Övladlar arasındakı mübahisə necə həll edilməlidir?

baci_qardas_mubahiseAilədəki uşaqlar arasındakı mübahisə daima davam edib və bu mübahisəni  həll etmək valideynlər üçün heç də asan olmur.  Bugünkü xəbərimizi psixoloq İrina Dimiunun təqdim etdiyi  nümunələr əsasında hazırlamışıq. Odur ki, hər bir ana üçün bu xəbərdə lazımi məlumatlar var.

  1. “Mənim  8 yaşlı oğlum və 6 yaşlı qızım var. Onlar hər gün xırda bir şeyin üstündə mübahisə edirlər. Artıq bu mübahisələrə səbr edəcək taqətim qalmayıb. Zəhmət olmasa, mənə çıxış yolu göstərin”.  Mariya Dinu (33 yaşlı ana).

Adətən bu növ mübahisələrin daim davam edəcəyi düşünülür, lakin heç də belə olmur. Müəyyən zaman çərçivəsində bütün sular durulur. Ana, adətən, bu vəziyyətdə bir səhv edir. Səhvi isə qızını müdafiə etməkdir. Ana bilərək və ya bilməyərək qızını haqlı çıxarır. Bunu istəmədən də edə bilər. Məsələn, qardaş 8 yaş, bacı 6 yaşındadırsa, mübahisə zamanı ananın ilk cəhdi “Axı o səndən balacadır” və ya “Axı o qızdır, sən oğlan” kimi ifadələr işlədir. Bu cümlələri dəfələrlə eşidən 6 yaşlı qız hər xırda səbəbə görə qardaşı ilə mübahisə etməyə hazır olur. Çünki bilir ki, anası hər dəfə onu müdafiə edəcək.

Əslində isə bu vəziyətdə ananın etməsi vacib olan çıxış yol tapmaq və mübahisənin hər iki tərəfə nə bəxş etdiyini izah etməkdir. Məsələn, televizorda gedən cizgi filmini bacı bəyənmirsə, qardaş bəyənirsə və məhz bu səbəbdən mübahisəyə başlayıblarsa, ananın etməsi lazım olan ilk cəhd onları yanına çağırıb fikirlərini soruşmaqdır. Əvvəlcə qızdan “Sən bu cizgi filmini niyə sevmirsən?”- deyə soruşmalıdır. Sonra isə oğuldan “Bacın bu cizgi filminə baxmaq istəmədiyini deyəndə sən nə hiss edirsən?” – deyə soruşmalıdır və uşaqlarının verdiyi cavablara qarşı da diqqətli olmalıdır. Çıxış yolu isə elə seçilməlidir ki, hər iki  tərəf xoşbəxt olsun. Qəti şəkildə unutmayın ki, şiddət çıxış yolu deyil. İzah edərək qarşılıqlı anlayış sayəsində bir çox problemin öhdəsindən gəlmək mümkündür. Eyni zamanda valideynlər uşaqlarının adətən nə üstündə mübahisə etdiklərini qabaqcadan təxmin edə bilərlər. Məhz bu yolla da mübahisə “səbəbkarını” gizlətməklə və ya ümumiyyətlə “yox” etməklə baş verəcək mübahisənin qarşısını əvvəlcədən ala bilərlər.

  1. “Mənim üç oğlum var. Böyük oğlanın 12, ortancılın 10, kiçiyin isə 7 yaşı var. Böyüklə ortancıl oğlum, adətən, birlikdə oynayırlar. Lakin kiçik kənarda qalır. O özünü tənha hiss edir. Qardaşları tərəfindən sevilmədiyini düşünür”. Klaudiya Petraçe (40 yaşlı ana).

Bu hallar adətən üçuşaqlı ailələrdə rast gəlinən problemdir. Kiçik oğlunuzun özünü tənha hiss etməməsi üçün onun tərəf müqabili məhz siz olmalısınız. Daha yaxşı olar ki, hər üç uşağın birlikdə edə biləcəyi əyləncələr və ya oyunlar düşünəsiniz. Məsələn, düşərgəyə gedə və ya təbiət qoynunda bir neçə “kəşfiyyat” oyunları oynaya bilərsiniz. Birlikdə topla bağlı olan istənilən oyun (basketbol, voleybol, futbol və.s), stolüstü oyunlar, məntiqi oyunlar və s. oynaya bilərsiniz. Yetər ki, oyunlarda siz özünüz də iştirak edin. Zamanla sonbeşiyiniz də qardaşları tərəfindən “qəbul” ediləcəkdir.

Mənbə: Qadin.net