Kitab səhifələrindən çıxan heykəllər

Sənətçi Jodi Harvey-Brown kitabları və kitabların onu içinə çəkdiyi dünyanı çox sevib. “Oxumağı sevdiyimiz kitabların həyata keçməsi lazımdır”, fəlsəfəsilə yola çıxan Brown, kitab səhifələrindən ortaya çıxıb gözlə görülə bilən möhtəşəm hekayələrdən bəhs edir.

Tamamilə əl əməyi olan kağızdan heykəllər arasında Star Wars İmparatorun Qayıdışı kitabının səhifələrindən çıxmağa hazır olan Millennium Falcon kosmik gəmisi, Tom Sawyerin Macəraları kitabının səhifələrində yelkən açan Tom Sawyer və Huck Finn və Ölüm Yadigarları kitabının orta hissəsində əllərində əsaları ilə ayaq üstə dayanan Harry Poter, Hermonie və Ronu görmək mümkündür.

Mənbə: egitimpedia.com

 

 

Vunderkind uşaqlar

Vunderkind – alman sözü olub vunder-möcüzə, kind-uşaq deməkdir. Bu söz 1960-70-ci illərdən leksikonumuza daxil olub. Belə uşaqlar yüksək hafizə, intellekt və istedada malik olanlardır. Bu cür uşaqlar kiçik yaşlarından öz zəkaları ilə hər kəsi heyrətləndirir, həmyaşıdlarından seçilir, təhsildə yüksək nailiyyət əldə edirlər. Lakin bəzi valideynlər uşağının qeyri-adi istedadına arxalanıb onu sərbəst buraxır: “O, ağıllı uşaqdır, necə oxuyub, necə davranacağını özü yaxşı bilir” deyib uşaqlarla böyük kimi rəftar edirlər.

Vunderkindi necə tanımaq olar?

  • O, artıq 3 yaşında kitab oxumağı, rəsm çəkməyi, yazmağı və saymağı bacarır.
  • Məktəblilər üçün icad olunmuş psixoloji oyunlar oynayır.
  • Məişət texnikası ilə maraqlanır.
  • Mobil telefonda oyun oynayıb, kompüterdə fayllar açır.
  • Valideynlərindən onu rəqsə, rəssamlığa və digər dərnəklərə yazdırmağı tələb edir.

Uşaq nə qədər kiçikdirsə, onun istedadını müəyyənləşdirmək bir o qədər çətindir. Ona görə də uşaq böyüdükcə onunla işləmək lazımdır. Psixoloqların araşdırmalarına görə, istedadı olmayan uşağa vaxt və pul sərf etməklə, onu yüksək istedad sahibi etmək olmaz. İstedadı olmayan uşağı güclə sənətə gətirən valideyn faciəvi finalla qarşılaşacaq. Valideynin təkidi ilə sənət sahibi olan uşaq hobbisindən və əyləncəsindən məhrum olur. Sənət yolunu valideynin istəyinə görə müəyyənləşdirən uşaq 20 yaşında yorulur və əsəb gərginliyi keçirir. Bu yorğunluğun fəsadları mədə xorası, hipertoniya və stenokardiyadır. Vunderkindlər hər hansı bir sahəyə yiyələnmək üçün böyük əmək sərf edirlər. Onlar uşaqlıq yaşamır, oyun oynamır, dostları ilə münasibət qurmurlar.

Uşaq qeyri-adi qabiliyyətini itirə bilər?

Heç kim zəmanət verə bilməz ki, 5 yaşlı uşağın istedadı onun 20 yaşında da özünü göstərəcək. Çünki uşaq dil açıb danışdığı ərəfədə onun qeyri-adi istedadı olmur. Bu zaman onun nitq fəaliyyəti güclənir, uşaq bütün gücünü danışmağa və yeni sözlər öyrənməyə sərf edir. Qeyri-adi istedada malik uşaqlar əsasən, riyaziyyat, fizika və kimya elmlərinə meyilli olurlar. Bu həvəs uşağın inkişaf mərhələsində getdikcə itə bilər. Lakin valideyn bu istedadı uşağında inkişaf etdirsə, övladı gələcəkdə şahmat üzrə çempion da ola bilər. Uşağı hər kəsin yanında tərifləmək də olmaz. Bununla uşağın psixalogoiyasını korlayarsınız. Çünki bu halda uşaq istedadına güvənib, daha öz üzərində işləməyəcək. Uşaqların istedadına biganə yanaşan valideynlər övladlarında olan vunderkindliyi yox edirlər. Ona görə də uşağın gizli istedadını aşkara çıxartmaq və imkan daxilində ondan daha çox nailiyyət tələb etmək lazımdır. Vunderkind valideyni olmaq istəyirsinizsə, uşağınızın gələcəkdə hansı peşə sahibi olacağını proqnozlaşdırmayıb, bu vəzifəni onun öhdəsinə buraxın.

