Hafizə və qavramanı inkişaf etdirmək üçün sadə üsul

kitabÖvladınızın inkişaf edən hafizə və qavramasını davamlı olaraq sınağa çəkin. Bunun üçün ona oxuduğunuz nağılları, danışdığınız əhvalatları sizə nəql etməsini xahiş edin. Övladınız ilk olaraq bir neçə cümlə ilə nağılı sizə danışmağa cəhd göstərəcək. Əgər o, süjet xəttindəki mühüm məqamları qeyd etməyi unudursa, suallar verməklə bu məlumatı ondan almağa çalışın. Sualları nağıldakı hadisələrin ardıcıllığına, nağıl qəhrəmanlarına, yaxud əhvalatın baş verdiyi səhnələrə uyğun şəkildə qruplaşdıraraq verin. Belə ki, yaddaşın güclü olması üçün verilən məlumat seçilərək və qruplaşdırılaraq xatırlanmalıdır. Məsələn, nağıl qəhrəmanı qrupunda verilə biləcək suallar: ”Tık-Tık xanım suda boğularkən kimi səsləyirdi? Siçan bəylə Tık-Tık xanım necə görüşmüşdü? Tık-Tık xanım başqa kimlərlə rastlaşmışdı?” və sairə.

Qeyd : Bu məlumat Məktəbəqədər (4 – 6) yaş üçün nəzərdə tutulub.

Mənbə: Valideyn.az

Bacı-qardaş qısqanclığı

baci_qardasİnsanın təbiətində var olan qısqanma duyğusu uşaqlıqda tez-tez bacı-qardaş doğumu ilə ortaya çıxır. “Bir qardaşım olsun”, “qardaş istəyirəm” deyərək ana və atasını bezdirən bir uşaqda belə bacı-qardaş doğumundan sonra qısqanclıq əlamətləri özünü göstərə bilər.

İndiki vaxtda  ana və ataların bəlkə də ən çox şikayət etdikləri mövzuların başında övladları arasında qısqanclıq və bunun meydana gətirdiyi problemlər durur. Yeni bir uşağın dünyaya gəlməsi hər şeydən əvvəl evə yeni bir fərdin gəlməsi deməkdir. Bu yeni fərd evdəki tarazlıqları dəyişdirəcək və daha əhəmiyyətlisi uşaq tərəfindən rəqib olaraq qəbul ediləcək. Davamlı baxıma möhtac, ananın bütün zamanını, bütün ailə fərdlərinin marağını çəkən kiçik balanın rəqib olaraq qəbul edilməsi təbii qarşılanmalıdır. Əslində burada valideynlərin də səhvi böyükdür. Ümumiyyətlə ilk səhv uşağın ona bir bacı-qardaş gələcəyinə hazırlanmaması ilə başlayır. Heç bir şeydən xəbəri olmayan uşaq bir gün biri ilə qarşılaşır, bacı yaxud qardaşı olduğu deyilir. Halbuki uşağa daha hamiləlik əsnasında qardaşının olacağı məlumatı verilməli və uşaq bu vəziyyətə hazırlanmalıdır.

Aralarında yaş fərqi az olan uşaqlarda qısqanclıq əlamətlərinin daha çox görüldüyü müşahidə edilir. Uşaq ilk bacı-qardaşıyla daha çox problem yaşayır. Burada ailənin sıx əlaqəsinin qəfildən başqa bir uşağa yönəlməsinin təsiri böyükdür. Bacı-qardaşlar arasında rəqabət təbii və normal inkişafın bir parçası olaraq qəbul edilməlidir. Ancaq rəqabətin bir düşmənçilikhalına gəlməsi və hər sahədə özünü göstərməsi təbii qəbul edilməməlidir.

Bacı-qardaşlar arasında çəkişmə bütün ailənin dincliyini pozacaq dərəcədə böyük ola bilər. Valideynlər bacı-qardaşlar arası rəqabətin normal və xoş qarşılanacaq sərhədlərdə olub olmadığına diqqət etməli, bu sərhədlər aşılmadığı müddətdə müdaxilə edilməməlidir. Bir-birlərinə zərər verməyəcək dərəcədə kiçik didişmələrə qarışmaq məsləhət deyil.

Çox uşaqlı ailələrdə bacı-qardaşlar arası rəqabət sıx yaşandığı zaman ana və ata üçün dözülməz bir hal ala bilər. Burada əhəmiyyətlə üzərində dayanılması lazım olan hər uşağın ailə içində öz xüsusi yerinin  fərqində olmasını təmin etməkdir.

Valideynlər uşaqlar arasında ayrıseçkilik edilməməsinə diqqət göstərərək hər birinin ayrı fərd olduğu şüuruyla davranılmalıdırlar.

