“Uşaqların 3-4 yaşından etibarən psixoloqa müraciət edilməlidir”

psixoloqUşaqların hərtərəfli sağlam böyüməsi hər valideynin arzusudur. Lakin bəzi valideynlər uşaqların psixoloji cəhətdən sağlamlığına kifayət qədər diqqət yetirmirlər.

“İndigo” uşaq bağçasının psixoloqu Leyla Əbduləzimova Bagcam.az-a bildirir ki, valideynlər övladlarının psixoloji sağlamlığı üçün 3-4 yaşından etibarən psixoloqa müraciət etməlidirlər:

“Yaxşı olar ki, valideynlər heç olmasa, ildə bir dəfə psixoloqa müraciət etsinlər. Çünki bəzən elə faktorlar yarana bilər ki, valideynlər üçün bunu müşahidə etmək çətin olar. Psixoloq müayinə prosesində uşağın psixoloji vəziyyətinin normaya uyğun olub-olmadığını, ailədaxili problemlərin uşağa necə təsir etdiyini valideynlərə göstərə bilər”.

Leyla xanımın sözlərinə görə, psixoloji pozuntuları olan uşaqlarda aqressiya, davranış və ünsiyyət problemlərinə rast gəlinir. Psixoloq, bu problemlərin yaranmasına səbəb kimi valideynlərin uşaqlara az diqqət ayırmasını göstərir:

“Mənim müşahidələrimə görə, hazırda əksər uşaqlarda ünsiyyət problemi var. Bu da uşaqların texnologiyadan çox istifadə etməsi nəticəsində yaranır.  Valideynlər bir az tənbəl və az informasiyalıdır. Elə bilirlər ki, uşaq İnternetdə ingilis dilində mahnılar dinləyib öyrənirsə, rəngləri öyrənirsə, bu, onların inkişafı deməkdir. Əslində isə uşaqlar sadəcə əzbərləyirlər və məntiqləri geriləməyə başlayır. Uşaqlar ən azı danışana qədər kompüter, planşet və televizordan uzaq durmalıdır. Danışa bilən uşaqlar isə gündə yarım saatdan çox olmamaq şərtilə, 15 dəqiqə fasilə verərək televizora baxa bilərlər”.

Leyla Əbdulazimova qeyd edir ki, müalicə dövründə psixoloq daha çox valideynlərlə ünsiyyətdə olmalıdır. Onun sözlərinə görə,  müalicə yalnız uşağın ətrafındakı bütün insanlar psixoloqun sözlərinə əməl etdiyi halda yaxşı nəticələnir. Uşağın yaşının az olması da bu məsələdə böyük rol oynayır.

Leyla xanım deyir ki,  “Education Management Network” şirkətinə daxil olan “İndigo” uşaq bağçasında uşaqların psixoloji sağlamlığı ilk gündən diqqətdə saxlanılır. Uşaqlarda psixoloji cəhətdən problem olub-olmadığını yoxlamaq üçün isə hər 3 aydan bir müvafiq qiymətləndirmələrin aparıldığını bildirir:

“Bağçada uşaqların əlavə psixoloji köməyə ehtiyacı olarsa, onlar üçün saatlar ayrılır, psixoloqlar uşaqlarla işləyirlər. Bütün qruplarda uşaqlara psixoloji məşğələlər keçirilir. Onların diqqət və yaddaşını inkişaf etdirmək üçün tapşırıqlar yerinə yetirilir. Bundan əlavə, ildə 3 dəfə uşaqların psixoloji və mator bacarıqlarını (gəzmək, qaməti saxlamaq, qaça bilmək) yoxlamaq üçün qiymətləndirmələr aparılır. Hər hansı çatışmazlıq olarsa, gələn qiymətləndirməyə qədər valideynlər, müəllimlər, psixoloqlar həmin problemlərin üzərində işləyirlər”.

Psixoloq uşaqların sağlam psixologiyaya sahib olması üçün valideynlərin diqqət etməli olduğu əsas məqamlara da toxunur:

“Uşaqları tərbiyə etmək valideyn olmağa qərar verildiyi andan başlamalıdır. İşləyən valideynlər, yorulsalar belə, uşaqlara vaxt ayırmalı və bu vaxtdan səmərəli istifadə etməlidirlər. Uşağa sərf olunan vaxtda isə daim o uşaqla ünsiyyətdə olmaq lazımdır. Uşaqlar bilməlidirlər ki, ətrafda nə olursa olsun, valideynlər onların arxasındadır”.

 

Uşaqlara planlama və zaman nəzarətini öyrətmək

alarm-clockZaman nəzarəti daha çox iş həyatında yetişkinlər üçün üzərində durulan bir mövzu olmasına baxmayaraq, uşaqlara erkən yaşlardan qazandırılan planlama və təşkilatçılıq bacarıqlarının təsiri böyük olur. Uşağınıza öyrədəcəyiniz vaxt planlaması ilə ona həyat üçün vacib bir vasitə təqdim etmiş olacaqsınız. İrəliləyən vaxtlarda məktəb çalışmaları ilə şəxsi işlərin, ailə vaxtı ilə sosial vaxtı toqquşduğunda uşağınız gərginlik yaşamadan bu fəaliyyətləri nizamlaya biləcək bacarığa sahib olur. Gərgin bir həyatda uşaqlar məktəb, ev və sosial sahələrdəki məsuliyyətlərini və fəaliyyətlərini nizamlamaqda çətinlik çəkərlər. Uşaqlar sadəcə vaxtı planlamağı deyil, vaxtı da daha əlverişli istifadə etməyi öyrətdiyimizdə onlara həyat boyu fayda verəcək bir bacarıq qazandırmış oluruq. Bu bacarığı qazanmaq hər uşaq üçün asan olmur ancaq səbrli və tutarlı olduğunda hər uşaq bu bacarığı mənimsəyə bilir. Məktəbdən əvvəllki dövrdə vaxtı idarə etməyiniz üçün evinizdə mütləq təqvim və rəqəmləri böyük, asan görülə bilən saat olsun. İstəsəniz, uşağınızla hər ay üçün öz təqviminizi düzəldə bilərsiniz.

