“Bağçam” Uşaq Bağçaları Şəbəkəsinə daxil olan “Baby Star” uşaq bağçasının məzunları üçün tədbir baş tutub. Kiçik məzunların söylədikləri şeirlər və mahnılar, nümayiş etdirdikləri səhnəciklər bu günün daha da yaddaqalan keçməsinə səbəb olub. Daha sonra uşaqlara diplomlar təqdim edilib və onlar bağça kollektivi ilə xatirə şəkli çəkdiriblər.
Sonra isə tədbir uşaqlar üçün təşkil edilən əyləncəli şou ilə davam edib.
Tədbir haqqında Bagcam.az-a ətraflı məlumat verən “Baby Star” uşaq bağçasının tərbiyəçisi Nərmin Mənsurova bir aydır bu tədbirə hazırlaşdıqlarını deyib:
“Proqramımıza çox gözəl nömrələrimiz – gimnastika, rəqslər, mahnılar daxil idi. Əsasən səhnəciklərimiz çox idi. Səhnəciklərimizdə də ona üstünlük vermişdik ki, onlar böyüyüblər və bağça həyatlarını yadlarına salırlar. Uşaqlarımız demək olar ki, tam sərbəst bayramlarda iştirak etdilər. Onlar bizim gözümüzün qabağında böyüdülər. İndi onları məktəbə yola salmaq, inandırım sizi ki, çox təsiredicidir. Gələcək, sərbəst, məktəbli həyatlarında onlara uğurlar arzulayıram. Daima yolları açıq olsun”.
Bağça ilə vidalaşıb məktəb həyatına qədəm qoyan məzunlardan Amal, Amira və Camal məktəbə tam hazır olduqlarını söyləyiblər.
Amal Əsədov:
“Bu gün mənim məzun günüm əla oldu. Artıq məktəbə hazıram”.
Ağazadə Amira:
“Bu gün mən məzun oldum. Mən öz müəllimlərimi və “Baby Star”ı bağçasını çox sevirəm. Bura çox maraqlıdır”.
Məlikov Camal:
“Mən bu gün “Baby Star” uşaq bağçasından məzun oldum. Məktəbə tam hazıram”.
Valideynlər övladlarının məktəbə hazır olmasında bağçanın əvəzolunmaz rolundan danışıblar.
Camalın valideyni Vüsal Məlikov:
“Camal artıq bağçanı bitirir və məktəbə hazırdır. Bu hazırlıqda bağçanın payı çox olub. Düşünürük ki, Camal burada qazandığı bilik və bacarıqlar sayəsində məktəbdə də inşallah uğurlu olacaq”.
Ərtoğrulun valideyni Tural Əliyev:
“Övladım artıq 3 ildir bu bağçada təhsil alır. Bağçada yaradılan şəraitə görə ilk növbədə bütün müəllimlərə təşəkkürlərimi bildirirəm. Çünki çox əziyyət çəkiblər, güc sərf ediblər. Mən əminəm ki, gələcəkdə bəhrələrini görəcəklər”.
Qeyd edək ki, “Baby Star” uşaq bağçasından bu il 24 uşaq məzun olub.
[maxgallery id=”5731″]

Professor diyetoloq Pınar Kural Enç uşaqların hansı qidalardan uzaq durması haqqında vacib məlumatlar verib. Uşaqların sağlam olması üçün dörd qrupda olan qidalar ilə lazımlı miqdarda və düzgün şəkildə qidalanmaları lazımdır.
Texnologiyayla birlikdə həyatımızın ayrılmaz bir hissəsi olan televiziya, kompüter, planşet və telefonlar uşaqları asılı hala gətirir. Bəs uşaqların texnologiya asılılığına qarşı nə etməli?
3-4 yaşlı uşaqların ümumi xüsusiyyətləri nələrdir? Bu dövrdə ən çox təkrarlanan davranışlar hansılardır?
Bu xüsusiyyətlər varsa, uşağınız yüksək zəkaya ola bilər:
Hər bir ailənin uşaq böyütmə və tərbiyələndirmə üsulu fərqlidir. Əgər valideyn həddən çox mülayimdirsə, o zaman uşaq ərköyün böyüyür. Çox sərt valideyn olmaq da xoşagəlməz sonlarla nəticələnə bilər.
Uşağın açıq havaya çıxarılması çox vacibdir. Gün işığının sümük və toxuma inkişafı üçün lazımlı olduğunu söyləyən Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Yrd. Dr. Emre Çenesiz yayda günəş şüalarının kəskin olmadığı saatlara (11. 00 -15.00 kənar saatlarda) üstünlük verilməli olduğunu bildirir.
10 ildən çoxdur ki, müəllimlik edirəm və bu müddət ərzində qürur duyduğum bir çox şey etdim. Həddindən çox ev tapşırığı vermək isə bunlardan biri deyil təəssüf ki.