Xüsusi Uşaqlar üçün Reabilitasiya əsaslı “İndigo Special” Özəl Uşaq Bağçası fəaliyyətə başlayıb.
İndigo Special – ın məqsədi – eşitmə, görmə, fiziki və qavrama bacarıqlarında çətinlik olan və inkişafı yaş xüsusiyyətlərinə cavab verməyən uşaqları bağçaya adaptasiya etmək və övladının ehtiyaclarına görə karyerasını yarımçıq qoyan valideynlərə dəstək verməkdir.
3 – 8 yaş arası uşaqlar bağçada həftənin 5 günü 9:00 – dan 18:00 – dək inkişaf göstəricilərinə uyğun olaraq qruplarda fəaliyyətə – təlim prosesinə cəlb olunur.
Bağçada uşaqlar 5 dəfə qidalanır və 5 dəfədən çox müxtəlif idrak, mədəni – estetik, nitq, fiziki və sosial-emosional və motor bacarıqlarını inkişaf etdirici məşğələlərə qoşulur. Balacalar üçün müxtəlif əyləncə və istirahət xarakterli tədbirlər də təşkil olunur.
8 – 10 nəfərdən ibarət olan hər qrupda dörd mütəxəssis – xüsusi pedaqoq, psixoloq, loqoped və dayə uşaqlarla məşğul olur.
Qeyd edək ki, “İndigo Special” Özəl Uşaq Bağçası “Bağçam” uşaq bağçaları şəbəkəsinə daxildir. Valideynlər ətraflı məlumat üçün 077 300 70 75 nömrəsilə əlaqə saxlaya bilərlər.
[maxgallery id=”6333″]