Müasir uşaq necə böyüdülməlidir?

Uşaq inkişafı müəllimi Sevimay Kurtdan…

Müasir uşaq necə böyüdülməlidir?

Uşağımızın otağını ən lüks mebellərlə, oyuncaqlarla, hətta hansı daha yaxşı yaraşar deyə bir neçə beşiklə bəzəyək.

Otağının qapısını, pəncərəsini də bəzəyək.
Bir neçə gün əvvəldən hədiyyələr, şirniyyatlar, otaq bəzəkləri hazırlayaq.

Doğuş zamanı yanımızda həyat yoldaşımız da olsun və prosesin hamısını videoya çəkək.

Tək nəfərlik otaqda 2-3 gün qalaq.

Xoş gəldin, körpə, xoş gəldin.

Evinə, otağına, dünyaya…
Ən çox nəyi bəyəndin? Beşiyinimi, otağınımı, xəstəxananımı, yoxsa ananın paltarlarınımı? Bilirəm, heç biri vecinə deyil. Kiçik bədəninlə həyata tutunmaq cəhdlərindəsən.

Ağlayırsan, acırsan, vecinə alırsan.
Anan, atan heç bir şeyi əskik etmədilər.
Niyə heç rahat olmaqlarına icazə vermirsən?
Oxuduğumuz kitablar, getdiyiniz kurslar, izlədiyiniz videolar bəs etmir uşağı susdurmağa… Ağlamağı öz dilidir körpənin. Emosional münasibət kifayət qədər güclü olmasa, bu dili başa düşmək olmur. Başa düşməyək.

Əlimizdəki bu körpəyə oyuncaq kimi davranaq.
Yaş salfetin pambıqlısını, paltarların ən bəzəklisini alaq.
Sevgimiz göstəriş olsun.
Ən kiçik problemdə həkimə qaçaq.
Ana südü ilə bəsləmədən ən bahalı markalardan olan yeməklərlə doyuzduraq qarınlarını.
Dişi nə vaxt çıxar, ayda neçə kilo kökələr, onu hesablayaq.
Hər şey istədiyimiz kimi getməsə, ya da yorulsaq, depressiyaya girək.

Uşaq üçün bir dayə tapaq. Sevgiylə baxacağı qucaqlara (baba, nənə, xala kimi) onu heç vaxt əmanət etməyək.

Baxıcısı onu yedizdirsin, içizdirsin, hər şeyindən məsuliyyət daşısın. Baxıcı uşağımızın şansı, ya da şanssızlığı olsun.
Eynilə bizim kimi…
Eynilə sizin kimi…

Mənbə: hakansevgi.com

Düzgün valideynlik etdiyinizi göstərən 7 əlamət

Valideynlər adətən uşaqlarını böyütməkdə əskik olduqları hissinə qapılırlar. Müasir valideynlər uşaqlarını yetkinliyə hazırlarkən ən yüksək starnadartları mənimsəyirlər. Özünü digər valideynlərlə müqayisə tələsinə düşmək ya da uğurumuzun kənardan ölçüləbilir əlamətlərini axtarmaq çox asandır.

Bir klinika psixoloqu olaraq bir uşağın möhtəşəm valideynləri olduğunu göstərən yeddi əlamət olduğunu düşünürəm.

Möhtəşəm valideyn olmağın yeddi əlaməti:

  1. Uşağınız yanınızda hər cür hissini dilə gətirə bilər.

Bəzən uşaqlarımızın hiss etdiyi ağır hisslər bizi çətinə salır. Buna məruz olmağı istəmərik, amma uşağınızın əsəb, kədər və ya qorxu kimi hisslərini yanınızda ifadə edə bilməsi, sizinlə ikən emosional baxımdan özünü güvəndə hiss etdiyini göstərən yaxşı əlamətdir. Uşaqaların valideynlərindən hisslərini gizlədiyini görmək məni çox incidər. Bu, adətən valideyn-uşaq münasibətində böyük problemlər olduğunun göstəricisidir. Uşaqlarınızın diqqətini duyğularından uzaqlaşmaqdan və ya onların üstünü örtməkdən uzaq durun. Əksinə, duyğularına xüsusilə diqqət və anlayış göstərin. “Divarı təpikləməyindən, çox əsəbi olduğunu başa düşürəm. Sən də mənə bunun bacının sənə oynamağa icazə vermədiyi üçün etdiyini deyirsən”. Bunu deməyiniz, uşağınızın duyğularını anlaya bildiyinizi göstərəcəkdir.

  1. Uşağınız kefsiz olduğunda ya da bir problemlə qarşılaşdığında sizin yanınıza gəlir

Bir uşağın problemlərlə qarşılaşdığında qapısını ilk döydüyü adam valideynidirsə, o, şübhəsiz möhtəşəm valideyndir. Bunun mənası uşağınız üçün dara düşdüyündə sığına biləcəyi bir liman vəziyyətinə gələ bilmiş olmağınızdır.

Bunu təmin etməyin ən yaxşı yolu uşağınıza qollarınızın hər zaman açıq olması və sizə kiçik, önəmsiz görünsə də, problemlərini canla-başla dinləməyinizdir.

