Bütün uşaqlar anadangəlmə bacarıqlıdırlar, bacarıqları bir-birilərindən fərqlənsə belə. Böyüdükcə onların bacarıqları aşkar olunur və daha sonra inkişaf edir.
Uşaqlar hansı mövzularda bacarıqlı olduqlarını bilmirlər, ta ki bu mövzuda işə başlayana qədər. Əgər bu bacarığı valideynləri kəşf edərsə, bacarıqları inkişaf edə bilər və onlar da şanslı uşaqlar siyahısına girə bilərlər. Əks halda bacarıqları heç kəşf edilməz və beləliklə, o, itib gedəcək.
Bunun fərqində olan ana və atalar həmişə axtarışda olurlar. Onlar uşaqlarının nələrdə bacarıqlı olduğunu görmək və uşaqlarını tanıya bilmək üçün fərqli oyunlar kəşf edər, yaxud uşaqlarını yönəldərlər. Bununla da, oyunlar, tədbirlər ərzində övladlarının ən yaxşı tərəflərini görər, gələcəkdə də onun üzərində inkişaf etməsini istəyərlər.
Bəzi ana-atalar uşaqlarını özlərinin keçmişdə etmək istədikləri, amma edə bilmədikləri sahələrə yönəltmək istəyirlər. O sahədə uşaqlarına təzyiq edər və övladlarının həmin sahədə ən yaxşı pozisiyaya gəlməsini arzulayarlar. Fəqət bacarıq elə bir şeydir ki, əgər hansısa sahədə yoxdursa, işi yerinə yetirmək mümkün olmur. Daha sonra bu cəhdlər boşa çıxır və övladları uşaq vaxtlarında təzyiq qarşısında etdikləri işi böyüdükcə unudur, nəhayətində, o sahədə davam etmirlər.
Valideynlər uşaqlarına inkişaf etmək üçün azad sahə qoymalı və bunu təzyiqlərə məruz qalmadan etməsi üçün icazə verməlidirlər. Misal üçün övladlarının futbola çox marağı var, amma valideyn buna “Topçu olacaqsan başımıza?!” kimi reaksiya verərlər, yaxud voleybola marağı olan oğlan uşağına “Voleybol qız oyunudur, nə edirsən voleybolu?!” kimi, yaxud gitara çalmağa marağı olan qız uşağına “Müğənni olacaqsan?! Əsla icazə vermərəm!” və s. bunlara çox nümunə vermək olar. Bu yanaşmalarla uşaqlar maraqlarını itirir, daha pisi – bacarıqlarını gizlətmək məcburiyyətində qalırlar.
“Mənim uşağım çox bacarıqsızdır” deməyin, axtarın və uşağınızın hansı sahədə bacarıqlı olduğunu kəşf edin, ona dəstək olun.
Mənbə: okuloncesihersey.net