Yorğun valideynlərin nəzərinə!

Əksər oyunlar validyenlər üçün maraqsız olması ilə yanaşı, həmçinin xeyli güc və iş tələb edir. Lakin bir sıra oyunlar var ki, onları valideyn divanda, yataqda və hətta yerdə uzanaraq övladı ilə oynaya bilər. Bu oyunlar həm valideynlərin həm də uşaqların sevincinə səbəb olacaqdır.

Valideyn tərəfindən valideynlər üçün nəzərdə tutulmuş “The Ugly Volvo” (www.theuglyvolvo.com) saytı yorğunluqdan tərpənə və ya hətta danışa bilməyən valideynlər üçün bir neçə möhtəşəm oyun ideyaları və onlara uyğun ilyustrativ material hazırlayıb təqdim etmişdir. Həmin maraqlı materialı Bagcam.az vib.az-a istinadən təqdim edir.

Arxeoloq-paleontoloq

Siz öncədən faydalı qazıntıları və qədim daşlaşmış sümükləri yaxşıca gizlədir və uşağınızdan qazıntı işləri aparmağı xahiş edirsiniz. Hər tapılan faydalı qazıntıya görə müəyyən mükafatlar da fikirləşmək olar. Məsələn, ilin arxeoloqu, professor-paleontoloq və s.

picc

Həkim və xəstə

Bu oyunda siz əlbəttə ki, yatağa düşmüş xəstə, uşağınız isə həkim olacaqdır. Uşağınıza haranızın ağrıdığını və şikayətlərinizi bildirin, qalanını o özü uyduracaqdır.

pic2

Qədim Misir dəfn mərasimi

Bu oyunda da bütün rollar aydındır. Qoyun uşağınız sizin üzərinizdə qədim misir türbəsinə bənzər uydurma konstruksiya tiksin.

pic3

Cəsus və cani

Uşağınıza sizi cəsus olaraq izləməyi tapşırın. Sizi yaxalayıb zindana salmaq üçün uzun müşahidə və izləmələrə ehtiyacın olduğunu başa salın.

pic4

Rəssam

Uşağınıza rəsm üçün bütün ləvazimatları hazırlayıb verin. Ona otağı, otaqda olan əşyaları hətta sizi çəkməyi tapşırın.

pic5

Alpinist

Peşəkar alpinistə uca zirvəni fəth etməyi və dünya rekordunu qırmağı tapşırın. Zirvə fəth olunandan sonra zirvənin ətəyində çadır qurub süfrə açmaq və qələbəni qetd etmək də mümkündür.

pic6

Bərbər

Bərbərə lazım olan bütün saç bəzək-düzək əşyalarını öncədən hazır edin. Ondan dünyada ən gözəl saç düzümü düzəltməyi xahiş edin.

pic7

Övladı məktəbə hazırlaşanlar – Uşağın gözlərini necə qorumalı?

