Azərbaycanda suçiçəyinə qarşı peyvənd olunmur – Yoluxma halları var

Azərbaycan 2007-ci ildən ” İmmunlaşdırma həftəsi” kampaniyasına qoşulub. Aprelin 24-də Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzində Azərbaycanda növbəti Avropa İmmunlaşdırma Həftəsinə həsr edilmiş mətbuat konfransı keçirilib.
Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, hazırda Azərbaycanda Avropada olduğu kimi, 11 yoluxucu xəstəliyə – qızılca, məxmərək, parotit, difteriya, göyöskürək, tetanus və s. kimi vaksinasiya aparılır.
Konfransda məlumat verilib ki, dünyada suçiçəyinə qarşı vaksin tətbiq olunmasına baxmayaraq, Azərbaycanda bu vaksinasiya aparılmır, ona görə indiyə kimi yoluxma hallarına rast gəlinir. Suçiçəyinə daha çox qış aylarında, noyabr-dekabrda rast gəlinir.
Əvvəlki illərlə müqayisədə ötən il bu xəstəliyə yoluxma halları azalıb. Bəzi hallarda valideynlər uşaqlara peyvənd vurdurmaqdan imtina edir, rayonlarda isə peyvəndlənmədən kütləvi imtina müşahidə olunmur.