Uşağın hədiyyəyə münasibətini necə formalaşdırmalı?

Uşaqda hədiyyə bağışlamaq və hədiyyə qəbul etmək mədəniyyətini necə formalaşdırmalıyıq?

Bu barədə Baby Star Uşaq Bağçasının Meneceri Mədinə İmanovanın fikirlərini təqdim edirik:

Uşaqda hədiyyə bağışlamaq və hədiyyə qəbul etmək mədəniyyətini formalaşdırmaq asan səslənsə də, dərinə varanda çətin məsələdir. Buna planlı şəkildə yanaşmaq lazımdır. Həm hədiyyə qəbul etmək, həm də hədiyyə bağışlamaq mədəniyyətini uşağa ayrı-ayrılıqda aşılamaq lazımdır.

Hədiyyə bağışlamaq. Burada ilk çətinlik hədiyyə seçimindədir. Hədiyyəni seçərkən uşaqlar öz istəklərini başqa uşağa hədiyyə verəcək əşyaya proeksiya edir. Yəni, özü robot arzusundadırsa, həmin dostu üçün robot seçəcək. Belə olduqda isə ikinci çətinliklə rastlaşırıq. Uşaq arzuladığı robotu dostu üçün alsa da, onu hədiyyə etmək istəmir. Razlaşaq ki, bunu hətta biz, böyüklər də bəzən çətinliklə edirik. Bu halda bizim uşağa köməyimiz nə ola bilər? Hədiyyə seçimində övladımızı öz istəklərinə deyil, hədiyyə bağışlanacaq uşağın həvəs və maraq dairəsindən seçim etməyə yönləndirməliyik. Bunlar hamısı uşaqla müzakirə olunmalıdır.

Hədiyyə təqdim etmək. Bu zaman belə uşaq hədiyyəni vermək istəməyə bilər. Bu, normaldır. Belə halda onu tənqid edib “Sən necə də paxılsan”, “Sən ki hədiyyəni özün almısan” kimi fikirləri söyləmək doğru deyil. Uşağı sakit bir məkana çəkərək, təzyiqsiz formada onu başa düşdüyünüzü deməlisiniz. Bu işdə sizə başınıza gələn analoji vəziyyəti nəql etmək, sizin də özünüzü pis hiss etdiyinizi demək kömək edə bilər, lakin həmin hədiyyənin dostumuzu necə sevindirəcəyini də əlavə edin. Uşağa bildirin ki, bu gün onun hədiyyəsi dostunu çox sevindirəcək, eyni zamanda onun özünə də ad günündə və ya bayramda istədiyi hədiyyələr bağışlanacaq və o da dostu kimi sevinəcək.

Hədiyyə qəbul etmək. Hədiyyə qəbul edəndə isə biz uşağa əvvəlcədən hədiyyə edənə təşəkkür bildirməyi və təmkinlə hədiyyəni açmağı öyrətməliyik. Hətta, uşaqla həmin vəziyyəti müzakirə edib, oyun formasında oynamaq olar. Bununla yanaşı, hədiyyə uşağın xoşuna gəlməsə də, nəzakətli olmağı və bunu qarşıdakı insana hiss etdirməməyi öyrətməliyik.

Ümumiyyətlə, uşağa hədiyyə verən insan hədiyyənin bəzədilməsi, səliqəli daşınması, təmtəraqlı təqdim edilməsinə diqqət yetirirsə, uşaq anlayır ki, həmin insan üçün dəyərlidir və onda da qarşılıqlı hisslər formalaşır.

Uşaq bağçaya necə adaptasiya olunur ? 

Həyatımız öz axarı ilə gedir və gündəlik qayğılarımız,  iş öhdəliklərimiz bizi o qədər tələsdirir ki, biz bir növ bu axına öz kiçik yaşlı övladlarımızı qurban veririk. Onlar dünyanı dərk etdikləri dövrdə, ətrafla münasibətlərini necə quracaqlarını başa düşməyə çalışarkən biz onların beynini daha da qarışdırırıq.