Uşağınızla o həftə içində olacaq əlamətdar günləri (ad günü, gəzinti günü, film və b) işarətləyin, rəsm çəkin. Uşağınız hər səhər –axşam keçən günün üzərinə bir “x” çəkə bilir, qalan günün sayına baxa bilir. Bütün bu fəaliyyətlərdə uşağınıza yoldaşlıq edin. Uşağınıza səhər yeməyində o günə nələr planladığınızı izah edin. Uşaqlar önlərini gördüyündə daha nizamlı və sakit olarlar, eyni zamanda bu açıqlamalarla günü planlamağı, fəaliyyətləri sıralamağı öyrənirlər. Məsələn, səhər yeməyindən  sonra geyinib çölə çıxacağıq. Parka gedib orda bir az vaxt keçirdikdən sonra günorta yeməyi üçün evə dönəcəyik. Günorta yuxundan sonra baban bizə gələcək. Uşağınızın vaxt qavramasını yaratmaq üçün mütləq səhər, günorta, axşam, sonra, əvvəl kimi anlayışları istifadə edin. Sonra-əvvəl anlayışını istifadə edərkən uşağınızın bildiyi bir fəaliyyət ilə birləşdirməniz faydalı olacaqdır. (günorta yeməyindən sonra, yatmadan əvvəl və s.) Uşağınızla sərhədli vaxtda bir fəaliyyət başlayacaq, bitəcəksə mütləq vaxtı saat üzərindən göstərin. Misal göstərsək 10-da evdən çıxmağımız lazımdır. Bax 10-nun üstünə avtomobil şəkili qoydum bu evdən çıxacağımız vaxtdır. Bu kiçik əqrəb avtomobilin üzərinə gəldiyində ayaqqabılarını geyinmiş bir şəkildə evdən çıxmağa hazır olmalısan. Beləliklə, uşağınız saatı idarə edərək zamanını yavaş-yavaş nizama salmağı öyrənir. Bu üsulu bir çox fərqli sahədə istifadə edə bilərsiniz; valideyninin işinin bitməsini gözləyərkən, kitab oxuma saatı, evdən çıxma saatı, nənənin gəlmə vaxtı və b.

Mənbə: Qadin.net

 

Uşaqların valideynə qarşı güvən problemi

usaqAta-ananın uşağına verə biləcəyi ən qiymətli hiss güvən hissidir. Əgər uşaq valideylərindən güvən hissini doya-doya ala bilirsə, öz kollektivindən güvən hissini ala bilirsə, şiddətə məruz qalmırsa, “dərsini niyə etməmisən? sənin kimi tənbəl uşaq heç görmədim”, “sənin kimi uşaqdansa heç uşağım olmayaydı kaş” valideynlər bu tipli uşağın duyğusuna xitab edilən cümlələr işlətmədikcə, şiddət görmədən, uşaq olduğu halı ilə evin içərsində qəbul edilirsə, o evin içərsində uşaq xoşbəxtdirsə, anasından əmindirsə o uşaqda güvən problemi olmaz.

Uşaq nəyə görə anasından əmin olmalıdır? Anasının onu döyməyəcəyindən, onu söyməyəcəyindən, onu təhqir etməyəcəyindən əmin olmalıdır.

 Çox təəssüflər olsun ki, bəzi anaların tez-tez istifadə etdikləri yol şiddətdir. Uşaq hər dəfə səhv etdikcə onu döyən, söyən, təhqir edən anası vardır. Məsələn, 30 yaşlı bir ana 4 yaşlı uşağına şiddət yaşadır. Nə üçün yaşadır bu şiddəti? Uşaq onun dediyinə əməl etmədi deyə. Halbuki uşaq 3 ildir ki, dünyaya gəlib. Uşağa imkan vermir ki, dünyanı tanısın.

Anaların “uşaq mənə qulaq asmır, sözümü uşağa keçirə bilmirəm” deyərək yumruqlarını sıxaraq uşağın üstünə gedərkən uşağın içində ata-anaya qarşı olan güvən hissi itib yox olur… Hələ uşaq nəyin yaxşı, nəyin pis olduğunu anlamağı dövrdə ata-ana dişlərini sıxmış halda uşağın üstünə gedib onu yiyəcəkmiş kimi təzyiq göstərirsə… Bu vəziyyətdə hansı uşaqdaki güvən hissinin olduğundan danışa bilərik…

Halbuki sağlam ruha sahib olan bir uşağın içində daşıyacağı ən önəmli hissdir güvən hissi… Ata-analar içlərində olan bir eqoya sahib çıxa bilmədikləri üçün, uşaq onların sözünü yerinə yetirməməsi qarşısında öz aqressivliklərini uşağın üzərində çıxartmasından əlaqədar olaraq uşaqların onlara qarşı güvən hissi itmiş olur. Yaxud qonaqlıqda uşaq əlindəki stəkanı yerə salıb sındırdı deyə ana qışqırtı ilə “çolaqsan niyə əlindəkini yerə saldın?!” deməklə hamının yanında uşağın qürurunu sındırmış olur. Uşaq da içində deyir ki, “mənim anam budur, etdiyim hər səhvə görə həmişə məni əzdirən, Allah məni niyə bu anaya göndərmiş deyər”.

Belə ananın əlində pərişan hisslər keçirər uşaq. Halbuki o, yeriməyi, oturmağı, danışmağı, əşyalarla necə rəftar edilməsini- stəkanı tutmağı yeni öyrənən dövrdə ona qarşı düzgün rəftar etməyi bilməyən bir ananın övladıdır. Səhv etməyə imkan verməyən bir ananın övladıdır. İnsanların içərsində onu alçaldan bir ananın övladıdır. Onun ruhunu görməyən bir ananın övladıdır. Bu vəziyyətdə uşaq nə edər? Özünü qorumağa çalışar. Ona qarşı bir söz deyənin cavabını verər, valideynləri ilə tərs danışar, onlara əsəbləşməyə başlayar. Bu da uşağın özünü qorumaq üçün istifadə etdiyi yollardır. Kimdən qorumaq üçün? Ata və anasından…

Əziz valideynlər, uşağınızı tərbiyə etməzdən əvvəl birinci özünüzü tərbiyə edin. Onsuz da uşağınız sizin açdığınız cığırın ardınca gedəcəkdir. Əvvəlcə, güzgüyə baxın, səhvlərinizi görməyə çalışın, özünüzü uşağın yerinə qoyun, sizə belə rəftar edəcək ata-anaya necə münasibət bəsləyərdiniz? Belə hərəkətlərinizlə uşağınızda dərin izlər, məsafələr buraxmayın. Uşaqlarınızı olduğu kimi qəbul edin, başqası olmasını istəməyin. Uşağınızın ruhuna diqqət edin. Uşaq böyütmək demək onun saçlarını daramaq, onun qarnını doyuzdurmaq demək deyildir… Uşağın ruhuna da arada baxın… O parçalanmış ruhuna çarə axtarın…

Mənbə: Qadin.net

Əminə İsrafilzadə

Uşaq ayaqqabısı seçərkən diqqətli olun

usaq_ayaqqabiUşağın normal inkişafı üçün rahat və yumşaq ayaqqabıya üstünlük verilməlidir.

