Əziz valideynlər, övladınızın səbəbsiz yerə ağladığını, iştahsız, yuxusuz, kobud davrandığını, özünə və başqalarına zərər verdiyini görürsünüzsə, diqqətli olun! Bu çox ciddi depressiyadan xəbər verə bilər. Uşaqlarda depressiyanın əsas əlamətləri, bu zaman valideynlərin üzərinə düşən məsuliyyət haqqında yetərincə məlumatınız yoxdursa, məqaləni sona qədər oxuyun.
Üsküdar Universitetinin Nevroloji xəstəxanasının mütəxəssisi Hande Sinirlioğlu Ertaşın sözlərinə görə, depressiya və onun əlamətləri uşaqlarda yaş dövrlərinə görə fərqlənir. Ümumilikdə isə bunun əsas səbəbi valideynlərin uşağa kifayət qədər qayğı göstərməməsi, vaxtlarının az hissəsini onlara ayırması ilə bağlı olur. Uşaqlar hər zaman valideynləri tərəfindən müdafiə olunduqlarını və sevildiklərini hiss etməlidirlər.
İndi yaş dövrlərinə uyğun uşaqlarda depressiya əlamətlərinə və səbəblərinə diqqət yetirək.
2-7 Yaş arası uşaqların müxtəlif yeniliklərə, kəşflərə maraq göstərdiyi bir dönəmdir. Bu dönəmdə valideynlər uşaqların sosial mühitdə yaratdığı əlaqələrə xüsusi diqqət yetirməlidirlər. Bunun üçün isə hər kəsdən əvvəl ata və ana övlad üçün ən mükəmməl örnək olmağı bacarmalıdırlar. Valideynlər bir-biri danışıqları zamanı kobud sözlərdən, əl-qol hərəkətlərindən istifadə edirlərsə, uşaq dazamanla yaşıdları, hətta valideynləri ilə belə danışmağa başlayacaq. Buna görə də övladınızın yanında mübahisə etməyiniz qətiyyən məsləhət görülmür.
7 Yaşdan sonra Bu yaş dövründə depressiya zamanı onlar sosial mühitə, sinif yoldaşlarına uyğunlaşa bilmir, evdə valideynlərinin dediklərinə qarşı çıxmağa başlayırlar.
Mütəxəssislərin sözlərinə görə, uşaqlarda deprssiyanın əsas əlamətləri müxtəlif yaş dövrlərinə keçiddə özünü biruzə verir. Məsələn, məktəb yaşına çatan uşaqlarda deprssiyanın əlamətlərinə tez-tez rast gəlinir. Bu zaman valideyn və müəllim uşağı qəfil məsuliyyətlə yüklədiyi üçün uşaqlar bu ani keçidi başa düşə bilmir, mövcud şəraitə uyğunlaşmağı bacarmırlar. Bu isə onların davranışlarında özün biruzə verir. Stress, bacarmamaq qorxusu onları daha da aqressivləşdirir. Bu dövrdə valideynin əsas vəzifəsi övladını əvvəlcədən hazırlamaq, həyatın yalnız əyləncədən, oyunlardan ibarət olmadığını izah etmək, uşağın məktəbə adaptasiya olunması üçün dərsləri əyləncəli formada izah etməkdir.
Əziz valideynlər, övladınızın neçə yaşının olmasından asılı olmayaraq hər yaş dövründə onun danışdıqlarını, fikirlərini sona qədər dinləyin. Uşağın gələcəkdə qarşılaşacağı hadisələrə necə reaksiya verəcəyini bilməyiniz üçün onun sözlərini dinləməyiniz əsas şərtdir. Onun yanlış hərəkətində övladınızı danlamaq əvəzinə, özünüzü uşağın yerinə qoyub hərəkətlərinin səbəbini başa düşməyə çalışın və ən əsası istənilən vəziyyətdə onun yanında olacağınızı, dəstəkləyəcəyinizi tez-tez hərəkətlərinizlə, sözlərinizlə bildirin.

Bağça uşağın fərdi inkişafı, cəmiyyətə inteqrasiyası prosesində özünəməxsus yer tutur. Ancaq bəzən valideynlər övladlarının həyatında məktəbəqədər təhsilin mühüm rol oynadığına şübhəli olurlar. Onlar düşünürlər ki, uşaqlarının dünyagörüşünün inkişafı və məktəbəqədər hazırlıq prosesinin təşkilində valideynlər bağçalara nisbətən daha üstün mövqeyə sahibdirlər.

Şagirdlərin təhsilə olan marağının artırılması üçün hər il mütəxəssislər tərəfindən müxtəlif təklif planları hazırlanır. İndi pedaqoqları, təhsil ekspertlərini düşündürən əsas məsələ şagirdləri yormadan onları daha çox oxumağa, öyrənməyə həvəsləndirməkdir.
Əziz valideynlər, övladınızın bir işdə uğur qazanmağını istəyirsinizsə, onu tez-tez danlamaq, qonşunun uşağı ilə müqayisə etmək əvəzinə, əsas diqqətinizi düzgün tərbiyyə, motivasiya istiqamətində yönləndirin. Bu dəfəki məqalədə sizə övladımızın tərbiyyəsi zamanı istfadə etməli olduğumuz əsas motivasiyaedici cümlələr, hərəkətlər haqqında məlumat verəcəyik.
Uşaqlar iki yaşlarından sonra istədiklərinə nail olmaq üçün tez-tez valideynləri ilə mübahisə etməyə başlayır. Bu mübahisələr zamanı balacalarla düzgün rəftar qaydalarını bilmək istəyirsinizsə, məqaləmizi sona qədər oxuyun. Bu dəfəki məqalədə sizə inadkar uşaqların tərbiyyəsi zamanı əməl etməli olduğumuz əsas qaydalar haqqında məlumat verəcəyik.
Yeni doğulan körpələr vaxtlarının çoxunu-təxminən 15 saatını yatmaqla keçirirlər. Yerdə qalan saatlarda isə yataqlarında oynayırlar.
Ana və atalar çox zaman uşaqlarından sakit durmağını və onların istəyinə görə rəftar etmələrini gözləyirlər. Uşaqlar bu tələblərə cavab vermədikdə ana – ata tərəfindən danlanır və gərəkli açıqlama verilmir. Bununla da uşaqlarda gərəksiz davranışlar getdikcə artır.
Əziz valideynlər, yəqin ki, uşaqlarınız televizor qarşısında əyləşərkən onun müəyyən cizgi filmlərə və yaxud kinolara baxmağına şərait yaradırsınız. Çünki bu zaman o sakit olur və siz rahat şəkildə işinizi görə bilirsiniz. Sizin fikrinizcə, bu hərəkətiniz övladınıza olan sevginizdən irəli gəlir. Onun özünü xoşbəxt hiss etməsi üçün bütün istəklərini yerinə yetirməsinə icazə verirsiniz. Əslində isə bu zaman özünüz də bilmədən müxtəlif səhvlər buraxırsınız.