Gözlər, bizə bütün dünyanı göstərən çox önəmli orqandır.
Onlara qayğı göstərmək mütləqdir. Lakin müasir dövrün tələbləri,  hər gün yenilənən texnika gözlərə çox ziyanlı olaraq, görmə qabiliyyətinə təsir edir.
Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki,  balaca yaşlarından televizor, mobil telefon, planşet və kompüterin təsirnə məruz qalaraq, vaxtından əvvəl  görmə qabilliyətinin pisləşməsi kimi problemlərin yaranmasını müşahidə edirik.  Məktəb periodu isə, uzağı və yaxını görmə pozuntuları və astiqmatizm kimi deffektlərin yaranması üçün təhlükəli zaman sayılır. Çünki bu periodda, gözlər çox yüklənir. Bu məqalədə sizə uşaqların məktəb periodunda görmə qabiliyyətinin qorunması üçün bir neçə xeyirli məsləhəti təqdim edirik:
– Uşağın gün rejimi düzgün qaydada qurulmalıdır. Xüsusən bu, dərs etmə perioduna aid edilir.
– Uşağınız məktəbədən  gələndən həmən sonra, onu dərs etməyə məcbur etməyin.  1-2 saat ərzində istirahət etməsini təmin edin.
– Dərs etdiyi hər yarım saatdan bir, 10 dəqiqə istirahət etməsi məsləhət görülür. Yaşı artdıqda bu fasilə hər 1 saat ərzində ola bilər.
– Uşağınızın dərs etdikdə masa arxasında necə oturması çox vacibdir. Belə ki, düzgün oturmadıqda, o, həm bel sümüyünün əyilmə təhlükəsinə, həm də görmə deffektinin artmasına səbəb olur.
– Dərs etdiyi məkana gəldikdə, məkan bərabər ölçüdə işıqlı olmalıdır. Təbii işığın olması vacibdir. Lakin, qış axşamlarında elektrik işıqla bərabər stolüstü çıraqdan istifadə etmək olar. Lakin çırağın işığı çox gur olmamalıdır ki, otağın ümumi işığı ilə kontrast yaratmasın.
– Problemlərin əsasından sayılan – televizor. Televizora baxdıqda gözlər gərgin vəziyyətdə olur. Xüsusən işıqız otaqda, uzanan vəziyyətdə televizora baxmaq qadağandır. 3 metrdən yaxın olmayaraq, ekrana qıraqdan deyil, düz istiqamətdə baxmaq məsləhətdir.
– Dövrün ən əsas problemi – kompüter. Uşaqlar  kompüterter arxasında 15 dəqiqə oturduqdan sonra, mütləq şəkildə fasilə etməlidirlər.
– Qida rasionuna xüsusi diqqət yetirin. Çalışın A vitamini olan məhsullara üstünlük verin.
– Uşağınızın görmə qabiliyyətində hər hansı deffekt varsa, sinif müəlliməsinə xəbər verin ki, hansı masa arxasında oturmasının tənzimləyə bilsin.
– Gözlər üçün məşğələləri də unutmayın, onlar görmə qabiliyyətinə müsbət təsir göstərə bilərlər.
Sonda isə ən əsas məsləhətimiz odur ki, uşağınızın görmə qabilliyyətində hər hansı dəyişiklik gördükdə, mütləq olaraq oftalmoloqa (göz həkiminə) müraciət edin!

Uşağınız belə oturursa, diqqət!

Uşaqların yalnış oturuş mövqelərinə heç bir tədbir görülməzsə, irəlidə bel, onurğa kimi vücudun önəmli bölgələrində ciddi fəsadlar əmələ gələ bilər. Uşaqların əzələlərinin düzgün işləməsinə və gələcəkdə koordinasiyasına mane olan, “W-oturuş” şəkli inkişaf prossesində uşağın sümüyünün içəri batmasına, düzdabanlığa, bel, onurğa sürüşmələrinə səbəb ola bilir.

Fiziki Müalicə Reabilitasiya mütəxəssisi Şənay Sıldır bu oturuş şəklinin yeriyənə qədər heç bir təhlükəsi olmadığını, lakin yeriyəndən sonra uşağın bu növ oturşuna mane olunmasını qeyd edib. Uşaq yeriyənə qədər bu oturuş şəklinin heç bir təhlükəsinin olmamağına səbəb femur başının çanaq sümüyü üzərindəki hərəkəti ilə bağlıdır. Uzun müddət “W” şəklində oturan uşaqların gələcəkdə yerişləri və əzələ inkişafı deformasiyaya uğrayır. Məsələn ayağın arxa əzələlərinin qısa qalmağı və sərtləşməsinə bağlı olaraq uşaqlar balerinlər kimi barmaq ucları üzərində yeriyə bilər. Buna görə uşaqların düzgün olmayan oturuş şəklinə mane olmaq lazımdır.

Uşaqlar niyə inadlaşır?

Uşaqlarnız bir yaşından etibarən xarakterini ortaya qoyan hərəkətlər sərgiləməyə başlayır. Hər bir uşaq unikaldır və fərqli şəxsiyyət xarakterinə malikdir. Bəzi uşaqlar danışqan olduqları halda bəziləri səssiz və qapalı olurlar. Bu davranışlardan başqa bəzi emosional vəziyyət var ki, dəcəllik bir duyğu vəziyyətidir və bunun nəticəsi davranışda birbaşa olaraq mənfi yöndən əks olunur.

