Bagcam.az valideynlərin uşaq böyüdərkən etdiyi dörd “səhv”i təqdim edir:
1. Uşağım üşüsə xəstə olar, qalın geyindirməliyəm.
Uşaqlar üşüdüyü üçün yox, hava soyuyanda havada mikroblar artdığı üçün xəstə olurlar. Qışda qapalı mühitdə çox insan olduğu üçün mikroblar daha tez yayılır.
Qalın geyindirməklər tərləmənin artdığını söyləyən Dr. Özlem Eroğlu Kayacık, əslində bu şəkildə xəstəliklərə dəvət verdiyimizi deyir. Qalın geyimlərlə tərləyən uşaqlar soyuğa çıxsa, daha tez xəstə olurlar.
2. Zəif uşaq daha çox xəstə olur. İştaha açan həb istifadə etməliyəm.
Əgər həkim uşağın inkişafını normal hesab edirsə, çox yesin deyə məcbur etməyə ehtiyac yoxdur. Uşağın artıq çəkili olması yox, düzgün qidalanması lazımdır.
Dr. Özlem Eroğlu Kayacık belə deyir : “Xüsusilə tərəvəz, meyvə, qırmızı ət, qatıq, yumurta ilə qidalanması sağlamlıqdır. Onlara şokolad, şəkər verilməməlidir. Quru meyvələr verilməlidir. Əgər bunları yeyirsə, vitamin həblərinə ehtiyac yoxdur.”
3. Çimsə xəstə olar.
Soyuq havada uşaq çimsə, xəstələnəcəyini düşünürlə. Amma çimmək uşaqları rahatladır, mikrobları bədəndən uzaqlaşdırır. Əgər eviniz soyuq deyilsə, yazda hər gün, qışda həftədə 3-4 dəfə çimizdirin.
4. Qrip oldum, körpəni əmizdirsəm o da mikroba yoluxar.
Dr. Özlüm EroğluKayacık “Ana əmzirdikcə xəstəliyə qarşı yaranan müvazinət gücü olan maddələrdə uşağa keçər və körpənin orqanizmini müqavimətli edər. Qrip daha çox nəfəs yolu ilə, öpməklə keçir”.
Mənbə:qadin.net