Tərləməyə qarşı ayaqqabının  iç hissəsi xüsusi materialdan hazırlanmalı, eyni zamanda ayağı soyuqdan müdafiə etməlidir. Ayaqqabı uşağın ayağına uyğun, yəni nə böyük, nə də balaca olmalıdır. Uc qismində bir az boşluq qalmalı və ayağın inkişafına mənfi təsir etməməlidir. Ayaqqabının arxa hissəsi yaxşı oturmalı, yeriyən zaman topuğun sürüşərək  çölə çıxmasına mane olmalıdır. Uşaq ayaqqabılarının dabanı ayağı yaralanmalardan qoruya bilməlidir.

Körpələrə isə ayaqqabı geyindirməyin faydası yoxdur. Ayağı isti tutmaq üçün corabdan istifadə etmək kifayətdir. Təzə yeriyən uşaqlara ağır  ayaqqabılar almaq olmaz. Çünki bu cür ayaqqabılar uşağın yıxılmasına səbəb olur.

Bu xüsusiyyətlərə uyğun ayaqqabı heç vaxt əyriliklərə və ya yaralanmalara səbəb olmur.

 

“İndigo” balacaları ilk tədbirini keçirdi

“Education Management Network” təhsil idarəetmə şəbəkəsinə daxil olan “İndigo” uşaq bağçasında “Payız” adlı tədbir keçirilib. Bağça tərəfindən təşkil olunan ilk tədbir olmasına baxmayaraq, valideynlərin aktiv iştirakı ilə baş tutub.

Tədbir haqqında Bagcam.az-a müsahibə verən “İndigo” uşaq bağçasının pantomima müəllimi Rafiz Mehdiyev bildirib ki, uşaqlar səhnədə payız fəslində baş verən dəyişiklikləri rəqs, musiqi və teatr vasitəsilə nümayiş etdiriblər:

“Demək olar ki, sentyabrın ortalarından bu tədbirə hazırlıq başlayıb. Bu gün 4-6 yaş arası olan uşaqlarımız daha çox çıxış edirdi. Səhnədə payız rəqsləri, pantomima, mahnılar var idi. Ümumi səhnə və tədbirin özü nağıl üzərində qurulmuşdu. Əhəmiyyəti ondan ibarətdir ki, burada uşaqlara həm musiqi dərsi, həm rəqs, həm teatr keçilir. Öz qrup rəhbərləri uşaqlara şeir, rəqs, teatr bacarıqları, musiqi öyrədirlər və uşaqlar bunu nümayiş etdirirlər. Bununla da, onlar bir az rahatlaşır, komplekslərdən çıxır, özlərini təqdim etmək bacarığına yiyələnir, onlarda özgüvən yaranır”.

Tədbirdə iştirak edən valideynlərdən Qəmər Xəlilova tədbir haqqında təəssüratlarını bölüşüb:

“Bu istər rəqs, istər şeir demək, mahnı oxumaq cəhətdən olsun, bunlar səhnə qabiliyyətlərini daha çox inkişaf etdirməyə başlayır. Yəni çox gözəl idi, çox xoşuma gəldi. Bütün kollektivə təşəkkür edirəm. Bu işdə kollektivə uğurlar arzu edirəm. İnşallah uşaqlarımız üçün də davamı daha gözəl gələcək”.

Digər valideyn Nərmin Əzizova deyib ki, bu kimi tədbirlər uşaqların hərtərəfli inkişafına müsbət təsir göstərir:

“Uşaqların gələcək həyatına, gələcək fəaliyyətinə daha sərbəst özünü ifadə etməyə çox kömək edir. Fikirləşirəm ki, bu cür tədbirlər daha tez-tez olsa, təkcə bizim bağçada yox, bütün bağçalarda olsa uşaqların inkişafına çox gözəl təsir edəcək”.

Hər dəcəl uşaq hiperaktiv uşaq deyil

hiperaktivNormalda dəcəl, bir yerdə durmayan uşaqlara hiperaktiv uşaqlar deyirlər. Bəs, hər hərəkətli uşağa hiperaktiv demək düzgündürmü?

Hər hərəkətli uşaq hiperaktiv deyildir.

Mütəxəssislərin fikrinə görə dəcəl, hərəkətli olan hər uşağa hiperaktiv demək düzgün deyil. Hiperaktivliyə “Diqqət Əskikliyi/Hiperaktiv Pozuntu” deyirlər və bu, əslində, xəstəlikdir. Hər uşağa eyni cür rəftar etmək olmaz.

Hiperaktiv davranışlar çox olmalıdır.

Diqqət Əskikliyi/Hiperaktiv Pozuntusu olan uşaqlar davranışlarına nəzarət edə bilmirlər və çox hərəkətli olurlar. Bu diaqnozun qoyulması üçün uşaqlarda hiperaktiv davranışlar tez-tez baş verməlidir. Bu aktivlik uşağın və ətrafındakıların həyatını çətinləşdirəcək dərəcədə olmalıdır.

Nə etməli?

Diqqət Əskikliyi/Hiperaktiv Pozuntusu olan uşaqların zamanla öz-özünə düzələcəyini gözləmək olmaz. Belə bir vəziyyət aşkarlanarsa uşaq psixoloquna müraciət etmək, zaman itirmədən müalicəyə başlamaq lazımdır. Müalicə olunmazsa uşaq böyüdükcə davranışında səhvlər artar, təhsil sahəsində uğursuz olar.

Valideyn və müəllimlər birgə çalışmalıdırlar.