İnadlaşmaq dedikdə əsəb, zərərverici hərəkət, tez-tez səbəbsiz ağlamaq, hər şeyə qarşı çıxmaq və s. kimi ən yüngülündən  ən ağırına qədər bir çox şeydən bəhs etmək olar. Bu cür davranışlar 2-3 yaşlardan ortaya çıxır. Uşaqlar onlara qoyulan qadağaların çoxluğundan, oyuncaqlarının əllərindən alınmasından, paltarlarını geyindirib çıxararkən narahat edildikdə özlərindən çıxa bilirlər.

İnadlaşan uşaqlarla necə rəftar etməli?

İlk olaraq bu cür davranışlar xoş qarşılanmalıdır. Əks halda uşağınız əvvəlkindən daha əsəbi davranmağa və inadlaşmağa davam edəcək.

Uşağınızın diqqətini dağıdacaq bir mühit yaradın.

Mütəxəssislər ağlayan uşaqları özü-özlərini sakitləşdirmək üçün rahat buraxmağı məsləhət görürlər.

Rənglərin uşaq psixologiyasına təsiri

Rənglər işığın yaratdığı enerji ilə vücudun funksiyalarına, zehninə və emosiyalara təsir edir. Aparılan araşdırmalar beynin inkişafına, yaradıcılığa, məhsuldarlığa və öyrənməyə olan faydasını qüvvətli şəkildə göstərir. Rəngin həyəcanlandırmaq, sakinləşdirmək, ilham verməklə yanaşı gərginlik hiss etdirmə təsirləri də var. Uşaqlar rənglərə daha həssas olduqları üçün bu təsirlər onlarda daha aydın görünür. Bu səbəblə uşaqlar üçün uyğun rənglər seçmək olduqca vacibdir. Nadinc uşağın geyimlərində, otağında və çantasında tünd qırmızı rəng istifadə etmək onu daha gərgin biri edə bilər.

Qırmızı rəng hərəkətli bir uşaqla birləşdikdə uşaq bütün gün qaça, tullana bilər. Bu vəziyyət onların öyrənmə qabiliyyətinə də mənfi yöndən təsir edə bilər. Buna görə enerjik və nadinc uşaqların əşyalarında mavi, yaşıl və bənövşəyi rəng istifadə etmək daha uyğundur.

Uşaq psixoloqlarına görə, məktəbəqədər uşaqların çəkdikləri şəkildə istifadə etdikləri rənglər onların emosional dünyalarını, xasiyyətlərini üzə çıxarır. Belə ki, isti rənglər, yəni qırmızı, sarı, narıncı rəngləri daha çox istifadə edən uşaqların daha istiqanlı, daha pozitiv olduğu mütəxəssislər tərəfindən də qeyd olunub.

Mənbə: renketkisi.com

Məktəb çağındakı uşaqla necə məşğul olmaq lazımdır?

Uşaqların tərbiyəsində əsas prinsip olaraq onlarda xeyirxahlığın, düzgünlüyün, özünü idarə edən şüurun formalaşması ilə yanaşı onlarda təhsilə maraq yaratmaq də xüsusi yer tutur.

Psixoloqlar məktəblərin açılması ilə məktəbə başlayacaq uşaqların sosial və psixoloji problemlər yaşayacağını deyirlər. Məktəb dərslərinə həvəssiz yanaşan uşaqlar valideyinlər tərəfindən danlanaraq etdikləri ev tapşırıqları zamanla onlarda əsl işgəncə xüsusiyyəti yaradır. Nəticədə isə təhsil uşaqlar üçün vaciblikdən çox məcburiyyət mahiyyəti daşımağa başlayır.  Bəs uşaqların diqqətini dərslərə yönəltmək üçün nə edilməlidir?

Psixoloqlara görə uşaqların müvəffəqiyyəti valideynlərə bağlıdır. Ana-atalar məktəb öncəsi övladları ilə oxumağın faydaları haqqında danışa, məktəbdə öyrəndiklərini həyatda necə tətbiq etdiklərindən misal çəkərək məktəbi sevdirə bilərlər.