Mənbə: Valideyn.az

Difenbahya çiçəyini uşaqlardan uzaq tutun

difenbahyaBir çox evlərdə difenbahya, yəni xalqa arasında “ağlayan çiçək” kimi tanınan bu bitkini görməyə vərdiş etmişik. Ona qulluq edir, su verir və yarpaqlarını əlimizlə yuyuruq. Amma aparılan araşdırmalara əsasən  bu çiçəyin zərərli ola biləcək əlamətlərinin də mövcudluğu ortaya çıxıb. Belə ki, türkiyəli uşaq həkimi Ümid Sarıcısı bu ev bitkisinin xüsusən uşaq böyüyən evlər üçün təhlükəli olduğunu bildirib. Bagcam.az  Ailem.az-a istinadən mütəxəssisin bu çiçəyin təhlükələri haqqında fikirləri ilə sizi tanış edir. Həkim və qrupu tərəfindən aparılan araşdırmalara görə, difenbahyaya əllə toxunmaq və iyləmək belə, zərərlidir: “Difenbahyanın səbəb olduğu zəhərlənmə hallarında gülün yarpaqlarının əllə ovulması, qoparılması və tapdalanması nəticəsində əl, dil və dodaqlarda şişmə, yanma, ağrı meydana gələ bilər. Eyni zamanda, nəfəs yolu tıxanıqlığı, tənəffüs çatışmazlığı kimi ciddi problemlər də ortaya çıxır: Buna görə də valideynlər uşaqlarına difenbahyaya uzaqdan baxmağı məsləhət görməlidirlər. İri yarpaqları və qalın gövdəsi ilə gözəl ev çiçəyi olan difenbahyaya qulluq etmək son dərəcə asandır. Eyni zamanda, tez böyüyən bitkidir. Olduğu mühitə uyğunlaşan difenbahya çiçəyi hər yerdə asanlıqla böyüyür və yetişir”.

 Qeyd edək ki, bu bitki sürətli böyüyür, qısa zamanda çox yarpaq çıxarır. 200-ə qədər növü olduğu fərz edilsə da, elmə 56 növü məlumdur. Evdə difenbahya yetişdirmək istəyirsinizsə, bitkinin olduğu mühitin davamlı havalı və küləkli olmasına diqqət edin. Küləkli mühiti çox sevən difenbahya günəş almasa belə, olduğu mühitin işıqlı olmasını istəyir.

Uşaqlarda özünəinam yaratmağın yolları

ozuneinamUşaqların inkişafında ailə çox önəmli yer tutur. Bu səbəbdən valideynlər uşaqlarının hər bir ehtiyacını ən yaxşı şəkildə qarşılamalıdır. Lakin bəhs etdiyimiz bu ehtiyaclar uşağınızı təkcə maddi nemətlərlə təmin etməklə məhdudlaşmır, uşağınızın ən önəmli ehtiyacı mənəvi cəhətdən ona verdiyiniz dəstəkdir.

Əgər uşağınız yeni bir məktəbə getməyə, ya da heç tanımadığı bir mühitdə yaşamağa başlayıbsa, hər şeydən çox sizin dəstəyinizə ehtiyac vardır. Çünki bu dövrlərdə uşaqlar özlərini yalnız hissetməyə meyilli olurlar və onların özlərinə olan inamları olduqca azalır. Yaşadığı bu problemləri rahat şəkildə aradan qaldıra bilməsi üçün hər zaman onun yanında olduğunuzu uşağınıza hiss etdirin. “Mən onsuz da onun yanındayam, amma bu vəziyyət nə qədər vaxt çəkə bilər ki?” deyənlər aranızda mütləq var. Haqlısınız, bu vəziyyətdə edə biləcəyiniz tək şey uşağınıza mümkün qədər tez özünəinam qazandırmaqdır.

Özünə inam dediyimiz şey nədir?

Mütəxəssislərə görə, özünəinam insanın özü haqqında hissetdiyi bütün yaxşı hisslərdir, bir insan özü haqqında nə qədər yaxşı hissə sahibidirsə və özündə olan potensialın nə qədər fərqindədirsə, o qədər özünə inama sahibdir.

Nə üçün özünə inamın olması bu qədər önəmlidir?

Çünki özünə inam sayəsində insanlar özlərini və edəbiləcəklərini kəşf edirlər, yalnız başqalarının  nələrsə edəbiləcəyi düşüncəsindən  uzaqlaşır və öz qərarlarını həyata keçirmək üçün mübarizə aparırlar. Əks təqdirdə isə  öz düşüncələrini ifadə etmədən başqalarının göstərişi altında ömürlərini keçirərlər və heç zaman özlərini tanıma fürsəti əldə etməzlər.

