Uşaq iməkləməyi, ayaqda durmağı, yeriməyi necə öyrəndisə, tualet vərdişini də əlbəttə öyrənəcək. Bəs tualet təlimində nələrə diqqət edilməlidir? Uşaqlara tualet vərdişləri necə aşılana bilər? Bütün bu sualları detallı cavablandıran, Uşaq Sağlamlıq Mütəxəssisi Dr.Özlem Gürcü uşaqların tualet təlimi haqqında çox faydalı məsləhətlər verdi.
Uşaqlara tualet təlimi hansı yaşdan etibarən öyrədilməlidir?
Uşaqların idrar torbasının inkişafı 15-18 aylarda başlayır. Uşaqlar çişlərini gecələr daha az etdiyi halda, gündüzlər bu aralıq təxmini üç saatdan birdir. Bu müddət 15 aylıqdan 3 yaşına qədər dəyişə bilər. Tualet təlimi üçün ideal yaş aralığı 2-2,5 yaş arasıdır. Lakin bu, uşaqdan-uşağa görə dəyişə bilər və təlimin müddəti 3-6 ay çəkə bilər.
Uşaqlara tualet təlimi necə verilir?
- Təlim boyunca istifadə edəcəyi əşyalar ilə tanış edin. Tualet, sifon, çiş kimi terminləri öyrədin.
- Tualetə girmək, soyunmaq, tualetini etmək və təmizlənmək sırası haqqında fikrə sahib olmasına kömək edin.
- Uşağınla birlikdə oyuncaqlarını tualetə apararaq onda tualet haqqında fikir yarada bilərsiniz.
- Tualetə getdiyin zaman uşağınızı da özünüzlə aparın. Başlanğıcda paltarlı halda bir müddət güvəncdə otursun. Bir müddət sonra bunun rituala çevrilməsinə dəstək olun.
- Uşaq bir müddət güvəncdə oturmağa başlayanda ona artıq çişini güvəncə edə biləcəyini deyin.
- Uşaq bezini çıxarın və bir daha taxmayın. Unutmayın ki, ən böyük səhvlərdən biri tualet təliminə başlayandan sonra, ya gecələri, ya da bir yerlərə gedərkən uşaq bezlərindən təkrar istifadə edilməsidir.
- Güvənc daim yaxınlıqda, uşağın görə biləcəyi bir yerdə olmalıdır.
- Tualet təlimi üçün ən yaxşı dövr yaz-yay aylarırıdr.
Mənbə: anneysen.com

Tədris ilinin başlanmasına sayılı günlər qalır. Valideynlər məktəb alış-verişinə daha çox önəm verdiyindən əsas məsələləri nəzərdən qaçırırlar. Bunlardan ən başlıcası uşağın, xüsusən birinci sinfə gedəcək azyaşlıların sağlamlığının məktəb kimi ağır yükə hazır olub-olmamasını təyin etməkdir.
Oyun uşaqlar üçün çox şey ifadə edir. Bəzən öyrənmək üçün vasitə olan oyun, bəzən də sosiallaşma, bəzən də müalicə vasitəsi olur. Qısaca, oyun uşaqların inkişafı baxımından çox şey ifadə edir.
Ailələrin ən sıx qarşılaşdıqları və şikayət etdikləri vəziyyətlərdən biri uşaqların tərəvəz yeməməkləridir. Tərəvəzlər uşaqların inkişafı üçün ən faydalı qidalar olmağına baxmayaraq uşaqlar dadlarından dolayı tərəvəz yemək istəmirlər. Buna görə şirin qidaları yeməyi daha üstün tutarlar. Belə halda valideynlərin üzərinə böyük məsuliyyət düşür. Çünki yaşlarından dolayı həddindən artıq təzyiq uşaqda əks təsir yarada bilər və uşaqlar tərəvəz yeməkdən daha da soyuyarlar.
Uşaqlar inadkarlıqları ilə məşhurdur. Onların əlindən bir şeyləri almaq da çox çətindir. Almaq istədiyiniz zaman da qiyamət qopar və ağlamağa başlayarlar. Amma onun əlindəki şeyi almağımız vacibdir. Məhz sizi bu çətin vəziyyətdən xilas edəcək, uşağınızı incitmədən onun əlindəki təhlükəli hər hansı bir şeyi almağınıza kömək edəcək bir neçə məsləhət:
Uşaqlarını müqayisə etmək analar tərəfindən üstünlük təşkil etsə də atalar da, həmçinin içdən-içə uşaqlarını digər yaşıdları ilə müqayisə edirlər.
Əl sıxaraq salamlaşmaq sadə hərəkət ola bilər, lakin Amerika, Texasda bir uşaq bağçasının müəllimi bu bəsit hərəkətin şagirdlər üzərində böyük təsiri olacağına inanır.
Həyatın ilk illərində qazanılan zehni bacarıqlar uşaqlarda zəka inkişafının ən önəmli pillələrini təşkil edir. Hər uşaq özəldir və hər uşağın inkişaf dönəmi bənzərsizdir. Lakin mütəxəssislər yaş dönəmlərinə görə ümumi bir bacarıqdan danışıla bilərlər. Bu ümumi bacarıqlar aşağıdakılardır.
Dünya Səhiyyə Təşkilatının statistik məlumatına əsasən planetimizin əhalisinin təqribən 30 faizi müxtəlif allergik reaksiya və xəstəliklərdən əziyyət çəkir. Bu xəstəliklərdən bronxial astma, dərman və qida allergiyaları daha geniş yayılıb. Təəssüf ki, həmin xəstəliklərdən əziyyət çəkənlərin çoxu uşaqlardır.