Valideyn nəzarəti, qaydaları öyrənməyin təməlidir. Burada meydana gələcək hər hansı problem təcavüzkar, zəif xarakterli şəxsiyyətlərin formalaşmasına səbəb ola bilər. Valideyn hər şeyi uşağın yerinə özü edərsə, onun normal inkişaf etməsinə və öyrənməsinə mane olar. Bu cür uşaqlar gözləməyi öyrənmə bilmir və təhsilə başladıqda dərsin sonuna qədər otura bilmirlər.

Məktəb çağındakı uşaqla necə məşğul olmaq lazımdır?

  1. Məktəbdə müvəffəqiyyət qazandıqları zaman uşaqlar mükafatlandırılmalı və onların güvən və motivasiyası yaxşılaşdırılmalıdır.
  2. Məktəbin məsuliyyət və şəxsi inkişaf vasitəsi olduğu izah edilməlidir.
  3. Uşaqların məktəbə getməyi məcburi bir iş kimi görmələri, sinif yoldaşları və müəllimləri ilə düzgün dialoq qura bilməmələri məktəbi sevməmələrinə gətirib çıxarır. Həm sosial, həm akademik mənada uşağın təşviq edilməsi qısa müddətdə məktəbə uyğunlaşmağına imkan verəcək.
  4. Uşaq məktəbə getmək istəmədikdə valideynlərin bu vəziyyətə mülayim yanaşması olduqca önəmlidir. Valideynlər uşağın məktəbə qarşı laqeyidliyinin altında yatan səbəbini anlamağa çalışmalı və bu yöndə həll axtarmalıdır. Əks halda bu uşağın məktəbdən soyumasına gətirib çıxaracaq.
  5. Dərslə yanaşı uşağın sosiallaşmağına da xüsusi diqqət yetirilməlidir. Uşaqların sosiallaşmasına kömək etmək həm məktəb, həm sosial cəhətdən uğurlu şəxsiyyət olmaqlarına gətirib çıxaracaqdır.

Yuxunun uşaqlara təsiri

Körpənin yuxusu insan orqanizmində baş verən ən çətin fizioloji ritmlərdən sayıla bilər. Çağalarda yuxunun düzgün ritmləri, yəni yuxu və oyaq qalma proseslərinin növbələşməsi tədricən qurulur. 2 və 4 aylar arası uşaqların yuxu strukturunda vacib dəyişikliklər baş verir. 2-ci aydan 6-cı aya kimi uşaqlarda yuxu və oyaqqalma proseslərinin sirkad ritmi formalaşır. Normal yuxu dövrü təxminən hər 24 saatdan bir olur. Bu dövr sirkad ritmi adlandırılır. Bioloji ritmin sirkad forması bir növ işıq və temperatur təsirləri ilə ontogenez dövrdə orqanizmin qazandığı, «bioloji saatlar» vasitəsi ilə həyata keçirilir.

Yuxu insan orqanizmində təbii, mütəmadi və vacib olan hallardan sayılır. Yuxu orqanizmdə baş verən digər proseslər kimi hormonlar və yüksək aktiv maddələr vasitəsi ilə idarə olunur. Belə ki, gecə vaxti melatonin hormonu ən yüksək dərəcəyə çatır və insanın yuxulamağına və dərin yuxuya getməsinə səbəb olur. Digər maddələr isə oyanma proseslərinə, yuxunun dərin və yüngül fazalarının dəyişməsinə təsir edir.

İnsanlar həyatının 1/3 hissəsi yuxuda keçirir. Uşaqlıq dövründə yuxunun vacibliyini xüsusilə vurğulamaq lazımdır. Çağa gün ərzində təqribən 18 saat, bir yaşlı uşaqlarda isə bu rəqəm azalaraq təqribən 13 saat təşkil etməlidir. Maraqlısı budur ki, bu qanunauyğunluq məməlilərdə də müşahidə olunur: erkən uşaqlıq dövrü minimal fiziki fəaliyyət və daha çox yuxu müddəti ilə, böyüdükcə isə aktivliyin artması və yuxu müddətinin qısalması ilə xarakterizə olunur.