Belə uşaqların valideyni ilə müəllimləri birgə işləməli, məktəb və evdəki davranış qaydaları dəqiq öyrədilməlidır. Uşaqlar düzgün olan davranışlarına görə isə təbrik edilməlidirlər.

Diqqət Əskikliyi/Hiperaktiv Pozuntusu olan uşaqlarla mübahisə etmək olmaz.

Diqqət Əskikliyi/Hiperaktiv Pozuntusu olan uşaqlara qarşı şiddət göstəmək olaz. Valideynlər uşaqlarının istəklərinə mümkün olduğu qədər az etiraz etməli, onlarla mübahisə etməməlidirlər. Əgər, valideyn uşağın bir istəyinə yox deyirsə, sonda geri addım atmamalıdır. Əlavə olaraq Diqqət Əskikliyi/Hiperaktiv Pozuntusu olan uşaqlar mütləq idmanla məşğul olmalıdırlar.

“Master Tərbiyəçi müəllimlərin təkmilləşdirilməsinə xidmət edir”

xalide-rzayeva“Education Management Network” təhsil idarəetmə şəbəkəsi rusdilli pedaqoqlar üçün “Master Tərbiyəçi” proqramına start verir.

Şəbəkənin təlim-tərbiyə işləri üzrə mütəxəssisi, “Master Tərbiyəçi” proqramının rəhbəri Xalidə Rzayeva Bagcam.az-a bildirib ki, proqram məktəbəqədər təhsil müəssisəsində çalışan tərbiyəçi müəllimlərin təkmilləşdirilməsinə xidmət edir:

“Master Tərbiyəçi” proqramının ideyasını “Education Management Network” təhsil idarəetmə şəbəkəsinin rəhbəri Rasif Dünyamalıyev irəli sürüb. Əsasən, ölkəmizdə tərbiyəçi-müəllim statusunun vacibliyini önə çəkmək məqsədilə belə bir layihə həyata keçirilir. Bu proqram pedaqoqların peşəkarlıq səviyyəsinin, liderlik bacarıqlarının artırılması, səmərəli qərar qəbuletmə, məntiqi düşüncə bacarıqlarının inkişaf etdirilməsinə xidmət edir”.

Xalidə xanım proqramda iştirak şərtləri barədə məlumat verib. Onun sözlərinə görə, üstünlük, təhsilini tam bitirmiş məktəbəqədər təhsillilərə verilir:

“Həmçinin ibtidai sinif və ya filologiya ixtisaslarını bitirən şəxslər də iştirak edə bilər. Həm təhsilini bitirən, amma çalışmayan, həm də təhsilini tamamlayıb artıq çalışan şəxslər də proqrama qoşula bilər. İştirak etmək istəyənlər CV-lərini info@bagcam.az ünvanına göndərməlidirlər. İlkin mərhələdən keçənlər müsahibəyə dəvət edilir.  Müsahibələrdə ümumi tanışlıq prosesi olur və müraciət edən şəxsin proqram üçün nə dərəcədə uyğun olduğu müəyyənləşdirilir”.

Proqram rəhbərinin sözlərinə görə, artıq üçüncü mövsümünə hazırlıq görülən layihə ətrafdakıların marağını cəlb etməyi bacarıb. Üç ay nəzərdə tutulan proqramda tərbiyəçilər iki ay təlimlərdə iştirak edəcək, bir ay isə şəbəkəyə daxil olan bağçalarda təcrübə keçəcəklər:

“Bu müddətdə tərbiyəçilər uşaq inkişafı sahələrini, sağlamlıq təhlükəsizlik bölməsini, fövqəladə hallarda necə davranmalı olduqlarını öyrənəcəklər, şəxsi inkişaf üzrə biliklər əldə edəcəklər, konflikt menecment, stress menecment, taym menecment (vaxtın idarəedilməsi), ünsiyyət və nitq bacarıqları kimi təlimlərdə iştirak edəcək, psixoloqların ustad dərsləri ilə yanaşı,  metodiki sahədə də bir sıra təlimlər keçəcəklər. Təlimlər əyani vəsaitlərlə, interaktiv formada keçirilir”.

Xalidə xanım sonda bildirib ki, proqramı bitirən və bağçalarda çalışan şəxslərin fəaliyyətini izləyir,  öyrəndiklərini necə tətbiq etdiklərini müşahidə edirlər:

“Bu proses yalnız sertifikat verməklə bitmir. İştirakçılara şəxsi həyatda da yararlana biləcəkləri material təqdim edirik. “Master Tərbiyəçi” proqramının nəticə yönümlü olduğuna inanırıq. Çünki  gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olan insanların peşəkarlıq səviyyəsi olduqca vacibdir. Ölkədə ixtisaslaşmış tərbiyəçi-müəllimlərin olması üçün bu proqram önəmli rol oynayacaq”.

Qeyd edək ki, proqramda yüksək nəticə göstərən üç iştirakçı işlə təmin ediləcək və “Education Management Network” təhsil idarəetmə şəbəkəsi ilə bir illik müqavilə bağlanacaq.

Proqrama qəbul 30 noyabr 2016-cı il tarixində başa çatır.

 

“Cizgi filmə yalnız əyləncə kimi baxmaq olmaz”

tv“Uşaqlar maraq göstərdiyi hər şeydən məlumat və  informasiya götürürlər. Cizgi filmlər də bura daxildir”.

Bu sözləri GSR.fm-ə müsahibə verən   psixoloq Təhminə Çələbi  deyib. O, cizgi filmlərin uşaqların psixologiyasına təsiri barədə də fikir bildirib:

“Uşaqlar bilavasitə cizgi filmindən həyatı öyrənirlər. Biz buna sadəcə animasiya, rəngli qəhrəmanlar kimi baxsaq da, onlar üçün belə deyil.  Uşaqlar yaşları kiçik olduğu üçün həqiqətlə nağılı seçə bilmirlər. Onlar cizgi filmləri real həyat kimi qəbul edə bilir və  müəyyən emosiyaları  ordan öyrənirlər. Həmçinin bunu öz həyatlarında tətbiq etməyə başlayırlar. Bəzən çox sakit təbiətli uşaq birdən-birə aqressiv olur. Valideynlər bunun səbəbini bilmirlər. Uşağın baxdığı cizgi film qəhrəmanı  və ya gördükləri onun beyninə həkk olunur və bunu normal davranış kimi təkrarlayır. Buna görə mütləq uşaqların baxdığı cizgi filmlərinə fikir vermək lazımdır.

