“Bilmədiyimiz şeylər dəftəri”

20-ci əsrin ən önəmli fiziklərindən Nobel mükafatına sahib Richard Feynman “ömür boyu öyrənmək” mövzusunda şöhrəti ilə də tanınan bir dahidir. İstər fizikaya marağınız olsun, istər olmasın, Feynmanın öyrənməklə bağlı araşdırdığı texnikalar və üsullar məktəbdə, işdə, ya da həyatda hər hansı bir mövzunu öyrənməyinizə mütləq kömək edəcək.

Feynman hələ dünyaca tanınan fizik olmamışkən Princeton Universitetindəki tələbəlik illərində şifahi imtahanlara hazırlanmaq üçün xüsusi bir üsul üzərində işlədi. Feynmanın bioqrafiyasını yazan James Gleick üsulu bu cürə başa salır:

“Təmiz və boş bir dəftər açardı. Dəftərin üzərinə “Bilmədiyim şeylər dəftəri” başlığını atardı. Bu dəftərdə bildiklərini yenidən qaydaya salardı. Etdiyi şey; fizikanın hər qolunu parçalara ayırmaq, bu parçaları “yağlamaq” və sonra onları təkrar bir araya gətirmək idi. Bunu etdiyində nizamsızlıqları və daha işlənməmiş informasiyaları axtarardı. Hər məsələnin özəyini tapmağa çalışardı – bu isə həftələrini alırdı”.

Feynman bu dəftəri yeni öyrənməyə başladığı bir mövzuya həsr edərdi. Bilmədiyi şeyləri başa düşmək istəyi ilə başladığı dəftərin məqsədi bir mövzunu öyrənməyə başlamağın çətinliyini xəfiflətmək üçün “konkret işarə” yaratmaq idi.

“Əvvəllər boş olan dəftər səhifələri, səliqəli şəkildə alınmış qeydlərlə dolmaya başladıqca biliyiniz də artmağa başlayar. Daha çox səhifə doldurmaq istəyi öyrənmək motivasiyanızı da yüksək tutar. Bir mövzuda getdikcə artan məlumat bazanızı konkret bir şəklə dönüşdürsəniz, öyrənməyə davam etmək üçün ehtiyac duyduğunuz zehni enerjini ehtiyatla sərf edərik,” deyir Gleick.

Bəs nizamla test etməsəniz, yeni qazandığınız informasiya haqqında özünüzü necə əmin hiss edə bilərsiniz? Feynman Princeton Universiteti müəllimlərinin qarşısına çıxaraq şifahi imtahana girərdi, amma siz bu nöqtədə Feynman texnikasını digər praktik üsulunu istifadə edə bilərsiniz: Öyrəndiyiniz şeyi bir başqasına “öyrətmək.

Feynman möhtəşəm bir elm insanı olmaqla yanaşı, eyni zamanda möhtəşəm müəllim və mükəmməl bir natiq idi. Qarışıq mövzuların əsas hissəsini götürər və hər kəsin başa düşə biləcəyi sadə dilə çevirərdi.

Əgər siz də hər hansı bir mövzuda öz savadınızı kifayət qədər sağlam hiss etmir və özünüzü bu mövzuda inkişaf etdirmək istəyirsinizsə, Feymanın bəsit ifadə etmək texnikasını istifadə edə bilərsiniz. Sadəcə Feynmanın ən önəmli sözlərindən birini yaddaşınızda saxlamağı unutmayın: “İlk prinsip özünüzə yalan danışmamaqdır. Çünki ən asan özünüzü aldadarsınız”. Əgər özünüz özünüzü aldadarkən tutsanız, o zaman dəftərinizə geri dönə bilərsiniz.

Mənbə: egitimpedia.com