İngilis dili dərsində qarışıq bir proyektlə bağlı məlumatlandırma xarakterli dərs keçərkən şagirdlərdən biri rişxəndlə gülümsəyərək soruşdu: “Müəllimə, bunu məktəbdən başqa yerdə nə vaxt istifadə edəcəyəm ki?”
“Bu” deyə bəhs etdiyi şey 1 ay ərzində daha da təkmilləşdirmək üçün üzərində çox çalışdığım dərs mövzusu idi. Ağlıma ilk gələn cavab “Bəs beynini istifadə edəcəksən?” oldu, amma o an şagirdimin gözlərinə baxıb heç gözləmədiyi bir cavab verdim: “Möhtəşəm sualdır!”
Sual sayəsində dərslərin real həyatla əlaqəsi üzrə baş yorduqca bunun bir çox tərəfdən sinifdə faydalı vasitə kimi istifadə olunacağını gördüm. Birincisi, şagirdlərin analitik düşünmə bacarıqlarının olduğunu göstərir. İkincisi, sualı tam olaraq cavabladığım təqdirdə şagirdlərin sinifdaxili fəaliyyətləri ilə məktəbdən kənar həyatları arasında əlaqələri açıqca görə bildiyini və bu sayədə öyrəndiklərini sahiblənmə prosesinin daha güclü getdiyini gördüm.
Digər dərslərdən nümunələr
Həndəsə: Tutaq ki, ev tapşırığı öyrənilmiş bir düsturdan istifadə edərək üçbucağın sahəsini hesablamaqdır. Bu informasiyanı gələcəkdə də istifadə edilmək ehtimalı bu halda olur: Kimsə bir evin çölünü rəngləmək istədiyi zaman sahəsini hesablamaq məcburiyyətində ola bilər. Və tam ölçüləri bilmək o insana həm pul, həm də zaman qazandırar.
Tarix: Tapşırıq şagirdlərin Amerika İnqilabı dövründə keçən hadisələri ən əhəmiyyətsizindən ən əhəmiyyətlisinə doğru sıralamaqdır. Bunu edərkən səbəbləri açıqlaması müəllim tərəfindən seçkilərdə səs verməklə əlaqələndirilə bilər. Səs verməyə başladığı zaman şagirdlərin ən çox diqqət etməli olduğu mövzuları dəyərləndirə bilməkləri gələcəkdə özlərinə ən uyğun namizədi seçməklərinə imkan yaradacaq.
Biologiya: Tapşırıq budur ki, bir sıra orqanizmi doğru aləmə, sinfə, fəslə, ailəyə, cinsə və növə görə sıralamaq lazımdır. Sıralamaq və kateqoriyalara ayırmaq paltarları ayırmaqdan iş masasını səliqəyə salmağa; həkim qəbulu almaqdan iclaslara hazırlanmağa qədər hər mövzuda istifadə olunan ən vacib bacarıqlardandır.
Nəticədə, mövzu nə olursa, olsun, “Bu informasiyanı nə vaxt istifadə edəcəyəm?” sualını ciddiyə almaq öyrənilən mövzunun dəyəri haqqında şagirdlərlə dərin və mənalı söhbətlərin aparılmasına yol açar.
Mənbə: www.edutopia.org