Amerika alimlərinin tədqiqatlarına görə valideynlərin 3/4-ü uşaqlarında gecə yuxu pozuntularının əmələ gəlməsindən şikayətlənməsinə baxmayaraq, bu ailələrdən yalnız 10-14%-i tibbi və psixoloji yardıma müraciət etdiyi bildirilir. Təəssüflər olsun ki, valideynlər yuxu pozuntularının bir gün keçib gedəcəyini zənn edərək və ya hansı həkimə müraciət etdiklərini bilməyərək özləri pis-yaxşı mövcud yuxu problemlərini həll etməyə çalışırlar. Cədvəldə verilən rəqəmlər əsasında uşaqlarda və yeniyetmələrdə real yuxu müddətinin tövsiyyə olunan yuxu müddətindən qat-qat fərqləndiyi görünür.

Yaş qrupu  Tövsiyə olunan yuxu müddəti (saat) Real yuxu müddəti (saat)
Körpəlik dönəmi 14-15  12,7
Erkən uşaqlıq 12-14  11,7
Məktəbəqədər dövr 11-13 10,3
Məktəb dövrü (1-5-ci siniflər) 10-11 9,5
Yeniyetməlik dövrü 9,25  7

Uşaqlıq zamanı yuxu müddətinin azalması son bir neçə onilliklər ərzində daha çox ölkələrdə müşahidə olunur. Yuxu çatışmazlığının uşaqların davranışına təsir göstərdiyi sübut edilib. Belə ki, Fin alimlərinin son tədqiqatlarında yuxu çatışmazlığı müşahidə olunan uşaqlarda davranış problemləri, diqqət çatışmazlığı və hiperaktivlik sindromu (DÇHS) daha çox rast gəldiyi məlum oldu.

Helsinki Universiteti və Finlandiya Milli Sağlamlıq İnstitutunun alimləri yuxu çatışmazlığının uşaqların davranışına və hərəkətlərinə təsirini və eyni zamanda diqqət çatışmazlığı və hiperaktivlik sindromunun əmələ gəlmə səbəblərini araşdırdılar. Tədqiqatda 6 yaşından 15 yaşa kimi 146 qız və 134 oğlan iştirak etmişdi. Uşaqların yuxusu haqqında məlumat valideynlərdən və “Aktiqraf” cihazı vasitəsi ilə yuxunun monitorinqinin keçirilməsi nəticəsində əldə edilmişdir. Cihazın göstəricilərinə əsaslanaraq, yuxusu 7,7 saat təşkil edən uşaqlar impulsivliyi və hiperaktivliyi yoxlayan psixoloji testlərdə yüksək ballar toplamışdılar. Diqqət çatışmazlığı və hiperaktivlik sindromunun (DÇHS) təzahür formaları da bu uşaqlarda daha çox qeyd olunmuşdu. Statistik təhlilin göstəriciləri yuxu müddətinin qısa olmasının uşaqların impulsivliyinə və hiperaktivliyinə təsir edən vacib amil kimi qeyd olunmuşdu.

Yuxunun qısa müddətliyi davranış və hərəkətlərin pozğunluğuna gətirdiyini nəzərə alaraq uşaqlara normal yuxu müddətini təmin etmək lazımdır.
Digər tədqiqatlar birinci il körpələrdə yuxu ilə əlaqədar yaranan problemlərin böyüdükdən sonra da çox vaxt rast gəldiyini göstərirlər. Belə ki, Avstraliyada 3-4 yaş arası uşaqların (156 uşaq) müayinəsi keçirildi. Bu uşaqlar körpəlikdə, 8-10 aylıq olduqları zaman yuxuya getmə və yuxu ilə əlaqədar müxtəlif problemlərlə üzləşmişdilər. Müayinədən keçən uşaqların 32% -da yuxu ilə bağlı problemlər hələ də yaşanmaqdadır. Psixoloqların rəyinə görə, onlarda eyni zamanda aqressiv davranış və somatik xəstəliklər də müşahidə olunurdu. Bu göstəricilər körpələrin ilk illərində 1/3 hallarda yuxu pozğunluqlarının daha böyük yaşlarda da davam edəcəyini göstərir. Bu səbəbdən mütəxəssislər valideynlərə aşağıdakı məsləhətləri verirlər:

