Üç yaşa qədər uşaq danışmırsa…

3yasAnadolu Universitetinin Dil və Danışma Terapiya Bölümünün professoru həkim İlknur Maviş bildirir ki, 36 aya qədər danışmayan  və danışmaqda çətinlik çəkən uşaqların sağalmasında ən vacib faktor ailə dəstəyidir.

Maviş, ümumilikdə 18-24 ay arasındakı uşaqların danışmağa başlamasının gözləndiyini söyləyir.

Uşaqların 36 aya qədər səs çıxartmaması və söz deyə bilməməsi müəyyən şeylərdən şübhələr oyatdığını vurğulayan Maviş, bunları əlavə edir:

“Hər uşağın inkişafı eyni deyil. Bəzi uşaqların danışmaqla bağlı sıxıntıları ola bilər. Ananın, atanın işləməsi, uşaqların dayələri ilə böyüməsi ya da mütəmadi olaraq telefon və televizorda cizgi film izləməsi dil inkişafını gecikdirən səbəblərdəndir”.

Maviş, valideynlərin uşaqları ilə əlaqə qurmasının vacib olduğunu bildirərək, “36 aya qədər danışmayan ya da danışma pozuntusu yaşayan uşaqların yaxşılaşmasında ən vacib məsələ ailə dəstəyidir” deyir.

Professor valideynlərin uşaqları ilə oyun oynayıb, əlaqə qurmalarını, bunu etmədikləri halda isə dil və danışma terapiyalarına müraciət etmələrini tövsiyə edir.

“Hər ana və ata, hətta nənə və babalar da uşaqlarla əlaqə qurmağı öyrənməlidirlər. Uşaqlarda risk faktı, ailə üzvlərindən birində kəkələmək, danışığında problem və ya gecikmə varsa, valideyn uşağı ilə xüsusi olaraq maraqlanmalıdır” – deyə professor əlavə edir.

Mənbə: Milliyet

 

“Bayram tədbirləri uşaqlarda əzbərçiliyin qarşısını alır”

10Xalqımızın tarixi kökü ilə bağlı olan Novruz bayramı zəngin adət-ənənələrə malikdir. Papaqatma, tonqaldan tullanma, yumurta döyüşdürmə kimi qədim adətlər sanki uşaqlar üçün nəzərdə tutulmuş rəngarəng oyunlardandır. Elə bu səbəblərdən də Novruz uşaqların ən sevimli bayramıdır.

Müsahibimiz “Baby Star” uşaq bağçasının meneceri Sevda Abbasova Novruz bayramının uşaqlar üçün əhəmiyyətindən və onlara aşıladığı dəyərlərdən söhbət açıb:

– Bayram tədbirlərində iştirak etməklə uşaqlar bir daha yazın gəlişi, milli bayramımız olan Novruz bayramı və onun adətləri haqqında geniş məlumat əldə edirlər. Bundan başqa belə bayramlar uşaqlarda milli ruhun formalaşmasına təkan verir, onlara vətənpərvərlik hissi  aşılayır.

Bağça meneceri “Education Management Network”ə daxil olan “Baby Star” uşaq bağçasında Novruz bayramı ilə bağlı keçirilən tədbirlərdən də danışıb:

– Bağçamızda Novruz bayramı və çərşənbə axşamları keçirilir. Uşaqlar  səhnədə, valideynlərin qarşısında çıxış etməyə – öyrəndikləri rəqsi ifa etməyə, şeirləri, tapmacaları  söyləməyə tələsirlər. Belə tədbirlər uşaqlara dostluq, komanda işi, birgə fəaliyyət, səhnə mədəniyyəti, auditoriya qarşısında sərbəst çıxış etmək, özgüvənin artırılması, utancaqlıqdan, komplekslərdən azad olma kimi müsbət keyfiyyətlər aşılayır. Bu,  həm də uşaqlarda əzbərçiliyin  qarşısını alır.

5Yazın gəlişini xəbər verən qaranquşlar uşaqlarımız tərəfindən maraqlı səhnəciklərlə canlandırılır. Uşaqlar bu bayramda bir anlıq  müasir, gündəlik geyim tərzindən uzaqlaşaraq milli geyimlərimizi sevə-sevə geyinir, bir-birindən maraqlı obrazlarla çıxış edirlər. Tərbiyəçilərimiz də öz növbəsində bu geyimlər haqqında onlara məlumatlar verir, xalqımızın adət-ənənələrini uşaqlara sevdirirlər. Həmçinin, uşaqları əyləndirmək üçün bayrama Kosa, Keçəl və Bahar qızı dəvət edirik.