Nələr edə bilərsiniz?

  • Uşağınızda özünə inamın formalaşmasının qarşısını alan ən böyük qüsur onu başqa birisiylə müqayisə etməkdir. Əsla uşağınızı bir başqasıyla, xüsusilə də, qardaşı (bacısı) ilə müqayisə etməyin;
  • Övladınızın potensialını anlamağa çalışın və onu edə bilməyəcəyi işlərə təhrik etməyin;
  • Onun elədiyi yaxşı işləri təqdir edin və onu mükafatlandırın;
  • Övladınızla yaxşı bir münasibət qurmağa çalışın və özünə inam problemi hiss etdiyiniz anlarda ona dəstək olun;
  • Ona müxtəlif tapşırıqlar verin, ancaq  bu tapşırıqların onun potensialını aşmadığından əmin olun. Məsələn, birlikdə maşın yumaq, yemək süfrəsini hazırlamaq uşağınız üçün özünə inamı inkişaf etdirəcək fəaliyyətlər ola bilər. Bu fəaliyyətlərdən sonra onu təqdir edən sözlər söyləməyi unutmayın;
  • Övladınızla birlikdə edəcəyiniz hər bir fəaliyyəti ona danışın. Ondan fikrini soruşduğunuzda o, həm ona verdiyiniz dəyəri anlayacaq, həm də özünü ifadə etməyi öyrənəcəkdir;
  • Övladınızın səhvləri haqqında heç kimin, xüsusilə də  dostlarının yanında danışmayın. Bu davranışınızla uşağınızı təhqir etməklə qalmır, həm də onun sizə olan inamını da itirmiş olursunuz.

Mənbə: Valideyn.az

D vitamininin uşaqlara faydası

gunesAraşdırmalara görə D vitamini çatışmazlığı sadəcə sümük əriməsi riskini 3 dəfə artırmır, eyni zamanda səbəbi bilinməyən sümük ağrılarına da səbəb olur. Bel ağrısından əziyyət çəkənlərin 80%-izində D vitamini çatışmazlığı vardır.

Elmi araşdırmalara görə D vitamini çatışmazlığının xərçəng riskini artırır. Yay aylarında D vitamini ehtiyacımızın 95%-ini günəşdən alırıq. Payız və qış aylarında bayırda az vaxt keçirdiyimizdən D vitamini çatışmazlığı baş verir. D vitamini çatışmazlığı sadəcə sümüklərə təsir etmir. Qandakı kalsium və fosforun normal hüdudlarda qalmasını təmin edir. Alergik xəstəliklər, xərçəng, metopolizma ilə əlaqədar narahatlıqlar və ürək xəstəliklərinin D vitamini çatışmazlığı ilə olan əlaqəsi araşdırmalarla sübut olunub. Bu səbəbdən mütləq günəş şüasının dik olmadığı zamanlarda tövsiyə olunan müddət qədər günəş altında olmağa laqeyd yanaşılmamalıdır.

Uşaqların yeniyetmələrə nisbətən D vitamini ehtiyacı daha çoxdur. Sümükləri və dişləri gücləndirən D vitamini uşaqlıq çağında yetərincə alınmazsa bu əskiklik xəstəliyə gətirib çıxara bilər.

 D vitamini çatışmazlığının qarşısını alamaq üçün aşağıdakılar tövsiyə olunur:

  • Yay mövsümündə mümkün olduğu qədər D vitamini toplamaq;
  • Dəridə D vitamini sintez edən şüaların ən dik saatlarında düz dəriyə təmas etməsinə şərait yaratmaq;
  • Dəridən günəş şüalarını pəncərə, maşın pəncərəsi və geyimlər əngəllədiyi üçün hər gün saat 11:00 ilə 15:00 arasında 20-25 dəqiqə çöldə kremsiz üz və əllərin günəş görməsini təmin edərək keçirmək;
  • Vitamin D-nin zəngin olduğu qızılbalıq, sardalya, skumbriya, ton balığı kimi yağlı blıqlar yemək.

Uşaqları hansı yaşda idmana yönəldək?

idmanİdman bir mədəniyyət olaraq edilməlidir. Övladınız hansı yaşda idmana başlamasından asılı olmayaraq mütləq sağlamlıq müayinəsindən keçməlidir. Bir mütəxəssis tərəfindən müayinə edilən uşağın, əzələ və skelet sisteminin, seçim edilən idmanı etməyə uyğun olub olmadığına qərar verilməlidir. Əgər uşağınızın müəyyən bir sağlamlıq problemi varsa həkim tərəfindən müəyyən olunub, özünə uyğun olan idman növünün qərarlaşdırılması çox əhəmiyyətlidir.

