Uşaqlarla düzgün münasibət qurmağın yolları ilə bu məqaləmizdə tanış ola bilərsiniz:
1. Əgər uşaqlarınızın sizi dinləməyini istəyirsinizsə, səsinizi yüksəltməyi yox, alçatmağı yoxlayın. Alçatdığınız səsiniz sayəsində uşağınızın daha diqqətli dinləməsini təmin edəcəksiniz.
2. Uşaqların istəmədiyi bir fəaliyyətlə məşğul olmaq məcburiyyətindəsinizsə, şikayət etmələri üçün onlara tam bir dəqiqə verin. Bir dəqiqə tamam olduqda işə başlayın.
3. Yazmaq bacarığı məşq etmədikcə yaxşılaşmaz. Fəqət uşağınızın yazmağını istəyirsinizsə, gündə tək cümlə belə yazmaq onlar üçün faydalı olacaq. Əgər siz də yazmağı sevən birisinizsə, uşağınızla məktub dostu ola bilərsiniz. Beləliklə, qarşılıqlı yazı yazaraq uşağınızın inkişafını görə bilərsiniz.
4. Övladınız otağını səliqəli saxlamırsa, otağını səliqəyə saldıqda ona hədiyyə verin. Bu, onu otağını səliqəli etməyə təşviq edəcək.
5. Uşaqlar idarənin onlarda olduğunu düşündükdə daha az şikayət edərlər. Ona seçimlər təqdim edin. Məsələn, “qaynadılmış yumurta, yoxsa omlet?” sualı tipində istəklərinizi seçimlə təqdim edin.