  1. Uşağınız reaksiyanızdan qorxmadan hiss və düşüncələrini sizinlə danışa bilir

Hörmətə əsaslanan, açıq və uyğun bir valideyn-uşaq əlaqəsinin ən müsbət əlamətlərindən biri də budur. Bəzi ana-atalar, xoşlanmadıqları duyğu və düşüncələrə və valideyn olaraq tutumlarını sorğulayan suallara həddən artıq reaksiya verərək, uşaqlarıyla olan əlaqələrini fərqində olmadan qısıtlayırlar. Bəzi ana-atalar isə elə həssasdılar ki, uşaqları onları incitməmək üçün duyğu və düşüncələrini içlərində saxlayırlar. Bir valideyn “Uşağım mənim ən böyük dayağımdır”, dediyində qayğılanıram. Dayaq valideyn olmalıdır, uşaqlar heç vaxt ana-atalarının dayağı olmamalıdır.

  1. Geri dönüşləriniz günahlandırıcı və etiketləyici deyil

Möhtəşəm valideynlər, uşaqların davranışları haqqında qüsur tapan geridönüşlər etmir və “pis”, “dəcəl”, “acgöz”, “tənbəl” kimi deyimlər işlətmirlər. Uşaq kimsəyə yemək fürsəti vermədən şokaladın hamısını yediyində, möhtəşəm valideyn uşağının davranışına fokuslanır: “Şokaladın hamısını heç kimlə paylaşmadan yedin. Bizim evimizdə, hər şeyi paylaşmaq çox önəmlidir. Bu hərəkətini necə düzəltməyi düşünürsən?” bunları söyləmək, “Acgöz qız, tez otağına get!” deməkdən çox fərqlidir.

  1. Bacarıqlarının və həvəsinin ardınca getməyi mövzusunda uşağınızı cəsarətləndirə bilərsiniz

Maraq və bacarıqların ardından getmək, uşaqların bir mövzuda yaxşı və uğurlu olma duyğusunu hiss etməsini təmin edər. Bu, yeniyetmə və gənclik dönəmləri müddətində uşaqları müsbət şəkildə motivasiya edərkən, əzmli olmağı və risk almaqdan qaçmağı da öyrədir. Sevdiyiniz bir ərazidə yetkinliyə və uğura çatmaq möhtəşəm bir şeydir.

Bəzi vaxtlar uşaqlarının maraq dairələrini, öz reallaşmamış arzularını və ehtiyaclarını qarşılamağa yönləndirən valideynlərlə qarşılaşıram. Bir uşağı öz hədəfləriniz istiqamətində yetkinləşdirməyə məcbur etdiyinizdə hər şey qaydasındaymış kimi görünsə də, əslində heç bir şey qaydasında deyildir. Bu uşaqların özlərini uğursuz, böyük bir basqı altında hiss etmələrinə səbəb ola bilər.

  1. Uşağınızın təhlükəsizliyi üçün davranışlarına sərhəd qoyarsınız

Möhtəşəm ana və atalar üzərində düşünülmüş sərhədlər müəyyənləşdirərək, uşaqlarının davranışlarına rəhbərlik edərlər. Sərhəd qoyulmamış uşaqlar, özlərini bir qarışıqlıq içində və itmiş hiss edərlər.

Bəzi vaxtlarda xoşlarına getməsə də, sərhədlər uşaqların sevdikləri və digər gördükləri duyğuları yaşamaqlarını təmin edər. Bu yararlı sərhədlərə istiqamətləniş ən yaxşı nümunələr düzgün yuxu rejimi, ailə üzvlərinə qarşı hörmətli olmaqdır.

  1. Səhvlərinizi düzəldərsiniz

Uşağınızla münasibətinizdəki qopuqluqları düzəldə bilməyiniz də, möhtəşəm bir valideyn olduğunuzun əlamətlərindən biridir. Əgər uşağınızı danlayıb, ona hirslənib və yaralayıcı sözlər demisinizsə, münasibətinizdəki bu qırılmaları təmir etməyiniz böyük önəm daşıyır.

Məsələn, uşağınızla, o vəziyyətdə əslində necə davranmaq istəyib də davranmadığınızı danışmaq sizə kömək ola bilər. Ani bir əsəbə qapılmağınız, lazım olduğu kimi danışmağınıza mane olduğunu açıqlamağınız da köməkçi ola bilər.

Uşağınızın oxuma səviyyəsi, “doğru” qidaları yeyib-yemədiyi ya da futbol meydançasındakı qalibiyyətləri kimi şeylərə baxaraq uğurlu bir valideyn olduğunu düşünmək çox cəzbedici olsa da, uğurlu valideynlik tamamilə uşağınıza təhlükəsiz bir təməl təmin etməklə əlaqəlidir.

Möhtəşəm bir valideyn olmaq dediyimiz şey tamamilə bundan ibarətdir.