Sevda xanım bildirib ki, bağçada təşkil olunan bayram şənliklərinə uşaqlarla birgə hazırlaşırlar:

– Hazırlıq prosesində uşaqlar əyani olaraq bir daha Novruzun adət – ənənələri ilə tanış olur, bayramdan öncə çərşənbələrin qeyd edilməsində iştirak edir, birlikdə səməni cücərdir, bağçamızın həyətində tonqal qalayır, tonqalın üzərindən hoppanıb “ağırlığım, uğurluğum bu odda yansın” deyərək şənlənirlər.

“Bu prosesdə  uşaqlarla yanaşı, valideynlər də aktiv iştirak edirlər” deyə Sevda xanım əlavə edib:

– Onlar uşaqlara verilən şeirlər, mahnılarla tanış olur, uşaqların öyrənməsinə yardımçı olur, onları dəstəkləyirlər. Bundan başqa valideynlər üçün maraqlı yarışlar keçirilir. Bu, Novruz bayramına uyğun olaraq, xonçaların tərtibi, şəkərburaların gözəl naxışlarla bəzədilməsi və s. kimi maraqlı yarışlardan ibarətdir.

Son olaraq isə Sevda xanım bağçada Novruz bayramı ilə bağlı qurulan güşəni göstərərək  bu bayramı uşaqların səbirsizliklə gözlədiyini vurğulayıb.

 

Vakansiya – İcraçı Menecer

Özəl Məktəbdə İcraçı Menecer vəzifəsi üzrə Vakansiya Elan Olunur.

Tələblər:

  • İdarəetmə üzrə Ali Təhsil (magistr dərəcəsi olanlara üstünlük veriləcəkdir);
  • MS Office və Excel Proqramlarından istifadə bacarıqları;
  • Əlaqədar sahə üzrə minimum 4 il iş təcrübəsi;
  • 25 – 35 yaş aralığına üstünlük verilir;
  •  Azərbaycan, ingilis və rus dillərini səlis bilmək;
  • Təşkilatçılıq və liderlik bacarıqları;
  • Kollektivdə çalışmaq və yardım etməyə hazır olmaq;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Münasibət qurmaq bacarığı və həssaslıq;
  • Tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
  • Çevik qərar qəbul etmək bacarığı;
  • Məqsədyönlü və qətiyyətli.

Müsabiqə 3 mərhələdən ibarət olacaq. Birinci mərhələdə təqdim olunmuş sənədlərin tələblərə uyğunluğu araşdırılacaq. İkinci mərhələdə iddiaçılar qəbul komissiyası tərəfindən şifahi müsahibəyə cəlb ediləcəklər. Üçüncü mərhələdə müsabiqə iştirakçılarının bilik və bacarıqları yoxlanılacaqdır.

Müsabiqədə İştirak üçün: Öz CV-nizi “Menecer” başlığı ilə karyera@bagcam.az elektron ünvanına göndərin və ya 055 260 74 71 nömrəsi ilə əlaqə saxlayın.

Müraciət üçün Son Tarix: 31 Mart 2017

Uşağı düzgün tərbiyə etməyin 5 qaydası

usaq_valideynBütün valideynlər uşağının böyüyəndə yaxşı insan olmasını istəyir. Bunun üçün isə ona verilən tərbiyə mühüm rol oynayır.

Bagçam.az Aile.lent.az-a istinadən uşağı düzgün tərbiyə etməklə bağlı 4 qaydanı təqdim edir:

Uşaqlarınızla vaxt keçirin

Uşaqlarınızla tez-tez vaxt keçirməlisiniz. Problemlərini dinləməli və onların xoşladığı işlərə maraq göstərməlisiniz. Ən əhəmiyyətlisi isə danışarkən uşağa biganə yanaşmayın, onu diqqətlə dinləyin. Bununla övladınızın şəxsiyyəti haqqında məlumat toplayarsınız. Sizin bu davranışlarınız sayəsində digərlərinə dəyər verməyi və maraq göstərməyi öyrənəcək.

Sizin üçün nə qədər qiymətli olduğunu deyin

Psixoloqların araşdırmalarına görə, bir çox uşaq valideyni üçün nə qədər əhəmiyyətli olduğunun fərqində deyil. Sizin üçün nə qədər qiymətli olduqlarını hiss etdirmək kifayət deyil, bunu onlara söyləməlisiniz. Əks təqdirdə uşağınız dəyərli olduğunu və ya sevildiyini hiss etməyəcək.

