“Uşaqlara təqdim etdiyimiz təhsil bu olmalıdır?”

akademikAkademik təhsil mövcud təhsil sisteminin böyük bir hissəsini əhatə etsə də, uşaqların ehtiyaclarını qeyri-kafi şəkildə qaşılayır.

Məni əsla səhv başa düşməyin. Uşaqlarımız oxumağı, riyaziyyatı ya da digər qiymətli bacarıqları öyrənməməlidir demirəm. Ancaq uşaqlarımıza məktəbdə keçirilən dərsin əsası məzmunundan ibarət olduğu halda, bu məzmunun nə üçün əhəmiyyətli olmağı heç kimi maraqlandırmır. Tələbələrin böyük bir qismi birlikdə öyrənmək yerinə, zamanlarının çoxunu iş kağızlarını doldurmaqla ya da yalnız 30 saniyə ərzində Google-dan tapa biləcəkləri dərs qeydlərini kopyalamaqla keçirirlər.

Ümumiyyətlə, dinlədikləri dərslər də ya darıxdırıcıdır ya da öz həyatları ilə heç bir əlaqəsi yoxdur. Öz təcrübələrimdən yol çıxaraq deyə bilərəm ki, dərsin məzmunu əzbərləyir, imtahan zamanı əzbərlənən məlumatlar yazılır və sonra da sürətli unudulur. Ümumiyyətlə, tək doğru cavab var və bu da uşaqlarda səhv etmə qorxusunun meydana gəlməsinə səbəb olur.

Təhsil sistemimiz “Miş” kimi etməyə dəyər verir.

Məncə bir başqa əhəmiyyətli mövzu  “akademik” olaraq adlandırdığımız uşaqların böyük bir qisminin böyüklərə və sistemə “özlərini bəyəndirmə” mövzusunda rəqabət aparmaqlarıdır. Bu uşaqlar sistemi həll edirlər və sistemə nəzərdə tutulan tələblər daxilində “gəzinirlər”. Ancaq etdikləri işlərdə nadir hallarda özlərini görürlər. Əllərindən gələnin ən yaxşısını etmək yerinə, edir”miş” kimi edərlər.

Araşdırmalar nəticəsində ən az “öyrənən” bəzi tələbələrin məktəbdə ən müvəffəqiyyətli tələbələr olduqları öyrənilib. Bunu fikirləşin. Bu uşaqlar müvəffəqiyyətlidir, çünki məktəblə necə davranmağı yaxşı bilirlər. Uşaqlara təqdim etdiyimiz təhsil bu olmalıdır? Əlimizdən daha yaxşısı gələ bilməz?

Bəs “akademik” şagird deyilsinizsə? Bu uşaqlar, uşaqlıqlarının və gəncliklərinin böyük bir qisimini “akademik” uşaqlarla müqayisə edilə bilməyəcək qədər pis olduqlarını düşünərək keçirirlər. Ehtimalla özlərini “axmaq” kimi hiss edirlər. Bu bəzilərinin yetkin həyatlarının istiqamətini radikal bir şəkildə dəyişdirə bilir. Təəssüf ki, çox şagird məzun olduqdan sonra məktəbin təsirlərindən xilas olmaq və “yaxşılaşmaq” məcburiyyətində qalır. Uşaqlar üçün istədiyimiz şey həqiqətən budur?

Mən də belə müəllim idim.

Bütün vicdanımla etiraf etməliyəm ki mən də akademik təhsil yönümlü sistemə inanırdım. Çox uzun illər ərzində tələbələrim düz sıra nizamında oturdu. Sualları mən soruşdum. Cavablar məndə idi. Öyrənmə prosesini mən idarə etdim.

Həqiqət budur ki; bunu etdim, çünki tək bildiyim bu idi. Mən belə öyrənmişdim. Universitetlərdə və digər müəllimlərin siniflərində gördüyüm şey həmişə bu idi. Yaxşı qeydlərin əhəmiyyətli olduğuna bütün ürəyimlə inanırdım.

Mən anadili (İngilis) müəllimiyəm. İngiliscədə müvəffəqiyyətin zirvəsinin “kompozisiya” yazmaq olduğuna inanırdım. Ancaq bloq yazmağı kəşf etdikdən sonra bu mövzudakı düşüncəm radikal şəkildə dəyişdi. Artıq ənənəvi kompozisiyanın şagirdlərimizə öyrətdiyimiz ən lazımsız şey olduğunu düşünürəm.

Bir neçə müddət əvvəl ətrafımdakı hər kəsdən “Heç kompozisiya yaza bilirsinizmi?” sualını soruşdum. Heç kimin bəli dediyini eşitmədim. Həyatında neçə müəllimin bir dəfə olsun kompozisiya yazdığı mənə maraqlıdır. Daha da dəqiq deyim: Neçə dil müəllimi nizamlı olaraq yazı yazır?

Akademik Təhsil Akademik olmaq istəyənlər üçündür.

“Akademik” olmağın sizə özünüz haqqında çox şey ifadə etmədiyini başa düşdüm. Məktəbdə yaxşı olduğunuzu söyləyərlər. Əgər həyatınızı akademiya dünyasında keçirmək istəyirsinizsə, bu, yaxşı bir şeydir. Ancaq tələbələrin çox azı bu yolu seçir.

Məktəb uşaqların sevdikləri şeyləri kəşf etdikləri yer olmalıdır. Özləri üçün əhəmiyyətli olan sualları soruşa bilməli və cavablarından razı qalmalıdırlar. Nəyə qarşı istəklərinin olduğunu, ürəklərinin və ruhlarının həqiqətən nə istədiyini bilməlidirlər. Hər şeydən əhəmiyyətlisi, hansı mövzuda yaxşı olduqlarını bilərək məktəbdən ayrılmalıdırlar. Bunun yerinə, bu gün tələbələrin çoxu yalnız məktəbdə yaxşı olub-olmadıqlarını bilərək məzun olurlar. Bəs bu problemin cavabını bilmək, həyatda müvəffəqiyyətli olmaq üçün kafidir?

Mənbə: ww2.kqed.org