Uşaqların əvvəllər olduğu kimi sıxılmasına icazə verin

“Sıxıldım”. Bu ifadə əhəmiyyətsiz cümlə kimi görünsə də, valideynlərin içini qorxu, kədər və günahkarlıq hissi ilə doldurmağa çatacaq gücə sahibdir. Əgər kimsə sıxıldısa, o deməkdir ki, çevrəsindəki başqa biri onu işıqlandırmağı, əyləndirməyi ya da diqqətini çəkməyi bacara bilməmişdir. Hərçənd ediləcək və edilməsi lazım olan bu qədər şey varkən insanlar – yetkin ya da uşaqlar – necə sıxıla bilər ki?

Ancaq əslində, can sıxıntısı içindən çıxılması lazım olan vəziyyətdən daha çox təcrübə əldə olunması lazım olan hisdir. Bunun səbəbi İngiltərənin Viktoriya dövründə qəbul edildiyi kimi can sıxıntısının qorxuducu və sizi gücləndirməsi demək deyil.  Böyüyərkən uşağımıza öyrədilənin əksinə – can sıxıntısı sıxıcı insanlara görədir fikrinin əksinə – can sıxıntısı rahatdır. Sizə yaxşı təsir edəcək.

Əgər uşaqlar bu vəziyyətin fərqinə tez varmasalar pis sürpriz ilə qarşılaşacaqlar. Bu həqiqət ilə üzləşək: Məktəb sıxıcı yer halını ala bilər və təhsil verərkən eyni zamanda əyləndirmək müəllimin işi deyil. Həyat sadəcə əyləncəli anlardan ibarət deyil. Mariya Semplenin “Hardasan Barnadette?” adlı kitabında bir ananın öz qızına dediyi kimi: “Bəli, sıxıldın. Sənə indi  həyatla bağlı bir sirr verəcəm. Həyatı daha maraqlı vəziyyətə gətirənin özün olduğunu nə qədər tez öyrənsən o qədər sənin üçün yaxşı olar”.

İnsanlar əvvəllər həyatın böyük bir hissəsinin sıxıcı olduğunu qəbul edərdilər. 21-ci əsrdən əvvələ aid xatirə yazılarına baxdığımız zaman insanların həyatlarının can sıxıntısı ilə keçdiyini görə bilirik. İşləməyən insanlar vaxtlarını otaqlarında heç nə etmədən,  ya da uzun gəzintilər edərək, ağacları seyr edərək keçirirdilər. Sonra maşın istifadə etməyə başladılar və etdikləri tək şey daha çox ağac seyr etmək oldu. İşləmək məcburiyyətində olanlar üçün həyat daha çətin idi. Kənd təsərrüfatı və sənaye işləri son dərəcə sıxıcı idi və bir çox insan işləmək istəmirdi. Uşaqlar da gələcəklərinin bundan fərqli olmağını gözləmir və bu fikrə uşaq yaşlarından etibarən alışırdılar.

Qısa bir müddət əvvələ qədər, yetişkinlər bəlli miqdarda can sıxıntısının qəbul edilə bilən olduğunu düşünürdülər. Buna görə də uşaqlar boş vaxtlarının qiymətini bilirdilər. Amerikalı məşhur aktyor və bəstəkar Lin Manuel Miranda, GQ dərgisinə verdiyi reportajda uşaqkən heçnə etmədən keçirdiyi axşamlardan ilhamverici şəkildə danışır. Miranda, “Yaradıcılığı hərəkətə keçirmək üçün boş bir səhifədən və ya otaqdan daha yaxşı bir şey yoxdur” deyir.

İndi isə uşaqları belə bir hərəkətsizliyə məruz buraxmaq valideynlik vəzifəsinin laqeydliyi olaraq görülür. Jurnalist Claire Cain Miller; sinif, ekonomik qazanc və irqdən asılı olmayaraq valideynlərin “məktəbdən sonra sıxılmış olan uşaqların tədris planından kənar fəaliyyətlər ilə məşğul olmaları və istənildiyi təqdirdə öz işlərini buraxıb uşaqları ilə maraqlanmaları lazım olduğuna “inandıqlarını ortaya qoyan aktual bir araşdırmaya diqqət çəkir.