Mənbə: egitimpedia.com

“Uşaq travmalarının səbəbi valideynlərdir”

25 ildir reanimasiyada uşaqları ölümün caynağından xilas etməklə məşğul olan latviyalı həkim Peteris Klyava uşaqların üzləşdiyi ağır travmaların və ölümlə üz-üzə qalmalarının səbəbini valideynlərində görür.

Valideynlər, uşaqlarına əzab verməkdən sanki həzz alırlar – deyə həkim faktlara açıq gözlə baxmaq tərəfdarıdır.

Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, uşaq ölümlərinin 90%-də günahkarın valideynlər olduğunu deyən həkim kiçik yaşlı uşaqları digər böyük uşaqların nəzarətində küçəyə, oynamağa buraxmağı ən axmaq addım hesab edir.

“Latviya Avropada yollarda avtombil vurmasından uşaq ölümü üzrə birinci yerdədir. Küçələrdə azyaşlı uşaqlar konki, rolik, velosiped sürür. Su mənbəyi olan yerlərdə dəstə-dəstə uşaq oynayır. Heç kim onlara nəzarət etmir. Sərxoş ata uşağa nəzarət edə bilməz. Uşağı maşına əyləşdirib, özü sərxoş yola çıxır. Uşaq qəzaları, travmaların 90%-i nəzarətsizlikdən olur. Sonra da xəstəxanada səslərini başlarına atıb, həkimin yaxasından tuturlar ki, uşağımı xilas et. Uşağı xilas etmək birinci valideynin borcudur.

Hər il yüzlərlə uşaq qaynar sudan, qazdan, ocaqdan, kimyəvi maddələrdən yanır. Ata-ana nə edəcəyini bilmir. Həkimə gətirənə kimi uşağın bədəninə yüz cür vasitə sürtür. Halbuki yanmış uşağa bir yardımınız ola bilər: yanmış nahiyəyə dərhal soyuq su tökmək. 3-5 dəqiqə soyuq su tökmək ağrını, yanığın dərinliyini azaldır.

Çox valideynlərdən bu dəqiqə soruşsan ki, beynində, fikrində tutduğun önəmli məqamlar nədir: çoxu iş, karyera, pul, ailə deyəcək. Amma heç kim uşaqlarımız təhlükəsizliyi deməyəcək. Uşaq öz-özünə böyüyəcək? Xeyr.

Valideyn diqqətsizliyi, laqeydliyi ucbatından kanalizasiya təmizləyən kimyəvi maddə içən 4 yaşlı qızı xilas edə bilmədik.

Digər elə zəhərli maddəni içən uşağı xilas etmişdik amma ona Avropada 200.000 avroluq qaraciyər köçürməsi etdilər.

Qadınlar hamamda, mətbəxdə belə yuyucu vasitələrini ən aşağı şkafda saxlayır. Benzini, krotu limonad qablarına tökürlər. Uşaq da elə bilir adi sudur, içir.

Heç bir iş, yorğunluq, vaxt sənin övladın qarşısında məsuliyyətini azaltmır. Uşaq istəyirsənsə, dünyaya gəlibsə, baxacaqsan, qoruyacaqsan. Ona əzab verməyə sənin haqqın yoxdur. Hazır deyilsənsə, valideyn olma.

Bəzən valideyn utanmadan deyir ki, uşaq qaçdı, özü açıb içdi, özü yıxıldı. Uşağı günahkar çıxarırlar.

Bir ata isə piknikdə manqalda uşağını yandırmışdı. Reanimasiyada gəlib həkimlərə əmr edirdi. Ona dedim: Sən manqalın yanında əmr etməliydin, burda yox. İndi gecdir artıq. Heç bir polis uşaq yanmasına, yıxılmasına görə valideyni tutmur, cəzalandırmır. Amma tutmalıdır. Uşaq həyatı bu qədərmi ucuzdur?

Nənə yanında dəhşətli travma alan uşaqlar gəlir. Axı uşaq niyə qoca nənə yanında qalmalıdır? Niyə nənə ona baxmalıdır? Nənə də tutulmur.

Elə şeylər var ki, baş verməməlidir. Uşaq özbaşına hardasa suya, quyuya yıxılmamalıdır, uksus, dərman, kimyəvi maddə içməməlidir, uşağı tək küçədə maşın vurmamalıdır, uşaq yanmamalıdır”.

Uşağı hansı havada necə geyindirməli?

Yeni analar bəzən uşağı necə geyindirməli olduqlarını bilmirlər. Bu səbəbdən də evdən çıxarkən uşaq çantasını lazımsız əşyalarla doldururlar. “Birdən üşüyər, birdən tərləyər” deyə-deyə uşağı lazımsız qədər çox geyindirirlər, bəzən isə əksinə.

Bagcam.az Medicina.az-a istinadən anaları bu dərddən xilas etmək üçün hansı havada uşağı necə geyindirməli olduğunuza dair mütəxəssis rəylərini təqdim edir:

30-25 dərəcə: bu istilikdə körpənizə bezin üstündən şort və qısa qol mayka geyindirə bilərsiniz. Unutmayın ki, açıq rənglər tünd rənglərə nisbətən uşağı daha sərin saxlayacaq.

