Ailələrin ən sıx qarşılaşdıqları və şikayət etdikləri vəziyyətlərdən biri uşaqların tərəvəz yeməməkləridir. Tərəvəzlər uşaqların inkişafı üçün ən faydalı qidalar olmağına baxmayaraq uşaqlar dadlarından dolayı tərəvəz yemək istəmirlər. Buna görə şirin qidaları yeməyi daha üstün tutarlar. Belə halda valideynlərin üzərinə böyük məsuliyyət düşür. Çünki yaşlarından dolayı həddindən artıq təzyiq uşaqda əks təsir yarada bilər və uşaqlar tərəvəz yeməkdən daha da soyuyarlar.
Uşağıma tərəvəz yeməyi necə sevdirə bilərəm?
Bütün uşaqların ortaq sevdiyi şey oyun oynamaqdır. Biz də yemək yeməyi oyun halına gətirə bilərik. Nəticədə uşağınız yeyəbiləcəyini heç ummadığınız yeməyi yeyəcəkdir. Lakin tərəvəzlərdə bu vəziyyət hər zaman ürək açan nəticə vermir. Çünki tərəvəzlər dadlarına görə uşaqlar tərəfindən sevilmir. Buna görə də tərəvəz yedizdirərkən ilk yoxlanacaq üsul uşağınızın sevmədiyi tərəvəzin bişirilmə üsulunu dəyişdirməkdir. Məsələn, uşağınız ispanaq yeməyi sevmirsə, onu yumurta ilə qızardıb verə bilərsiniz.
Bir çox üsulu yoxladım, amma uşağım yenə də tərəvəz yemir.
Bir çox üsulun ardından uşağınıza yenə də tərəvəzi sevdirə bilmədinizsə, yeməyin servis şəklini dəyişdirməlisiniz. Boşqabı bir rəsm kimi bəzəməlisiniz. Yaradıcılığınızı istifadə edib bütün tərəvəz yeməkləri üçün bunları etməlisiniz. Tərəvəzləri bəzən heyvana, bəzən gülə, bəzən də ağaca bənzədərək uşağınıza tərəvəzləri sevdirə bilərsiniz.
Mənbə: okuloncesihersey. net