İma Moteki firması, uşaqların yaradıcılığının daha da artması üçün üzərində hansı rəng olduğunu göstərən etiketlər olmayan boyalar hazırladılar.
“Adsız boyalar” adlı layihədə hər rəngə xüsusi ad vermək yerinə, o rəngin alınması üçün qarışdırılan əsas rəngləri təmsil edən dairələr istifadə edilir. Dairənin ölçüsü eyni zamanda istifadə olunan nisbəti də təmsil edir.
“Rənglərə ad qoymayaraq bir rəngin nə ola biləcəyinə dair klassik tərifi aşmaq və fərqli rənglərin qarışımı ilə hansı rənglərə çata biləcəyini göstərmək istəyirik” – deyir dizaynerlər.
Dizaynerlər məqsədlərinin uşaqlara rənglərin nəzəriyyəsini xüsusi enerji sərf etmədən erkən yaşda öyrətmək olduğunu söyləyirlər.
Mənbə: egitimpedia.com