
Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, pediatr Vaqif Qarayev valideynləri oftalmoloqa getməyə səsləyib.
“Son vaxtlar uşaqlarda görmə problemləri artır. Bunun səbəbləri müxtəlifdir. Mövcud texnoloji vasitələr əsas səbəblərdən biridir.
Əgər uşağınızın görmə qabiliyyətindən şübhələnirsizsə, ümumiyyətlə xəbəriniz yoxdursa, mütləq oftalmoloqa müraciət edin. Çünki məktəbdə dərslə bağlı gözlərə düşən yük daha da artacaq. Əslində heç bir problemi olmayan uşaqlar da oftalmolooqdan keçsələr yaxşı olar”.
Qeyd edək ki, uşaqlarda astiqmatizm, nəzərə çarpmayan çəplik, anadangəlmə bəzi xəstəliklər, görmə zəifliyi məktəbə qədər özünü ciddi biruzə verməsə, dərslər başlayan kimi oxuyub yazmaqdan gözlərdə olan problem dərinləşir və görmə zəifləyir. Ona görə eynəyə ehtiyacı olan uşaq ilk dərs günündən məktəbə müvafiq eynəyi ilə getməlidir.