Problemlərindən qaçmamağı öyrədin

Məsələn, uşağınız artıq futbol kursuna getmək istəmədiyini söyləsə, ondan bunun səbəbini soruşun və komanda yoldaşları ilə olan problemini deməsini istəyin. Əgər hələ də qərarını dəyişməsə, başqa bir məşğuliyyət tapmasına kömək edin.

Hər gün uşağınızdan hər hansı bir mövzuda kömək istəyin və kömək etdiyi üçün təşəkkür edin

Araşdırmalar minnətdarlıq görən insanların mərhəmət duyğusunun inkişaf etdiyini göstərib. Buna görə də uşağınıza gün ərzində kiçik işlər verin və sonda ona təşəkkür edin. Psixoloqlar uşağınızın səmimi şəkildə sizə kömək etdiyi vaxtlarda onları mükafatlandırmağı də məsləhət görür.

Uşağı mənfi duyğulardan xilas edin

Hirs, nifrət, utanma və qısqanclıq kimi mənfi hisslərdən xilas olmasında uşağınıza kömək edin. Beləliklə, onun fikirlərinin dolaşıq düşməsinin də qarşısını alarsınız. Uşağınızın özünü analiz etmə bacarığı onun gələcəkdə mərhəmətli və şəfqətli bir fərd olmasını təmin edər.

Uşağınızın psixoloji tarazlığını də inkişaf etdirin. Ona dünyanın nə qədər böyük, mürəkkəb və maraqlı bir yer olduğunu başa salın. Psixoloqların araşdırmalarına görə, əksər  uşaqlar yalnız ailə və dostlarından ibarət olan kiçik dünyalarına maraq göstərirlər. Bu məhdud dünyanın xaricinə çıxıb, başqa insanlar və hadisələrlə tanış olmalıdırlar.

Mütəxəssislər deyir ki, uşağı nəzakətli, şəfqətli və mərhəmətli bir fərd olaraq yetişdirmək asan deyil. Ancaq bu, hamımızın bacara biləcəyi bir işdir. Dünyada heç bir şey sizə bu müvəffəqiyyətin bəxş etdiyi xoşbəxtliyi verə bilməyəcək.

Dünyanın ən mükəmməl təhsil sistemi: Finlandiya

finlandiyaAz xərclər, az məktəb saatları, yüksək akademik müvəffəqiyyəti ilə seçilən,  müstəqilliyə əhəmiyyət verən, əylənərək öyrənməyi birləşdirən Fin təhsil sistemi təhsilin keyfiyyət göstəricisidir.

Bağcam.az sizə Fin təhsil sistemi ilə əlaqədar bir neçə maraqlı faktı təqdim edir:

  • Finlandiyada  məktəbə başlamaq yaşı 7-dir.
  • Yaşları neçə  olursa olsun, uşaqlar məktəbə ya özü gəzərək ya da velosipedlə gedir.
  • Fin mədəniyyəti uşaqların müstəqil yetişməsinə əhəmiyyət verir. Valideynlər uşaqlarını məktəbə gətirib, aparmır və tapşırıqlarına kömək etmir.
  • Finli şagirdlərə təhsil həyatlarının ilk altı ilində heç bir bal verilmir. Səkkizinci sinfin sonuna qədər not vermə zəruriliyi yoxdur və şagirdlər standartlaşdırılmış imtahan sisteminə tabe deyillər. Yalnız 16 yaşında olarkən ölkə daxilində imtahana girirlər.
  • Şagirdlərin tənəffüs olaraq keçirdikləri zaman ümumi olaraq 75 dəqiqədir. Amerikada bu nisbət 27 dəqiqəyə qədər düşür.
  • Bütün müəllimlərin ən az master dərəcəsi var. Müəllimlik cəmiyyət gözündə statusu ən yüksək olan peşələrdən biridir.
  • Finlandiya müəllimləri müvəffəqiyyətli-müvəffəqiyyətsiz olaraq mühakimə edilmir. Əskikləri olan müəllimlərin, özlərini inkişaf etdirmələri üçün imkanlar yaradılır. Heç bir müəllimin bacarıqlarına görə işdən atılma qorxusu yoxdur.
  • Şagirdlərə tapşırıq verilmir, çünki müəllimin yeri məktəbdir.
  • Fin məktəblərində idmana xüsusi yer ayrılıb, amma idman yarışları  edəcək komandalar yoxdur. Rəqabət, üstünlük qazanmaq Fin mədəniyyətində dəyər verilən bir şey deyil.
  • Finlandiyada özəl məktəb yoxdur və təhsil xərclərinin hamısı dövlət tərəfindən qarşılanır.