Uşaqlıq dövründəki idmanlar oyuna istiqamətli olmalıdır

Uşaqlıq dövründə idmana başlayan kəslərlə, irəli yaşda idman etməyə başlayanlar arasında; fiziki, sosial, ruhi və şəxsiyyət inkişafına qədər hər sahədə fərqliliklər var.

Uşaqlıq dövründə edilən idmanlar daha çox oyuna söykənən idman növü olmalıdır. Uşaqlara ağırlığa meylli idmanlarla məşğul olmaq zərərlidir. Uşaqlar, inkişaf mərhələsində olduğu üçün güclü məşğələlərə davamlı gətirə bilmirlər. Çünki uşaqlıq dövründə sümüklər hələ inkişafa açıqdır, ürək tutumu fərqlidir, karbonhidrat anbarı yetkinlərə görə daha azdır.

Bunun üçün uşaqlar həddindən artıq güc sərf edəcəkləri idmanlardan uzaq dayanmalıdır. Ailələrin uşaqlarını, seçim etdikləri və sağlamlıq vəziyyətlərinin uyğun olduğu idman növlərinə istiqamətləndirməsi lazımdır.

Hər bir uşaq 4 yaşından etibarən idman etməyə başlaya bilər. Bu yaşlarda uşaqlar fərdi işlərdən çox qrup idmanlarına istiqamətləndirilə, 4-9 yaş arası uşaqlar isə əsas idman növü deyilən üzmə, gimnastika, atletizm və sürüşmə idmanlarını edə bilərlər. Bunlar daha çox oyuna söykənən idmanlardır. Uşaqlar 9-11 yaşlarına gəldikdə voleybol, basketbol, futbol, tennis, alətli gimnastika kimi texniki bacarıqlarının inkişaf etdirilməsinə yardımçı olan idman budaqlarına istiqamətləndirilə bilər.

Uşağın professional idmançı olmasını istəyirsinizsə, əvvəlcə bu yolun çox çətin olduğunu qəbul etmək lazımdır. Bu zaman düzgün istiqamətləndirmə müsbət nəticə verər. Səhv istiqamətləndirmə idmandan soyumasına və uzaqlaşmasına səbəb ola bilər. Əgər məqsəd uşağın professional idmana yönəlməsini təmin etmək deyilsə, hər yaşda istədiyi idmana başlaması mümkündür. Ancaq burada əhəmiyyətli olan ona uyğun bir proqram seçməkdir. Bu zaman isə onun yaşını da mütləq nəzərə almaq lazımdır.

2-3 yaş: Qaçma, tutma və tullanma kimi təməl hərəkətləri edə bilirlər. Bu səbəbdən bağçada bunları ehtiva edən qaçma, getmə, rəqs etmə, suda nəzarət altında oynama və təcrübəli kəslər yoldaşlığında gimnastika təhsili ola bilər.

4-6 yaş: Rəqs, üzmə, gimnastika, ip atlama və üç təkərli velosipedə minmək kimi idmanlar idealdır.

7-10 yaş: Gimnastika, üzmə, futbol, basketbol, voleybol, həndbol, velosiped, tennis və üzmə kimi idmanlarla əlaqədar təməl təhsilə yönləndirilə bilər.

10 yaş və yuxarı: Əvvəlki yaşlarda başladıqları idmanları daha mütəşəkkil olaraq etməyə davam edərkən, atletizm, güləşinə başlaya, bir neçə il sonra isə güc tələb edən boks, taekvando və karateyə də keçə bilərlər.

Uşağın 14 yaşından əvvəl boks, güləş və karateyə başlaması uyğun deyil. Çünki sümük inkişafı hələ tamamlanmamışdır və bədənə ağırlıq salan bu idman növü bədən üçün zərərli ola bilər. Xüsusilə bu dövrdə uşağın başlayacağı idmana, fiziki quruluşunun uyğun olub olmaması çox əhəmiyyətlidir. Gənclik dövrü ümumiyyətlə komanda işinə istiqamətli idman növü üçün uyğundur. Ancaq seçilən idmana bağlı olaraq tək istiqamətli məşqlərin edilməsi doğru deyil. Bu vəziyyət, uşağın skelet sistemi üçün mənfi təsir yarada bilər. Çünki skelet sistemi çox həssasdır, böyümə valları deyilən boy uzanma və inkişaf valları, yüklənmədən və zədələrdən mənfi təsirlənə bilər. Bunun üçün ailələr 14 yaşından əvvəl qız ya da oğlan uşaqlarının ağırlıqlarla işinə icazə verməməlidir. Bu dövrlərdə qətiliklə ağırlıq və qüvvət məşqləri edilməməlidir.