Montessori sistemi

Psixoloqlar uzun illər vunderkind uşaqları başqa həmyaşıdlarından fərqləndirən cəhətlərı araşdırıblar. Uşaqların psixologiyasına yaxından bələd olan italyan pedaqoqu-defektoloq Mariya Montessori bu vəzifəni öz boynuna götürdü və problemin həllini əqli cəhətdən zəif inkişaf etmiş uşaqlarda gördü. Onların problemləri ilə məşğul olan müəllimə çox maraqlı faktlar aşkarladı. Montessori uşaqlara hələ çox kiçik yaşlarında kartondan evlər, şəkil üçün çərçivə və oyuncaqlar düzəltməyi öyrədirdi. Müəllimə keçirdiyi mütəmadi məşqlər sayəsində onlara nəinki danışmağı, həm də oxuyub-yazmağı öyrətdi. Montessori bir faktı da aşkarladı ki, bu uşaqlar dərslərini normal həmyaşıdlarından daha tez qavrayırdılar. Müəllimə belə nəticəyə gəldi ki, oyun dərsləri normal uşaqların da inkişafına kömək edir. Beləliklə, Montessori Avropa ölkələrində öz tədris sistemini tətbiq edir. Beləcə, bağçalarda uşaqlara rəngarəng muncuqlardan boyunbağı düzəltmək və şəkillər vasitəsiylə kitab oxumaq öyrədilir. Bu dərslər uşaq fantaziyasını və təxəyyülünü inkişaf etdirir. Nəticədə məlum olur ki, uşaqla uzun zaman ünsiyyətdə olmadıqda, o, emosional, psixi və psixosomatik gərginlik keçirir. Bu vəziyyət vunderkind uşaqlara da aiddir.

Psixoloq məsləhəti

  • Uşağın uğurlarını camaat arasında nümayiş etdirməyin. O zaman uşaq özü üçün yox, özünü qohumlara, dost-tanışa və anasının rəfiqələrinə göstərmək üçün çalışacaq.
  • Uşağı dərslərlə çox məşğul etməyin.
  • Uşaq hansı fənnə daha çox meyl göstərərsə, o, həmin sahədə də inkişaf edəcək.

Mənbə: qadin.net

2018-ci ildə dünyada 20 milyon uşaq peyvənd olunmayıb

Yer kürəsində təhlükəli infeksiya və bakteriyaların yayıldığı dövrdə vaksinasiya hələ də yetərli faizdə deyil.

Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, belə xəbərdaredici hesabatla ÜST və UNİCEF çıxış edib.
Statistikaya görə, 2018-ci ildə ümumilikdə 20 milyon uşaq vacib peyvəndlərdən kənarda qalıb. Bu, hər 10 uşaqdan 2-si deməkdir. Cəmi 86% uşaq qızılca, göy öskürək, polimielit kimi təhlükəli xəstəliklərdən peyvəndlənib. 2019-cu ildə bu rəqəmi 96%-ə çatdırmaq vacibdir. Bu qədər uşağın peyvənddən kənarda qalmasının günahkarı kimi münaqişələr, müharibələr, sosial bərabərsizlik, hökümət və səhiyyə cavabdeh orqanlarının məsuliyyətsizliyi göstərilib.

20 milyon peyvəndsiz uşağın yarısı Afrika və Şərq ölkələrinin payına düşür.

Amma inkişaf etmiş ölkələrdə də uşaqlar peyvənddən yayına bilib. Ona görə 2 ildir qıcılca infeksiya alovlanması yüksək həddə çatıb. 2018-ci ildə 350.000 qızılcaya yoluxma halı qeydə alınıb ki, bu da 2017-ci illə müqayisədə 2 dəfə çoxdur.