• Övladlarınızın yuxusuna önəm verin.
• Körpənin yuxusunun davamlı və keyfiyyətli olmasını təmin edin.
• Uşağın öz yaşına görə oyaqqalma və yuxu müddətini öyrənin.
• Uşağın yuxu mədəniyyəti sizin davranışlarınızdan asılıdır.
• Yuxu körpənin qidalanması ilə bağlıdır. Sağlam qidalanmaya diqqət verin.
• Uşaqların yorğunluq əlamətlərini ötürməyin.
• Hər gün eyni vaxtda yatızdırmağı bir qayda edin. Rejimə öyrəşən uşaqlar daha məsuliyyətli olur.
• Uşaqlıqdan yuxuya diqqət verin ki, böyüdükdə onunla bağlı digər problemlərə səbəb olmasın.

Mənbə: vib.az

Uşaqlığın gözəlliyini nümayiş etdirən sənətçi

Fransız sənətçi Seth Globepainter adı ilə tanınan Julien Malland Paris, London və dünyanın bir çox şəhərində uşaqlıqdan ilhamlandığı sənət əsərləri yaradır.

“Uşaqlığın şirinliyi və məsumluğu, onları nümayiş etməyi seçdiyim xaotik yerlərdə  bir təzad yaradır” – deyən sənətçi uşaqların xəyal gücünə və yaradıcılıqlarına işarə etmək üçün onları adətən kitablarla birlikdə çəkir.

Sənətçinin açıq havadakı işləri adətən yıxılmaqda olan binaların üzərində ya da tərk edilmiş ara küçələrdədir. Bu əsərlərdə uşaqların 70-ci və 80-ci illərin oyunlarını oynadığı və köhnə yaşayış yerlərinin atmosferini görmək mümkündür. “Ortadan itən ənənəvi həyat tərzi yerini istehlak cəmiyyətinə buraxıb. Bu çevrilmə dünyanın hər yerində gözə dəyir”.

Mənbə: egitimpedia.com

Uşaqlarımız üçün sağlamlıq vərdişləri

Uşaqlıq dövrü insanın gələcək inkişafının təməlinin qoyulduğu çox önəmli bir dövrdür. Bu dövrdə qazanılan sağlamlıq vərdişləri insanın gələcək həyatında öz müsbət təsirini mütləq şəkildə biruzə verir. Bu səbəbdən valideynlər sağlamlıq vərdişlərini nəinki özlərində yaratmalı, hətta öz uşaqlarına da bu vərdişləri erkən yaşlarından aşılamağı bacarmalıdırlar.

Bagcam.az sağlamlıq vərdişlərindən bəzilərini təqdim edir:

  • Erkən oyanmaq

Elm sübut edir ki, erkən oyanmaq insanı daha da məhsuldar və eləcə də ruhi sağlam edir. Ola bilər ki, ilk vaxtlar tezdən oyanmaq çətin olsun, lakin uşaqlıqdan hətta ən azı 15 dəqiqə daha tez oyanmağı vərdiş etməklə siz özünüzün və övladınızın həyat keyfiyyətini artırmış olarsınız. Erkən durmağın faydalarından əlavə günorta yuxusunun da insan, xüsusən, uşaq sağlamlığına və inkişafına əhəmiyyəti sübuta yetirilmişdir

  • Az yemək

Həqiqətən də, çox yeməyi insanın özü-özünü zəhərləməsinə bənzədirlər. Alimlər çoxsaylı araşdırmalardan sonra əmin olmuşlar ki, insanın mədəsi dolu olmayanda dərindən və lazımi qaydada nəfəs almaq olduqca asanlaşır və oksigen maddələrin normal mübadiləsi və ciyərlərin tam təmizlənməsi üçün kifayət qədər orqanizmə daxil olur. Dərindən alınmayan nəfəs isə insan ömrünü qısaldır.

