İkinci “Master Tərbiyəçi” proqramı başlayır

13308135_1759834464253171_4967113423423486694_o“Master Tərbiyəçi” tərbiyəçi təkmilləşdirmə proqramının ikinci mövsümü bir neçə gün sonra fəaliyyə başlayır.

Bu barə bagcam.aza “Education Management Network” və “Edu.co” şirkətinin direktoru Rasif Dünyamalıyev müsahibə verib.O, bildirib ki, birinci proqram yoxlama xarakteri daşısa da, ikinci daha peşəkar təşkil olunub:

“Birinci təkmilləşdirmə proqramının iştirakçılarının sonda imtahanlarının qiymətləndirilməsində  gördük ki, şəbəkəyə daxil olmayan tərbiyəçilər də yüksək nəticə göstərir. Buna əsasən bildik ki, proqram faydalıdır, öyrədə bilir. Bağlanış mərasiminə gələn insanların reaksiyaları, iştirakçıların nəticələri bizi vadar etdi ki, proqramın ikincisini təşkil edək. Budəfəki proqrama əlavələr var. Daha effektiv mövzular əlavə edilib. Məslən, stress menecment, ünsiyyət bacarığı təlimlərinin müddətini uzatdıq. Təlimin sonunda iştirakçılar bildirmişdilər ki, məhz bu təlimlərinin müddəti qısadır. İkinci proqram yay vaxtına təsadüf etdiyi üçün təcrübə müddətində iştirakçıların daha çox dərs vermə imkanı olacaq. Bu dəfə 25-ə yaxın iştirakçı qəbul etmə imkanı var və daha peşəkar, daha maraqlı proqram həyata keçiriləcək”.

Rasif bəy, “Master Tərbiyəçi” tərbiyəçi təkmilləşdirmə proqramının ikinci mövsümünün başlanma tarixinin və yerinin də artıq məlum olduğunu əlavə edib:

“4 iyun 2016-cı il tarixində “Baby Star” uşaq bağçasında Kamilə Baloğlanova iştirakçılara “Tərbiyəçi kimdir?” mövzusunda sessiya keçirəcək. İştirakçıların fikirləri, gözləntiləri öyrəniləcək və davamı gələcək. Bu dəfə iki aylıq proqramdır. Artıq ikinci aydan təcrübə ilə, təlim birlikdə aparılacaq”.