Bu statistikada lider ölkə Ukrayna olub. Eləcə də Konqo, Serbiya, Gürcüstan, Albaniya, Rumınıya qızılca epidemiyası üzrə siyahıda liderdir.

Ən inkişaf etmiş və zəngin ölkələrdə də uşaqların ilk qızılca peyvəndi dozası almadığı məlumdur. Bu siyahıda lider ABŞ, Fransa, İngiltərə, Kanada, İtaliya gəlir. Təkcə ABŞ-da 300 min uşaq peyvənd olunmayıb.

Uşağınızın həddindən artıq stress altında olduğunu göstərən 8 əlamət

İstər ailə, dostlar ya da məktəb olsun, istərsə də övladınızın kədərlənməsinə səbəb olan başqa bir şey, əgər uşağınız aşağıdakı narahatlıq əlamətlərdən hər hansı birini göstərirsə, hərəkətə keçmək vaxtıdır.

Uşaqlar böyüdükcə və yeni məsuliyyətlər aldıqca, daha çox fəaliyyət və daha çox ev tapşırığı ilə yüklənərkən, stressə daha meyilli olurlar. Aşağıda uşağınızın stressdə olmasını göstərən səkkiz əlaməti qeyd etmişik:

  1. Gecə qarabasmaları: Yuxuyla bağlı qorxular, stressli və ya travmatik təcrübələrə verilən ümumi bir reaksiyadır. Uşağınıza, eynən özününkünə bənzər hisslər yaşayan başqa uşaqların hekayələrini danışmağınız özlərini daha yaxşı hiss etməsini təmin edə bilər. Onların duyğularını anladığınızı bilmələrini təmin edər.
  2. Məktəb tapşırıqlarına fokuslanma və tamamlamaqda çətinlik yaşama: Akademik və sosial təzyiqlər, xüsusilə də uyğunlaşma ehtiyacı, uşaqlar üçün stressin əsas səbəblərindəndir. Dərs xarici fəaliyyətlər faydalı olsa da, həddindən artıq yorğunluq narahatlığa gətirib çıxarır. Uşağınızın prioritetlərini müvafiq şəkildə sıralamasına kömək edin.
  3. Hirs artımı: Bəzi uşaqlar, stress altındaykən fiziki təzyiq (dişləmək, təpik atmaq və ya vurmaq) və ya sözlə təzyiq reaksiyası verir. Bundan əlavə səbr lazım olan işləri tamamlamaqda çətinlik çəkirlər. Əgər uşağınızla danışmaq işə yaramırsa, həkim və ya terapistlə danışın.
  4. Altını islatma: Özünü güvənsiz hiss edən ya da beyni çox dolu olan uşaqlar, tualetlərinin gəldiyinin əlamətlərini gözdən qaçıra bilərlər. Uşağınız “tualet qəzası” yaşadığında hirslənməməyiniz önəmlidir. Alt islatmağa səbəb ola biləcək tibbi vəziyyətlərin mövzu olmadığından əmin olmaq üçün mütləq həkimə gedin.
  5. Hiperaktiv davranış: Uşaqlar yaşadıqları stressi daşıya bilmədiklərində neqativ enerji ortaya çıxar. Hirslənmək, qaçmaq əslində bir problem olduğunda yetkinləri xəbərdarlıq etməyin yollarıdır. Uşağınızın enerjisini pozitiv və sakit bir formada atmasına köməkçi olun: Dərin nəfəs hərəkətləri, dincəldən musiqi dinləmək, yoqa bu yollardan sadəcə bəziləridir.
  6. Ailə və dostlarından özünü geri çəkmə: Köçmək, boşanma, ailəyə yeni gələn uşaq ya da məktəbdə təzyiqlə rastlaşmaq, uşağın özünü təcrid olunmuş hiss etməsinə və qorxmasına səbəb ola bilər. Uşağınıza diqqət göstərin, rahat və yaxşı hiss etməsini təmin etmək üçün bildiyi rutinləri davam etdirin. Məktəbdəki dostlarıyla problem yaşadığından şübhələnirsinizsə, uşağınızın müəllimiylə danışın.
  7. Yemək ya da yuxu pozuntusu: Bir uşaq təzyiq altındaykən, yaşadığı hüzursuzluq və narahatlıqlar yuxu vərdişlərini pozar. Yemək vərdişlərindəki ani dəyişikliklər (dahaaz ya da daha çox yemək kimi) başqa bir stress əlamətidir. Narahatlığın kökünə çatmaq (adətən uşaq psixoloqundan ya da bir mütəxəssis yardımı alaraq) bu davranışları azalda bilər.
  8. Balaca problemlərə həddən artıq reaksiyalar: Bəzən, valideynləri məmnun etmək basqısı uşaqların mükəmməlliyətçi olmalarına və həmişə narahatlıq keçirmələrinə səbəb olur. Uşağınızın özgüvənini formalaşdırın, beləliklə öz-özünə çətinliklərlə başa çıxa və problemləri həll etməyi bacara bilər.

