Məktəb uşaqlarını kitab oxumağa necə təşviq edə bilərik?

İbtidai sinif dövrlərində valideynlər və müəllimlər uşaqlara oxumağı öyrətməyin daha önəmli olduğunu düşünürlər və böyüdükcə onların oxumaq vərdişlərinin davam etməsini ümid edirlər.

Əslində, zövq üçün kitab oxumağın bir çox faydası mövcuddur. Söz bazası ilə yanaşı, oxuduğunu anlamaq, yazmaq, hecalamaq və dil bacarıqlarını inkişaf etdirir, dünyagörüşü artırır. İmtahan nəticələrinə də müsbət təsir etdiyi aşkardır.

2013-cü ildə edilən bir araşdırma uşaqların boş zamanlarında kitab oxumaqlarının onların açıq düşünmək, daha yaxşı problem həll etmək və düzgün qərar vermək bacarıqlarının təkmilləşməsinə kömək etdiyini göstərib.

Amma uşaqlar yeniyetməlik dövrünə keçdikcə zövq üçün kitab oxumaq faizi də aşağı düşür. Buna görə də orta məktəb şagirdlərinin kitab oxumağa təşviq etmək üsullarının əhəmiyyəti artır.

Orta məktəbli uşaqlara oxumaq sevgisini aşılamaq üçün bu 5 üsul köməyinizə çata bilər:

İcazə verin, nə oxuyacaqlarına özləri qərar versinlər: Özləri öz kitablarını seçdikləri təqdirdə oxumaq üçün motivasiyaları artır. Buna görə kitab seçimlərinə və oxumaq üsullarına qarışmayın: kitab, elektron kitab, komiks kitabları, roman, ya da məqalə – icazə verin, seçimləri özləri etsinlər. Edə biləcəyiniz kömək bundan ibarətdir ola bilər – onları kitab evlərinə və kitab mağazalarına, kitabxanalara apara bilərsiniz. Rəflər arasında gəzmək onlar üçün daha maarifləndirici olacaq.

Maraq dairələrini bəsləyin: Övladınız hər nəyə maraqlıdırsa – basketbol, kosmos, İkinci Dünya müharibəsi, əjdahalar, komediya, sosial ədalət, ya da məktəb həyatıyla bağlı hekayələr – əmin olun ki, bunların hamısı ilə bağlı kitablar var. Övladınızın maraqlandığı mövzularla bağlı kitablar tapmaq işin yarısını tamamladığınız mənasına gəlir.

Oxumaq məsələsini sosial hala gətirin: Ən son satışa çıxan populyar kitabları oxumaq övladınıza böyük bir dalğanın – hamının danışdığı şeyin bir parçası olmaq imkanı verir. Məlumdur ki, bir çox dostluğun təməli “Harry Potter”, yaxud “Üzüklərin hökmdarı” seriyalarına olan ortaq heyranlıqlarına qədər gedib çıxır. Övladınıza kitab bloqlarına üzv olması ilə bağlı məsləhətlər verin. Kitab evlərinə gedib uşaqların son zamanlar ən çox tələb etdiyi kitabları soruşun.

Filmlərlə kitabları qarışdırın: Uşaqlar və yeniyetmələr üçün yazılmış bir çox kitab həmçinin böyük ekrana da danışıb. Bu reallıq uşaqların filmdən əvvəl və ya sonra həmin kitabı oxumaq üçün motivasiyalarını yüksəldir. Beləliklə, onlar həm də 2 əsəri qarşılaşdıraraq təhlil etməyi bacarırlar.

Kitab oxumağa vaxt ayırın: Televiziyanı və digər cihazları söndürərək ya kitab, ya da jurnal oxuyun ki, uşaqlar üçün nümunə olsun. Bununla bərabər uşaqlarınızın sizi izləmək və öz başlarına kitab oxumaq halı artacaq. Çölə çıxanda uşaqlarınızın maşında oxumaq üçün yanlarına bir kitab ala biləcəklərini deyin. Kitablar sıxıntıdan qurtulmaq üçün əladır!

Mənbə: egitimpedia.com