Hazırda uşaqlar iki qrupa bölünürlər: rus dilli və türk dilli uşaqlar. Əgər valideyn türk seriallarına və ya verilişlərinə baxırsa, uşaq da həmin ölkənin cizgi filmlərinə baxır. Nəticə olaraq 3-6 yaş qrupundakı uşaqlar ya türk ya da rus dilində danışırlar. Uşaq  ana dilinin, təfəkkürünün inkişafı  üçün öz dilimizdə olan cizgi filmlərə baxmalıdır. Nitq bilavasitə təfəkkürlə bağlıdır. Təbii ki, uşaq cizgi filmlərinə ana dilində baxsa, orda baş verən hər şeyi dərk edə biləcək və nitqi də inkişaf edəcək. Uşaqlarda nitq pozğunluqları, bəzən gec dil açmaq kimi problemlər onun hansı dildə danışacağına qərar verə bilməməsi ilə bağlıdır. Yəni onlar əşyaları hansı dildə adlandıracağını və ya fikirlərini hansı dildə ifadə edəcəyini bilmirlər. Çünki televiziyada, məktəbəqədər təhsil müəssisələrində, eləcə də ailədə fərqli dillərdən istifadə edilir. Heç rus dili bilməyən ailə uşağını həmin dilli bağçaya yazdırır və problem yaranır. Valideynlər düşünür ki, uşaq bu yaşda dili daha yaxşı öyrənir, amma əksinə bu uşaq üçün çətindir. Uşaqların  təfəkkürü ana dilində inkişaf etsə,  daha sonra müəyyən yaşda xarici dil kimi istədiyi dili seçib öyrənsələr yaxşı olar.  Bu səbəbdən cizgi filmlərin ana dilimizdə olması daha xeyirlidir”.

Təhminə xanım həmçinin qeyd edib ki, valideynlər cizgi filmlərinin ssenarilərinə, məqsədinə, uşaqlara  çatdırmaq istədiklərinə fikir verməlidirlər:

“Cizgi filmlərinə dırnaqarası yanaşmaq olmaz. Əgər ailədə ata-ana uşağı tərbiyə edirsə, valideynlər üçüncü tərbiyəçi kimi televiziyanı götürməlidirlər. Bəzən  televiziya  uşaqlara valideynlərdən çox təsir edir.  Uşaq bir çox sualların cavabını televiziyada tapırsa, valideyn artıq ona cavabdeh olmur. Çünki o, baxdıqlarından nəticə çıxarır. Cizgi filmə yalnız əyləncə kimi baxmaq olmaz. Uşaqlar valideynlərin baxıb nəticə çıxardığı, seçdiyi cizgi filmlərinə baxsa, gələcəkdə onların şəxsiyyəti daha gözəl formalaşar”.

“Uşaqların intellektual inkişafına diqqət edən bağçaların tərəfdarıyam”

Ana olmaq karyera ilə vidalaşmaq deməkdirmi? Bu sual bir çox gənc xanımı narahat edir. Lakin, həm sevimli ana olub, həm də uğurlu karyerada addımlayan xanımlar az deyil. Belə tərəddüdlərdən qurtulmaq üçün müsbət təcrübələrdən nümunə götürmək olar.

Müsahibimiz – gözəl ana, radio aparıcı, analar.az saytının müəllifi və baş redaktoru, video-blogger Səma Abiyevadır. Səma xanım, analıq və karyera tərəzisinin bərabərliyini pozmadan necə irəliyə addımladığını bagcam.az oxucuları ilə bölüşür:

14480706_1270048683036928_3500673180186860341_oAzərbaycan video-bloggerləri arasında gənc anaların sevimlisisiniz deyə bilərik. Bu yerə gəlməyin çətinlikləri nələrdir? 

– Şəxsən mənim üçün video-bloggerlik ilə məşğul olmağın çətinliyi yoxdur. İşimdən zövq alıram, çətinlikdən isə motivasiya oluram. Əslində, asan işləri heç sevmirəm.  Çətin işi bacardıqca daha böyük işlər görməyə stimulum artır.

Bəs bu yerə çatmaq üçün hansı bacarıqlara yiyələnməli olmusunuz?

 – İxtisasca jurnalistəm, kanalların birində xəbərlər bölməsində çalışmışam. Hazırda analıq məzuniyyətində olsam da, radioda aparıcıyam. Video-blogger olmaq üçün səsimin, diksiyamın düzgün olmasına diqqət edirəm, səsyazma, səs montajı, video montaj incəliklərini öyrənmişəm, işıq, düzgün rakurs, axıcı mətn hazırlamaq kimi peşəmin verdiyi qabiliyyətləri özümdə formalaşdırmağa çalışmışam.

Ümumiyyətlə, bu sahədə şəxsən nələri qazanmısınız?

– Qısa zamanda böyük izləyici sayına sahib olmuşam. Ən azından bu mənim üçün böyükdür. Nəzərə alsaq ki, kanalım 2 il ərzində 8 milyondan çox baxışa sahibdir və ölkədə ən böyük abunəçisi olan qadın videobloggerəm. Düşünürəm ki, kömək etmək istədiyim insan sayının çoxalmasını istəməyimdə qəbahət yoxdur. Əməkdaşlıq etdiyim bir sıra lokal şirkətlər olub. Hobbi adlandırdığım bu işdən artıq maddi gəlir əldə etməyə başlamışam. Azərbaycanda ilk dəfə olaraq 2 dəfə izləyiciləri ilə görüş keçirmək kimi təcrübəm olub. Nəhayət ən böyük uğurum musenetwork.com kimi bir beynəlxalq şirkətlə əməkdaşlıq edirəm. Mənim üçün qürurvericidir ki, bu gün mənim adım Tarkan, Cem Yılmaz, Sezen Aksu, Mahsum Kırmızıgül kimi uğurlu insanlarla bir sıradadır. Artıq Türkiyə Youtube aləminə aktiv şəkildə daxil olmağa start vermişəm.

14721644_1295680627140400_5573943716991455115_nBəs necə düşünürsünüz, iş qadını ilə işləyən qadın arasında fərqlər nədir?