Hər boş vaxt ən yaxşı şəkildə istifadə olunmalı və bu vaxtlardan bir hədəf istiqamətində maksimum gəlir əldə edilməli olduğu düşünülür.

Uşaqlar valideynləri tərəfindən sıxılmadığı müddətdə öz oyuncaqlarına, yəni rəqəmsal alətlərinə təslim edilir. Valideynlərin uzun bir maşın ya da təyyarə səyahətinə hazırlanması, ordu səlahiyyətlilərinin qarışıq hərəkət planı hazırlamağına bənzəyir. iPad-ə hansı filmlər yüklənməlidir? Uşaqların beyinləri kreslolarına yapışana qədər Fortnite oynamaqlarına icazə verməliyikmi? Bəli, 70-ci illərdə valideynlər uşaqları sıxılarkən nə edirdi? Heç bir şey! Uşaqları öz hallarına buraxırlar, qardaş-bacıları ilə məşğul olmaqlarına ya da pozulmuş təhlükəsizlik kəmərləri ilə oynamaqlarına icazə verirdilər.

Əvvəllər sıxılmadan şikayət edərkən valideynləriniz bunu sizə öyrədirdi. “Çölə çıx” və ya daha pisi “otağını təmizlə” reaksiyasını alırdınız. Bunlar əyləncəliydirmi? Xeyr. Bəs sizin üçün faydalıydırmı? Əlbəttə.

Çünki sıxıldığınız zaman nələrsə olmağa başlayır. Etdiyim ən sıxıcı işlərdən bəziləri eyni zamanda ən yaradıcı olmağımı təmin edən işlərdir. Məktəbdən sonra idxal firmasında işləyirdim, çirkin sviterlərin şəkillərini satış sənədlərinin arxasına yapışdırırdım. Əllərim yapışdırıcı istifadə etməkdən qabıq bağlamışdı və sviterlərin hamısı bir-birinə bənzəyirdi. Nəyə görə bilmirəm həmişə şəkər qamışı qoxusu alırdım. Yəni məcburən başqa şeylər düşünməyim, zehnimdə fərqli diyarlara getməyim lazım olurdu. Belə hekayələr sıxıldığınızda ortaya çıxır. Marketdə işlədiyim zamanlarda da insanların nələr aldıqlarına əsasən onlarla bağlı hekayələr yaratmağa başlamışdım.

Əlbətdə can sıxıntısı tək başına önəm daşımaz, önəmli olan bizim bu sıxıntı ilə nə etdiyimizdir. Dayanma nöqtənizə çatdığınızda, sıxıntı sizə quruluşçu olaraq necə reaksiya göstərəcəyinizi, öz adınıza nə edəcəyinizi də öyrədir. Amma bunları həqiqətən çox sıxılmadan öyrənə bilmərik.

Məqsəd qorxunc can sıxıntısına və bezginliyə qeydsiz qalmağı öyrənmək deyil, bu vəziyyətin öhdəsindən necə gələcəyinizi öyrənməkdir. Bu bir neçə fərqli şəkildə gerçəkləşə bilər: İçinizə qapanıb düşünərək bu zamanı keçirə bilərsiniz. Kitab oxuya bilərsiniz. Daha yaxşı bir işin xəyalını qura bilərsiniz.  Can sıxıntısı xəyal qurmağınızı təmin edər.

Can sıxıntısı ilə başa çıxa bilmək bacarığı, fokuslanma bacarığı ilə bağlıdır. Araşdırmalar diqqət pozuntusu olan insanların sıxılmağa daha uyğun olduğunu göstərir. Həddindən artıq xəbərdaredici ünsürlərə sahib olan dünyamızda, əvəllər marağımızı çəkən şeylərin zamanla çəkiciliyini itirməsi və keçmişdə başımızı qatan şeylərin bizə artıq sıxıcı gəlməsi dərəcə anlaşıqlı vəziyyətdir.

Bütün bunların qulağa çox sıxıcı gəldiyini düşünə bilərsiniz. Çünki, iş həyatı və əslində ümumi  olaraq həyat belədir. Bəlkə də bu vəziyyətə təkrar alışmalı və bunu xeyrimizə istifadə etməliyik. Bəlkə də fasiləsiz inkişaf edən dünyamızda bir az həyəcandan imtina edə bilərik.

Mənbə: egitimpedia.com