Mənbə: egitimpedia.com

Yay tətilində uşaqlar boşluğa düşməsin

Yay tətili hər uşağın mənalı və faydalı keçirməsi lazım olan bir dönəmdir, lakin Diqqət Əskikliyi və Hiperaktiv Pozuntusu (DEHB) olan uşaqlarda bu müddətin xüsusilə diqqət verilərək planlanması lazımdır. Uşaqların yay dönəmində boşluğa düşməsinin DEHB diqanozu almış uşaqlar üçün risk altında olduğuna diqqət çəkən mütəxəssislər, ana və atalara yay tətili üçün təkliflər verib.

Üsküdar universiteti NPİSTANBUL Beyin xəstəxanasından Psixoloq Duyğu Barlas, DEHB-li uşaqlarda yay dönəminin önəmini vurğulayıb. Barlas, valideynlərə yay tətilini doğru dəyərləndirmələri üçün təkliflər edib.

Yay tətili DEHB-li uşaqlar üçün çox önəmlidir

“Yay dönəmi uşaqların mənalı və keyfiyyətli keçirməsi lazım olan bir dönəmdir, amma diqqət əskikliyi və hiperaktiv pozuntusu olan uşaqlarda ekstra önəm verilməsi və əvvəlcədən planlanması lazım olan bir müddətdir” deyən Duyğu Barlas, “DEHB əslində qurulmuş bir mühitə ehtiyac duyur. Uşaqlar səhər oyandığında məktəbə gedəcəklərini bildikləri üçün yay tətilində bir boşluğa düşürlər. Bu vəziyyət DEHB diaqnozu almış uşaqlar üçün bir az təhlükəli ola bilər. Adətən nə edəcəklərini bilmədiklərindən, hiperaktiv, diqqət dağınıqlıqlarında artım görünə bilər” deyə əlavə edib.

Tətil proqramı çox sərt olmamalıdır

Mütəxəssis Duyğu Barlas “Rüblük günündən bir neçə gün sonra ana və ataların uşaqlarını da götürərək bir ailə toplantısı təşkil edib, bu yayı necə keçirməli olduqlarını danışmalıdırlar. Uşaqların yayı necə keçirmək istədikləri də soruşularaq ortaq bir yol taparaq proqram hazırlanmalıdır” deyir.

“Formalaşdırılan plan çox sərt və hər saatı dəqiq olaraq müəyyənləşmiş vaxtda olmamalıdır. Uşağın yay müddətində nələr etməyini bilməsi kifayətdir. Məsələn, yay düşərgəsi, istədikləri bir dil kursu ola bilər, kiçik motor bacarıqlarının inkişafı istənilirsə, əl bacarıqlarıyla bağlı bir fəaliyyətə yönləndirilə bilər. Böyük motor bacarıqları və ya fiziki fəaliyyətlərin inkişafı istənilirsə, üzgüçülük, basketbol və s. kurslarına göndərilə bilər. Bunun sayəsində diqqət əskikliyi hiperaktiv pozuntusu əlamətləri azaldıcı xüsusiyyətlər göstərir. Bundan əlavə, sosiallaşmasına da əmək sərf etmiş, özgüvənini artırmış olur. Hara yönləndiriləcək olursa olsun, uşağın bacarıqları, istedadı və inkişaf etdirilməsi lazım olan bacarıqları nəzərə alınaraq bir seçim etməsi lazımdır. Uşağın istəməyərək ailənin məcbur etdiyi bir fəaliyyətə qoşulması, uşağın getmək istəməməsinə, diqqət dağınıqlığının artmasına, çox hərəkətli olmasına səbəb olur”, deyə Duyğu Barlas əlavə edir.