Uşaq  bağçası  hər bir ailə üçün çox vacib məkandır. Valideynlər işləyir və ya evdə ikinci uşaq böyüyür, yaxud valideyn sadəcə uşağının cəmiyyətdə inkişafını istəyir. Bir gün uşağın bağçaya getmək vaxtı gəlib çatır. Bəs uşağı bağçaya necə adaptasiya etsək doğru olar? Bir tərəfdən valideyn bu mövzuda məlumatsız olur, digər tərəfdən də bağça bu məsələyə peşəkar yanaşmır. Gəlin, sizinlə bərabər bu prosesə  daha yaxından baxaq.

Biz istəyirik ki, uşaq bizim bəyənib qərar verdiyimiz bağçaya getsin və tez bir zamanda bağçanı sevsin, həvəslə oynasın, ağlamasın, darıxmasın, mahnı oxusun, rəqs etsin, yemək yesin, yatsın və axşam məmmun halda evə qayıtsın. Bütün bunların baş verməsi üçün uşağa necə dəstək olunur? Əvvəla, unutmayaq ki, bizə sadə görünən məsələlər uşaq üçün çətindir. Uşağın bağçaya getməsi bizim üçün başqa ölkəyə köçmək, ora uyğunlaşmaq, ilk dəfə yeni işə düzəlmək və s. kimi məsələlərə bərabərdir. Yeni məkan, yad insanlar, dadı, qoxusu və rəngi uşağa fərqli görünən yeməklər, yeni çarpayı  və s. uşaq beyni üçün yeni informasiyadır. Uşaq  özünü sanki  yad planetdə hiss edir və bu qədər informasiyanı qəbul etməsi üçün ona  vaxt  lazımdır.

Müşahidələrimə əsasən uşaq çox vaxt qorxu içində bağçaya gəlir, onu bağça ilə yaxından tanış etmirlər, onun yanında başqasını zorla yedizdirirlər, məcbur yatızdırırlar, əmr edirlər, öyüd-nəsihət verirlər və s. Belə səhnələrin şahidi olan uşaq əlbəttə bağçaya getmək istəmir və onun adaptasiya müddəti uzanır.

Mən bağçada çalışdığım illər boyu öz təcrübəmdə bunun əksini edərək tam başqa nəticə ilə qarşılaşdım. Əvvəlcə biz valideynlərlə tanış olub söhbət edirik və uşaq haqqında maksimum informasiya əldə etməyə çalışırıq və onlara uşaqda bağça haqqında müsbət assosiasiyalar yaratmağını tövsiyə edirik. Çünki çox vaxt valideynlər bağçanı uşağa cəza kimi təqdim edir. Məsələn, “Sözə baxmırsan, ona görə səni bağçaya göndərəcəm”. Bu, uşaq üçün dəhşətli informasiyadır.  Növbəti prosesdə valideyn uşağıyla bərabər bağçaya gəlir.  Onlar bağçanı bərabər gəzirlər və bu zaman həm valideyn, həm də uşaqla emosional ünsiyyət qurulur. Biz bərabər oturub çay içirik və səmimi söhbət edirik, gülürük, uşağa oynaması üçün müəyyən oyuncaqlar təklif edirik. Uşaq anasının bağçadakı insanlarla dost olduğunu görməlidir. Daha sonra  uşaq hər gün  30 dəqiqə, 1 saat artırılmaqla valideyn ilə bağçada qalır. Tədricən uşağın bağçada qalma saatı yarım günə çatdırılır və bir müddətdən sonra uşaq yuxu saatına qoşulur. Bu dövrdə uşağı psixoloq, pedaqoq, həkim müşahidə edir. Paralel olaraq uşaqda yarana biləcək hallarla bağlı valideynə tövsiyələr verilir. Eyni zamanda ananın uşağa dəqiq gələcəyi vaxtı bildirməsi çox vacibdir və adaptasiya dövründə  uşağı bağçadan tez götürməlidir ki, uşaqda tənhalıq hissi yaranmasın. Bir müddət uşaq qaydalı fəalliyyətlərə məcbur edilmir və ona müşahidə etməsi üçün dəstək olunur. Bu ərəfədə maraqlı oyunlar, açıq havada aktiv fəaliyyətlər təşkil edilir. Bağçada hər kəs gülər üzlə, sakit səslə danışır. Qidalar uşağa tədricən təklif olunur. Bu müddətdə bağçada bayram, əyləncə, ad günü keçirilirsə, yeni uşaq da iştirak etməlidir. Bəzən  sakit şəraitdə böyüyən uşaq belə səs-küylü yerə düşəndə narahat olur, qıcıqlanır və aqresivvləşir. Məhz ona görə uşağın əhval-ruhiyyəsi tam nəzarətimiz altında olmalıdır ki, biz onlara lazımi dəstəyi göstərə bilək.

Biz uşağın yeni mühitə alışması dövrünə belə həssas yanaşdığımızda eyni zamanda uşağa sivil cəmiyyətdə yaşamaq üçün etik davranış və ünsiyyət bacarığı qazandırmış oluruq. Çünki biz böyüklər hər zaman uşaqlar üçün model obrazındayıq. Onlar bizim dediklərimizdən daha çox hərəkətlərimizdən öyrənirlər.

“Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin Əməliyyatlar üzrə Direktoru, pedaqoq Xalidə Rzayeva

Кем я стал, когда вырос?

«Кем ты хочешь стать, когда вырастишь?». Думаю, нет такого человека, которому этот вопрос не задавали в детстве. Но что вкладывали тогда в этот вопрос взрослые? По-моему, исключительно профессию: врачом, учителем, инженером, совсем уже в далеком прошлом космонавтом.

СпрОсите меня кем я стала? По профессии экономистом, приобрела статус мамы 2 замечательных девочек, супруга. Пожалуй исчерпывающий ответ на вопрос выше!

Но!

А как же сердце, чувства, ощущения?

Мы – люди, которые сейчас выбрали своей целью в жизни – поддержание правильного развития и роста детей в дошкольный период. Мы хотим, чтобы наши дети, когда выросли, знали ценность дружбы, хотели и умели дружить; понимали, насколько важны в жизни люди, которые тебя окружают; насколько важно понимать и принимать ответственность за свое слово, за свои поступки; умели чувствовать ситуацию, людей вокруг. В этом взрослении настоящим помощником, другом и наставником выступают наши психологи, воспитатели.

Вернусь в свои школьные годы, наши педагоги тратили много своего времени для помощи нам в выборе будущей профессии. Это были и различные тесы, которые помогали нам определить наши интересы и предпочтения, и беседы и встречи со старшим поколением, различные экскурсии.

В садике, там тоже было достаточно интересно: мы играли в игры, ездили на экскурсии. Игровой процесс это в принципе самый доступный способ объяснения и разъяснения с детками дошкольного возраста. И сейчас, мы ездим с детьми на экскурсии, где знакомим их с разными профессиями, рассказываем в садике о профессиях.

Так кем станут наши дети, когда вырастут? Давайте будем вкладывать в это и другие, на самом деле очень простые, понятия – свобода, любовь, сила, ценность, любовь, благодарность, нравственность, отзывчивость, поддержка, уважение. Профессию можно выбрать любую, стать можно кем угодно, НО, в этой сегодняшней погоне, беготне, ритме, не забывайте вкладывать в своих детей человеческие понятия, на самом деле все мы живем рядом, хотя вроде каждый в своем отдельном мире.

Эмоции – думали ли вы насколько они важны? Как важно утром встретить с улыбкой маленького гражданина и сказать ему «Доброе утро», «Мы рады тебя видеть!». Каждый из нас имеет право на любовь, давайте ее дарить друг другу, это ведь совсем не сложно.

HR-директор Сети Детских Садиков Bağçam Севда Бабанлы

Uşağın yaşca böyük qardaş-bacısı onun inkişafına necə təsir edir?

Ailədə ilk uşaq dünyaya gələndə valideynlər bütün diqqətini onun üzərinə yönəldir və  uşağı sevgi ilə əhatə edərək onun istəklərini yerinə yetirməyə başlayırlar. Lakin sonra ailədə ikinci, üçüncü uşaqlar olanda artıq valideynlər onlarla münasibətləri doğru şəkildə necə idarə edəcəkləri ilə bağlı çətinliklərlə qarşılaşır. Görəsən valideynlə yanaşı,  yaşca böyük qardaş-bacının uşağın həyatında nə kimi rolu ola bilər?

Bu barədə “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin Əməliyyatlar üzrə Direktoru, Məktəbəqədər Təhsil Üzrə Mütəxəssis  Xalidə Rzayevanın fikirlərini təqdim edirik:

Mənim üçün bu mövzu çox doğmadır. Belə ki  ailəmizin üçüncü uşağı olan oğlumun özündən yaşca böyük  iki bacısı var. Mən öz şəxsi təcrübəmə əsaslanaraq  deyə bilərəm ki, əslində biz böyüklər öz yanlış ünsiyyət tərzimizlə çox vaxt uşaqlar arasında hər hansı ayrıseçkilik və  qısqanclığa səbəb oluruq. Tam əksi olduqda, yəni biz böyük uşaqları kiçiyə qarşı düzgün istiqamətləndirdikdə böyüklərin kiçiyin inkişafında müsbət təsiri çox olur.

Ailədəki böyük uşaqların kiçik uşağın inkişafına müsbət təsiri üçün valideyn öncədən zəmin yaratmalıdır. Əvvəla hamilə olduğu müddətdə böyük uşaqları  baş verən dəyişikliyə psixoloji hazırlamaq vacibdir. Körpə evə gələndən sonra isə böyük uşaqlara diqqəti azaltmaq əvəzinə, artırmaq lazımdır. Çünki onlar daha çox başa düşən yaşdadırlar və valideynlərinin diqqətinin tamamilə kiçik uşağa ötürülməsi onlar üçün  ağrılı ola bilər.  Məhz bu fakt qısqanclıq zəminində yaranan  xoşagəlməz anlara gətirib çıxarır.

Buna görə də  valideyn  ailədəki böyük uşaqların rolunu, dəstəyini daim önə çəkməlidir. Uşaqlar ailənin böyüməsini və məsuliyyətlərin artmasını hiss etməlidirlər. Valideyn elə mühit yaratmalıdır ki, uşaqlar balaca bacı və ya qardaşlarına  olan qayğını sevərək və həvəslə göstərsinlər. Çox vaxt valideynlər böyüklərin üzərinə bu və ya digər qayğıları öhdəlik kimi qoyurlar. “Sən bunu etməlisən, çünki  qardaşın  sənnən kiçikdir”, “Sakit danış, bacın yatıb”, “Mane olma, uşaq yemək yeyir” və s. kimi hallarla gündəlik həyatımızda çox rastlaşırıq. Böyük uşaqlar bu sözləri  eşitməkdən yorulurlar. Əslində  isə böyük uşaqlar kiçik bacı-qardaş üçün canlı nümunə, ünsiyyət mənbəyidir. Kiçik uşaq, böyük bacı-qardaşının hərəkətlərini, davranışlarını, maraqlarını müşahidə edir, onlardan öyrənir və özünü böyüklərin arasında önəmli hiss edir.  Özündən böyük bacı-qardaşı olan uşaq çox şanslıdır. Çünki hər zaman valideyn uşaqla oynamaq üçün vaxt ayıra bilmir.  İşləyən və ya ev işləri ilə məşğul olan valideynin vaxtı məhduddur. Bu rolda bacı-qardaşlar olanda uşaqlarda yüksək əhval-ruhiyyə yaranır,  uşaq həmçinin  ünsiyyətcil olur. Ailə böyük olanda kiçik uşaq üçün həyati situasiyalar çox olur. Məsələn, böyüklərin dostlarla münasibəti, onların getdiyi məkanlar, dərs oxumaqları, söhbətləri, hətta mübahisələri belə kiçik uşaq üçün öyrənmə mənbəyidir. Ailədə böyük uşaqlar hər hansı bir idman və ya incəsənət növü ilə məşğul olursa, böyüyən kiçik uşağın da dünyagörüşü zənginləşir. Uşaq aktiv olur və  müxtəlif fəaliyyətlərlə tanış olur. Açıq havada bərabər gəzintilər və oyunlar çox faydalıdır. Kiçik uşaqlar özündən yaşca böyük bacı-qardaşına çox etibar edir və ona oxşamaq istəyir, onu nümunə kimi görür.

Uşaqlararası münasibətlərdə dostluq çox vacibdir. Dostluq əsnasında ünsiyyət  və istənilən fəaliyyətdə uşaq bacı-qardaşla bərabər dünyanı dərk edir. Uşaqların bərabər film izləməsi, yemək yeməsi, market alış-verişi, oyun oynaması  münasibətləri möhkəmləndirir. Çox vaxt valideynlər uşaqların mübahisə etməyindən narahat olurlar.  İnanın ki, məhz belə kiçik konfliktlər onları gələcəkdə müxtəlif situasiyalarda özlərini necə aparacaqları və çıxış yollarını tapmaqları üçün bir məktəbdir.

Beləliklə, uşaqlararası münasibətlərin sağlam şəkildə qurulması valideynlərdən çox asılıdır. Valideyn daim uşaqları özlərini sərbəst ifadə etməsi üçün mühit yaratmalıdır, dəstək olmalıdır və uşaqların bir-biri ilə ünsiyyətinə təkan verməlidir. Evdə yaşca böyük bacı-qardaş varsa,  ailədə baş verən müəyyən proseslər mütləq onlarla müzakirə olunmalı, onların fikri nəzərə alınmalıdır. Valideynlər tərəfindən yanaşma tərzi  pozitiv və uşaqyönümlü olduqda uşaqlar daha mehriban və anlayışlı olurlar.

Uşaqlara büdcə idarə etməyi necə öyrətməli?

Uşaqlara büdcə idarə etməyi necə öyrətmək lazımdır?

Əvvəlcə uşaqla ehtiyacları haqqında danışmaq lazımdır. Büdcə anlayışını və harada dayanmalı olduğunu öyrənməlidir. 7 yaşından uşağa müəyyən miqdarda pul verib, idarə etməsini öyrətmək lazımdır. Məqsəd uşağa öz ehtiyacları haqqında qərar vermə məsuliyyəti qazandırmaqdır.

Onlara pul verərkən bunlara diqqət edin:

  • Onlara pul hər gün verilməlidir.
  • Hər il bu pulun miqdarı artırılmalıdır.
  • Pulu harada istifadə edə biləcəyi, nəyə xərcləyəcəyini danışmaqla birlikdə, gündəlik ehtiyaca çox az pul ayırmasını istəyə bilərsiniz.
  • Ailənin maddi vəziyyəti yaxşı olsa belə, uşağa çox pul verilməsi onun üçün zərərli ola bilər.
  • Çox pulla məktəbə gedən uşaq, digər böyük sinif uşaqlarının hədəfinə çevrilə bilər.
  • Ailə pulun hara xərcləndiyini mütləq izləməlidir.

Mənbə: qadin.net

Burun, boğazında bakteriya çox olan uşaqlarda astma yarana bilər

Astma və onun ağırlığı burun və boğazın mikroflorası ilə sıx bağlıdır və bundan çox asılıdır.

Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, Vaşinqton Universitetinin alimləri sübut edib ki, yuxarı tənəffüs yollarında olan bakteriyaların miqdarı və təsirinin uşaqlarda bronxial astmanın dərəcəsini təyin edir.

Yeni elmi araşdırmada 5-12 yaş arası 214 nəfər bronxial astmalı uşaq müşahidə olunub. Uşaqların burun selikli qişasından yaxma analizi götürülüb.

Tədqiqat müddətində bəzi uşaqlarda astma simptomları kəskinləşirdi. Məlum olub ki, bronxial astmanı kəskinləşdirən burun yollarında olan stafilakokk, streptokokk və moraksella bakteriyalarıdır.

Xəstəliyi müalicəyə tabe olan, ağırlaşmayan uşaqlarda isə korinbakteriyalar daha çox tapılmışdı.

Təcrübə göstərdi ki, yuxarı tənəffüs yollarının mikroflorasında korinbakteriya və morakselam olan uşaqlarda astma simptomları daha dərin və ağır olur.

Ona görə də astmalı uşaqların burun-boğaz mikroflorasının sağlamlığına və bakterial infeksiyaların olub-olmamasına ciddi yanaşmaq lazımdır.

Mütaliə vərdişi uşaqlıqdan aşılanmalıdır

Uşağınıza kitab oxuma vərdişi qazandırmanın yolları nələrdir? 
  • İlk olaraq özünüz də kitab oxumağı sevməlisiniz. Çünki siz kitab oxumasanız, uşağınız da sizdən bunu görməyəcək və tətbiq etmək istəməyəcək.
  • Uşağınızın oxumağı sevdiyi bir jurnalı davamlı ala bilərsiniz. Bu formada uşağınız bu jurnalın özünə aid olduğunu hiss edəcək və oxuma həvəsi artacaq.
  • Neçə yaşında olursa olsun, uşağınıza yüksək səslə kitab oxumaqdan çəkinməyin. Bu, onda yaranacaq həvəs üçün olduqca əhəmiyyətlidir.
Uşağınıza mütailə vərdişi qazandırın.
  • Uşağınızın yaşı kiçikdirsə, sevdiyi bir hekayəni dəfələrlə oxunmasını istəyə bilər. Səbrlə oxumağa davam edin.
  • Uşağınız üçün otağında kiçik bir kitabxana ayırın. Bu kitabxana ona xüsusiyyət duyğusu qazandıracaq və həvəsini artıracaq.
  • Uşağınız ilə kitabxanaya getməyə çalışın. Kitabxana mühiti kitab oxumaq üçün həvəsləndirici məkandır.
Uşağınıza kitabları necə ala biləcəyini öyrədin.
  • Onu bir kitap mağazasına götürün və bu kitap mağazasını uşağınızla tez-tez ziyarət edin.
  • Kitab almağa apardığınız zaman kitabı uşağınızın seçməsinə diqqət yetirin. İstədiyi kitabı özünün seçməsi özünə inamını artıracaq və onda həvəs yaradacaq.

Mənbə: qadin.az

Mükafatlandırmanın hansı növləri var?

Uşaq inkişafında önəmli yeri olan mükafatlandırmanın hansı növləri var? Valideyn övladını necə mükafatlandırsın?

“İndigo” Neapolda açıq məşğələ keçirilib

“İndigo” uşaq bağçasının Neapol filialında Yeni ilin gəlişi ilə bağlı açıq məşğələlər təşkil edilib.

Açıq məşğələ zamanı “Planet”, “Günəş”, “Kometa”, “Superstars”, “Kosmos”, “Qalaktika”, “Zvezdoçki” qrupları çıxış ediblər.

Uşaqlar bir-birindən maraqlı rəqslər, oyunlar nümayiş etdirib, mahnılar, şeirlər səsləndiriblər.

“İndigo” Neapolda Yeni il karnavalı

“İndigo” Uşaq Bağçasının Neapol filialının balacaları Yeni İl bayramını  karnavalla qeyd ediblər.

Onların bayram karnavalına  Şaxta Baba ilə Qar Qız da qoşulub.

Uşaqlar rəngarəng proqramla çıxış edib, unudulmaz bayram şənliyi keçiriblər.

Karnavalda müxtəlif oyunlar keçirib, rəqslər nümayiş etdiriblər.