– Mənim zənnimcə, iş qadını artıq öz işini qurmuş və sevdiyi bir işdən biznes formalaşdırmış biridir. İşləyən qadın isə karyera pillələrində ucalmaqda olan ancaq böyük mexanizmin bir parçasıdır.

Siz iş qadını olmaqla yanaşı, hər şeydən öncə anasınız. Ana olmağınız sizin iş həyatınıza necə təsir etdi? 

– Hər iki övladımda da işə çox tez zamanda geri dönmədim. Oğlumun 3 yaşı tamam olana qədər tərbiyəsi və formalaşmasında birbaşa iştirak etdim. Ən düzgünü budur deyə oxuduğum kitablardan qənaətə gəlmişəm. Bəzən analar əhəmiyyət vermirlər, ancaq bu 3 il uşağın valideynlə, xüsusən də ana ilə bağlılığında, psixologiyasında çox önəmli dönəmdir. Qızım doğulduqdan sonra da tamamilə işimdən bir müddət qopdum, radiodan uzaqlaşdım. Artıq 1 ildir ki, efirdə deyiləm. Müəyyən tədbirlərə, dəvətlərə getmirəm. Amma blogumu davam etdirirəm və hətta analıq təcrübəmi mənim kimi analarla bölüşürəm. Bu fasilədən narahat deyiləm. Düşünürəm ki, mənim ən böyük yaradıcılığım elə övladlarımdır.

12924481_1105409902834141_6902362060855940411_nSizin fashion-blogger kimi də işlərinizi görürük. Ailə həyatı, analıq və baxımlı xanım olmaq balansını necə qoruyursunuz?

– Bir çox işləri paralel edirəm. Həyətdə uşaqla gəzərkən mail-i yoxlayıram, kitab oxuyuram. Oğlumun dərsinə kömək edərkən yemək bişirirəm, qızıma yemək verərkən Youtube-dan videolar izləyirəm, məlumatlanıram və s. amma yenə də çətinliklə çatdırıram.

Bildiyimiz kimi, analar.az saytının baş redaktorusunuz və özünüzün də dediyiniz kimi gənc analar üçün bir çox məsləhətlər paylaşırsınız. Öz analıq təcrübənizdə bütün məsləhətlərə əməl edə bilirsiniz mi?

– Bəli, çünki saytımızda olan bütün məqalələr həyatımız boyunca rastlaşdığımız problemlərə cavab axtararkən yazılıb.

Övladlarınızın savadlı böyüməsi üçün nələr edirsiz?

– Çoxlu kitab oxuyuruq birlikdə. Oğluma ailədə müzakirələrimiz, söhbətlərimiz mesajlar ötürür. Atası və mən işimizdən dolayı çox maraqlanan adamlarıq. Oğlum da bizim kimi özünə blog açmaq, yaşıdlarına kitab tövsiyələri, oyunlar, cizgi filmləri anlatmaq istəyir. Dərs rejimindən dolayı alınmır. Amma ona yardımçı olacağam. Kino və cizgi filmi seçiminə həssasıq. Olmazları elmi cəhətdən izah edirik. Bizi əla qarşılayır.

Özünüzün yaradıcısı olduğunuz oyunlar, nağıllar, laylalar varmı? Necədir?

– Oyunlar var, misal üçün oğlum doğum gününə dostlarını dəvət etdikdə onlarla intellektual oyunlar oynadıq. Vaxtımızı əyləncəli, amma həm də öyrədici keçirdik. Əvvəlcədən buna hazırlaşmışdım. Laylalardan çox oxşamaları özüm qoşuram. Nağıllar isə improvizə ilə yaranır deyə, yadımda qalmır. Ancaq kanalımda səsləndirdiyim kifayət qədər nağıl var.

Uşaqlarınıza vətənpərvərlik hissini necə aşılayırsınız?

– Filmlərlə, musiqilərlə, qəhrəmanlar haqqında danışmaqla və tarixi olan yerlərə gəzintiyə getməklə övladlarımıza vətənpərvərliyi aşılayırıq.

Övladlarınızın hər ikisinə eyni münasibət bəsləyirsiniz, yoxsa arada fərqlər qoyursunuz? Əsasən hansı fərqlər?

– Oğlumuza qarşı çox vaxt bir qədər tələbkar, daha disiplinli münasibətdə oluruq.  İradəsinin formaşalması üçün, kişi xüsusiyyətləri – qorumaq, müdafiə etmək, güclü olmaq kimi bacarıqlara yiyələnməsi üçün kitablardan oxuduğumuz məsləhətləri tətbiq edirik. Əslində qızım hələ balacadır deyə, böyümə şəkillərində kəskin fərqlər yoxdur.

12998623_1111303712244760_654243169246468005_nÜmumiyyətlə, oğlan və qız uşağı arasında əsas fərqlər nələrdir və valideynlər nələrə diqqət etməlidir?

– Fərqlər təbii ki, çoxdur. Qızlar daim analarından təsirlənsələr də, oğlanlar bir müddət analarının təsiri altında olurlar. 7 yaşdan sonra ata, 14 yaşdan sonra hansısa kişi obrazının təsiri altında böyüyürlər. Qızların ilk sevgisi ataları, oğlanların ilk sevgisi isə anaları olur. Qarşı cinsi seçərkən şüuraltı da olsa valideynlərində bəyəndikləri xüsusiyyətləri axtarırlar. Qız və oğlan tərbiyəsində yoldaşımla mənə bəzi kitablar yardımçı olur. Stiv Biddalfın “Çto takoye malçiki?” “Zaçem prinscessi kusayutsya?” kitabları çox yararlıdır.

Uşaqları sakitləşdirmək üçün özünüzün xüsusi metodunuz varmı?