Bu dövr müalicə üçün böyük bir fürsətdir

Mütəxəssis klinik psixoloq Duyğu Barlas, “DEHB-li və ya DEHB olma ehtimalı olan uşaqların əgər məktəb dönəmi müddətincə peşəkar bir yardım almağa fürsətləri olmayıbsa, yay dönəmi müalicəyə başlaması və məsafə qət etməsi üçün çox avantajlı bir dönəmdir” deyərək, sözlərini belə davam etdi:

“Yay dönəmi əslində itirilən bir dövr deyil, fürsətlərə çevirilə biləcək bir dönəmdir. Əgər peşəkar bir şəxs tərəfindən (öz sahəsində peşəkarlaşmış uşaq-yeniyetmə psixiatr) DEHB diaqnozu qoyarsa, müxtəlif tibbi və ya psixoloji müalicələrə başlanıla bilər”.

Yay tətili uşaqların özgüvənini artıra biləcəyi bir müddətdir

Üsküdar universiteti NPİSTANBUL Beyin xəstəxanasının klinik psixoloq Duyğu Barlas sözlərini belə tamamladı:

“Bu təkliflər diqqətə alındığında, yay dönəmi uşağın potensialının artıra biləcəyi, müalicəyə başlana biləcəyi, özgüvəninin artıra biləcəyi bir dönəm ola bilər. Bu dönəmdə əyləncə də önəmli yerə sahibdir, lakin əyləncə olduğu qədər, sərhədlər və qaydaların da olmasının lazım olduğu unudulmamalıdır. Sərhədlər və qaydalar olmadığında xüsusilə DEHB-li uşaqlar məktəbə başlayacağı vaxt ciddi mənada çətinlik yaşaya bilərlər. Bunun sayəsind bir sonrakı məktəb dönəminə də hazırlaşmış olurlar”.

Mənbə: e-psikiyatri.com

Yay mövsümünün geniş yayılmış xəstəliklərindən biri göz allergiyası

Statistik məlumatlara əsasən dünya əhalisinin 30 faizə qədəri müxtəlif allergik reaksiya və xəstəliklərdən əziyyət çəkir. Onların sırasında bronxial astma, dərman və qida allergiyaları geniş yayılıb. Təəssüf ki, həmin xəstəlikdən əziyyət çəkənlərin əksəriyyəti uşaqlardır. Onların arasında allergik reaksiyaların ən geniş yayılmış formaları isə qida allergiyasıdır. Mütəxəssislərin bildirdiyinə görə, uşaqların 55 faizdən çoxu həmin allergiyadan əziyyət çəkir. Xüsusən də yay mövsümündə göz allergiyası kimi narahatlıq doğuran problemlər bir daha baş qaldırır.

Bagcam.az Medicina.az-a istinadən xəbərinə görə, bunu Uşaq Bərpa Müalicə Mərkəzinin həkim-allerqoloqu Pərvanə Hüseynova deyib: “Fasiləsiz, çoxlu miqdarda asqırma, gözlərin qızarması, gözdən yaş gəlmə, qulaqda, damaqda, boğazda gicişmə hissiyyatının olmasıdır. Xüsusi diaqnostik müayinə metodlarla məişət tozu allergiyasına, ev tozu göbələyinə olan allergiyanı ayırmaq mümkündür. Onların içərisində ən informativ olanı dəri testidir. Həmin test üsulu ilə 5-10 dəqiqə ərzində allergiyanın nəyə qarşı olduğu təyin edilir”.

Göz allergiyası gözün ağ hissəsinin və göz qapağının qızarması ilə özünü büruzə verir. Gözlərin qaşınması, sulanması, görüntünün bulanıq olması, gözlərdə acışma, yanma hissi, göz qapaqlarının şişməsi və işığa həssaslıq xəstəliyin əsas əlamətləridir. Mütəxəssislər isə belə hallarla üzləşərkən diqqətli olmağı məsləhət görürlər.