Mənbə: egitimpedia.com

 

Uşağa yaxşı təhsil vermək üçün 5 vacib faktor

14522985_635213839973919_4721252242683184736_nTəhsilin yaşı yoxdur. Ancaq hansı yaşda olursunuzsa-olun təhsil həyatını bir sistem içərisində davam etdirmək, təməl mövzularda və anlayışlarda özünü mümkün qədər inkişaf etdirmək vacib şərtdir. Bagcam.az Aile.lent.az-a istinadən təhsillə bağlı yeni dünyagörüşünə sahib olmaq istəyənlər üçün 5 əhəmiyyətli mövzunu təqdim edir.

İngilis təhsilində yeni bir dünyagörüşü: qaydalarla deyil, yaşayaraq öyrənmək

Xarici dil bütün təhsil həyatımız boyu ən çox əhəmiyyət verdiyimiz əsas mövzulardan biridir. Çünki müasir dövrlə ayaqlaşmaq, yaxşı karyera, iş qurmaq, ictimai həyatda ünsiyyət qurmaq, məlumat toplamaq və bacarıqlarımızı inkişaf etdirə bilmək üçün xarici dili yüksək səviyyədə bilmək məcburiyyətindəyik. Xarici dil tədrisinin bu qədər əhəmiyyətli olmasına baxmayaraq, istənilən səviyyədə nəticə ala bilmirik. Mövcud vəziyyətin dəyişməsi və ideal xarici dil təhsilinin inkişaf etdirilməsi üçün təhsil müəssisələri çox işlər görür. Təməl problem xarici dil təhsilinin gündəlik həyatımıza daxil olmamasıdır. Davamlı olaraq qaydalara bağlı bir dil təhsili gündəlik həyatımıza daxil olmadıqca məhsuldar ola bilməz.

Mühakimə etmək üçün riyaziyyat şərtdir

Riyaziyyat təhsil həyatında əhəmiyyətli fəndir. Buna baxmayaraq, bir çox şagird bu dərsi sevmir. Riyaziyyatın çətin dərs olduğu deyilir. Lakin bu problem şagirdin özündə axtarılmalıdır. Təhsil sisteminə gələn yeni həll üsulları bu mövzunu yenidən gündəmə gətirir. Bununla yanaşı qeyd edək ki, riyaziyyat təhsilində hədəflərlə mühakimənin birbaşa əlaqəli olduğunu bilən, riyaziyyatı bu anlayışla öyrənən şagird və tələbələrin dərsə yanaşmaları da artıq əvvəlki kimi deyil.

Həyat boyu təhsil dedikdə nə anlayırıq?

Həyat davam etdikcə təhsil də davam edir. Bu cümləni tez-tez eşidirik, amma həqiqətdə isə həyat boyu təhsil dedikdə nə anlayırıq? Bir insanın özünü inkişaf etdirməsi “fərd” olma müddətində evdə, məktəbdə, ictimai ətrafda həyatına qata bildikləri, təhsil anlayışının fərqli istiqaməti və ölçüsüdür. Bu səbəbdən də həyat boyu təhsili çoxyönlü dərk etmək lazımdır. Çünki həyatın içində hər birimiz bir müəllim və ya şagird mövqeyində ola bilərik. Təhsili məktəb təhsili ilə məhdudlaşdırmamaq, həyatın hər sahəsinə yaymaq və bu mövzuda fərqlilik yaratmaq hamımızın ortaq məsuliyyətidir.

“Sən” dili ilə deyil, “mən” dili ilə danışmaq əhəmiyyətlidir

Valideyn olmaq çox böyük məsuliyyətdir. Uşaq doğulduğu ilk gündən etibarən davamlı olaraq onunla ən doğru ünsiyyəti qurmağın yollarını axtarırıq. Uşağın böyüdüyü ailə mühiti, valideynlərin davranışları, ailədaxili ünsiyyət forması uşağın tərbiyəsini təyin edən əhəmiyyətli faktorlardan biridir. Elə bu yerdə “sən” dili ilə deyil, “mən” dili ilə danışmağın əhəmiyyəti ortaya çıxır. Ünsiyyətdə “mən” dilini istifadə edən ailələr vaxt keçdikcə bu dilin uşaqlar üzərindəki müsbət təsirini daha dəqiq görür.