– Həyəcanlı vaxt uşağa bir şey anlatmağın mənası yoxdur, hətta ünsiyyətə girməyin belə. Uşağı özü ilə bərabər ancaq müəyyən dərəcədə sakit buraxmaq lazımdır. “Mən səni başa düşürəm, sakitləş, danışarıq” deyib müəyyən vaxtdan sonra hər şeyi detallı, səbrlə izah etmək lazımdır. Daha balaca uşaqlarda da qıcıqlandığı məsələnin əksini sübut etməyə və ya onun istədiyini həyata keçirməyə çalışmaq olmaz. Əksinə səs-küy salan uşağın tamaşaçısı olmaq lazım deyil. Uşaq təzyiq etdiyini anlamalı deyil. Daha sonra sakitlik vaxtı anlatmaq, onun hərəkətlərini videoya çəkmək və özünə göstərmək lazımdır. Onda uşaq özünə kənardan baxacaq və “sən ağıllı qızsan, inanmaram ki, sən bunu edərsən, yəqin bilməmisən” deyə söhbətə başlamaq lazımdır. “Sən pintisən, dəcəlsən, tənbəlsən” deyə ümumiləşdirmək olmaz. “Sən yaxşı balasan, amma arada yadından çıxır deyə” – belə edirsən. Bunu düzəldə bilərsən, bunu hamı bilir. Ona görə gəl birlikdə bu pis hərəkəti unudaq getsin” deməklə problemi həll etmək olar.

Uşaqların texnoloji alətlərdən istifadəsinə münasibətiniz necədir?

– Çox pis. Mütləq mənfini müsbətə çevirmək lazımdır. Misal üçün mən oğluma planşetdən izləyə biləcəyi çox faydalı cizgi filmlər tapmışam. Fiksiki, smeshariki və bu cizgi filmləri uşaqların dünya görüşünü artırır və ya iqusha.ru saytı vasitəsi ilə intellektual oyunlar edirik. Gecələr Youtube-dan rusca audio nağıllar dinləyirik.

Tez-tez paylaşımlarınızda türk və rus dillərində olan uşaq baxımı ilə bağlı kitabların fotolarını görürük. Azərbaycan dilində belə vəsaitlər varmı? Özünüz yazmağı düşünürsünüzmü?

– Azərbaycan dilində xeyr, çox azdır. Mən gələcəkdə belə bir ideyanı gerçəkləşdirmək istəyirəm. Sadəcə hələlik özüm bu sahəyə daha dərindən nüfuz etməyi və anaların kitab oxumaq həvəsini araşdırıram.

14543739_1274464242595372_8557633688109165203_oUşağı bağçaya əmanət edirsiniz mi? 

– Hələ ki yox. Bu məsələni araşdırmadan reallaşdırmayacam təbii ki. Mənim üçün uşağın bağçalarda sadəcə yaxşı yedi və yatdı məsələsi əsas deyil. Mən uşaqların intellektual inkişafına diqqət edən, onları nəzarətdə saxlamaqla azad böyüdən bağçaların tərəfdarıyam. Sovet bağçalarımız isə oyuncaqları uşaqlara təəssüf ki, eksponat kimi təqdim edir.

Son olaraq həm ailə qurmaq, həm ana olmaq, həm də kariyera qurmaq istəyən gənc xanımlara məsləhətiniz nə olardı?

– Məncə çətin deyil. Həvəs hər şeyə qadirdir. Bircə həyatımız var. O həyat boyu hər şeyin mükəmməlinə imza atmaq, özünü sevdikləri və özü üçün gözəl tərəfdən reallaşdırmaq, formalaşdırmaq yaşamağa daha həvəsləndirən məqamdır.

Məncə, uğurlu qadın gözəl ana və gözəl həyat yoldaşı olmağa bir addım daha yaxındır. Çünki o beləcə özünün ailəsinə şəxsiyyət kimi də sevdirə bilir. Evin aşbazı, xadiməsi və dayəsi rolu ilə məhdudlaşmır. Mən şəxsən heç vaxt yoldaşımın yeyəcəyi yeməyi heç kəsə həvalə etmərəm. Övladlarımın tərbiyəsini və qidası da eləcə. Məncə, yoldaşımın dadacağı təamlara sevgimi qatamasam, balalarımın formalaşmasına qayğımı qoymasam mən sadəcə ailədə fiqur olaram. Sanki onlar üçün və özüm üçün mükəmməlini etməyə çalışdıqca, bu yolda olan axtarışlarım böyüdükcə və püxtələşdikcə onlar və özümü xoşbəxt edirəm.

Qeyd: Müshibədə istifadə olunan fotolar Səma Abıyevanın Feysbuk hesabından götürülüb.

Ən yaxşı təhsil  sistemləri nəyi düzgün edir?

tehsilCənubi Koreyada və Finlandiyada təhsil, “düzgün” məktəbi tapmaqla bağlı deyil.

50 il öncə Cənubi Koreya və Finlandiya bərbad  təhsil sisteminə sahib idilər. Finlandiya, iqtisadi olaraq Avropadan  “ögey” övlad rəftarı görmək riski yaşayırdı. Cənubi Koreya isə daxili müharibələrdən məhv olmuş vəziyyətdə idi. Ancaq son yarım yüz ildə həm Cənubi Koreya, həm də Finlandiya məktəblərində böyük çevriliş müşahidə edildi və artıq hər iki dövlətin beynəlxalq nəticələri möhtəşəmdir. Bəs digər ölkələr bu iki uğurlu, amma bir-birinə zidd olan təhsil modelindən nə öyrənə bilər? Budur, Cənubi Koreya və Finlandiya təhsilinin düzgün istiqamətinə  ümumi baxış:

Koreya modeli: Dözümlülük və çox, çox, çox çalışmaq. 

Milli Təhsil və İqtisadiyyat Mərkəzinin icraçı direktoru Mark Tukerin dediyinə görə, uzun illərdir, Asiyanın bəzi bölgələrində, sosial-iqtisadi nərdivanın pillələrini müvəffəqiyyətlə dırmaşmaq və etibarlı bir iş tapmağın tək yolu bir imtahana girmək idi.

Bu imtahanlar əhatəli bilgilər tələb edirdi və çox yorucu idi. Bu gün konfutsi ölkələrinin çoxunda, hələ də imtahan mədəniyyətinin mövcud olduğu təhsil sisteminə hörmət edilir. Bu ölkələr arasında Cənubi Koreya  müvəffəqiyyətli ölkə kimi digərlərindən fərqlənərək önə keçir. Koreyalılar diqqətəlayiq bir uğura imza atırlar. Ölkədəki təhsil səviyyəsi yüzdə yüzə çatır. Həmçinin Koreya beynəlxalq müqayisəli rəqabət testlərində ön sıralarda yer alır. Buna tənqidi düşünmə və analiz testləri də daxildir. Amma bu müvəffəqiyyətin bir də qarşılığı var: şagirdlər bacarmaq üçün böyük  təzyiq altında yaşayır. İstedad nəzərə alınmır, çünki ölkə mədəniyyəti çox işləməyə və çalışqanlığa inanır. Müvəffəqiyyətsizlik üçün hər hansı bəhanə qəbul edilmir.Uşaqlar həm məktəblərdə, həm də fərdi formada təhsil alırlar. Ölkədə “Əgər çox çalışsanız, kifayət qədər ağıllı ola bilərsiniz” inancı hakimdir.

