Çox insanlar düşünür ki, gözlərin altının torbalanması, qaralması, tünd halqalar ya yaşla, ya da böyrək və qanazlığı problemi ilə bağlı olur. Uşaqların gözlərinin altı isə qarala bilməz. Amma pediatrlar uşaqların da gözlərinin altının batıq və tünd olmasının öz səbəbləri olduğunu açıqlayıb.
Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, hətta 5 yaşlı uşağın belə gözlərinin altının rənginin dəyişməsi 2 səbəbdən ola bilər: uşağın fizioloji özəlliyi və normal halı – uşaqlarda gözaltı dəri çox nazikdir, kapilyarlarla zəngindir. Elə uşaq var ki, damarları çox üzdə olur, dərisi də açıqdır, sarıdır. Xüsusən mavi, açıq gözlü uşaqlarda gözaltı tünd, görə çalar olur. Bu halda heç bir müalicə tələb olunmur.
Hansı əlavə problemlərdən uşaqların gözaltı qarala bilər?
- Məktəblilərdə dərslərdən yorğunluq, yuxusuzluq, zehni gərginlikdən
- Ailədə psixoemosional gərginlik yaşayanlar
- Telefon, televizor, kompüterdə çox vaxt keçirənlərdə
- Qapalı evdə çox qalanlar, açıq havada olmayanlar
- Dəmir defisitli anemiya
- Az ət və ət məhsulları yemək
- Allergik rinit
- Adenoidlər, boğaz əti
- Gözünün tez-tez ovuşdurulması
- İnfeksion xəstəliklər
- Böyrək xəstəlikləri
Pediatların fikrincə, xəstəlikdən öncə uşağın fiziologiyası, gözaltı dəri, orso genetik amillər araşdırılmalıdır. Əgər nəsildə çox adamda belə hal varsa, deməli, narahatlığa əsas yoxdur.
Əgər uşaq yaxşı yatır, aktivdir, normal yeyir, analizlər qaydasındadırsa, gözlərin altının rəngini dərd etməyin.