15-20 dərəcə: bu cür havada uşağa qısa qol bir mayka ilə şalvar və corab geyindirsəniz yaxşı olar. Çölə çıxarkən isə ona uzun qollu köynək geyindirin. Əgər körpə tərləyərsə, bu zaman üst köynəyi çıxarın.

10-15 dərəcə: uşağa uzun qollu köynək və corab geyindirdikdən sonra üstündən şalvar, jaket geyindirin. Havaya çıxarkən isə başına papaq qoymalısınız. Yaddan çıxarmayın ki, övladınız sizdən ən azı 1 qat çox geyinməlidir.

5-10 dərəcə: uzun qollu bir köynək, corabın üzərindən uşağa şalvar və jaket geyindirin. Bayıra çıxdıqda isə qalın gödəkçə geyindirin, papaq və əlcək taxın. Əgər uşaq arabasının üstündən ədyal sərirsinizsə, bunun artıq bir qat olduğunu və uşağı tərlədə biləcəyini unutmayın.

0-5 dərəcə: uşağa uzun qollu köynək, corabın üstündən qalın jaket və şalvar geyindirin. Havaya çıxararkən isə qalın qış gödəkçəsi, papaq, çəkmə və əlcək geyindirməyi unutmayın.

Üstün zəkalı dahi uşaqların 35 xüsusiyyəti

Üstün zəkalı insanların kəşf edilməsi qədər xüsusi üsulların inkişafı və yönləndirilməsi də vacib və ehtiyacdır.

İnkişaf etmiş ölkələrin bu mövzuya böyük önəm vermələri, hər il milyonlarla pul xərcləmələri, yüzlərlə kitab, minlərlə məqalə, onlarla jurnal bizi bu mövzuda hərəkətə təşviq etməlidir.

Aşağıdakı xüsusiyyətlərin hamısını hər ağıllı insanda görməyə bilərik.

Sahib olduqları üstün xüsusiyyətləri yaxşı bir əhatədə, güclü bir təhsillə dəyərləndirə bilənlər illər sonra cəmiyyət qarşısına bir dahi kimi çıxırlar.

Budur, ağıllı insanların 35 xüsusiyyəti:

  1. Yeni və praktiki bacarıq tərəflərini inkişaf etdirib icra etmək qabiliyyəti;
  2. Bilmək, yaxud qavramaq tutumu;
  3. Var olan durumdan yeni durumların analizini etmək və problemləri həll edərkən analizlərdən istifadə;
  4. Problemləri əvvəlcədən görmək və qeyri-adi həll yolu tapmaq qabiliyyəti;
  5. İnformasiya bazası çox olsa belə, heç birini unutmamaq qabiliyyəti;
  6. İrəli səviyyələrə çatmış anlayış və empatiya qabiliyyəti;
  7. Qeyri-adi sayılan mövzularla maraqlanmaq;
  8. Sürətli düşünmək, sürətli şəkildə həll yoluna çatmaq;
  9. Ümumiləşdirmələr etmək, alternativlər yaratmaq mövzusunda uşaq yaşlarından inkişaf etmək;
  10. Xəyallarını layihə formasına sala bilmək;
  11. Dərin təfəkkür tutumu;
  12. Fərqliliklərə adaptasiya ola bilmək qabiliyyəti;
  13. Maraqlı, qəribə və orijinal nəticələr ortaya qoymaq;
  14. Zəngin söz bazasına malik olduğu qədər, qavrama xəzinəsinə sahib olmaq. Kəlmələrin köklərini və mənbələrini araşdırıb kəlmə və qavrama bilgisini qüvvətləndirmək bacarığı;
  15. Statistikalara müqayisəli, tənqid və təhliledici gözlə baxa bilmək;
  16. Dil öyrənmək bacarıqlarında üstünlük;
  17. Müəyyən bir mövzuda uzun müddət düşünə bilmək qabiliyyəti;
  18. Bənzər anlayışlar arasında müxtəlif nüansları ayıra bilmək qabiliyyəti;
  19. Estetik güc və simmetrik şeylərə maraq;
  20. Qarşısındakı insanın dedikləri ilə bərabər, əslində demək istədiklərini də təxmin etmək;
  21. Müəyyən bir hədəfə doğru irəliləmək bacarığı;
  22. Gözüaçıqlıq, özünün və ətrafındakı hadisələrin fərqində olmaq;
  23. İradəsinə hakim olmaq;
  24. İnadkar, qərarlı, hədəf yönümlü və bəzən macərapərəst davranışlar nümayiş etdirmək;
  25. İntizamlı, azad davranmaq;
  26. Kiçik yaşlardan özünü göstərən idealizm;
  27. Bilinməyən, gizli mövzulara maraq göstərmək;
  28. Çox bağlı olduğu mövzunu hər yerdə gündəmə gətirmək;
  29. Fiziki və intellektual inkişafda fərqli bir irəliləmə sürəti göstərmək;
  30. Gözəl və ədəbi sözlərdən xoşlanmaq;
  31. Xəyal gücünün qüvvətli olması;
  32. Öz istəklərini yerinə gətirmək, şəxsiyyətini kiçik yaşlardan inkişaf etmək;
  33. Bəzi zamanlarda öz-özü ilə yüksək səslə danışmaq;
  34. Sosial problemlərə düzgün diaqnoz qoymaq;
  35. Liderlik, qrup qurmaq, komanda yaratmaq və yönləndirmək.