İdman növünün başlama yaşı:

Yüngül atletika  10-12 yaş
Basketbol 7-8 yaş
Boks 13-14 yaş
Velosiped 14-15 yaş
Gimnastika 6-7 yaş
Xizək 6-7 yaş
Futbol 10-12 yaş
Üzmə 3-7 yaş
Cüdo 8-10 yaş

Mənbə: Valideyn.az

Utancaq uşaqlarla necə davranaq?

utancaq_usaqUtancaq uşaqlar başqaları ilə əlaqə qurmaqda çətinlik çəkir və sosiallaşa bilmirlər. Utancaqlıq zəif həddə başqalarından qorxmaq anlamına gəlir. Ancaq bu qorxu sosial fobiyası olanlardakı qədər şiddətli deyil.

Utancaq uşaq özünü sosial mühitdə gərgin və narahat hiss edir. Reaksiyası susqun və təmkinli olur. Münasibət qurmaq istəyir, ancaq cəsarəti çatmır. Utancaqlıq yeni bir mühitə qarşı təbii bir davranışdır və uşaq yeni tanış olduğuna təmkinli davranaraq özünü qoruyur.

İçinə qapanıq uşaqlar (introvert) çölə dönük uşaqlardan (extravert) daha çox sıxıla bilirlər, ancaq içinə qapanan uşaqla utanan uşaq bir-birindən fərqlidir. İçinə qapanan uşaq: kitab oxumağı, çöldə oynamağı istəyərək edir. Utancaq uşaq isə çöldə oynamağı istəyir, ancaq buna cəsarət edə bilmədiyi üçün evdə oturub kitab oxuyur.

Müəyyən inkişaf mərhələlərində utancaqlıq təzahür edir. İlk olaraq 8-9 aylıq körpələr tanımadığı şəxslərdən qorxmağa başlayırlar. İnsan həyatında bu utancaqlığın ilk nümunəsidir. Uşaq bu mərhələdə tanımadığı ilə tanıdığını ayırd edə bilir.

Uşaq evdə yaxınları ilə çox rahat danışarkən məktəbdə heç danışmırsa, bu selektiv mutizmlə bağlıdır. Selektiv mutizm olan uşaq yad mühitlərdən və yad insanlardan həddən artıq qorxduğu üçün həddən artıq utancaqlıq səbəbindən danışmaz və bədən dili ilə istədiyini bildirər. Ümumilikdə 3-5 yaş arası və daha çox qız uşaqlarında rast gəlinir. Bu uşaqlarda dil inkişafında problem yoxdur. Bu problem öz-özündən keçməz və gözlədikcə daha da ciddiləşir. Bu zaman ailə mütləq bir mütəxəssisdən yardım almalıdır.

Utancaq uşağa dəstək olacaq tövsiyələr:

  • Uşağınıza utancaq olduğunu deyərək kompleksə salmayın
  • Uşağınızı yeni və bilmədiyi mühitlərə hazırlayın. Əvvəlcədən hara gediləcəyi və orada kimlərin olacağını deyin
  • Uşağınız utancaq qaldığında məcbur etməyin, əsəbiləşməyin və  bu mövzunun   üstündə çox durmayın. Təmkinli bir formada olduğunu qəbul edin və mühitə alışması üçün ona zaman verin
  • Valideynin utancaq davranışları uşağın utancaqlığını artırır. Sizin yad insanlarla rahat münasibət qurmağınız uşaq üçün önəmli bir model olmalıdır
  • Uşağınızı maraqlandıraraq və cəsarətləndirərək dəstəkləyin. Ona əyləncəli gəzintilərinizdən və əldə etdiyiniz dostlardan bəhs edin. Özünün hara getmək istədiyini soruşun
  • Uşağınızı həddən artıq qorumayın və lazımından artıq yardım etməyin. Kiçik qorxuların öhdəsindən özünün gəlməsi üçün fürsət verin
  • Uşağınızdakı sosial bacarıqları kəşf edin və onu tərifləməyə çalışın, onun güclü  tərəflərini dilə gətirin.

Mənbə: Valideyn.az

Şagirdlər üçün “Mini Lisey” yaradılır

ML FB_post-1İbtidai sinif şagirdlərinin məktəbdən sonrakı vaxtlarını səmərəli təşkil etmək, həmçinin valideynlərin qayğılarını bölüşmək məqsədilə “Mini Lisey” layihəsi yaradılır.