Məlumatdan maraq, maraqdan qabiliyyət doğulur

Uşaqlarınızın maraq və qabiliyyətlərinin nə qədər fərqindəsiniz? Hər uşağın xüsusi bir qabiliyyəti var deyə bir qayda yoxdur. Ancaq uşaqların mütləq maraq duyduğu və müvəffəqiyyətli olduğu sahələr var. Uşaqlarda qabiliyyətin təsbit edilməsi üçün ailələrin maraq sahələri ilə əlaqədar lazımi şərait yaratması və məlumat verməsi əhəmiyyətli addımdır. Bu addımı atmaq üçün də ailələr uşaqlarının yalnız fiziki inkişaflarını deyil, zehni inkişaflarını və psixologiyalarını də təqib etməlidirlər. Hər ailə uşağını müəyyən bir yaşdan etibarən bir sahəyə istiqamətləndirmək istəyir. Ancaq bu istiqamətləndirmə valideynin öz maraqlarına görə deyil, uşağın maraqlarına əsasən olmalıdır.

Bayram tədbirləri uşaqlara birlik və bərabərlik aşılayır

Hər zaman bayramları böyük səbrsizliklə gözləyən uşaqlar olur. Bayramların əhəmiyyətini itirməmək, həm də adət-ənənələri gələcək nəsillərə ötürmək üçün “Education Management Network”a daxil olan bağçalarda bayram günləri xüsusi təmtəraqla qeyd olunur. Keçirilən tədbirlərdə balacalar kiçik tamaşalar, rəqs səhnəcikləri göstərərək öz bacarıqlarını nümayiş etdirirlər.

Bagcam.az sizə “İndigo” Nərimanov uşaq bağçasının təşkil etdiyi tədbirdən video çarxı təqdim edir:

Uşaqlarda qurd xəstəlikləri necə yayılır?

qurd xesteliyi“Statistika göstərir ki, parazitar infeksiyalar daha çox uşaqlar arasında yayılıb. Bunun da bir çox səbəbləri var”.

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında pediatr-allerqoloq, Mərkəzi Klinik Xəstəxananın həkimi Sevinc Abdullayeva deyib.

Mütəxəssis bildirib ki, bu, daha çox gigiyenik qaydalara əməl olunmaması ilə bağlıdır. Onun sözlərinə görə, daha çox əşyalarla təmasda olan uşaqlarla bağlı gigiyenik normalara tam əməl etmək mümkün olmadığından parazitar infeksiyaların yayılması üçün şərait yaranır. Həkim qeyd edib ki, istənilən halda uşaq oyuncaqlarını hər zaman steril saxlamaq, uşaqların əllərini əşyalarla təmasdan sonra hər dəfə yumaq mümkün olmur.

Daha böyük yaşlarda isə qurd xəstəliklərinin yayılmasında təmas faktoru rol oynayır.

Mütəxəssis uşaq kollektivlərində parazitar infeksiyaların yayılmasının asanlıqla baş verdiyini açıqlayıb: “Məsələn, bağça, məktəb yaşlı uşaqlar daha çox əl təması, ortaq istifadə etdikləri əşyalarla, oyuncaq, kitab-dəftər, qələmlə bir-birlərini parazitar infeksiyalara yoluxdura bilirlər”.

Pediatr parazitar infeksiyaların yayılmasında qida məhsullarının yaxşı yuyulmadan, ətin yaxşı bişmədən qəbul edilməsinin böyük rolunun olduğunu vurğulayıb:

“Meyvələri, göyərtiləri, tərəvəzləri təbii ki, qaynatmaq mümkün deyil. Ona görə də parazitlərdən qorunmaq üçün onları daha yaxşı yumaq, bir müddət suda saxlamaq, yaxud xüsusi vasitələrlə, məsələn, sirkəli, duzlu su ilə yumaq lazımdır. Aşağı yaş qrupunda uşaqlar çox zaman meyvə, tərəvəzləri yuyulmadan yeyirlər, ağızlarına aparırlar. Yoluxma bir çox hallarda belə baş verir”.