Azərbaycan Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Çimnaz Verdiyeva deyib: “Allergiya qorxudan, həyəcan pozuntusundan, təşviş hissindən əmələ gələ bilər və belə hallar bədənin həssas nöqtələrində, o cümlədən gözdə yarana bilər”.

Göz allergiyasından əziyyət çəkərkən qətiyyən gözü qaşımaq olmaz. Gözü qaşıyarkən kimyəvi maddələrin miqdarı artdığından qaşınma daha da güclənir. Görülən tədbirlər nəticəsində allergik əlamətlər keçmirsə, həkimə müraciət etmək zəruridir.

Düyüdən sevimli obrazlar yaradan bir sənətçi

Yemək ilə sənəti birləşdirməyin möhtəşəm və olduqca sevimli bir yolunu tapan yemək sənətçisi Peaceful Pax Bangkoklu, eyni zamanda bir həkimdir.

İnstagram hesabı üzərindən yeyilə bilən sənətin ən sevimli nümunələrini nümayiş etdirən sənətçi üçün hər şey günorta yeməyi üçün bir az fərqli şeylər hazırlamağa çalışarkən təsadüfən başlayıb. Qidalardan yaratdığı sevimli obrazların şəkillərini İnstagram hesabından paylaşmağa başladığında böyük maraqla qarşılaşıb.

Mənbə: egitimpedia.com

Uşaqlara məcburi yemək yedizdirmək doğrudurmu?

Mütəxəssislər, uşağın sağlam olması üçün yemək yeməsinin əhəmiyyətli olduğu mövzusunda valideynlərə xəbərdarlıq edir.

Xüsusilə də təlaşlı anaların uşaqları ilə əlaqəli ən sıx yaşadığı problem, uşaqların kifayət qədər qidalana bilməmələridir. İştahsız ya da müxtəlif faktorlardan yaranan bu problemin qarşısında analar, vəziyyətin fərqində olmadan məcbur  olsa belə yemək yedizdirməyə çalışırlar.

Uşaqlara məcburiyyət və təhdid yolu ilə yemək yedizdirməyin düzgün olmadığını bildirən mütəxəssislər, böyüklərin mədəsi ilə uşaqların mədəsinin eyni olmadığına diqqət çəkir. Böyüklərin yediyinin üçdə biri ilə doyan uşaqlar, inad etmədiyi müddətdə ac qalmaz. Bütün bunlar xaricində uşağınız tez-tez xəstələnmirsə, yorğunluq hiss etmirsə və ayda 1 dəfə qızdırması olmurs,a zəif olduğuna dair şübhə yoxdur.

Mənbə: qadin.net

 

Körpənizi hovuza nə vaxt apara bilərsiniz?

Körpənizlə bərabər tətilə çıxmaq istəyirsinizsə, diqqət etməli olduqlarınızı sizlər üçün araşdırdıq:

Yay tətilini şəhər xaricində keçirmək istəyən uşaqlı ailələrin diqqət etmələri lazım olan kriteriyalar var. Körpənizi xəstəliklərdən qorumaq üçün, əvvəlcə peyvəndlərini tamamlamalısınız. Xüsusilə də ilk altı ay körpələr üçün çox əhəmiyyətlidir. Çünki bu dövrdə immunitet sistemi tam olaraq inkişaf etmədiyinə görə bədən infeksiyalarla mübarizə apara bilmir.

Bu səbəblə südünüzün keyfiyyətli və nizamlı olması lazımdır. İnfeksiyalardan qoruyan ana südü, körpənizi xəstəliklərdən qoruyacaqdır. İlk altı aydan sonra peyvəndlərin tamalanması şərti ilə körpənzi dəniz və ya hovuza sala bilərsiniz.

Mənbə: qadin.net

Uşaqların yedikləri qidalarla birgə fotoları

Gündəlik qidalarımız bizim haqqımızda nələr deyir? Foroqraf Greff Segal, bu sualın cavabını öyrənmək üçün fərqli mədəniyyətdən olan uşaqları və yediklərini çəkib.

