Uşağın immunitetinin zəif olması həmişə valideynlərin kabusudur. Zəif immunitetli uşaq tez-tez xəstələnir, gec sağalır. İmmunitet artıran müxtəlif vitaminlər, tabletlər, ummunmodulyatorlar çox olsa da, həkimlər də etiraf edir ki, hələ ki, dünyada immuniteti qaldıran dərman yoxdur və bu tabletlərin heç biri immuniteti yerindən belə oynatmır.
Uşağın immuniteti elə qəliz bir sistemdir ki, o yalnız özünəməxsus proqramla işləyir və daha çox qidalanma ilə aktivləşir.
Bagcam.az Medicina.az-a istinadən uşağın immunitetini möhkəmləndirməyin 5 qısa və təbii yolunu təqdim edir.
1. Vitamin C çox olmalıdır
Əgər uşaqda Vitamin C azdırsa, o zaman immun sistem tez-tez çökəcək. Çünki məhz C vitamini ağ qan hüceyrələrinin sintezini artırır ki, onlar da mikrob və bakteriyalarla mübarizə aparır. Qanda vitamin C miqdarini analizlə təyin etmək olur. Amma bu bir qədər bahalı analizdir.
Uşaqda bu vitamini artırmaq üçün daim sitrus meyvələri – kivi, portağal, limon, manqo, mandarin, pomidor, alma, brokkoli vermək lazımdır. Eləcə də qış və yaz aylarında venadaxili Vitamin C inyeksiyası etmək olar. İnyeksiya üçün pediatrla məsləhətləşin ki, yaşa uyğun doza təyin etsin.
2.Vitamin E
Uşaqlar üçün vacib olan bu vitamin mikrobları öldürən hüceyrələrə cavabdehdir. Bu vitamin mənbəyi zeytun, bitki yağı, müxtəlif tumlar, qəhvəyi düyü, yumurta, süd, kefir, müxtəlif tumlar, günəbaxandır. Uşağınıza bunları verirsizmi?
3.SİNK
Sink yaraların sağalması, selikli qişaların zədələnməsinə qarşı, infeksiyalarla mübarizə üçün lazımdır. Uşağın gündəlik qidasında mal əti, qaraciyər, yumurta sarısı, süd məhsulları, hinduşka ətindən heç olmasa biri olsun. Uşaqlar üçün sint tərkibli mineral əlavələr də satılır.
4. Sarımsaq və zəncəfil
Hər ikisi viruslara qarşıdır. Bu ərzaqları birbaşa uşağa yedirtməyin. Şorbalara, yeməklərə, çaylara qatın içsin. Məsələn, qatığa sarımsaq əzib yedirtmək olar.
5.Exinesiya
Bu çox funksiyalı dərman bitkisi limfa sistemini təmiz saxlayır, nəticədə limfalar virus və mikrobları tez tutub məhv edir.
Uşaqlara Exinesiyanı damcı-damcı verib alışdırın və bu cövhər həmişə əlinizin altında olsun.

Dövr bilik və texnologiya dövrüdür. Belə deyirik, özümüzə, uşaqlarımıza, dosta-tanışa. Hər səhər uşaqlarımızı məktəbə yola salırıq. Qışın soyuğu, yayın istisi, həmişə bir qaçhaqaç içərisindəyik. Gözləyirik ki, vaxtın sürətinə çatsınlar, gələcəkdə yaxşı peşəyə sahib olsunlar. Bəs, uşaqlarımız bu yorucu maratonlarda ən təsirli öyrənmə metodlarından birilə, “Təkmilləşdirilmiş Təhsil Modeli” (5E/7E) ilə tanış olma imkanını tapa bilirlərmi?
Təcrübə göstərir ki, zəlzələ zamanı adətən dərin travma alanların əksəriyyəti azyaşlılar olur.
Su insan orqanizmi üçün vacib olduğundan, yeni doğulan körpələrə də mütləq verilməlidir. Lakin analar bəzən uşağa hansı ayında nə qədər su verməli olduqlarını bilmirlər.
Kompüter oyunlarının uşaqlar üzərindəki təsirlərini psixiatr İşıl Göğcegöz izah edib.
Uşağınız sizi vurursa, neyləyə bilərsiniz?
Son zamanlar uşaq bağçalarında, orta məktəblərdə uşaqlara verilən cinsi tərbiyə mövzusu aktuallaşıb. Belə ki, ailədə doğulan oğlan və qız övladlarının birlikdə böyüdülməsi, onlara cinsi tərbiyənin verilməsi, məhrəmliyin qorunması kimi məsələlər həmişə aktual mövzu olub. Lakin bəzən valideynlər sanki bu mövzulardan qaçaraq ona əhəmiyyətsiz yanaşır, uşaqlarla bu məsələləri müzakirə etməyi doğru hesab etmirlər. Onu da qeyd edək ki, cinsi tərbiyə uşaqlara hələ körpə yaşlarından verilməlidir ki, vaxt çatanda o öz məhrəmini ayırd edə bilsin.
Son zamanlarda əhali, xüsusən də uşaqlar arasında qrip virusu çox geniş yayılıb. Uzun müddət antibiotik və digər vasitələrdən istifadə olunmasına baxmayaraq, uşaqların qızdırması düşmür və gecələr quru və ya bəlğəmli öskürəkdən boğulur, halsız və iştahasız olurlar.
Məktəbəqədər yaşlı uşaqlarda kitab oxumaqla yanaşı, jurnal kimi şəkilli materiallardan da istifadə olunması çox önəmlidir. Yazılı-şəkilli materialların istifadəsi, uşaqlara “konteksdən kənar” dil istifadəsi ilə əlaqədar əhəmiyyətli imkan verir. Buradakı konteksdən kənar ifadəsinin mənası, kitab dünyasının uşağı o an üçün olduğu mühit və konteksdən fərqli bir yerə aparmasından irəli gəlir. Bunun sayəsində uşaq “burada və indi” zehni təmsilindən fərqli bir düşüncə dünyasına səyahət edir. Burada və indi təmsili, uşağın, məsələn içində olduğu otaqdakı əşyaları, şəxsləri qəbul etməsidir. Bu zehni təmsildən çıxması, o anda içində olduğu konteksdən çıxa bilməsi, önəmli bir zehni müddətdir. Bunun sayəsində birdən çox təmsildə zehni olaraq gedib-gəlməyi, bu təmsillərdə ucu-bucağı olmayan bir xəyal dünyasında səyahət etməyi öyrənir.
“Qızılca ilə məxmərəyin səpgisi bənzər olsa da, əslində, bu xəstəliklər, tamamilə, fərqlidir”