Mütəxəssis deyib ki, uşaqlarda ən çox əhali arasında “qıl qurd” kimi tanınan bizquyruq qurdlarına və tükbaş qurdlara rast gəlinir: “Statistikaya görə, onların yayılması daha asandır. Eyni zamanda bədəndə məskunlaşmaları da çox asan sayılır. Uşaqlarda daha çox əlamət verən parazitlər də bunlardır. Qarın ağrısı, köp, gecələr anal bölgədə qaşınma adı çəkilən parazitlərlə yoluxmanın əlaməti sayılır”.

S. Abdullayeva qeyd edib ki, bəzi parazitlər uşaqların bədənində uzun müddət yaşayıb, heç bir əlamət göstərməyə də bilirlər: “Daha doğrusu, valideynlərin fərq edə biləcəyi əlamətlər qeydə alınmaya bilər. Adətən deyilir ki, elə bir uşaq yoxdur ki, parazitə yoluxmasın. Əslində isə belə deyil. Parazitlə yoluxan uşaqlar o qədər də çox deyil.

Sadəcə, hər arıq, hər yeməyi seçən, iştahasız olan və yaxud da çox yeyən uşaqda qurd var demək yanlışdır. Biz praktikada çox rastlaşırıq, valideynlər arıq, yemək problemi olan uşaqlarda qurd olduğunu düşünürlər. Valideynlərin əksəriyyəti bu düşüncədə olurlar. Arıq olmaq, qarında ağrıların olması hələ qurd əlaməti deyil. Uşağın çox yemək qəbul eləməsi də qurd əlaməti sayılmamalıdır. Bəzən uşaq “qarnım ağrıyır” deyirsə, valideyn düşünür ki, uşağında qurd var. Uşaq “qarnım ağrıyır” deyirsə, bununla yeməkdən doyduğunu da ifadə edə bilər. Qurd əlamətini aydın seçmək lazımdır. Hər ürək bulanma, qarın ağrısı, ağızdan qoxu gəlməsi qurd əlaməti deyil”.

S. Abdullayeva qeyd edib ki, əvvəllər olmayan aşırı köp, qəfildən ishala meyllilik, nəcisdə birdən-birdə qoxunun yaranması, ağızdan qoxu gəlməsi və s. parazitar infeksiyalarla yoluxmanın əsas əlamətləri sayılır: “Uşağın ağzından qoxu gəlməsi normal hal da ola bilər. Amma bu qoxu bütün gün boyu davam edirsə, şübhələnməyə dəyər. Dişləri xırçıldatmaq, gün ərzində çox yemək istəyi də əslində uşaqda parazitar infeksiyaların olduğunu düşünməyə əsas verir. Parazitlər orqanizmə daxil olub, uşağın qəbul etdiyi qidalara ortaq olduğu üçün uşaq orqanizmi zəifləyir”.

Pediatr qeyd edib ki, parazitar infeksiyaların yayılması ailə səyahətləri zamanı daha çox baş verir: “Ümumi istifadə edilən tualetlər hər zaman dezinfeksiya edilmədiyi üçün parazit mənbəyi olur. Yayda hovuzlar, başqa su mənbələrinin də parazitar infeksiyalara yoluxma baxımından rolu böyükdür. Dəniz suyu duzlu olduğu üçün demək olar ki, orada parazitlərə yoluxma baş vermir. Amma baklar, göllər, hovuzlardan parazit infeksiyasına yoluxması riski var”.

Həkim məişətdə istifadə olunan suyun da parazitlərin yayılmasında böyük rolunun olduğunu qeyd edib.

Profilaktika məqsədilə suyu qaynadaraq içməyi tövsiyə edən pediatr bildirib ki, xüsusilə yay fəslində diqqətli olmaq lazımdır.

Amöb, lyabliya yoluxmasının isti bölgələrin endemik xəstəliyi sayıldığını açıqlayan pediatrın sözlərinə görə, lyambliya, amöb kimi təkhüceyrəlilər insan bədəninə su ilə daxil olur. Bu parazitlər bədənə daxil olandan sonra yüksək qızdırma, titrətmə, üşütmə  kimi əlamətlərlə özünü büruzə verir. Amöblə yoluxma zamanı isə qanlı ishalın olması mümkündür: “Yay aylarında çalışırlar ki, mineralların qəbulu üçün qaynadılmamış su içsinlər. Amma mineralları başqa yolla da almaq mümkündür. Parazitə yoluxma təhlükəsi yüksək olduğundan suyu qaynadaraq içmək lazımdır”.