Bill Gates-in zəkasını ortaya qoyan prinsiplər nələrdir?

Bill Gates ağıllı və uğurlu olmaq xüsusiyyətlərini şəxsində göstərən xarakterik bir nümunədir. Bəs Gatesin əsas uğur fəlsəfəsini hansı meyarlar meydana gətirir?

Birinci qayda: İrəlini görün!

Kiçik yaşlardan bəri kompüterin əhəmiyyətini və insan həyatından alacağı yeri çox yaxşı qavramışdı. Yəni böyük bir uzaqgörənlik sərgiləyərək gələcəyi görmüşdü. Yaxın dostu və Microsoft-un qurucu tərəfdaşı Paul Alenlə yaxın gələcəkdə hər kəsin evində və işində özünə aid kompüteri olacağına inanmışdı. Hədəfini buna görə qurdu.

İkinci qayda: Çox və planlı çalışın!

Bill Gates ağıllı idi, amma zəkanın tək başına kifayət etməyəcəyini, çox və planlı işləməli olduğunu bilirdi. Bir dostu ilə əlaqələrini kəsmək səbəbi həmin şəxsin işdən başqa vaxt keçirdiyi ümumi vaxtının – yuxu daxil –  sadəcə 7 saat olması idi. Gates bərabər çalışdığı insanlardan da eynisini gözləyirdi.

Mənbə: ustunzekalilar.org

Üstün zəkalı uşaqların peşə xüsusiyyətləri

Üstün zəkalı uşaqların yetkin yaşlarda peşə seçimləri və icra edəcəkləri peşələr ilə bu peşələrdəki uğurlarını izləyərək Terman bir araşdırma aparıb və etibarlı nəticələr əldə edib. Bu araşdırma bu mövzu haqqında aparılan araşdırmaların ən mükəmməlidir. Terman bu araşdırma nəticəsində aşağıda qeyd etdiyimiz xüsusiyyətləri ümumiləşdirib.

Üstün Zəkalı Uşaqlar:

  1. Məktəbdə tədris olunan mövzuları öyrənməkdə bəziləri 2, bəziləri 3, bəziləri 4 sinif üst səviyyədədirlər;
  2. 90%-in zəka səviyyələri orta yaşlarda da yüksəlməyə davam edib;
  3. 90%-i universitetə girib və 70%-i məzun olub;
  4. Universitetdən məzun olanlardan 30%-i müxtəlif mükafatlarla mükafatlandırılıb;
  5. Orta yaşlarda 800 üstün zəkalı kişidən 67%-i kitab çap etdirib. Bunlardan 46%-sı əsas fənnlər, incəsənət, ədəbiyyat və sosial elmlər sahəsində olub. 1400-dən çoxu elmi, texniki və professional məqalələr, 200-dən çoxu isə qısa hekayələrdir. 236 nəfər olduqca geniş və müxtəlif mövzularda məqalələr nəşr ediblər. 150-dən çoxu özəl imtiyaza sahib ixtira patenti alıb;
  6. Həkimlik, mühəndislik, doktorantura səviyyəsində elmi işlər, peşələr, hüquq, kimyagərlik, əczaçılıq və s. professional peşələri seçib və müvəfəqqiyyətli olublar. Az qismi isə yarı-professional peşələrə yönəliblər;
  7. Yönəldikləri professional və yarı-professional peşələrdə az sayda istisna ilə uğurlu olublar.

Yazımızda araşdırma nəticələrinə görə təqdim etdiyimiz informasiyaların bir xülasəsini etmiş olsaq, üstün zəkalı uşaqlar inkişafa imkan verən yerlərdə üstün fiziki, zehni, sosial və şəxsi xüsusiyyətlərə sahib olduqları üçün çox işləmək tələb edən professional peşələrlə maraqlandıqlarını və yönəldiklərini, bu peşələrdə, ümumilikdə, uğurlu olduqlarını deyə bilərik. Bu üstün xüsusiyyətləri xülasə kimi təqdim etmək lazım gəlirsə, bunları aşağıda yazdığımız formada görmək mümkünür.

