10 ildən çoxdur ki, müəllimlik edirəm və bu müddət ərzində qürur duyduğum bir çox şey etdim. Həddindən çox ev tapşırığı vermək isə bunlardan biri deyil təəssüf ki.
Müəllimlik etdiyim illər ərzində beşinci və altıncı siniflərə dərs keçdim. Bəzən gündə iki saatdan çox davam edəcək tapşırıqlar verdim. Uşaqlar bundan çox şikayət etsələr də, valideynlər çox nadir halda şikayət edərdi. Ən azından bunu üzümə qarşı etməzdilər. Valideynlərin də mənim kimi düşündüyünü təxmin edirəm. Yəni ev tapşırığı yeni bacarıqların praktikasını etmək üçün ən yaxşı yoldur, məsuliyyət sahibi olmağı öyrədir və s.
Təhsil məsələləriylə əlaqədar proqrama başlayanda, ev tapşırığının azyaşlı uşaqlar üçün yaxşı bir şey olmadığını iddia edən araşdırmalar haqqında məlumat əldə etdim. Tapşırıq, ibtidai məktəb şagirdlərinin yalnız akademik göstəricilərini aşağı salmaqla qalmır, eyni zamanda uşaqların məktəbə qarşı tutumlarına və fiziki sağlamlıqlarına da zərər verir. Bu mövzudakı qabaqcıl araşdırmaçılardan biri olan Harris Cooper, ev tapşırığının ibtidai məktəb şagirdlərinin akademik göstəricisini inkişaf etdirdiyinə dair heç bir elmi dəlil olmadığını bildirib.
Bəs yaxşı, uşaq məktəbdən sonra, yuxu saatına qədər olan boş zamanında və tətillərdə ev tapşırığı yerinə nələr edə bilər?
- İp atlamaq
- Valideynlərlə danışmaq
- Yatmaq
- Kitab oxumaq
- Kitab dinləmək
- Puzzle düzəltmək
- Yelləncəyə tərsdən minmək
- Torpaq qazmaq
- Bir dostuyla qum ilə oynamaq
- Yemək hazırlamağa kömək etmək
- İt gəzdirmək
- Heyvan sığınacağında könüllü olmaq
- Bağda nəsə əkmək
- Musiqi alətində ifa etmək
- Nənənin evinə qonaq getmək
- Bir sosial layihədə iştirak etmək
- Rəsm çəkmək
- Elmi təcrübə etmək
- Yamsılama oyunu oynamaq
- Başqa uşaqla güləşmək
- Otaqlarını təmizləmək
- Hekayə yazmaq
- Boş-boş vaxt keçirmək
- Nəsə tikmək
- Klassik musiqi dinləmək
- Toxumağı öyrənmək
- Şəkil çəkmək
- Velosipedə minmək
- Yatmamışdan əvvəl uzun hekayə dinləmək
- Oyun oynamaq
Azyaşlı uşaqlara ev tapşırığı verilməsi akademik öyrənməni inkişaf etdirmir. Məktəbdə reallaşan təlim, öyrənmənin yalnız tək bir formasıdır. Tapşırıq, öyrənmənin sosial, fiziki, emosional və saysız başqa formasıyla iç-içə olmaq üçün uyğun olan zamanı uşaqların əlindən alır.
Uşaqlarımız məktəb xaricindəki bütün zamanlarını hər şeydən daha əhəmiyyətli olan işini edərək keçirməlidirlər – yəni uşaq olmağı.
Mənbə: egitimpedia.com