Beynəlxalq tələbələrin qiymətləndirmə proqramının (PISA) təhsil direktoru və  İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının(OECD) təhsil məsləhətçisi Andres Şlayxerin fikrincə, Koreyalılar yaxşı gələcəyə sahib olmaq üçün bu çətin mərhələnin öhdəsindən gəlməliyəm- deyə düşünürlər. “Bu bədbəxtliyin qısa, xoşbəxtliyin uzun dövrüdür”. Bu sadəcə ailələrin uşaqlarına təzyiq etməsi deyil. Koreya mədəniyyəti ənənəvi olaraq nizamın tərəfdarı olduğu üçün digər şagirdlərdən gələn təzyiq də fəaliyyət gözləntilərini yüksəldə bilər. Gürcüstan universitetinin məktəbəqədər təhsil üzrə professoru Co Tobinin dediyinə görə, Koreya cəmiyyətinin bu cür  davranışı uşaqların erkən təhsil dövründə də özünü göstərir. Digər Asiya ölkələrində olduğu kimi Koreyada da siniflərin sayı çoxdur. Lakin Koreyada əsas hədəf müəllimlərin sinfə liderlik etməsi və eynisəviyyəli əlaqələrin inkişaf etdirilməsidir. “Dünyanın ən ağıllı uşaqları” kitabının yazarı Amanda Ripley deyir ki, “Uşaqlara təhsil verməyin daha yaxşı və daha pis yollarının olduğu məlumdur. Əgər orta bir Amerikan təhsili ilə orta Koreya təhsili arasında seçim etməli olsam, istəmədən də olsa Koreya modelini seçərdim. Həqiqət budur ki, müasir dünyada uşaqlar necə öyrənməli, necə çalışmalı və uğursuzluqdan sonra  yola necə davam etməli olduğunu bilməlidirlər. Koreya modeli də elə bunu öyrədir”.

Finlandiya modeli: Tədris planından kənar seçim, daxili motivasiya. 

Finlandiyada uşaqlar həm möhkəmliyin, həm də estetikliyin faydalarını öyrənirlər. Pedaqoqlara görə, Finlandiya modeli bir utopiyadır.

Finlandiyada məktəblər cəmiyyətin maraq mərkəzindədir. Məktəb sadəcə təhsil xidməti deyil, sosial xidmətlər də təqdim edir. Təhsilin məqsədi şəxsiyyət formalaşdırmaqdır. Finlandiya modeli daxili motivasiyaya və fərdi maraqların ardından getməyə dəyər verir. Finlandiya təhsil sistemində nisbətən daha qısa və məktəb tərəfindən maliyyələşdirilən, tədris planından kənar fəaliyyətlərlə zənginləşdirilən bir məktəb günü keçirilir. Finlilər, önəmli öyrənmə üsulunun sinifdən kənarda reallaşdığına inanır. Liseydəki şagirdlər verilən dərslərin üçdə birini seçirlər. Hansı imtahana girəcəklərinə belə özləri qərar verirlər. Stresin aşağı səviyyədə olduğu Fin mədəniyyətində  müxtəlif öyrənmə təcrübələrinə dəyər verilir. Amma bütün bunlar o demək deyil ki, Finlandiyada təhsil sistemində akademik çətinliklər yoxdur. Finlandiyalı pedaqoq və yazar belə deyir: “Finlilər Finlandiyadan kənarda mövcud deyillər. Bu da insanların təhsilə ciddi yanaşmalarına səbəb olur. Məsələn, heç kim bizim danışdığımız gülməli dildən istifadə etmir. Finlandiya cüt dillidir və hər şagird həm fin, həm də isveç dilini öyrənir. Uğur qazanmaq istəyən hər finli mütləq başqa bir dil öyrənməlidir. Bu dil adətən ingilis dili olur. Bundan başqa alman, fransız, rus və başqa dilləri öyrənirlər. Ən balaca uşaq belə özlərindən başqa heç kimin Fin dilində danışmadığını bilir. Əgər həyatda fərqli şeylər etmək istəyirlərsə, dil öyrənməlidirlər”.

Finlilərlə Cənubi Koreyalılar arasında ortaq bir nöqtə var: “Müəllimlərə və akademik uğurlara verilən dəyərlər”. Finlandiyada təhsil proqramı müraciətlərinin sadəcə onda biri qəbul edilir. 1970-ci illərdə məktəblərin 80%-nin bağlanmasından sonra ən yaxşı universitet təhsil proqramları qaldı. Bu da ölkədəki müəllimlərin nüfuzunu yüksəltdi. Finlandiyada müəllimlər bir ildə 600 saat dərs verirlər. Qalan vaxtlarını isə ixtisasartırmaya, iş yoldaşları, tələbələr və ailələri ilə vaxt keçirməyə ayırırlar. Amerikada isə müəllimlər ildə 1100 saat dərs verirlər. Qalan fəaliyyətlər üçün isə az zaman qalır. Yazar Toni Vagner deyir : “Hamımız aldığımız təhsilin əsərləriyik. Uşaqlarımız üçün istədiyimiz məktəblərin öz təcrübələrimizi və ya istədiklərimizi əks etdirməsini ümid edirik. Bu fərqli təhsil üçün yaradıcı fikirlərimizi məhdudlaşdırır. Heç dəyişməyən bir təhsil sisteminin 21-ci əsr dünyasının ehtiyaclarına cavab verməyəcəyi dəqiqdir. Həqiqətən böyük dəyişimə ehtiyacımız var”.

Şlaxer isə deyir ki, “ dünyanın ən uğurlu təhsil mədəniyyətlərində şagirdlərin uğurlarına sistem cavabdeh olur”. Yəni sadəcə ailə, sadəcə şagird və ya sadəcə valideyn məsuliyyət daşımır. Təhsil sistemi ölkənin mədəniyyətini yaradır.