  • Su içmək

Müasir elmi araşdırmalar göstərir ki, insan çoxlu miqdarda suyu qısa vaxt ərzində birbaşa içirsə, onda baş ağrısı, qanda elektrolitlərin disbalanslığı, bəzi hallarda isə başgicəllənmə müşahidə olunur. Suyu fasilə ilə qəbul etmək onu həzm etməyə və faydalarını əldə etməyə kömək edir.

  • Ballı su içmək

Bir araşdırma ballı suyun yüksək xolesterinə sahib olan insanların xolesterin səviyyəsini 2 saat içərisində 10%-ə qədər azalda bildiyini sübut etmişdir. Su və bal ürək xəstəlikləri və qan dövranı problemləri ilə mübarizədə çox yaxşı təbii vasitədir.

  • Üzü üstə yatmamaq

Həkimlər tövsiyə edir ki, onurğa sütununun çəkisinə görə təkcə böyüklər deyil, hətta kiçiklər də qarınları üzərində yatmamağa vərdiş etməlidirlər. Çünkü bu tərzdə yatmaq daxili orqanlara və onurğa sütununa mənfi təsir göstərir. Bu cəhətdən də analar onurğa sütünü tam inkişaf etməmiş uşaqlarına qarşı daha diqqətli olmalı və uşaqlıqdan övladlarını üzü üstə yatmamağa alışdırmağa çalışmalıdırlar.

Mənbə: vib.az

Uşağınız sizi təqlid edirsə, onunla belə davranın

Qız uşaqları analarının paltarlarını geyinib, dodaq və ya dırnaq boyası çəkir, ayaqqabılarını geyinir, oğlanlar isə ataları kimi görünmək üçün təraş olmaq istəyir, yaxud saçlarına jele sürtür. Türkiyəli psixoloq Aycan Bulutun sözlərinə görə, uşaqlarda modelləşdirmə və təqlid qabiliyyəti 1 yaşdan inkişaf etməyə başlayır.

Mütəxəssisin bu barədə fikirlərini təqdim edirik.

Psixoloq bildirir ki, uşağın təqlid etməsi təhsil müddətində böyük əhəmiyyət daşıyır. Çünki uşaq təqlid yolu ilə ictimai bacarıqlar olmaqla, dil və bir çox yeni bacarıqlar da öyrənir. Bu halda uşaq yeni öyrəndiyi məlumatı müşahidə edir, sonra təqlid edir və təcrübədən keçirir: “Uşaqlarda modelləşdirmə və təqlid etmə bacarığı 1 yaş ərəfəsində inkişaf edir. 1 yaş uşaq üçün eyni zamanda yerimə və danışma kimi bir çox əhəmiyyətli bacarığın da inkişafa başladığı dövrdür. 3-11 yaş arasında isə ətrafdan aldıqları qaynaqlar vasitəsilə şəxsiyyətləri formalaşır”.

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir. Qızlarda ana kimi hündürdaban ayaqqabı geyinmək, makiyaj etmək, dırnaq boyası çəkmək, oğlanlarda isə ata kimi danışmaq, təraş olmaq, ətir vurmaq, jele sürtmək onlar üçün olduqca əhəmiyyətlidir: “Ümumiyyətlə, qız uşaqları 4 yaş ərəfəsində ataları ilə yaxınlaşır. Atanın onu bəyənməsi və sevməsi üçün anası kimi geyinib bəzənməyə, makiyaj etməyə çalışır. Oğlan uşaqlarında da bənzər davranışlar müşahidə edilir. Məsələn, anasına özünü bəyəndirə bilmək üçün atasının ətrini vurur, saçına jele sürtür və ya təraş olmağa çalışır”.

