Uşaqlardan uzaq saxlanılmalı qidalar

qidaProfessor diyetoloq Pınar Kural Enç uşaqların hansı qidalardan  uzaq durması haqqında vacib məlumatlar verib. Uşaqların sağlam olması üçün dörd qrupda olan qidalar ilə lazımlı miqdarda və düzgün şəkildə qidalanmaları lazımdır.

Süd qrupunda yer alan süd, qatıq; ət qrupunda yer alan ət, toyuq, yumurta; quru paxlakimilər, tərəvəz və meyvə qrupu və taxıl qrupuna daxil olan çörək, bulqur, makaron, düyü və başqa qidaların hər yeməkdə kafi miqdarda istifadəsinə diqqət edilməlidir.

Süd və qatıq vacibdir!

Uşaqların, xüsusilə, sümük və diş inkişafı üçün gündə imkan daxilində 2-3 stəkan süd və ya qatıq, 1 kibrit qutusu qədər isə pendir yemələrinə diqqət edilməlidir. Həmçinin xəstəliklərə qarşı daha dözümlü olmaları və sağlam böyümə və inkişaf etmələri üçün hər gün ən az 5 porsiya təzə tərəvəz və ya meyvə yeməlidirlər.

Uşaqlar hər səhər nizamlı olaraq səhər yeməyi yemə vərdişlərini qazanmalıdırlar. Pendir, təzə meyvə və ya meyvə suları, bir neçə dilim çörək, 1 stəkan süd uşaqlar üçün səhər yeməyində kifayət edir. Xüsusilə, keyfiyyətli protein və zəngin vitamin və mineral tərkibinə görə qaynadılmış yumurtanı mütəmadi olaraq yeməlidirlər.

Uşaqlardan uzaq saxnaılmalı qidalar:

Qəhvə

Ürək infarktına yol açmasından əlavə, yuxuya getməyə çətinlik yaradır və dişlərin saralmasına yol açır.

Kartof qızartması

Kartof qızartmasının tərkibində yüksək miqdarda akrilamid maddəsi var və  uzun müddət yeyilərsə, damar sərtliyi, köklük və xərçəngə səbəb olur.

Spirtli içkilər

Spirt istifadəsi beyin və sinir sisteminə mənfi təsir edir.

Turşulu içkilər

Tərkibində turşu tərkibli içkilər mədə və bağırsaq xəstəliklərinə səbəb olur.

Çiy yumurta

Tərkibində ola biləcək zərərli salmonella mikrobu  xəstəliklərə yol açır.

Mənbə: haber7.com