Uşaqları gözəl bir yay tətili gözləyir. Tətilinizi daha da maraqlı keçirmək üçün Türkiyənin təhsil naziri Selçuk Ziyanın yay tətili üçün valideyn və uşaqlara məsləhət gördüyü siyahını təqdim edirik:
- Bir çiçək əkin və böyüdün;
- Təbiətdə gəzinti edin;
- Üç ağac növü ilə tanış olun;
- Beş daş oynayın;
- Muzeyə gedin;
- Birlikdə ağaca çıxıb təbiəti seyr edin;
- Mövsümi meyvələrin dənələrini torpağa əkin;
- Küçədəki daşları qaldıraraq altında soxulcan, böcək axtarın;
- Bir alimin həyatını araşdırın;
- Küçə heyvanlarına su verin;
- Yelləncək düzəldin;
- Birlikdə yemək hazırlayın;
- Yeni nağıl öyrənin;
- Uçurtma düzəldib uçurun;
- Kağızdan gəmi düzəltməyi öyrədin;
- Öz uşaqlıq xatirələrinizi bölüşün;
- Küçədən tapdığınız daşları rəngləyin;
- Otlardan tütək düzəldin;
- Birlikdə evinizi təmizləyin;
- Birlikdə velosipedə minin;
- Birlikdə şahmat oynayın;
- Dünya xəritəsi üzərində ölkə tapmaq oyunu oynayın;
- Övladınıza yüksək səslə kitab oxudun;
- Şirniyyat hazırlayaraq qonuşlarınıza aparın;
- Su və enerji qənaət üsullarını birlikdə öyrənin;
- Birlikdə bir film izləyin, senarist və rejissoru birlikdə tanıyın;
- Birlikdə gəzintiyə çıxın, addımlarınızı sayın;
- Düymə və sökük tikməyi öyrədin;
- Quşlara yem verin;
- Birlikdə bir hekayə yazın;
- Mismar vurmağı öyrədin;
- Birlikdə kitab oxuyun;
- Böyükləri ziyarət edin;
- Gizlən qaç oynayın;
- Birlikdə ip atlayın;
- Şeir əzbərləyin;
- Birinə məktub yazın;
- Bir qarışqa yuvası tapın və çörək qırıntıları atın;
- Paltar qatlamağı və ütüləməyi öyrənin;
- Pəncərədən baxıb gördükləriniz haqqında danışın;
- Birlikdə mürəbbə hazırlayın;
- Fərqli ağaclardan yarpaqlar toplayın və dəftərə yapışdırın;
- Birlikdə meyvə suyu hazırlayın;
- Birlikdə quşları müşahidə edin;
- Birlikdə bir ilk yardım detalı öyrənin;
- Ehtiyacı olan birinə kömək edin;
- Bir tanışınızla reportaj hazırlayın;
- Bir rəssamın həyatını araşdırın;
- Birlikdə bir qolbaq hazırlayın;
- Təbiətdən topladığınız ləvazimatlarla şəkil çərçivəsi düzəldin;
- Öz-özünə hazırlaya biləcəyi yemək öyrədin;
- Kitabxanaya gedin və üzv olun;
- Çörək bişirin;
- Ailəliklə yerə uzanıb ulduzları seyr edin;
- Böyük bir təpəyə çıxın;
- Sizə aid xüsusi bir salamlaşma üsulu tapın;
- Bir aparatı və ya cihazı sökərək parçalarını yerinə taxın;
- Bərabər süfrə düzəldin;
- Qatıq hazırlamağı öyrənin;
- Səssiz film oyunu oynayın;
- Təbiətdə istiqamət tapmaq oyunu oynayın;
- Evin ehtiyac siyahısını hazırladın;
- Birlikdə rəsm çəkin;
- Günəşin doğuşunu və batışını izləyin;
- Yeni bir dildə salamlaşma və təşəkkür etməyi öyrənin;
- Bir kitabçıya gedin;
- Birlikdə sadə bir təcrübə keçirin;
Mənbə: meb.gov.tr