Valideyn olmaq çox qarışıq işdir. Diqqətli olmadığımız təqdirdə bir tərəfə çox fokuslaşıb digər tərəfi unuda bilərik. Əksər hallarda, xüsusən, nizam-intizam qaydalarına fokuslaşmış valideynlər görürəm. Mən isə burada sözün əsl mənasından “davranış dəyişikliyi”ndən danışacağam. Bəzən “… olarsa, nə edim?”, yaxud “uşaqlarıma … necə elətdirərəm?” deyə soruşuruq. Bu zaman əsas şəkil diqqətimizdən yayınır.
İşin əsli isə budur ki, uşaqlarımızı böyüdərkən onların davanışlarının inkişafı üçün istifadə etdiyimiz üsullar və texnikalardan daha önəmli nüanslar da var.
Budur, heç bir sıralama olmadan, seçə biləcəyiniz hər üsuldan önəmli olan 10 nüans:
- Münasibətlər
Uşaqlarımızla qurduğumuz münasibət onlara dərindən təsir edir. Bu münasibət onlara həyatları boyunca quracaqları münasibətlər üçün nümunəvi rol oynayır. Hörmət, empatiya, şəfqət əsaslı, sağlam bir münasibət varsa, belə standart müəyyənləşdiririk. Uşaqlarımız sonrakı münasibətlərində bunları gözləyərək böyüyəcək və daha azına razı olmayacaqlar. Ya da bu münasibət idarəetmə, təzyiq və manipulyasiya əsaslıdırsa, bunun necə nəticələnəcəyini görə bilərsiniz.
Uşaqlarımız üzərində təsir gücümüz onlarla qurduğumuz sağlam münasibətlərə əsaslanır. Uşaqlar onlarla əlaqə yaradan yetkin birinin sözlərinə daha çox qulaq asır, onunla daha çox əməkdaşlıq edirlər. Başqa sözlə, onların hələ azyaşlı dövrlərindən güvənli, açıq münasibət qursaq, böyüyəndə də bizə gələcəklər. Uşaqlarımızla münasibət qurmağımız onların zehinlərinin yaxşı işləməsinə, verdiyimiz reaksiyalar isə onların reaksiyalarının tonunu müəyyənləşdirir. Çünki uşaqlar kiçik güzgülərə bənzəyirlər.
- Sizin yanaşmanız
Uşağınıza baxdıqda kimi görürsünüz? Müsbət şeylər, yoxsa mənfi? Onlar haqqında düşünmək üsulunuz onlara necə davrandığınızı müəyyən edir. Düşüncələriniz eyni zamanda gün ərzində emosional və fiziki olaraq özünüzü necə hiss etdiyinizə təsir edir. “Uşağım qorxunc 2 yaş dövrü yaşayır” ifadəsi sizin uşağınıza hər baxdığınızda qorxunc şeylər görməyinizə, fokuslanmağınıza və davamlı olaraq bunları düzəltməyə çalışmağınıza səbəb olur.
Buna bənzər mənfi düşüncələri “Uşağım çox maraqlı və əyləncəlidir!” kimi müsbət düşüncələrə çevirməyə çalışın. Etdiyi dəcəlliyi dərhal ortadan qaldırılması lazım olan bir problem kimi deyil, sizə doğru olan kömək siqnalı kimi görməyə başlayın. Əslində, sizin düşündüyünüz kimi, uşaqlarınızın hərəkətlərini həmişə düzəltməyə ehtiyac yoxdur.
Bundan əlavə, səs tonunuza və istifadə etdiyiniz leksikona diqqət edin. TEACH Through Love-dan Lori Petro “Uşaqlarınızı təsvir edəndə istifadə etdiyiniz dil məsələsində diqqətli olun. Onlar özlərini sizin qurduğunuz filtrlə görəcək” deyir. Uşağınızı “yaramaz” ya da “bacarıqsız” kimi etiketləndirməkdən qaçın. Siz onları necə görürsünüzsə, onlar da özlərini elə görməyə başlayacaqlar.
- Valideynlərin bir-biri ilə münasibətləri
Uşaqlarınız izləyir və öyrənirlər. Həyat yoldaşınızla bir-birinizə qarşı davranışlarınız da uşaqlarınız üçün bir nümunədir. Xoşbəxt valideynlər xoşbəxt uşaqlar deməkdir.
“Xoşbəxt ailənin əsasında valideynlərin bir-birini sevməsi dayanır. Uşaqlarınız üçün həyatda edə biləcəyiniz ən yaxşı şey yoldaşınızla mümkün olan ən yaxşı münasibəti qurmaqdır. Yaxşı yola getdiyinizi və bir-birinizə dəstək olduğunuzu görsələr, sizi əks etdirərərək dostları ilə yaxşı yola gedəcəklər. Yoldaşınızla münasibətinizə sərf etdiyiniz əməyin hər zərrəsi sizə uşaqlarınız üzərindən misli ilə geri dönəcək”.
- Evinizin havası
Yuxarıda danışılan ünsürlər bir araya gələrək evinizin atmosferini təşkil edir. Sevgi dolu və bir-birinə bağlı münasibətlər varsa, evinizdə də isti bir atmosfer olacaq. Yoldaşınızla, ya da övladınızla aranızdakı, yaxud uşaqlarınızın öz aralarındakı münasibətlərdə qopuqluq varsa, evinizin aurası pozulacaq.
İnsan evinin bütün ailə üzvləri üçün isti, güvənli, sevgi dolu bir yer olmağını istəyər. Dorothy Parker “Uşaqları evdə tutmağın ən yaxşı yolu evdə isti və xoş aura yaratmaqdır” deyir.