Uşaq təqlid edərək ana-atayla bağ qurmağa çalışır

Ana-atanı təqlid etmək, uşağın onları modelləşdirməyə başladığının göstəricisidir. İşdən qayıdan atasını təqlid edən oğlan və anası kimi evi təmizləməyə çalışan qız uşağı da buna nümunədir: “Uşaqlar təqlid edərək gördüklərini əks etdirməyə çalışmır, ana-atasıyla arasında bağ qurmağa və özünün varlığını sübut etməyə səy göstərir. Uşağın cinsiyyəti qız və ya oğlan olmasından asılı olmayaraq, ailəsinin bəzi xüsusiyyətlərini öyrənmək və öz tərzini yaratmaq istəyir. Uşaqların inkişaf dövrlərində ana və atayla qurduğu əlaqə, irəliləyən zamanlarda ilk aylardakına nisbətən daha da inkişaf edir və qüvvətlənir. Ana və atasını modelləşdirən və təqlid edən uşaqların onlarla qurduğu bağ da güclənir. Böyüklərin davranışlarını təqlid edərək tətbiq edən uşaq bu bacarıqların öhdəsindən gəldiyini bildikdə, mənlik qəbulunun inkişafı daha asan ola bilər”.

Uşağınıza oyuncaq kosmetik vəsitələr ala bilərsiniz 

Mütəxəssis uşaqların valideynlərini modelləşdirmə və təqlid etmə davranışlarını təkmilləşdirməyi məsləhət görür. Uşağa onu olduğu kimi sevdiyinizi və qəbul etdiyinizi bildirməyiniz uşağın özünəinamını təmin edəcək: “Hər bir qız uşaq anasına, oğlanlar atasına bənzəmək istər. Bu hallar valideynlər tərəfindən təbii qarşılanmalı, cəzalandırıcı tədbirlər görülməməlidir. Əgər uşağınız təraş olmaq, makiyaj etmək istəyirsə, ona oyuncaq makiyaj, təraş vasitələri alın. Hətta ana-ata öz əşyalarını uşağa göstərərək, bunların böyüklər üçün olduğunu, onun da öz oyuncaq vasitələrini istifadə etməsini yumşaq dillə söyləməlidir. Burada əhəmiyyətli olan uşağın yaşına uyğun olmayan davranışlarının müsbət təriflərlə və ya mənfi reaksiyalarla bəlli edilməməsidir”.

Psixoloq bildirir ki, ana və atalar davranışlarıyla uşaqlarına model olmalıdırlar. Uşağın yaxşı şəxsiyyət kimi formalaşması valideynlərin ona doğru şəkildə davranmasıyla əlaqəlidir. Unutmayın ki, uşaq valideynlərini çox erkən yaşlarda müşahidə etməyə başlayır: “Uşaq ana-atanın uyğun davranışını təqlid edirsə, buna müsbət reaksiya verilməlidir. Kiçik bir gülümsəmə belə, kifayət edər. Əgər uşaq uyğun olmayan bir davranış təqlid edirsə, sərt reaksiya verilməməlidir. Bu vəziyyət ona düzgün formada izah edilməli və doğru olan davranışa istiqamətlənməlidir. Uşaqların mühakimə qabiliyyətləri hələ inkişaf etmədiyi üçün bəzi məqamlarda təhlükəli vəziyyətlər yaşana bilər. Məsələn, oğlan uşağı atası hamamda olmayan vaxt təraş alətindən istifadə etmək istəyər. Bu səbəbdən də uşağın təhlükəsizliyinə diqqət edilməlidir. Uşağa sərhəd qoyma mövzusunda da mütənasib olmaq lazımdır. Çünki ana-ataya və özünə istəmədən zərər verə bilər”.

Hər uşağın yaşına uyğun formada böyüməsini təmin etmək üçün valideynlər müəyyən dövrlərdə uşaqlarına sərhədlər qoymalıdır. Bu müddətdə uşağa hirslənmək yersiz olar. Əvəzində uşaq bəzi hallarda sərhədlənməli, uşağın idarədən çıxmasına mane olunmalıdır. Uşaq təqlid davranışları etdikdə, valideynlərin həddindən artıq reaksiya verməsi və uşağı danlaması onun cəsarətinin qırılmasına səbəb ola bilər. Bu vəziyyətdə uşağın özünü inkişaf etdirmə istəyi kütləşər və gələcəkdə uşağı passiv bir şəxsiyyətə çevirər.

Mənbə: babyplanet.az