Mərkəzin direktoru Samirə Muxtarova  “Mini Lisey” təhsil mərkəzi haqqında Bagcam.az-a ətraflı məlumat verib.

“Biz “Xoşbəxt uşaq hər zaman uğur əldə edəcək” prinsipinə inanıb, “Övladınız Hər Şeyin Ən Yaxşısına Layiqdir” siyasətini fəaliyyətimizdə tətbiq edərək, şagirdlərə özlərini tanımaq və ifadə etmək imkanı yaradırıq” – deyən Samirə Muxtarova  “Mini Lisey”də şagirdlər üçün təşkil olunan gün rejimindən bəhs edib:

“Mərkəzdə ibtidai sinif şagirdləri yaşlarına uyğun siniflərdə ev tapşırıqlarını yerinə yetirir. Şagirdlər gündə iki dəfədən çox müxtəlif idrak, mədəni – estetik, nitq, fiziki və sosial-emosional inkişafetdirici və xarici dil proqramlarına uyğun kurslara, məşğələlərə və dərnəklərə qoşulur. Bunlarla yanaşı şagirdlər müxtəlif əyləncə, istirahət xarakterli tədbirlərdə və ekskursiyalarda, gəzintilərdə iştirak edirlər.

“Mini Lisey” həftə içi  beş gün,  saat 13:00 – dan 18:00 – dək fəaliyyət göstərir. Mərkəzdə gün rejimi şagirdlər üçün – 13:00-da başlayır, 14:00 – da isə uşaqların dincəlməsi üçün  sərbəst vaxt təşkil olunur. 15:00-da şagirdlər Milli Kurikulum əsasında ev tapşırıqlarını yerinə yetirir. Daha sonra isə  uşaqlar 17:30-da  onlar üçün ayrılan sərbəst vaxtda müxtəlif fəaliyyətlərlə məşğul olurlar. Çıxış vaxtı 18:00-dadır. Bu gün rejimi məktəbdən mərkəzə gələn şagirdlər üçün nəzərdə tutulub. Ümumiyyətlə isə mərkəz 9:00 –dan şagirdlərin ixtiyarındadır”.

Direktor  “Mini Lisey”də şagirdlər üçün hazırlanan qidalanma rejimindən  də  söz açıb:

“Şagirdlər gündə 2 dəfə, nahar (13:30)  və şam yeməyi (17:00) olmaqla, xüsusi menyu əsasında qidalanır. Sağlam və təbii məhsullardan ibarət  yemək menyusu “Mini lisey”in mətbəxində peşəkar aşpazları tərəfindən hazırlanır”.

Samirə xanım “Mini Lisey”in tədris fəaliyyətindən də danışıb:

“6 yaşdan 11 yaşa qədər olan dövrü əhatə edən tədris sinifləri iki – rus və azərbaycan dilində təşkil olunur və ingilis dili tədrisi isə istəyə uyğun məşğələ formasında təklif olunur. Hər qrupda isə uşaqlarla işi sinif rəhbəri, fənn müəllimləri və dayə həyata keçirir”.

Qeyd olunanlarla yanaşı mərkəzdə ödənişli kurslar və xidmətlər də təşkil olunur:

“Uşaqların növbəti məktəb gününə daha aktiv, motivasiyalı və hazırlıqlı olmasını təmin etmək üçün  mərkəzdə şahmat, dama, ingilis dili, rus dili, rəqs, gimnastika, art  studiya, teatr, karate, kapoeyra kursları, ad günülərin təşkili- animator, foto – video xidmətləri, psixoloq, loqoped, özəl pedaqoq, nəqliyyat, şənbə günü isə master klass kimi xidmətlər təşkil edirik”.

Mərkəzdə xidmətlər proqram formasında təklif olunur:

“Dərsdən Sonra” Proqramı  – 250 AZN

“Dərsdən Sonra” Proqramı (hər gün: 13:00 – 18:00) – Milli Kurikuluma əsasən ev tapşırıqlarının icrasına dəstək, ekskursiya/gəzinti, psixoloq xidməti, nahar və şam yeməyi, çay süfrəsi, oyun vaxtı, rus dili kursu

“Dərsdən Sonra +” Proqramı – 300 AZN

“Dərsdən Sonra +” Proqramı (hər gün: 13:00 – 18:00) – Milli Kurikuluma əsasən ev tapşırıqlarının icrasına dəstək, ekskursiya/gəzinti, psixoloq xidməti, nahar və şam yeməyi, çay süfrəsi, oyun vaxtı, ingilis dili, rus dili, karate, rəqs, gimnastika, şahmat, teatr, art studio

“Məktəbə Qədər” Proqramı – 100 AZN

“Məktəbə Qədər” Proqramı (həftədə 3 dəfə: 10:00 – 13:00) – Milli Kurikuluma əsasən tədris, rus və ya ingilis dili kursu, çay Süfrəsi

Əziz valideynlər, əgər siz də övladlarınızın məktəbdən sonrakı vaxtını daha faydalı və maraqlı olmasını istəyirsinizsə, “Mini Lisey” təhsil mərkəzinə müraciət edə bilərsiniz.