- Başqaları ilə qurduğunuz münasibətlər
Bankdakı işçi ilə, katiblə, ya da satıcı ilə necə davranırsınız? Ana, atanızla, ya da qayınananız ilə münasibətiniz necədir? Albert Einstenin dediyi kimi, nümunəvi olmaq birinə təsir etməyin önəmli yollarından biri deyil, tək yoludur.
- Əhatəniz
Əhatənizdə olan insanlarla daim münasibət saxlayırsınızmı? Nümunəvi olmaq bir yana, könüllü işlərə qatılaraq, bölgənizdəki bir tədbiri dəstəkləyərək, ya da bir kampaniya ilə bağlı ianə verərək çox şey öyrənə bilərsiniz. Uşaqlarınız hadisələrə daha yuxarıdan baxanda etdiklərinin başqalarının həyatlarına necə təsir etdiklərini görərlər və bu da onlara bir məsuliyyət hissi verərək müsbət dəyərlərə sahib olmalarını təmin edər.
- Məktəb
Məktəb seçimini çox diqqətlə edin. Uşağınızın özəl, yoxsa dövlət məktəbində, ya da evdəmi təhsil alması ona çox təsir edə bilər? Həmyaşıdları da uşaqlar üzərində böyük təsirə sahibdir, amma övladlarımızla münasibətimiz normal olduğu halda bizim təsirimiz daha çox olacaqdır.
- Həyata baxışınız
Stəkanınızın yarısı boşdur, yoxsa dolu? Uşaqlarınıza yaxşı baxa bilmək üçün özünüzə yaxşı baxmağınız kifayət edər. Stəkanı dolu görürsünüzsə, daha səbirli, daha empatik və daha enerjilisiniz. Sadəcə bu qədər də deyil, valideynlərinin öz varlıqlarına hörmət göstərdiyini görən uşaqlar özləri də hörmət anlayışını öyrənirlər. Siyahıya özünüzə də əlavə edin.
- Televiziya. Video oyunlar. Sosial media.
Bunlar uşaqlarınıza həmişə mesajlar göndərir. Öz uşaqlarımın televiziya izləməsinə və kompüter oyunları oynamasına icazə verirəm, yəni tamamilə mediaya qarşı deyiləm, amma yenə də uşaqlarınızın, izlədikləri hər şeydən təsirləndiyini unutmayın. Keçən gün oğlum normalda heç vaxt deməyəcəyi bir şey dedi – izlədiyi bir cizgi filmdən öyrənmişdi. Haradan öyrəndiyini bildiyim üçün onunla cizgi film və real dünya arasındakı fərqləri danışdıq.
- Əsas ehtiyaclar
Yaxşı qidalanma, yuxu və məşq uşağınızın sağlıqlı olmasını təmin etdiyi kimi, davranışlarına da müsbət yöndə təsir edə bilər. Uşaqların məşq etmələri diqqətlərini toplamaqlarına kömək edir və isteriyanı azaldır, motor bacarıqlarını inkişaf etdirir.
Mənbə: egitimpedia.com

Məktəblərin açılması ilə uşaqların məsuliyyəti artdı. Hər gün yanlarında aparmalı olduqları çantalar bəzi duruş pozuntularına səbəb olur. Onurğada əyrilik oğlan uşaqlarına nisbətən qız uşaqlarında daha çox rast gəlinir.
Uşaqlarına diqqət göstərməyən və vaxt ayırmayan valideynlərin uşaq psixologiyasına təsirini sizin üçün araşdırdıq.
10-15 yaş arasında uşaqlar içində daha çox şəkər, şirniyyat qəbul edənlər aqressiv olur, dava-dalaş yaradır, daha tez siqaret çəkməyə başlayır, içkiyə meyilli olur.
Təhsil sistemində sual, təəssüf ki, tələbələr üçün əsasən “passiv” məna daşıyır. Güman edirəm ki, məktəbin beynimizdəki sualların cavabını tapdığımız və yeni suallar verdiyimiz yer olaraq qəbul edilməsi üçün hələ çox yolumuz var. İnformasiyanın ötürüldüyü və ötürülən məlumatların xatırlanması üçün “sual”ların verildiyi məktəblərdə, tələbələrin “sual” soruşmağı öyrənməsi və sevməsi çətinləşir. Bu çətinliyi aradan qaldırmaq üçün pedoqoq olaraq düşünmə bacarıqları üzərində daha çox işləməyə ehtiyacımız var. Məsələn, tənqidi təfəkkürün ən mühüm pillələrindən olan sual vermə bacarığının inkişaf etdirilməsi üçün, soruşduğumuz suallara və dərs içi tədbirləri necə planlaşdırdığımıza bu gözlə baxmaq yaxşı başlanğıc ola bilər. Aşağıda mövzu ilə bağlı bəzi təkliflərimi sadaladım.
Hər zaman ana və ataların etməli olduqları şey uşaqları üçün yaxşı bir dinləyici olmaq, onların duyğularını anladıqlarını hiss etdirmək və onları aldatmadan, açıq, eyni zamanda qərarlı bir tutum sərgiləməkdir.
Aşağıdakı sağlamlıq və təhlükəsizliklə bağlı tövsiyələr Amerika Pediatr Akademiyasına aiddir.
Aşağıda yaradıcılığı məhv edən 10 davranış qeyd olunub. Fərqində olmadan belə davrandığını başa düşən valideynlər bu vəziyyəti qiymətləndirməlidirlər, yoxsa uşaqların yaradıcılıq ifadələrini məhv edə bilərlər. (Narahat olmayın. Hər bənddən sonra valideynin uşağın yaradıcılığını necə gücləndirə biləcəyi barədə praktiki təkliflər verilir.)
Aşağıdakı sağlamlıq və təhlükəsizlik tövsiyələri Amerika Pediatr Akademiyasına aiddir.