Bəzi parazitlərin yarımçiy qəbul edilən ət məhsullarından bədənə daxil olduğunu deyən pediatr bu mənada lentşəkilli qurdların da uşaq orqanizmi üçün çox təhlükəli olduğunu açıqlayıb. Mütəxəssis bildirib ki, bu parazitlər bağırsaqların divarına yapışır və onların buğum hissələri lent kimi uzanaraq, nəcisdən xaric olmağa başlayır.

Bu parazitin yaxşı biçməmiş balıq əti ilə orqanizmə daxil olduğunu deyən mütəxəssis vurğulayıb ki, yaxşı qızartmaq, balığın hələ yaxşı bişməsi demək deyil: “Parazit balığın bişməmiş qismində olur. Uşaqlara verilən balıq məhsullarını qızartmaq yox, buğda bişirmək lazımdır”.

S. Abdullayeva onu da deyib ki, bu qurdlar uşaqlarda ağır anemiya yarada bilirlər, çünki qanla qidalanırlar. Ona görə də uşaqlarda səbəbi bilinməyən bir anemiya varsa, parazitlərdən şübhələnməyə dəyər.

Uşaqlarda askaridə də çox rast gəlindiyini qeyd edən pediatr-allerqoloq askaridin bizquyruq qurdla müqayisədə uşaq orqanizmi üçün daha təhlükəli parazit olduğunu deyib. Çünki onun sürfə mərhələsi ağciyərdə olur. Askarid ağ ciyərdə iltihab yaratdığı üçün uşaqlarda öskürək kimi əlamət də verir. Bir askarid bədəndə daha ciddi fəsad törədə bilər.

Parazitlərin müalicəsi barədə danışan həkim qurd əleyhinə dərmanların özfəaliyyət şəklində qəbul edilməsinin ciddi fəsadlara səbəb ola biləcəyini vurğulayıb.

“Dərman qəbulundan sonra qurdların təmizlənib-təmizlənmədiyini analizlərlə nəzarətdə saxlamaq lazımdır. Amöb və lyambliyanı əleyhinə olan dərmanları nəzərə almasaq, digər parazitlərdə dərman müalicəsi 2-5 gün arasında verilir. Dərman müalicəsi 2 həftə sonra yenidən aparılmalıdır. İkinci dəfə dərman qəbulu çox vacibdir. Bəzən valideynlər birinci dəfə dərmanları verirlər, on beş gün sonra təkrar qəbul etməyi unudurlar. Belə olan halda parazitlər təmizlənmir”.

Bir sıra hallarda lyambliyanının qan analizi ilə yoxlanması hallarına münasibət bildirən S. Abdullayeva bildirib ki, bu paraziti aşkar etməyin ən doğru yolu nəcis analizidir: “Lyambliya nəcis analizində aşkar oluna bilər. Bəzən hətta deyirlər ki, USM müayinəsində qurd görüblər. Bunu görmək mümkün deyil, qurd mikroskop altında görünə bilər”.

Həkim lyambliyanın müalicəsinin də təsəvvür edildiyi kimi çətin olmadığını deyib. Bu müalicə 7-10 gün ərzində, maksimum iki dəfə təkrarlamaqla aparılır.

Uşaqda askarid, bizquyruq və yaxud tükbaş qurd aşkar etdikdə mütləq ailənin digər üzvlərinə də qurd əleyhinə preparatlar təyin olunduğunu deyən pediatr “Amma amöb və lyambliya aşkar olunanda ailə üzvləri müayinə olunandan, onlarda da bu parazitlərin olduğu təsdiq edildiyi halda dərman təyin olunmalıdır. Bu parazitlər əleyhinə təyin olunan dərman maddələrinin daha çox yan təsirləri var. Yəni burada yanaşma fərqli olmalıdır”, deyə bildirib.

O, parazit əleyhinə dərmanların qəbulu müddətinin 1 ayı keçməməli olduğunu da vurğulayıb və həkim təyinatı olmadan parazit əleyhinə dərmandan özbaşına istifadənin yolverilməz olduğunu bildirib. Pediatr deyib ki, qurd əleyhinə dərmanların qəbulu zamanı dozanın aşılması hətta ciddi zəhərlənmələrə də səbəb olur.

Mütəxəssis qurd əleyhinə dərmanların bir çox yan təsirlərinin olduğunu açıqlayıb.

Həkim onu da bildirib ki, bir yaşdan aşağı olan uşaqlara profilaktika məqsədi ilə qurd dərmanları vermək olmaz. Eyni zamanda o, hamiləlikdə parazit əleyhinə dərmanların istifadəsinin yolverilməz olduğunu deyib.