Əlaqə nömrəsi: (+994) 70 715 15 00

Ünvan: Nizami ray. Rüstəm Rüstəmov 32A (Neftçilər mts. yaxınlığında)

 

Körpələrinizə nitqi sevdirin!

kitabBagcam.az Ailem.az-a istinadən loqoped Bəsirə Pənciyevanın  məqaləsini təqdim edir.

Bu günün şüarı gec danışanlar, nitqi ləngiyən uşaqlar üçündür…

Sözlər üzərində fokuslaşmayın, səslərlə oynayın!

Körpələrinizə nitqi sevdirin!

Danışmaq qəşəngdir, sən bunu bacarırsan, sən danışa bilirsən, sən çox qəşəng danışırsan!

Hər gün valideynlərdən körpələrinin nitq ləngimələri ilə bağlı təəssüflərini eşidirəm. Qərara gəldim ki, valideynlərin mənlə paylaşdıqlarını sizlərə yazaraq təqdim edim. Çünki günümüzdə bu şikayətləri çox eşidirik. Ümid edirəm ki, hər valideyn üçün əhəmiyyətli olar.

Valideynlər ilk olaraq deyirlər ki, uşaqda problemdən şübhələndiyim vaxt ən böyük səhvim gözləmək olub. Nə edəcəyimi bilmədən gözləyirəm ki, düzələcək. Nəsə edə bilmədiyim zamanda gözləmək mənə ən yaxşı variant kimi görünə bilir.

Əgər sən nitq ləngiməsi olan uşağın valideyni və ya əhatəsindəsənsə, dəstək üçün bunlara əməl etməlisən.

Söz (verbal) rutinləri ilə tanışlıq

Verbal və ya söz rutini nədir?

Müəyyən vaxtda təkrarlar edilməklə biz söz rutinlərini istifadə edirik. Bəs necə?

Mütləq eyni sözlər eyni üsulla eyni vaxtda eyni məqsəd üçün eyni əşyalarla olmalıdır.

Məsələn, əgər uşağınız parka getməyi sevirsə, parka getmək üçün evdən çıxdıqda “Gedək?”, – deyə soruşun. Lakin “gedək” sözünü bir neçə dəfə təkrarlayın və bu situasiyanı təkrar olaraq bir neçə dəfə yaradın. Artıq o qədər soruşacaqsınız ki, həmin situasiyada uşaq özü “gedək” deyəcək.

Danışığı ləngiyən körpələr üçün söz rutini güclüdür. Lakin bir məsələ də var ki, bu rutinlər evdə bir neçə dəfə uşaq öyrənənə qədər və həmçinin sizə sözlə cavab verənə qədər təkrar olunmalıdır. Təəssüf ki, bu, valideynə tapşırldıqda onlar evdə bir dəfə tətbiq edirlər və sonra da “uşağım mənə heç cür söz demir,  mənlə danışmır”, – deyə şikayətlənirlər və ya valideynə tapşırdıqda onlar evdə bir dəfə tələb edir, sonra buraxılır və edilmir. Bu, onlara adi gəlir. Lakin bu, rutin şəklində bir neçə dəfə təkrar edilməlidir. Çünki hər dəfə təkrar edildikdə uşaq sizinlə kontakt yaradır və beləliklə də, kiçik ünsiyyətin, dialoqun əsası qoyulur. Belə tətbiq edildikdə təsir daha effektli olur və yalnız bu zaman müsbət nəticəni tez əldə edə bilirik. Bu proses uşağın nitqi açılana qədər davam etdirilməlidir.

Məsələn, hər vaxt uşağı hoppandırmağa (hop, hop, hop) hazır olun və ya aşağı qoyanda 1, 2, 3… deyin. Bunu bir neçə dəfə edin və bir, iki, üç saydıqda üç demədən öncə fasilə verin, bu zaman, uşağınız, sizə baxacaq və sizin nitqinizi tamamlamağa çalışacaq. Yaxud mahnı oxuyun, uşaq mahnını tanıdıqdan sonra isə fasiləylə oxuyun ki, siz dayandığınızda  uşağınız davam etdirsin.