Üstün Zəkalı Uşaqların Xüsusiyyətləri:

  1. Asan, tez və möhkəm öyrənirlər;
  2. Təcrübi məlumatları bacarıqla istifadə edirlər;
  3. Açıq düşünür, əlaqələri asanlıqla tapır, informasiyaları transfer edir və yeni vəziyyətlərdən ən uyğun şəkildə istifadə edə bilirlər;
  4. Eşitdiyini, gördüyünü, oxuduğunu uzun müddət müdafiə edirlər;
  5. Bir çox sahədə dərin, geniş maraq və bilgilərə sahibdilər;
  6. Söz bazaları genişdir. Danışıqları açıq və axıcıdır;
  7. Çətin problemləri asanlıqla həll edirlər;
  8. Sinif səviyyələrindən üstün olan kitab və ensiklopediya oxuyurlar;
  9. Akademik mövzularda öz yaşıdlarından 2, 3, 4 il irəlidədirlər. Oxumağı çox erkən yaşda öyrənirlər;
  10. Fikirləri və çalışma metodları, özlərinin ixtira etdiyi xüsusiyyətlər, metodlar əksərən orijinaldır;
  11. Kəskin müşahidəçi və hazırcavabdılar;
  12. Başqaları ilə səmimi, davamlı dostluqlar qururlar. Sadiq və özlərindən əmindirlər. Başqalarına güvənirlər və güvən gözləyirlər;
  13. Digərlərinin fikirlərinə, haqlarına hörmət edir və problemlərə qarşı həssas və həll yolunda köməkçidirlər;
  14. Əzmli, səbirli, qərarlı, təvəzökar və mehribandırlar;
  15. Bütün münasibətlərində pozitiv, məhsuldar və uğurlu olmağı qarşılarına məqsəd qoyur, digərlərini də bu yola təşviq edirlər;
  16. Məsuliyyət almaqdan və onu yerinə gətirməkdən xoşlanırlar;
  17. Cəmiyyət dəyərlərini asanlıqla qavrayır və onlara hörmətli yanaşırlar;
  18. Cəmiyyətin professional peşələrinə yönəlir, mükəmməllik üçün çox cəhdlər edir və əksərən uğurlu olurlar;
  19. Üstünlüklərini orta və irəli yaşlarda “ömür boyu davam edər bir mahnı” kimi davam etdirirlər;
  20. Cəmiyyətin zehin gücü etibarı ilə elit təbəqəsini təşkil edirlər. Mifologiya, elm, texnika və peşə sahibi olurlar.

Mənbə: ustunzekalilar.org

“Helikopter valideyn”lərin səbəb olduğu beş problem

“Helikopter valideynlər” övladlarına qısa müddətdə həqiqətən də kömək edə bilərlər. Uşaqlarına hər mövzuda köməkçi olan şəxsi məsləhətçilər kimi davranarlar. İdman ayaqqabəılarını unutduqlarında uşaqlarının köməyinə qaçan, bir tədbirdən digərinə gedərkən onlara sürücülük edərlər.

Çox vaxt, bu cür valideyn dəstəyinə sahib olan uşaqlar digərlərindən bir az daha avantajlıdırlar. Hər nə olsa da köməkçisi olan hər kəs, hər şeyi tək edən şəxslərə qarşı yarışdıqda uğur qazana bilər. Ancaq əslində həddindən artıq müdaxilə edən valideynlər uşaqlarına zərər verir və helikopter valideynlər tərəfindən böyüyən uşaqlar böyüdükləri zaman bu qısa müddətli avantajlarını tezliklə də itirərlər.

Helikopter valideynliyin uzun müddətli təsirlərini incələyən tətqiqatçılara görə, bu valideynlərin uşaqlarının böyüdüklərində yaşadıqları ən böyük 5 problemi təqdim edirik:

  1. Sağlamlıqla bağlı daha çox problem yaşayırlar.

Florida Dövlət Universiteti tərəfindən 2016-cı ildə aparılan bir araşdırma, helikopter valideynlərə sahib  olan uşaqların yetişkinlik dövrlərində sağlamlıq problemi yaşama ehtimallarının daha yüksək olduğunu tapıb. Uşaqlara nə vaxt yatacaqlarını, nə vaxt idman edəcəklərini və nə vaxt yemək yeyəcəklərini həmişə valideynləri söylədiyi üçün, çoxunun sağlamlığını necə qoruyacağını öyrənə bilmədikləri kəşf edilib.

Müdaxilə edən valideynlər uşaqlarının sağlamlığı ilə bağlı adətən çox narahatlıq keçirir və nə etmələri ilə bağlı onları tez-tez xəbərdar edirlər. Araşdırmalar, bu xatırlatmalar olmadıqda uşaqların bədənlərinə yaxşı baxa bilmədiklərini göstərir.

  1. Hər şeyə haqqlarının çatdığını düşünürlər.

Helikopter valideynlər uşaqlarının üstünə o qədər çox əsirlər ki, onlar da özlərini dünyanın mərkəzi olaraq görməyə başlayırlar. Bu “xüsusi olmaq” düşüncəsi 18 yaşına gəldikləri vaxt yoxa çıxmır. Arizona Universiteti araşdırmaçıları, həmin uşaqların hər şeyə haqları olduğu fikriylə böyüdüklərini ortaya çıxardıb. Helikopter valideynlərlə böyüyən uşaqların “Ən yaxşısını istəyirəm, çünki buna layiqəm”, ya da “Mənim kimi insanlar arada bir istirahət etməlidirlər” kimi ifadələr işlətməyi digər uşaqlara nisbətən daha yüksəkdir.

