Dəmirlə zəngin bu qidaları övladınıza yedirin

qida_usaqUşaqlarda Dəmir defisitli anemiyanın profilaktikası üçün 6 ayından etibarən əlavə qidalanmaya başlamaq lazımdır. Uşaq qida rasionunda dəmirlə zəngin heyvani və bitki mənşəli qidalar mütləq olmalıdır. Dəmirlə zəngin qidalar:

-Qırmızı ət
-Toyuq və dana qaraciyəri
-Toyuq və balıq əti
-Yumurta
-Üzüm
-Bəkməz
-Quru paxlalılar – lobya, soya, mərci
-Quru ərik
-Quru kişmiş
-Quru tut
-Yaşıl yarpaqlı tərəvəzlər-ispanaq, cəfəri
-Fındıq, fıstıq, badam
-Tahin bəkməzi, tahin halvası və s.

Qida ilə alınan dəmirin mənimsənilməsini zəiflədən qidalar:

-Süd, qatıq, ayran, smetan (Calsiumla zəngin qidaları dəmirlə zəngin qidalarla eyni vaxtda qəbul etmək).
-Çay, kofe.

Uşaqlara çay vermək məsləhət deyil. Bu yeyəcəklərin əvəzinə uşaq qida rasionunda dəmirin mənimsənilməsini daha da yaxşılaşdıran C vitamini ilə zəngin qidaların olması məsləhətdir. Alma, portağal şirəsi və s. yeməkdən sonra uşağa verilən çayı əvəz edərsə, daha sağlam qidalanma ilə sağlam körpə böyütmüş olarıq. Sağlam olun!

Pediatr Günay Rəsulova