Çörək Azərbaycan süfrələrinin əsas nemətidir. Hər hansı xörəyi çörəksiz yeyəndə elə bil ki, “canımıza yatmır”. Əksər valideynlər uşaqların da çörəkdən bol istifadə etməsinin tərəfdarıdır. Hətta uşaqlar çörək yemək istəməyəndə onları buna zorla məcbur edirlər: “Çörəklə ye ki, doyasan”.
Ancaq mütəxəssislər çörək yeməyin əleyhinədirlər. Pediatr Günay Rəsulova isə əla növ unu əla növ zəhər adlandırıb. O, açıqlamasında bildirib ki, uşaqlara çörək yedirtmək doğru deyil: “Ağ çörəyin hər hansı bir qidalandırıcı dəyəri yoxdur. Vitamin, mineral və lif baxımından olduqca kasıb qidadır. Yalnız asan mənimsənilən zərərli şəkər effektindən başqa heç bir faydası yoxdur”.
G.Rəsulovanın sözlərinə görə, çörək yalnızca mədəni dolu tutan və aclığı azaldan bir qidadır. Boş kalori yükü qan şəkərini yüksəldir, diabet riskini artırır, mədə-bağırsaq funksiyalarının pozulmasına (qəbizlik, qastrit və s) yol açır, ürək-qan damar sistemi xəstəlikləri, ateroskleroz və yüksək qan təzyiqi riski yaradır: “Tərkibində olan nişasta bədən tərəfindən çox tez mənimsənilir və piylənməyə səbəb olur. Ağ çörəkdə olan toksinlər – içərisində olan qatqı maddələri – rafinə duzu, yumşaqlığını, görünüşünü və saxlanma müddətini uzatmaq üçün istifadə olunan kimyəvi maddələr bütün xərçəng növləri riskini artırır”
Pediatr deyir ki, çörək taxıllar qrupuna aid bir qidadir. Onu başqa, daha sağlıqlı taxıl növləri ilə əvəz etmək olar: “Məsələn, bir dilim çörək yerinə 3 xörək qaşığı bulqur aşı övladınız üçün çox faydalı və sağlıqlı olacaq. Ağ çörək əvəzinə tam buğda, çovdar və kəpəkli çörək məhdud istifadə edilə bilər. Bundan başqa maya və qlüten mövzusu da var. İnsanlar arasında çox yayılmış gizli maya və qlüten allergiyasının olması bu mövzunu daha önəmli edir. Beləliklə, qlisemik indeksi çox yüksək olan ağ çörək sağlamlığa ciddi zərər vurur və ciddi asılılıq yaradır. Çörək alışqanlığı siqaret alışqanlığına bənzəyir. Arıqlamaq üçün pəhriz saxlayan insanların məhz bu qidadan imtina etməsinin çox çətin olması bunu sübut edir. Bu səbəbdən uşaq vaxtından etibarən bu asılılığın qarşısını almaq sizin valideynlik borcunuzdur. Uşaqlara çörək verməyin!”
Ailem.az

Körpələriniz vannada suyla oynamağı sevir və çox əylənirlər. Lakin vannada körpənizin təhlükəsizliyi üçün mütləq bilməyiniz lazım olan qaydalar var. Ən vacib qayda isə nə olursa olsun körpənizi vannada yalnız buraxmamaqdır. Körpənizi çimizdirmədən əvvəl bütün vəsaitləri əlinizin altında saxlayın. Uyğun su istiliyində üşütmədən onu yuyundurmalı və qurulamalısınız. Körpə vannası haqqında anaları ən çox narahat edən sualların cavabları bunlardır.
Müasir dövrdə “nadinc uşaq” problemi psixologiyada xüsusi anlayış və diaqnozdur. Valideynlərin uşaqlarının hər şeyi dağıtması, sözə baxmaması, dərslərini oxumaması, yaddaşının zəif olması kimi şikayətləri onların tərbiyəsiz olduğu anlamına gəlmir. Psixologiyada bu tip davranışlar hiperaktivlik adlanır.
Uşağının yalan danışdığını görən valideynlər təlaşlanmadan uşağını bu vərdişdən xilas edə bilərlər. Bu vəziyyətdə valideynlərin diqqət etməli olduqları ilk məsələ, yalan danışmaq səbəbinin yaxşı formada analiz edilməsidir. Xüsusilə də 3-6 yaş arasındakı uşaqlar, özlərini qoruma və istədiklərini etmək üçün yalan danışırlar. Yalan danışmağın bir digər səbəbi də böyüklərə qarşı duyduqları qorxulardır.
Bagcam.az körpələrinizlə daha yaxşı və faydalı vaxt keçirmək üçün sizə bir neçə məsləhət verir:
Özünəinamlı uşaq böyütmək valideyinlərin ən önəmli hədəflərindən biridir. Uşaqlar saflığın və sevginin rəsmidir. Onlar həmişə özlərinə hörmət edirlər və sizə qarşılıqsız sevgi verirlər. Uşaqlar nə zaman böyüyürlərsə, elə o vaxt da özlərinə hörmət etməyə başlayırlar. Övladınızın özünə hörmətinin çoxu sizdən irəli gəlir. Siz uşağın özünün görüntüsünü gördüyü bir aynasınız. Onu erkən yaşlarda doğru şəkildə böyütsəniz, ətrafdan da rəğbət görmüş olarsınız.
Uşaqlar biz böyüklərə nisbətən kiçik şeylərlə daha çox xoşbəxt olurlar. Bəzən bir “puzzle” parçası tapmaq, topu qapıya düz göndərmək onların sevincinə və həyəcanına səbəb olur. Çünki onların xəyal dünyası çox genişdir və yeni şeylər öyrənməyə çox həvəslidirlər. İstanbul Aydın Universitetinin psixoloqu Özlem Kelle, uşaqların şəxsiyyətinin formalaşdığı bir dövrdə yetkinlərin dəstəyinə və idarə etmələrinə ehtiyac duyduqlarını bildirib.


Qarlar Ölkəsi
Harri Potter

Moana
Bu günlərdə hər kəs bütün insanlıq üçün narahatlıq keçirir. Bunun səbəbi baş verən terror hadisələri, Amerikada prezident seçkiləri zamanı kampaniyaların tərzi, insanların dəhşətli şeylər qarşısında empatiya hiss etməkdən yorulması ola bilər.
Uşağın hansı əlini daha çox işlədəcəyi, solaxay olub-olmayacağı və əl seçimi mövzusunda valideynlərin necə bir reaksiya verəcəyi uşağın təhsil uğuru üçün olduqca vacibdir. Körpəlik dövründə ona uzadılan hər hansı bir əşyaya qarşılıq körpə, əşyanı sol əli ilə alırsa, gələcəkdə solaxay olacağı demək deyil.