  1. Duyğusal problemlər yaşayırlar.

Uşaqlar duyğularını nizamlamaq bacarığını öyrənmədən böyüyürlər, çünki bu rolu onlar üçün valideynləri öhdəsinə götürüb. Kefsiz olarkən onları sevindirən şəxs valideynləri olub. Hirsləndiklərində isə yenə valideynləri onları sakitləşdirib.

Bu emosional nizamlama bacarığının əskikliyi, uşaqlar evlərini tərk etdiklərində böyük problem halına gəlir. Virciniyadakı Mary Washington Universiteti tətqiqatçıları tərəfindən 2013-cü ildə reallaşdırılan bir çalışma, helikopter valideynlərə sahib olan universitet tələbələrinin depressiyaya da meyilli olduqlarını və ümumi mənada həyatlarından daha az məmnun olduqlarını tapıb.

  1. Dərmanlardan asılı hala gəlirlər.

Helikopter uşaqlar çətinliklərə dözməyə öyrəşməyiblər. Valideynləri onları çətinliklərdən qoruyub və çətin vəziyyətlər ilə başa çıxmalarına mane olub. Üstəlik həmişə təriflənməyə öyrəşiblər. Bu vəziyyət onların dərman istifadə etməyə niyə bu qədər maraq göstərdiklərini açıqlaya bilər: Dərdlərinin yox olmasını və bunun daha tez reallaşmasını istəyirlər.

Tennessee Universitetinin tətqiqatçıları tərəfindən 2011-ci ildə aparılan bir araşdırma, valideynləri tərəfindən böyük maraq görən tələbələrin depressiyaya qarşı dərmanları istifadə etmək ehtimallarının daha yüksək olduğunu göstərib. Eyni zamanda bu dərmanları zövq almaq üçün istfadə etdikləri də müşahidə edilib.

  1. Özünü tənzimləmə bacarıqları inkişaf etmir.

Bu uşaqlar digər uşaqlar qədər boş vaxt keçirərək böyümürlər. Olduqları mühit adətən planlanmış olur, fəaliyyətləri də yaxından izlənilir. Özlərini idarə etmə bacarığına sahib olmadıqlarından, hədəflərinə çatmaq üçün lazımi bacarıqları da qazana bilməzlər. Colorado Universitetində 2014-cü ildə edilən bir araşdırma, helikopter valideynlər ilə böyüyən uşaqların uğurlu olmaq üçün ehtiyac duyduqları zehni idarə və motivasiyaya sahib olma ehtimallarının daha zəif olduğunu göstərib.

Digər tətqiqatlar da eyni şeyi deyir: Həmin uşaqlar işlərini mütəmadi olaraq ertələyir və bacarmaq üçün lazımlı istək və motivasiyaya sahib deyillər.

Müdaxilə etmək istəyinizin fərqində olun

Helikopter valideynlərin tək istəyi uşaqlarının uğurlu olmasıdır, ancaq əvvəl-axır göstərdikləri həddən artıq diqqət uşaqlardan çata biləcəkləri ən yüksək potensial üçün lazım olan zehni gücü alır. Uşaqların səhv etməsinə icazə vermək, uğursuzluğa düçar olmaqlarınıa göz yummaq və öz problemlərini həll etmələri üçün onlara şans vermək də bir valideynin zehni olaraq güclü olmasını tələb edir. İşin əsli, uşaqlarınızın sağlam və məsuliyyətli olmaları üçün lazımi xüsusiyyətləri inkişaf etdirmələri adına sizin də öz zehni bacarıqlarınızın üzərinə getməyiniz xüsusi önəmlidir.

Mənbə: egitimpedia.com

Qrip və soyuqdəymə əleyhinə duz sarğısı

Xörək duzundan istifadənin zərərli olduğunu hamı bilir. Bu zaman orqanizmdə maye toplanaraq sağlamlığa ciddi zərər verir. Amma xörək duzunu müalicə məqsədilə istifadə etmək çox faydalıdır.

Duz məhlulu bir çox məqsədlər üçün, o cümlədən də soyuqdəymə zamanı burun və udlaqda olan iltihabı aradan qaldırmaq üçün tətbiq edilir.

Bagcam.az Medicina.az-a istinadən sizə II Dünya müharibəsi zamanı yaralı əsgərlərə tətbiq olunan duz müalicəsini təqdim edir.

1) 1 hissə duz və 10 hissə sudan ibarət duz məhlulu hazırlayın. Əgər sizdə soyuqdəymə və baş ağrısı varsa, o zaman dəsmalı duz məhlulunda isladaraq alnınıza və ənsənizə qoyun. Yaxşı olardı ki, duz kompresini səhərədək saxlayasınız.

2) 1 l qaynar suyda 3 x/q xörək duzunu həll edin. 8 qatdan ibarət təbii materialdan olan parçanı 1 dəqiqə ərzində duz məhlulunda saxlayın. Daha sonar çıxaraq yüngülcə sıxın. Bu dəsmalı xəstə nahiyyənizə qoyaraq üzərindən plastrla bağlayın. Üzərindən qalın ədyal örtün. Lazım olduqda proseduru təkrar edin.

