İnsanlar “uşağım sözümə baxmır” deyə şikayətlənəndə, əslində, uşaqlarının istədikləri şeyi istədikləri zamanda yerinə yetirmədiyini nəzərdə tuturlar. İnanın mənə, sözünüzə baxırlar. Həm də həmişə. Ancaq məsələ bundan ibarətdir: Uşaqlar sizin dediklərinizin əksini etmək istədikləri yaxud etməyə davam etdikləri zaman siz onlara qatılmırsınız.
Əlbəttə, bəzən uşaqlar bizi, həqiqətən də, başa düşmürlər, çünki dediklərimizi başa düşməyə hazır deyillər.
Bizi dinlədiklərinizi bilirik, çünki kəlmələrimiz günlər, ya da həftələr sonra bizə qayıdır. Dörd yaşındakı bir uşağın buz konkisini geyinmədən əvvəl, “Kaskamı taxım, çünki, böyük ehtimalla, yıxılacağam”, deyib kaskasını taxdığında bizi dinlədiklərini başa düşürük.
Uşaqlar bizi hər zaman dinləyirlər və yalnız onlara dediklərimizi deyil, onların yanında başqalarına dediyimiz sözləri də dinləyirlər. Valideynlər olaraq bu məsələni ciddiyə aldığımız təqdirdə uşaqlarımızın daha yaxşı insanlara, yəni həyatındakı insanlara qarşı sərf etdiyi kəlmələrə və davranışlara diqqət edən insanlara çevrilməsinə kömək etmiş oluruq. Uşaqlar hər zaman olmaq istədiyimiz insanlara çevrilməyimiz üçün cəhd göstərməyimizə yol açırlar, çünki onların da belə insanlar olmalarını istəyirik.
Uşaqlar itaət etmək vasitəsilə əmr almaq və boyun əyməkdən başqa heç nə öyrənə bilməzlər. Digər hər şeyi isə dinləyərək və əlbəttə, izləyərək öyrənirlər. Bütün bu proseslər onların şəxsi proqramlarına görə reallaşır, sizinkilərə görə yox. Buna görə də “sözünüzə baxmamaqları” baxımında yanılmış ola bilərsiniz. Əsas məsələ, sizi dinlədiklərini bilin və olmasını istədiyiniz insan olun. Həqiqi müəllimlik budur.
Teacher Tom – İbtidai sinif müəllimi və bloqqer
Mənbə: www.egitimpedia.com

Uşağın immunitetinin zəif olması həmişə valideynlərin kabusudur. Zəif immunitetli uşaq tez-tez xəstələnir, gec sağalır. İmmunitet artıran müxtəlif vitaminlər, tabletlər, ummunmodulyatorlar çox olsa da, həkimlər də etiraf edir ki, hələ ki, dünyada immuniteti qaldıran dərman yoxdur və bu tabletlərin heç biri immuniteti yerindən belə oynatmır.
Universitetdən öyrənməyə aid bir çox təhsil nəzəriyyəsini öyrənərək məzun olmuşdum. Universitet illəri bitəndə, təəssüflər olsun ki, nəzəri biliklərdən uzaq qalırıq. Əlimdən gəldiyi qədərilə təhsil sahəsində yenilikləri izləməyə çalışdım.
Bir çox körpələrin inək südü, süd məhsulu, balıq, qoz, yumurta və s. kimi qidalara allergiyasının olması səbəbindən valideynlər dərhal bu ərzaqları menyudan çıxarır, usagı uzaq tutur. Bu məsləhəti hətta həkimlər də verir. Amma amerikalı pediatrlar valideynlərin əksinə, uşaqları bu qidalardan qorumamağa çağırış edib.
Körpələrin diş çıxarma prosesində yuxusuz qalmalarının qarşısını almağın bəzi yolları var.
İbtidai sinif dövrlərində valideynlər və müəllimlər uşaqlara oxumağı öyrətməyin daha önəmli olduğunu düşünürlər və böyüdükcə onların oxumaq vərdişlərinin davam etməsini ümid edirlər.
Uşaqlara oxumaq sevgisini aşılamaq üçün bir çox müəllim onlara gecələr öz-özlərinə (və ya başqasından dinləyərək) kitab oxumaqlarını söyləyir. Texasda bir məktəb müdiri işə özünü də daxil edir: əyninə pijamasını geyinib şagirdlərinə özü kitab oxuyur.



Bayram günlərində hər evdə masalarda məcməyi dolu şirniyyat, qoz-fındıq, müxtəlif çərəzlər qoyulur. Ailənin bütün üzvləri uşaqdan tutmuş yaşlıya kimi çayla paxlava, şəkərbura, qoğal yeyir. Çoxları bayramdan sonra kökələcəyinin dərdini çəkir.
Uşaqlarla düzgün münasibət qurmağın yolları ilə bu məqaləmizdə tanış ola bilərsiniz: