Uşaqların məktəbəqədər təlim və tərbiyəsində uşaq inkişaf mərkəzlərinin rolu

Oskar2“Uşaqlar bizim gələcəyimizdir” – ulu öndərimiz Heydər Əliyevin bu fikrini biz Oskar uşaq inkişaf mərkəzini yaradarkən özümüz üçün şuar seçdik.

Oskar uşaq inkişaf mərkəzi 2013-ci il 1 oktyabr tarixindən fəaliyyət göstərir. Şəhərimizin ən gözəl ərazilərinin birində yerləşən mərkəzimiz özünün gözəl dizaynı, komfortu, peşəkar kollektivi ilə seçilir. Mərkəzimiz Türkiyədən gətirilmiş avadanlıqlar, əyani dərs vəsaitləri, idman alətləri ilə təsis olunub.

2 yaşdan 6-dək uşaqlar peşakar müəllimlər və tərbiyyəçilər tərəfindən müxtəlif məşğələlərə cəlb edilir. Uşaqların öz yaşlarına uyğun tərbiyə və təhsil metodları tətbiq olunur. Bundan başqa mərkəzimizdə müxtəlif dərnəklər eyni zamanda loqoped, psixoloq xidməti fəaliyyət göstərir. Bu da uşaqların fiziki və estetik cəhətdən formalaşmasını təmin edir. Mərkəzdə uşaqlar səhər və günorta yeməyi ilə təmin olunurlar.

Oskar uşaq inkişaf mərkəzi sizin uşaqlarınızın erkən yaşlarından bilik və savada yiyələnməsində, dünya görüşünün formalaşmasında bir çox uğurlu addımlar atmaqdadır. Əbəs yerə deyilməyib: Hər bir uşaq bir dahidir lakin bu dahiliyi üzə çıxarmaq üçün uşaqlardakı, gizli potensialı lap kiçik yaşlarda aşkarlamaq lazımdır. Bu böyük məsuliyyət uşaq inkişaf mərkəzinin üzərinə düşür.

Oskar3Mərkəzimizin məqsədi uşaqlarda elmi biliyə maraq və gələcəkdə məktəblərdə keçirilən fənlərə həvəs oyatmaqdır. Tədris olunan proqram uşaqlarda ilkin savad, dünyagörüşü, sosial davranış vərdişlərinin yaranmasına və inkişaf etməsinə, özünə inamın formalaşmasına kömək göstərir. Bu proqramın tərkib hissəsi aşağıdakılardan ibarətdir:

Savad təlimi;

Sadə riyazi təsəvvürlərin inkişafı;

Məntiqi təfəkkürü inkişaf;

Ətraf aləmlə tanışlıq;

İntellektual oyunlar;

İngilis dili v.s

Bunlarla yanaşı sizin istəyinizdən aslı olaraq uşaqlarınız üzgüçülük, şahmat, rəqs, rəsm, rəngkarlıq və musiqi və s. dərnəklərə qoşula bilərlər.

Oskar4Oskar uşaq inkişaf mərkəzində fəaliyyət göstərən peşəkar müəllimlər və tərbiyəçilər həmçinin müəssisə tərəfindən də müxtəlif təkminləşdirmə kurslarına göndərilir. Mütəmadi olaraq müəllimlərin psixoloji durumu həkim mütəxəssis tərəfindən yoxlanılır. Çünki biz, Oskar uşaq inkişaf mərkəzi olaraq sizin uşaqlara dəyər veririk və ən son metodlarla sizin uşaqların bilik və bacarığının, dünya görüşün formalaşması üçün çalışırıq.

Məşğələlər uşaqların qavrama səviyəsini nəzərə almaqla müəyyən müddət çərçivəsində keçirilir. Tədrisi asanlaşdırmaq üçün müxtəlif yardımçı vasitələrdən, nağıl qəhrəmanlarından istifadə olunur eyni zamanda böyük monitorlarda yardımçı vəsaitlər az yaşlılara nümayiş etdirilir. Dərslər arası baxılan cizgi filmlər isə öz tərbiyyəli effekti ilə yanaş, uşaq beyninin səmərəli istirahətini təmin edir.

Bu müxtəliflik uşaqların həvəs və çalışqanlığını artırır, onlarda təhsil proqramına maraq yaradır. Proqramın kompleks şəkildə tədbiqi arzu olunan nəticələri əldə olunmasına zəmin yaradır. Uşaqlar oxumağı, yazmağı, hesablamağı asanlıqla bacarır və birinci sinifə qədəm qoyan zaman məktəb proqramının digər uşaqlara nisbətən daha tez və səmərəli mənimsəyirlər.

“Oskar” Uşaq İnkişaf Mərkəzi

Həsənova Xəyalə \ Məktəbəqədər Hazırlıq Kursunun Müəlliməsi

Bu məşğələlər uşaqların beynini inkişaf etdirir

School-Boy-with-bright-idea-780x780Psixoloqların sözlərinə görə, uşaqların beyni 10 yaşa qədər xüsusi qabiliyyət və bacarıq tələb edən işləri daha asan qəbul edir. Bu yaş dövründə uşaqlarla yanaşı, valideynlərin üzərinə də böyük məsuliyyət düşür. Bu zaman valideyn əlindən gəldiyi qədər uşağın potensial qabiliyyətini üzrə çıxarmaq və bu qabiliyyəti inkişaf etdirmək üçün çalışmalıdır.

Əgər uşaqların davranışlarına fikir versəniz, görərsiniz ki, 1-6 yaş arası uşaqlar çox vaxt düşünülməmiş, məntiqsiz addımlar atırlar. Məsələn, qaynar əşyaya toxunmaq, özünü gölməçəyə atmaq, oyuncaqlarını sındırmaq və.s. Məktəbdə oxumağa başladıqdan sonra, isə onlar işlərini müəyyən məntiq əsasında görməyə başlayırlar.

Təhsil mütəxəssisi Dr. Oktay Aydının sözlərinə görə, övladınızın daha məntiqli düşünməsini, davranmasını istəyirsinizsə, onun məktəb yaşını gözləməyinizə ehtiyac yoxdur. Yuxarıda da qeyd etdiyimiz kimi uşaqların beyni 10 yaşa qədər bütün xüsusi qabiliyyət tələb edən biliklərə açıq olur. Buna görə siz evdə də onun məktəbdən əvvəl müəllimi ola bilərsiniz.

Əgər övladınızın ilk müəllimi olmaq istəyirsinizsə, bu mövzuda Sizə bir neçə məsləhətimiz olacaq.

Diqqət və yaddaş qabiliyyətini inkişaf etdirin

Diqqət və yaddaş məşğələləri yalnız bu sahədə hansısa problemi olan uşaqlar üçün deyil, bütün uşaqlar üçün nəzərdə tutulub. Gələcək gərgin dərs qrafiki zamanı övladınızın yaddaşsızlıq problemi ilə qarşılaşmasını istəmirsinizsə, ona bu məşğələləri etdirin: ardıcıl olaraq rəqəmlər və sözlər deyib, bunları onun da təkrar etməsini istəyin; qarşısına bir-birinə bənzəyən 2 rəsm qoyub,  onlar arasındakı fərqləri izah etməsini xahiş edin; başa düşmədiyi cümlələri oxutdurub onları yenidən təkrarlatmağa çalışın.

Barmaqla deyil, ağlı ilə hesablamağı öyrədin

Övladınızın riyazi qabiliyyətini inkişaf etdirmək istəyirsinizsə, ona barmaqla deyil, ağılla hesablamağı öyrədin. Təcrübələr göstərir ki, uşaqlar barmaqları ilə hesablamağa öyrəşdikdən sonra barmaqlara sığmayan məsələləri həll etməkdə çətinlik çətinlik çəkir, uzun müddət köməkçi vasitələrdən (sayı çöpləri və.s) istifadə edirlər. Ona ən böyük köməkçi vasitənin ağılı olduğunu öyrədin. Bütün hesablamaları beynində aparmaq qabiliyyətini aşılayın.

Səs və görüntüsünü çəkərək izlətdirin

Övladınızın  günlük fəaliyyətini, oyununu, hərəkətlərini görüntülü olaraq çəkib, daha sonra ona izlətdirin. İzləmə müddətində uşağın verəcəyi reaksiyalar çox şeyi həll edəcək. Götüntüsünü izlədikdən sonra onun verdiyi reaksiyanı, özü haqqındakı fikirlərini diqqətlə dinləyin. Harada səhv etdiyini, bu səhvin nədən ibarət olduğunu özünün söyləməsinə, dərk etməsinə imkan verin. Eyni zamanda, o dərs oxuyarkən səsini yazıb özünə dinlətdirin. Əmin olun ki, bu təcrübədən sonra övladınız özünü daha məsuliyyətli aparacaq, çünki daim kənardan kiminsə ona baxdığını, dinlədiyini düşünəcək.

Sözləri tərsinə çevirərək oxutdurun

Sözləri tərsinə çevirərək oxutdurmaq beyini inkişaf etdirən başlıca məşğələlərdəndir. Sözləri, verilən rəqəmləri, hərəkətləri tərsinə çevirin. Məsələn, maşın, 234  yazaraq uşağınızdan onu tərsinə oxumasını istəyin.

Bir neçə dəfə birlikdə məşq etdikdən sonra ona labirint göstərərək bunu təkbaşına həll etməsini istəyin, daha sonra isə labirintə başladığı yerə geri qayıtması xahiş edin.

Danışdıqlarının rəsmini çəkməsini istəyin

Beyin “daxil oldu, başa düşüldü və xaric edildi” prinsipi ilə işləyir. Kənardan beyinə daxil olan hər hansısa informasiya yazma, oxuma, hərəkət etmə formasında üzə çıxır.  Övladınızın təxəyyülünü inkiaşf etdirmək istəyirsinizsə, ondan baxdığı şəkili başa salmasını, izah etmək istədiyi nəyinsə: kinonun, dinlədiyi musiqinin şəklini çəkməsini istəyin.

İzahetmə qabiliyyətini inkişaf etdirin

Kitab oxumaq uşaqların inkişafı baxımından çöx vacibdir. Ancaq hərfləri öyrəndikdən sonra birdən-birə onu iri həcmli mətnlərlə yükləməyin. Əvvəlcə ən kiçik, 2-3 cümləlik mətnlərdən başlayın, sonra həcmi genişləndirin. İlk olaraq ondan oxuduqlarından yadında qalanları, başa düşdüyü formada sizinlə bölüşməsini istəyin. Daha sonra isə oxuduqlarını kitabda yazıldığı kimi əzbərləməsini xahiş edin. Beləliklə, uşağın beynində oxumaq sistemini kodlaşdırmış olacaqsınız . Bu proses nəticəsində övladınız oxuduğunu sərbəst formada izah etməyi öyrənəcək.

Öyrəndiklərini bir dostuna danışsın

Öyrənməyin ən yaxşı yolu öyrətməkdir. Beynimiz, kənardan daxil olan informasiyaları dar formada qəbul edir. Bildiklərimizi kiməsə izah edən zaman isə  o dar forma genişlənməyə başlayır. Buna görə də övladınız öyrəndiklərini dostuna danışan zaman beyni daha gərgin formada çalışacaq və öyrənmə dairəsi genişlənəcək.

Baxdığı şəkili canlandırsın

Uşağın beynində canlandırdıqlarını başa salmasından çox şey asılıdır. Onun gözünü bağlayıb, nə isə haqqında danışmağa başlayın. Danışacaqlarınız bitdikdən sonra gözünü açıb ondan danışdıqlarınızın rəsmini çəkməsini xahiş edin. Sonra isə gözlərini bağlayaraq çəkdiyi rəsm haqqında danışmasını istəyin.

Uşağı belə tərbiyə etməzlər!

Övladını düarguezgün tərbiyə etmək hər bir valideynin əsas məqsədlərindəndir. Lakin bəzi hallarda öz davranışlarımızla uşağa pis örnək ola bilirik. Bu dəfəki məqalədə sizə övladımızı tərbiyyə edərkən etməməli olduğumuz əsas səhvlər, diqqət yetirməli olduğumuz məqamlar haqqında məlumat verəcəyik.

Uşağa yalan danışmaq

“Aç ağzını bu son qaşıqdır. Bunu da yesən, qurtardı”. Yəqin ki, bu cümələlər uşaqlıqda çoxumuzun eşitdiyi ilk yalan olub. Halbuki bundan sonra yemək bitməz, “sonuncu qaşıqların” sayı isə çoxlamağa başlayardı.

Çox zaman uşaqlara yalan danışmağı valideynlər öyrədir. Övladınızın tez zamanda yeməyini bitirməyini istəyirsiniz? Onda daha yeni variantlar üzərində düşünün. Məsələn, əgər indi yedizdirdiyiniz yeməyi sevmirsə, bu yeməkdən sonra ona sevdiyi yeməyi, deserti hazırlayacağınıza söz verin. Bununla övladınızın motivasiyasını yüksəltmiş olacaqsınız, o isə əlavə təsir olmadan tez zamanda yeməyi bitirməyə çalışacaq.

Verilən sözü tutmamaq

Bəzən işlərinizin çox olduğu vaxtda övladınız sizdən nə isə xahiş edir. Siz isə onu başınızdan etmək üçün “İşim bitdikdən sonra edərik” deyə söz verirsiniz. Məsələn, o sizinlə parka getmək istəyir. Siz də işiniz bitdikdən sonra mütləq onu parka aparacağınıza söz verirsiniz. İşiniz bitdikdən sonra “yorğunam” deyə bəhanə edib, onu heç yerə aparmırsınız. Bununla uşağa göstərirsiniz ki, söz vermək elə də mühüm iş deyil. İnsan söz versə belə, verdiyi sözə əməl etməyə bilər, bu adi haldır. Nəticədə bir az böyüdükdən sonra siz ondan otağını yığışdırmasını istəyirsiniz, o bunu bir az sonra edəcəyinə söz verir və sözünü tutmur. Düşünün: bu zaman onu qınamağa nə dərəcədə haqqınız var?

Sillə ilə tərbiyə

Əgər övladınızın şıltaq hərəkətlərinin qarşısını almaq üçün kötək üsulunun effektiv olacağını düşünürsünüzsə, yanılırsınız. Bəlkə də o sizin sillənizdən sonra etdiyi hansısa bir şıltaqlıqdan əl çəkəcək, amma bunu sizi sevdiyinə, sizi əsəbiləşdirəcək hərəkət etmək istəmədiyinə görə yox, sadəcə sizdən qorxduğuna görə edəcək. Eyni zamanda özü gələcəkdə hansısa çətin insanla, situasiya ilə qarşılaşarsa, məsələni bu yolla həll etməyə üstünlük verəcək.

Uşağı texnoloji əşyalardan asılı etmək

Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə hər birimizin evində  televizordan tutmuş, ən son texnologiyaya qədər müxtəlif alətlər var. Biz isə çox zaman bu texnologiyaları övladımızın tərbiyəçisi kimi görürük. Öz işlərimizi rahat formada görmək üçün övladımızı televizor qarşısına əyləşdirir, əlinə isə bir telefon veririk. Bəs bununla uşağın fiziki və psixoloji  inkişafına nə qədər zərər verdiyinizi fikirləşirsinizmi? Nəticədə uşaq özü düşünməyə, xəyal qurmağa cəhd etmir, çünki onun yerinə bu işi sizin telefonunuz, kompyuteriniz, televizorunuz görür.

Uşağı dinləməmək

Uşağınız nəsə haqqında danışanda ona maraqla və diqqətlə qulaq asın. Unutmayın ki, siz övladınızın qarşısında nümunəvi obrazsınız. Əgər onun gələcəkdə sizin və ətrafdakıların fikrinə sonuna qədər qulaq asıb hörmət etməsini istəyirsinizsə, öz davranışlarınızı qaydasına salmağı öyrənin.

Uşağın hər istədiyini etmək

Əlbəttə ki, bütün valideynlər övladlarının daha yaxşı yaşaması üçün çalışır, amma bu o demək deyil ki, siz onun istədiyi heç nəyin qarşılığında “Yox” deməməlisiniz. Bəzi hallarda övladımız ehtiyacı olmadığı halda bizdən nələrsə tələb edə bilər. Bu zaman bizim üzərimizə düşən əsas vəzifə uşağa istədiyinin onun üçün nə dərəcədə vacib olduğunu başa salmaqdır. Məsələn, o mağazada iki maşın görüb və bu maşınlardan evdə çox olmasına baxmayaraq hər ikisini almağınızı tələb edir. Bu zaman sizin etməli olduğunuz bu maşınların nə üçün vacib olmadığını ona izah etmək, əvəzində onda olmayan bir oyuncağı almağın daha məqsədəuyğun olduğunu bidirmək, onu buna inandırmaqdır.

Ona vaxtdan düzgün istifadə etməyi öyrədin

Əgər, uşağınız məktəbə gecikirsə, paltarlarını vaxtında geyinib çıxa bilmirsə, deməli vaxtı düzgün bölə bilmir. Buna görə də ona vaxtını düzgün bölən zaman işlərinin daha yaxşı alınacağını başa salın. Məsələn, evdən çıxan zaman ona hazırlaşmağa cəmi 10 dəqiqə vaxt verin və tez-tez yoxlayın.  Parkda oyun oynayırsa, oyunu bitirmək üçün ona 5 dəqiqə vaxt verin, 2 dəqiqə vaxt qaldıqda isə bunu tez-tez xatırladın. Belə etməklə, ona həm vaxtını düzgün bölməyi öyrətmiş olacaqsınız, həm də özünü daha məsuliyyətli aparmasına şərait yaradacaqsınız.

Uşağı özünüzə bağlı böyütmək

Əgər uşaq bir yerini əzməsin deyə daim onu izlədiyinizi, qoruduğunuzu, məktəb çantasını hazırladığınızı, yoldan gedərkən daim əlindən tutduğunuzu görürsə, bununla daha da təmbəlləşəcək. Nəticədə o öz beynini işlətmək istəməyəcək, çünki hər zaman onun əvəzinə bunu edən ata-anası var. Hətta məktəbə başladığı zaman ən xıra çətinliklə üzləşərsə, bunu sizin həll etməyinizi tələb edəcək. Bu hərəkətlərinizlə övladınıza yaxşılıq etiyinizi fikirləşirsinizsə, xəbəriniz olsun: bununla onu yalnız asana öyrəşdirirsiniz. O isə uzun müddət məsluliyyət hissinin nə demək olduğunu bilmədən yaşayır. Hətta sizin indiki səhviniz onun gələcək həyatını bütünlüklə dəyişir- neqativə doğru.

Vakansiya – Tibb Bacısı

Education Management Network təhsil sahəsində, xüsusən də məktəbəqədər təhsil sektorunda özəl müəssisələrin layihələndirilməsi və idarəedilməsi üzrə xidmətlərini təklif edir. Hazırda şəbəkənin əməkdaşlıq etdiyi 4 məktəbəqədər təhsil müəssisəsi mövcuddur.

Education Management Network Xırdalan şəhərində yeni açılacaq Uşaq Bağçası üçün Tibb Bacısı vəzifəsi üzrə boş İş Yerini (Vakansiya) elan edir.

Tələblər:

  • Pediatr – Tibb bacısı üzrə Orta İxtisas Təhsili
  • Toplam 2 il, əlaqədar sahə üzrə minimum 2 il iş təcrübəsi
  • 25 – 45 yaş aralığına üstünlük verilir
  • MS Office üzrə iş bacarığı
  • Azərbaycan və rus dillərini səlis bilmək
  • Kollektivdə çalışmaq və yardım etməyə hazır olmaq
  • Münasibət qurmaq bacarığı və həssaslıq
  • Tapşırıqları vaxtında yerinə yetirmək bacarığı
  • Şəraitə uyğunlaşmaq və çevik qərar qəbul etmək bacarığı.
  • Məqsədyönlü və qətiyyətli
  • Gərgin iş mühitində çalışmaq bacarığı

Öz CV və İstək Məktubunuzu karyera@bagcam.az ünvanına Göndərin və Başlıq olaraq “Tibb Bacısı” qeyd edin.

Əlaqəli Şəxs: Rasif Dünyamalı (Vakansiya ilə bağlı Zəng Etməyin)

Son Müraciət Tarixi: 31/03/2015 (son müraciət tarixindən sonrakı cv-lərə baxılmayacaq)

Ətraflı məlumat üçün şirkətin veb səhifəsinə baxa bilərsiniz: www.bagcam.az

Vakansiya – Tərbiyəçi

Education Management Network təhsil sahəsində, xüsusən də məktəbəqədər təhsil sektorunda özəl müəssisələrin layihələndirilməsi və idarəedilməsi üzrə xidmətlərini təklif edir. Hazırda şəbəkənin əməkdaşlıq etdiyi 4 məktəbəqədər təhsil müəssisəsi mövcuddur.

Education Management Network Xırdalan şəhərində yeni açılacaq Uşaq Bağçası üçün Tərbiyəçi vəzifəsi üzrə boş İş Yerini (Vakansiya) elan edir.

Tələblər:

  • Pedaqoji sahə üzrə Ali və Orta İxtisas Təhsili\Məktəbqədər təhsil sahəsinə üzrə üstünlük verilir
  • Toplam 2 il, əlaqədar sahə üzrə minimum 1 il iş təcrübəsi
  • 25 – 40 yaş aralığına üstünlük verilir
  • MS Office üzrə iş bacarığı
  • Azərbaycan və rus dillərini səlis bilmək
  • Təşkilatçılıq və liderlik bacarıqları
  • Kollektivdə çalışmaq və yardım etməyə hazır olmaq
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
  • Münasibət qurmaq bacarığı və həssaslıq
  • Tapşırıqları vaxtında yerinə yetirmək bacarığı
  • Şəraitə uyğunlaşmaq və çevik qərar qəbul etmək bacarığı.
  • Məqsədyönlü və qətiyyətli
  • Gərgin iş mühitində çalışmaq bacarığı

Öz CV və İstək Məktubunuzu karyera@bagcam.az ünvanına Göndərin və Başlıq olaraq “Terbiyeci” qeyd edin.

Əlaqəli Şəxs: Rasif Dünyamalı (Vakansiya ilə bağlı Zəng Etməyin)

Son Müraciət Tarixi: 31/03/2015 (son müraciət tarixindən sonrakı cv-lərə baxılmayacaq)

Ətraflı məlumat üçün şirkətin veb səhifəsinə baxa bilərsiniz: www.bagcam.az

Vakansiya – Dayə

Education Management Network təhsil sahəsində, xüsusən də məktəbəqədər təhsil sektorunda özəl müəssisələrin layihələndirilməsi və idarəedilməsi üzrə xidmətlərini təklif edir. Hazırda şəbəkənin əməkdaşlıq etdiyi 4 məktəbəqədər təhsil müəssisəsi mövcuddur.

Education Management Network Xırdalan şəhərində yeni açılacaq Uşaq Bağçası üçün Dayə vəzifəsi üzrə boş İş Yerini (Vakansiya) elan edir.

Tələblər:

  • Toplam 5 il, əlaqədar sahə üzrə minimum 5 il iş təcrübəsi
  • 30 – 40 yaş aralığına üstünlük verilir
  • Azərbaycan və rus dillərini səlis bilmək
  • Kollektivdə çalışmaq və yardım etməyə hazır olmaq
  • Münasibət qurmaq bacarığı və həssaslıq
  • Tapşırıqları vaxtında yerinə yetirmək bacarığı
  • Şəraitə uyğunlaşmaq və çevik qərar qəbul etmək bacarığı.
  • Gərgin iş mühitində çalışmaq bacarığı

Öz CV və İstək Məktubunuzu karyera@bagcam.az ünvanına Göndərin və Başlıq olaraq “Daye” qeyd edin.

Əlaqəli Şəxs: Rasif Dünyamalı (Vakansiya ilə bağlı Zəng Etməyin)

Son Müraciət Tarixi: 31/03/2015 (son müraciət tarixindən sonrakı cv-lərə baxılmayacaq)

Ətraflı məlumat üçün şirkətin veb səhifəsinə baxa bilərsiniz: www.bagcam.az

Vakansiya – Bədii Rəhbər

Education Management Network təhsil sahəsində, xüsusən də məktəbəqədər təhsil sektorunda özəl müəssisələrin layihələndirilməsi və idarəedilməsi üzrə xidmətlərini təklif edir. Hazırda şəbəkənin əməkdaşlıq etdiyi 4 məktəbəqədər təhsil müəssisəsi mövcuddur.

Education Management Network Xırdalan şəhərində yeni açılacaq Uşaq Bağçası üçün Bədii Rəhbər vəzifəsi üzrə boş İş Yerini (Vakansiya) elan edir.

Tələblər:

  • Ali və Orta İxtisas Təhsili
  • Toplam 5 il, əlaqədar sahə üzrə minimum 5 il iş təcrübəsi
  • 30 – 50 yaş aralığına üstünlük verilir
  • Bağçalardakı nəğmə və musiqi məşğələləri üzrə standartları bilmək
  • MS Office üzrə iş bacarığı
  • Azərbaycan və rus dillərini səlis bilmək
  • Təşkilatçılıq və liderlik bacarıqları
  • Kollektivdə çalışmaq və yardım etməyə hazır olmaq
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
  • Münasibət qurmaq bacarığı və həssaslıq
  • Tapşırıqları vaxtında yerinə yetirmək bacarığı
  • Şəraitə uyğunlaşmaq və çevik qərar qəbul etmək bacarığı.
  • Məqsədyönlü və qətiyyətli
  • Gərgin iş mühitində çalışmaq bacarığı

Öz CV və İstək Məktubunuzu karyera@bagcam.az ünvanına Göndərin və Başlıq olaraq “Bedii Rehber” qeyd edin.

Əlaqəli Şəxs: Rasif Dünyamalı (Vakansiya ilə bağlı Zəng Etməyin)

Son Müraciət Tarixi: 31/03/2015 (son müraciət tarixindən sonrakı cv-lərə baxılmayacaq)

Ətraflı məlumat üçün şirkətin veb səhifəsinə baxa bilərsiniz: www.bagcam.az

Vakansiya – Aşbaz

Education Management Network təhsil sahəsində, xüsusən də məktəbəqədər təhsil sektorunda özəl müəssisələrin layihələndirilməsi və idarəedilməsi üzrə xidmətlərini təklif edir. Hazırda şəbəkənin əməkdaşlıq etdiyi 4 məktəbəqədər təhsil müəssisəsi mövcuddur.

Education Management Network Xırdalan şəhərində yeni açılacaq Uşaq Bağçası üçün Aşbaz vəzifəsi üzrə boş İş Yerini (Vakansiya) elan edir.

Tələblər:

  • Aşbazlıq üzrə Peşə İxtisası Təhsili
  • Toplam 5 il, əlaqədar sahə üzrə minimum 5 il iş təcrübəsi
  • 30 – 50 yaş aralığına üstünlük verilir
  • Milli Mətbəxə aid yeməkləri hazırlamaq bacarığı
  • Azərbaycan və rus dillərini səlis bilmək
  • Şirniyyat hazırlamaq bacarığı
  • Qidaların saxlanması və istifadəsi ilə bağlı təlimatları bilmək
  • Kollektivdə çalışmaq və yardım etməyə hazır olmaq
  • Münasibət qurmaq bacarığı və həssaslıq
  • Tapşırıqları vaxtında yerinə yetirmək bacarığı
  • Şəraitə uyğunlaşmaq və çevik qərar qəbul etmək bacarığı.
  • Məqsədyönlü və qətiyyətli
  • Gərgin iş mühitində çalışmaq bacarığı

Öz CV və İstək Məktubunuzu karyera@bagcam.az ünvanına Göndərin və Başlıq olaraq “Asbaz” qeyd edin.

Əlaqəli Şəxs: Rasif Dünyamalı (Vakansiya ilə bağlı Zəng Etməyin)

Son Müraciət Tarixi: 31/03/2015 (son müraciət tarixindən sonrakı cv-lərə baxılmayacaq)

Ətraflı məlumat üçün şirkətin veb səhifəsinə baxa bilərsiniz: www.bagcam.az

Vakansiya – Menecer – Metodist

Education Management Network təhsil sahəsində, xüsusən də məktəbəqədər təhsil sektorunda özəl müəssisələrin layihələndirilməsi və idarəedilməsi üzrə xidmətlərini təklif edir. Hazırda şəbəkənin əməkdaşlıq etdiyi 4 məktəbəqədər təhsil müəssisəsi mövcuddur.

Education Management Network Xırdalan şəhərində yeni açılacaq Uşaq Bağçası üçün Menecer – Metodist vəzifəsi üzrə boş İş Yerini (Vakansiya) elan edir.

Tələblər:

  • Məktəbqədər təhsil sahəsi üzrə Ali və Orta İxtisas Təhsili\ Magistr təhsili olanlara üstünlük verilir
  • Toplam 10 il, əlaqədar sahə üzrə minimum 5 il iş təcrübəsi
  • 35 – 40 yaş aralığına üstünlük verilir
  • MS Office üzrə iş bacarığı
  • Azərbaycan və rus dillərini səlis bilmək
  • Təşkilatçılıq və liderlik bacarıqları
  • Kollektivdə çalışmaq və yardım etməyə hazır olmaq
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
  • Münasibət qurmaq bacarığı və həssaslıq
  • Tapşırıqları vaxtında yerinə yetirmək bacarığı
  • Şəraitə uyğunlaşmaq və çevik qərar qəbul etmək bacarığı.
  • Məqsədyönlü və qətiyyətli
  • Gərgin iş mühitində çalışmaq bacarığı

Öz CV və İstək Məktubunuzu karyera@bagcam.az ünvanına Göndərin və Başlıq olaraq “Menecer” qeyd edin.

Əlaqəli Şəxs: Rasif Dünyamalı (Vakansiya ilə bağlı Zəng Etməyin)

Son Müraciət Tarixi: 31/03/2015 (son müraciət tarixindən sonrakı cv-lərə baxılmayacaq)

Ətraflı məlumat üçün şirkətin veb səhifəsinə baxa bilərsiniz: www.bagcam.az

Vakansiya – Adminstrator

Education Management Network təhsil sahəsində, xüsusən də məktəbəqədər təhsil sektorunda özəl müəssisələrin layihələndirilməsi və idarəedilməsi üzrə xidmətlərini təklif edir. Hazırda şəbəkənin əməkdaşlıq etdiyi 4 məktəbəqədər təhsil müəssisəsi mövcuddur.

Education Management Network Xırdalan şəhərində yeni açılacaq Uşaq Bağçası üçün Administrator vəzifəsi üzrə boş İş Yerini (Vakansiya) elan edir.

Tələblər:

  • İdarəetmə-Biznes üzrə Ali və Orta İxtisas Təhsili
  • Toplam 2 il, əlaqədar sahə üzrə minimum 1 il iş təcrübəsi
  • 23 – 30 yaş aralığına üstünlük verilir
  • MS Office üzrə iş bacarığı
  • Azərbaycan və rus dillərini səlis bilmək
  • Təşkilatçılıq və liderlik bacarıqları
  • Kollektivdə çalışmaq və yardım etməyə hazır olmaq
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
  • Münasibət qurmaq bacarığı və həssaslıq
  • Tapşırıqları vaxtında yerinə yetirmək bacarığı
  • Şəraitə uyğunlaşmaq və çevik qərar qəbul etmək bacarığı.
  • Məqsədyönlü və qətiyyətli
  • Gərgin iş mühitində çalışmaq bacarığı

Öz CV və İstək Məktubunuzu karyera@bagcam.az ünvanına Göndərin və Başlıq olaraq “Administrator” qeyd edin.