Bir atanın oğlunun müəlliminə yazdığı məktub

abraham-lincoln--son-tad-grangerÖyrənməsini lazım bilirəm;
bütün insanların dürüst və təmizqəlbli olmadığını, lakin
hər alçağa qarşı bir qəhrəman,
hər özünü fikirləşən siyasətçiyə qarşı özünü yaddan çıxaran bir lider var.

 

Hər düşmənə qarşı bir dost olduğunu da öyrət ona.
Uzun vaxt alacaq bilirəm, ancaq öyrədə bilsən,
qazanılan bir dolların, tapılan beş dollardan daha dəyərli olduğunu öyrət.

 

İtirməyi öyrənməsini öyrət və həm də qazanmaq sevincini,
qısqanclıqlardan uzağa apar onu.
Əgər bacarsan, səssiz gülüşlərin sirlərini öyrət ona.

 

Qoy əvvəldən öyrənsin, daha qüvvətlilərin görünüşdə qalib olduqlarını,
Əgər bacarsan, ona kitabların möcüzələrini öyrət.
Ancaq ona göy üzündəki quşların, günəşin qarşısındakı arıların
və yamyaşıl yamacdakı çiçəklərin əbədi sirini düşünəbiləcəyi zaman da saxla.

 

Məktəbdə səhv etməyin hiylə etməkdən
çox daha qürurverici olduğunu öyrət ona.
Ona öz fikirlərinə inanmasını öyrət.
Hərkəs ona səhv düşündüyünü söləyəndə belə.

 

Mədəni insanlara qarşı mədəni,
qəddar insanlara qarşı qəddar olmağı öyrət ona.
Hərkəs bir-birinə qoşulmuş eyni yolu gedərkən
kütlələri izləməyəcək gücü verməyə çalış oğluma.
Bütün insanları dinləməyi öyrət ona,
ancaq bütün dinlədiklərini həqiqət ələyindən keçirməsini
və sadəcə yaxşı olanları həzm etməsini öyrət.

 

Əgər bacarsan, kədərlənəndə belə
necə gülümsəməli olduğunu öyrət ona.
Göz yaşlarında heç bir utancın olmadığını öyrət ona.

 

Ona qüvvətini və beynini ən yüksək qiymətə satmasını,
ancaq heç vaxt qəlbinə və ruhuna qiymət etiketi qoymamağı öyrət.
Ulayan bir insan kütləsinə qarşı qulaqlarını tıxamağı öyrət.
Ona mədəni davran, ancaq onu qucaqlama.
Çünkü yalnız od poladı təmizləyir.
Qoy səbirsiz olacaq qədər cəsarətə sahib olsun.
Qoy cəsur olacaq qədər səbri olsun.

 

Ona hər zaman özü üçün dərin bir inanc daşımağı öyrət.
Beləcə insanlara qarşı da dərin bir inanc daşımış olacaq.

 

Bu böyük bir tələbdir, görək, nə qədərini edə biləcəksən.
Necə də yaxşı, balaca bir insandır oğlum.

( bu məktub ABŞ-ın 16-cı prezidenti Abraham Linkoln tərəfindən oğlunun müəlliminə yazılıb )