Əziz valideynlər, həmçinin uşağınızla normal rutinlərdə də iştirak edin  (yemək, oynamaq, maşın sürmək və s).

Nə  vaxt ki, uşaq danışmağa başlayır bax, o zaman qətiyyən dərhal sözə fokuslaşıb, ona söz dedirtməyə çalışmayın! Cümlə qurmağa tələsməyin! Bəzən uşaqlar söz deməyə başladıqda valideynlərin uşaqdan gözləntiləri artır, söz və cümlə tələb etməyə başlayırlar. Lakin buna tələsmək lazım deyil. Çünki uşaq yeni-yeni danışmağa başladıqda bu prosesi bir müddət sadə oyun şəklində davam etdirmək lazımdır ki, uşaq danışmaqdan qorxmasın və nitqi sevsin.

Elə isə səslərlə oyun vaxtıdır

Əgər uşağınızın nitqindən erkən sözlər gəlmirsə, oyun səsinizi müəyyənləşdirin;

Süni qışqırmaq – süni asqırmaq

Süni gülmək – süni ağlamaq

Süni boğulmaq – süni yemək və içmək

Süni xoruldamaq – süni istiləşmək

Süni donmaq – süni titrəmək

Süni öskürmək

Ş ş ş – sakit

Maşın səsi (bip, bip, bip, vın, vın, vın)

Süni öskürmək, əsnəmək, köpüyü partlatmaq (part, part, part), meyvəni səsli yemək (nyam, nyam, nyam)  və s. Bu zaman körpə məqsədyönlü şəkildə öyrənir və danışmaq ona maraqlı gəlir. Bu oyunlar sayəsində körpələriniz motivasiya olunurlar. Özlərini rahat və güvəndə hiss edirlər. Artıq siz hər dəfə onlarla oynadığınız zaman asanlıqla, səsli şəkildə, sizi təkrar edirlər, sizlə oynayırlar və nəhayət, ilk sözlərini deməyə başlayırlar.

 

Uşaqların duz qəbuluna diqqət!

sal_ninosKörpələrin ilk 4-6 aylarına qədər sadəcə ana südü ilə qidalanmaları, sonra isə mütləq əlavə qidalara başlamaları tövsiyə olunur. Ancaq əlavə qidaların qəbuluna 4 aydan tez başlanmamalıdır. Bunun səbəbi isə uşaqların mədə-bağırsaq sistemi və böyrək funksiyalarının tam formalaşmadığı üçün bu dönəmdə əlavə qidaları qəbul etməyə hazır olmamalarıdır. Əksinə, əlavə qidalara gec başlandığında isə enerji və zülal qəbulunun az olması ilə əlaqədar infeksiya riskinin artması, dəmir əskikliyi ilə əlaqədar anemiya, vitamin-mineral qəbulunun az olması ilə əlaqədar böyümə-inkişaf geriliyi yarana bilər. Mütəxəssislərə görə, uşaqlara əlavə qida verərkən son dərəcə diqqətli olmaq lazımdır. Çünki əslində sadə bildiyimiz yanlışlar övladınızın gələcək yaşlarında bəzi problemlər yarada bilər. Məsələn, körpələrə 1 yaşından əvvəl verilən duz damarlarda yığılaraq erkən yaşda hipertenziya xəstəsi olmalarına səbəb ola bilər.

Duzlu qidalar damarlara zərərlidir

Uşaqların qidalandırılmasında edilən ən böyük xətalardan biri onlara duzlu qidalar yedirmək olur. Amerika Birləşmiş Ştatlarında aparılan bir araşdırmada doğumundan 15 yaşına qədər uşaqların qan təzyiqləri müşahidə edilmişdir. 1 yaşına qədər duzlu qidalar qəbul edənlərin, aşağı dozada duz qəbul edənlərə nisbətdə daha yüksək qan təzyiqi olduğu aşkar edildi. Çünki körpə yaşlarda həddən artıq duz, yəni natrium qəbulu qan təzyiqini yüksəldərək aorta və koronar damarlarda əvvəlcə damar dəyişikliklərinə, sonra isə ürək-damar və böyrək xəstəliklərinə zəmin yaradır. Bunun nəticəsində də yetkinlik yaşlarına gəldiyində, hətta uşaq vaxtında təzyiq xəstəsi olmasına səbəb ola bilir.

Gündə nə qədər duz qəbul etməli?

Həkimlər bir yaşından balaca körpələrə gündə 1000 mg, yəni yarım çay qaşığından az, 1-3 yaş arası uşaqlara 1500 mg-dan az, 4-8 yaş aralığında isə 1900 mg-dan da az duz qəbulunu tövsiyyə edir.

Mənbə: Valideyn.az