Uşağınıza həftədə 1 dəfə balıq yedizdirin

Alim və diyetoloqlar uşaqların qida rasionuna balığın daxil edilməsini məsləhət görürlər.
Bagcam.az Medicina.az-a istinadla xəbər verir ki, tədqiqatlar nəticəsində ən azı həftədə bir dəfə balıq yeyən uşaqların daha yüksək intellekt əmsalına malik olduğu müəyyən edilib. Bu göstərici onlarda balıq yeməyən uşaqlardan 48 bal yüksəkdir. Həmçinin qida rasionunda balıq olan uşaqların yuxusu daha möhkəm olur. Onlar nadir hallarda gecələr oyanırlar. Həmin uşaqları yatızdırmaq da asan olur. Həftədə ən azı bir dəfə balıq yemək intellekt əmsalına 1,6 bal gətirirsə, ayda iki dəfə balıq yemək həmin göstəriciyə 3,31 bal əlavə edir.
Mütəxəssislər balığı uşaqların qida rasionuna daha erkən yaşda daxil etməyi məsləhət görürlər. Balıq sümüksüzdürsə, onu on aylıq uşağa da vermək olar. 2 yaşında uşağın qida rasionunda isə balıq mütləq olmalıdır.

Uşağınızın beynini gücləndirən qidalar hansılardır?

Uşağınızın beynini gücləndirən qidalar onun həyat keyfiyyətini artırmaq üçün çox önəmlidir. Qidalar birbaşa uşağınızın düşünməsinə, hiss etməsinə və davranışına təsir edir. Çünki uşağın beyni (və sizinki) qidalardan təşkil edilir. Əsas qida qruplarından olan əti nizamlı yeməyin İQ-nu artırdığında, ruh halını və davranışları yaxşılaşdırdığına, yaddaşı və diqqət toplamağı, oxuma-yazma bacarıqlarını inkişaf etdirdiyinə dair sübutlar vardır.

Karbohidratlar:

Karbohidratlar uşağınızın hər yeməyinin dörddə biri ilə üçdə birini təşkil edir. Taxıllar, tərəvəzlər, noxud, lobya, meyvələrin tərkibində olan karbohidratlar vücudu formalaşdırmaqda əsas rol oynayır. Bədən bu qidaları həzm edir və karbohidratda olan enerjini ortaya çıxarır.

Şəkər nizamsızlığı uşaqların zəkasına mənfi yöndə təsir edir. Adətən diqqət əskikliyi, yaddaş itkisi olaraq özünü biruzə verir. Uşağınızın yüksək zəkaya sahib olması üçün təmizlənmiş şəkər və şəkərli qidalardan, prosesdən keçmiş taxıllardan və təmizlənmiş unlardan uzaq durmaq lazımdır.

İQ: Zəka bölümü

EQ: Emosional zəka bölümü

PQ: Fiziki zəka bölümü

Yağlar:

Hər zəka tipi vücuda qəbul edilən Omega 3 və 6 miqdarından təsirlənir. Əsasi yağlar mövzusunda əskiklik yaşayan uşaqlar öyrənmədə daha çox çətinlik çəkirlər. Ana südüylə bəslənən uşaqlar ana südündəki məcburi yağlardan daha yüksək səviyyədə olması səbəbilə üstün tutulan hazır süd ilə qidalanan uşaqlara görə müqayisə edildiyində daha yüksək zəkaya sahib olmaları görülüb. Uşağınızın əsasi yağlarla bağlı əskikliyi varsa, əlavə dəstək həkim tövsiyəsi ilə bunlar uşağa verilə bilər.

Uşağınızın yaşına uyğun qidalarla bəsləndiyindən əmin olmağınız üçün onu bol miqdarda tumlar, toxumlarla təmin edin – ən yaxşı balqabaq, günəbaxan, küncüt toxumudur. Əgər ləzzətli deyilsə, yeməkdə çətinlik çəkirsə, onları üyüdüb salat və ya qarğıdalının üstünə tökə bilərsiniz.

Balıq yağını uşağınıza hər gün verə bilərsiniz.

Balıq yaxşı omega 3 qaynağıdır.

Yumurta günlük olaraq səhər yeməyində verilə bilər – az və ya yaxşı qaynadılmış ola bilər, amma yağda qızardılmış yumurtanı verməyin.

Protein:

Uşaq proteyin yediyində, həzm sistemi ilk peptitlərə sonra isə amin turşusuna qədər sindirir.

Qəhvəyi rəngdə düyü, noxud, mərci, balıq və qırmızı ət, ləpə, süd məhsulları, yumurta, lobya, brokoli, ispanaq kimi bəzi tərəvəzlər proteinin qaynaqları hesab olunur. Mərci, düyü və lobyadan ibarət yeməklər proteyin qaynağına nümunə çəkilə bilər.

Vücudun ehtiyacı olan önəmli elementlər və qidalar

Beta Caroten: Kök, şirin kartof, quru qaysı və manqo;

C vitamini: Brokoli, kivi, pomidor;

E vitamini: Tumlar və onların soyuq presli ağları, buğda toxumu, lobya və balıq.

Mənbə: zekatesti.com.tr