Uşaqları bir həftəlik qidalarıyla birlikdə çəkən Segal, 3 il müddətində 9 ölkəni (ABŞ, Hindistan, Almaniya, Fransa, İtaliya, Malayziya, Senegal, Birləşmiş Ərəb Əmirlikləri, və Braziliya) gəzib. Çəkdiyi fotoları və hekayələri Daily Bread: What Kids Eat Around the World (Dünyanın hər yerində uşaqlar nə yeyir?) adlı kitabında birləşdirən Segal belə deyir: “Uşaqlara fokuslandım, çünki yemək vərdişləri kiçik yaşlarda formalaşır və 9 ya da 10 yaşına gəldiyinizdə hələ doğru qidalanmağı öyrənməmisinizsə, bunu böyüdüyünüzdə etməyiniz daha çətin olur”.

Segal bu foto layihəsindən təəccübləndirici şeylər öyrəndiyini də əlavə edir: “Mənim üçün ən təəccüblü şey, ən keyfiyyətli qidaların varlılar tərəfindən deyil, imkansızlar tərəfindən yeyilməsiydi. ABŞ-da imkansızlar ən böyük fast food istehlakçılarıdır, çünki bunlar asan əldə edilir və ucuzdur. Ancaq Mumbai-də bir orta ölçülü pizza 13 dollar olur ki, bu da çox insanın qarşılaya bilməyəcəyi məbləğdir. Mumbai-də ailəsiylə birlikdə kiçik bir evdə yaşayan Anchalın atası gün ərzində 5 dollardan az qazanır. Ancaq Anchalın anası hər gün bamya, gül kələm və mərci yeməkləri hazırlayır. Bununla yanaşı, orta təbəqəli bir Mumbai ailəsində yaşayan Shraman çox fərqli yeməklər yeyir. Ailəsinin əlavə gəliri, pizzaları, qızarmış toyuq və s. qarşılaya biləcəyi mənasına gəlir”.

Cambridge Universitetinin 2015-ci ildə etdiyi bir araşdırmaya görə, ən sağlam qidaların yeyildiyi 10 ölkədən 9-u Afrikada yerləşir. Ən kasıb ölkələrin bir qisminin ən sağlam qidalar istehlak edən ölkələr arasında olması olduqca təəccüblüdür. Amma yediklərinə yaxından baxdığımızda bu nəticənin heç təəccüblü olmadığını görürük: təzə tərəvəzlər, meyvələr, taxıllar, balıq, paxlalı bitkilər və çox az ət.

Dünyanın bir çox fərqli mədəniyyətindən olan uşaqların gündəlik nələr yediyini bir arada görə biləcəyiniz fotoların bəzilərini təqdim edirik:

1. Kawakanih Yawalapiti, 9, Braziliya

2. Anchal Sahani, 10, Chembur, Mumbai, Hindistan

3. Davi Ribeiro De Jesus, 12, Braziliya

4. Ademilson Francisco Dos Santos, 11, Brezilya

5. Meissa Ndiaye, 11, Senegal

6. Hank Segal, 8, Altadena, ABŞ

7. Beryl Oh Jynn, 8, Kuala Lumpur, Malaziya

8. Sira Kishokho, 11, Dakar

9. Rosalie Durand, 10, Nice, Fransa

10. Adveeta Venkatesh, 10, Mumbai, Hindistan

11. Leona “Nona” Del Grosso Sands, 6, Glendale, Amerika Birləşmiş Ştatları

12. İyun Grosser, 8, Hamburg, Almaniya

13. Andrea Testa, 9, Katanya, İtaliya

14. Yusuf Abdullah Al Muhairi, 9, Mirdif, Dubay, Birləşmiş Ərəb Əmirlikləri

15. Tharkish Sri Ganesh (10) və Mierra Sri Varrsha (8), Kuala Lumpur, Malayziya

16. Siti Khaliesah Nataliea Muhamad Khairizal, 9, Kuala Lumpur, Malayziya

17. Greta Moeller, 7, Hamburg, Almaniya

18. Frank Fadel Agbomenou, 8, Dakar, Senegal

19. Cooper Norman, 12, Altadena, ABŞ

20. Isaiah Dedrick, Long Beach, ABŞ

Mənbə: egitimpedia.com