Basketbol sağlamlığı qorumaq və gücləndirmək məqsədi daşıdığı kimi, emosional gərginliyin də azaldılmasına kömək edir.
Uşaqların sağlam fərd olaraq böyümələri üçün idman etmələri təmin olunmalıdır. Fiziki görünüşün, uşaqlıqdan etibarən hansı yaş olursa olsun insanın psixologiyasına təsir edən ən önəmli faktorlardan biri olduğu artıq sübut olunub.
Basketbola başlama yaşı deyildikdə, yaş olaraq deyil, fiziki və zehni olaraq baxmaq ən önəmli kriteriyalardan biridir. Məsələn, uşaq 8 yaşında olub fiziki xüsusiyyətləri olmadığı zaman basketbola başlaması düzgün olmayacaq. Vacib nüans uşaqların başlayacaqları idmanı edəbiləcək fiziki və zehni yetkinlikdə olmalarıdır ki, bu da uşaqdan uşağa dəyişir.
Uşaq uğursuz olduğu zaman özgüvənini itirə bilər. Basketbola küsəcək və başqa bir idman arxası ilə getdiyi zaman belə eyni güvənsizliyi yaşayacaq. “Mən bacarıqsızam, basketbolda uğursuz olmuşdum” kimi şüuraltında müxtəlif düşüncələr olacaq. O düşüncəyi qırmaq o yaşdakı uşağa izah etmək olduqca çətindir. Bu eyni zamanda təhsil həyatına da təsir göstərəcək. Bu səbəblə, uşaqlarla çalışacaq olan məşqçilərin həqiqətən təchizatlı və təhsilli olmağı önəmlidir. Çünki bu idmana davam etmələri tamamilə məşqçiləri ilə qurduqları birə-bir münasibətə də söykənə bilər. Bu yaşda olan uşaqlar məşqçisini sevdiyi zaman məşğul olduğu idmanı da sevər.
Uşağın oyun zamanında olmağı bilinməli, məktəbdə verilən təhsildə oyunlara əlavə olaraq məlumatlar alınmağı, hətta bu haqda təşviq edilməsi çox önəmlidir. Basketbol təhsilinin yanında idmançı, ailə və müəllim arasında il boyu davam edən bağlantı sistemi mənimsənməlidir.
Basketbol komanda oyunudur. Bu komandanın ən kiçik fərdi belə vəzifəsinə laqeyd yanaşarsa, komandanın uğur qazanması zəifləyər. Bir oyunçu oyun zamanı heç oynamasa belə komandanın taleyinə təsir edə bilər. Dostlarına dəstək olan və motivasiya verən ehtiyat oyunçu komandasına oyunu qazandıra bilər. Komanda daxilində sevgi və hörmət ən dəyərli qanunlardır. Böyüklərinə hörmət göstərməyən və dostlarını sevməyən fərdin komandanın bir parçası olması imkansızdır.
7-14 yaş qrupunda uşaqlarda 1.5 saatlıq basketbol məşqçisi üçün, təxmini olaraq minimum 400 Kkal, maksimum 800 Kkal enerji ehtiyacı müəyyənləşdirilə bilər. Bu dəyərlər uşağın günlük kalori ehtiyacına əlavə olunmalıdır.
Basketbol aşağıdakı kimi faydalı davranışların əldə olunmasına kömək edir.
- Balanslı bəslənmə
- İdman məşqçisi və valideynin danışığı sayəsində proqramlı şəkildə dərs oxumaq
- Yuxu nizamı
- Sürət, çeviklik, qüvvət, elastiklik xüsusiyyətləri inkişaf edir.
Mənbə: cocuklar.biz