöqtəsində olduğunu söyləyir. Getdikcə daha çox sayda mütəxəssis, sosial və duyğusal sağlamlığımızın, akademik öyrənmə, həyatdakı əsas uğurumuz üçün nə cür önəmli olduğunu izah edir və bu fikrə qatılır.

Empatiya necə öyrədilir?

Modabber çalışdığı məktəbdə iti Nikayı məktəbə gətirərək şagirdlərinə empatiya duyğusunu aşılamağı hədəfləyir. Uşaqlar onu darayır, bəsləyir, ona su verirlər.

Araşdırmalar, evcil heyvanlara sahib insanların daha çox empatiya sahibi olduğunu irəli çəkir. Yaxın zamanda edilən bir çalışmaya görə, sinifdə bir heyvanın – kiçik balıq belə olsa – tapılması şagirdlərin bir-biriləriylə arasındakı empatiya və şəfqət duyğularını artırır. Raporda empatiyanın sosial əlaqələri artırarkən, davranış problemlərinin azalması ilə əlaqəsi olduğunun da altından xətt çəkilir.

Malti, empatiya öyrətməyin tək bir doğru yolu olmadığını, ancaq bəzi yanlış yolları olduğunu söyləyir.

Maltiyə görə, sinifdə empatiya öyrətməyin bir yolu şəxsə fokuslanmaqdır. Müəllimlərin qatı “empatiya tədris planı”na sahib olmamalarının lazım olduğunu, çünki şagirdlərin belə bir mühitdən yararlanmayacaqlarını söyləyir.

Modabber, məktəbə itini gətirməklə yanaşı şagirdlərinə gündəlik işlər çərçivəsində bağça işlərini də öyrədir. Uşaqlar hər Bazar ertəsi çiçək toplayır və onları sinfin müxtəlif yerlərindəki güldanlara yerləşdirirlər.

Modabber, “Toxumları bəsləyərək, böyüdürlər” deyir. “Onları su və günəş işığı ilə təmin edirlər və onlarla hər gün maraqlanırlar. Sonra saxsı qablara əkirlər. Onları necə gəldi seçmirlər, onlara həqiqətən sevgiylə yaxınlaşırlar. Onları görürlər. Bitkilərin və necə də get-getdə böyüdüklərinin fərqindədirlər”.

Empatiya eyni zamanda, digər mədəniyyətlərlə əlaqə qurmaqla əlaqəlidir. Modabber iranlı köçkün olaraq Amerikada iki il müddətincə yaşadığı çətin zorakılığın təsirlərinin keçmədiyini deyir. Şagirdlərinin belə davranmalarını istəmir. Bunu təmin etmək üçün şagirdlər hər Cümə günü yeni ölkə ya da mədəniyyətlə tanış olurlar ki, “fərqli” insanlarla daha yaxşı ünsiyyət qura bilsinlər.

Mənbə: egitimpedia.com