Qurd xəstəliklərinin müalicəsində xalq təbabətinin rolu barədə danışan S. Abdullayeva bu mənada balqabaq tumları, sarımsağın əhəmiyyətinin olduğunu deyib.

Mənbə: ailem.az

Mütəxəssisdən boy artımı ilə bağlı məsləhətlər

97144929_RESTRICTED_Father_comparing_children_height_(1)-xlarge_trans++eo_i_u9APj8RuoebjoAHt0k9u7HhRJvuo-ZLenGRumAValideyinlər arasında övladlarının boyu və inkişafı ilə əlaqədar kifayət qədər narahatçılıqlar var. Bəzən uşaqların bir qismində fiziki inkişafdan geri qalma müşahidə olunur. Məsələn, 8 yaşı olan uşağa 5-6 yaşda nəzərdə tutulmuş geyim alınır.

Bu gün orta boy səviyyəsi kişilər üçün 175-177 sm, qadınlar üçün isə 163-166 sm hesab olunur.

Gəlin, inkişafdan ləngimənin əsas səbəblərini araşdıraq və boyu artırmaq üçün nəzərdə tutulmuş prinsiplərdən yararlanaq.

Boyun ləngiməsinə təsir edən əsas səbəblər:

  1. Uşaqda hər-hansı bir xroniki xəstəliklərin olması
  2.  Qeyri-rasional birtərəfli qidalanma
  3.  Orqanizmdə qurd-parazitin olması
  4.  Fiziki hərəkətsizlik -hipodinamiya
  5. Psixoloji travmalar
  6.  Boy hormonunun defisiti
  7. İrsiyyət

Uşağın boyunu artırmaq üçün nə etməli?

  1. Düzgün balanslanmış qida: rasionda meyvə-tərəvəzi, dənli bitkiləri, süd məhsullarını, yumurtanı, ət-balığı artırmaq, xəmir xörəklərini, şirniyyatı, konservantları isə azaltmaq lazımdır. Rasionu xüsusən kalsium, sink, A, E, D vitaminləri ilə zənginləşdirmək məsləhətdir. Sink mineralı, əsasən oğlan uşaqların boy artımına və ümumi inkişafına müsbət təsir göstərir. Mal əti, quş əti, boranı tumları, buğda kəpəyi və paxla bitkiləri sink ilə daha zəngindir.
  2. Fiziki aktivlik, bəzi idman növləri: üzgüçülük, basketbol, yüngül atletika boyu stimullaşdırır, əksinə, ağır atletika, güləş kimi idman növləri – ləngidir.
  3. Tam normal yuxu vacibdir. Uşaqların yuxuda böyüməsinin elmi əsası var. Aparılan tədqiqatlar göstərilmişdir ki, boy hormonu yuxu zamanı formalaşaraq ifraz olunur. O səbəbdən, vaxtında yatmaq və yuxudan doymaq çox vacib amildir.
  4. Günəş şuaları və təmiz hava. Uşaqların və yeniyetmələrin aktiv inkşafı üçün bol günəş və hava lazımdır. Təmiz havada, erkən günəş işığı altında gəzişmək və gün götürmək insan orqanizmi üçün çox önəmlidir çünki, səhər tezdən günəş şüaları dəridə daha fəal D vitaminə çevrilərək, uşagın fiziki inkişafına, xüsusilə də dayaq-hərəkət sisteminə müsbət təsir göstərir.
  5. Mədə-bağırsaq sistemi fəaliyyətinin normal olması. Hamıya məlumdur ki, insan orqanizmin inkişafı üçün lazım olan nutriyentlər (vitaminlər, minerallar, züllalar, yağlar və s.) mədə-bağırsaq traktı vasitəsilə orqanizmə daxil olur. Bu səbəbdən, həzm sisteminin qaydada olması gələcək nəslimizin sağlamlığının bünövrəsidir. Qurd-parazitlər, mədə-bağırsağın, öd kisəsinin, qaraciyərin iltihabi zədələnmələri həzm sistemini pozaraq, uşağın inkişafına nəzərə çarpan dərəcədə mənfi təsir göstərir.

Əziz valideyinlər, bu sadə məsləhətlərə riayət etsəniz, övladlarınızın sağlamlığı və gözəl görkəmi sizə daim sevinc bəxş edəcək!

Doktor Şəhla Rüstəmova