Zaman nəzarəti daha çox iş həyatında yetişkinlər üçün üzərində durulan bir mövzu olmasına baxmayaraq, uşaqlara erkən yaşlardan qazandırılan planlama və təşkilatçılıq bacarıqlarının təsiri böyük olur. Uşağınıza öyrədəcəyiniz vaxt planlaması ilə ona həyat üçün vacib bir vasitə təqdim etmiş olacaqsınız. İrəliləyən vaxtlarda məktəb çalışmaları ilə şəxsi işlərin, ailə vaxtı ilə sosial vaxtı toqquşduğunda uşağınız gərginlik yaşamadan bu fəaliyyətləri nizamlaya biləcək bacarığa sahib olur. Gərgin bir həyatda uşaqlar məktəb, ev və sosial sahələrdəki məsuliyyətlərini və fəaliyyətlərini nizamlamaqda çətinlik çəkərlər. Uşaqlar sadəcə vaxtı planlamağı deyil, vaxtı da daha əlverişli istifadə etməyi öyrətdiyimizdə onlara həyat boyu fayda verəcək bir bacarıq qazandırmış oluruq. Bu bacarığı qazanmaq hər uşaq üçün asan olmur ancaq səbrli və tutarlı olduğunda hər uşaq bu bacarığı mənimsəyə bilir. Məktəbdən əvvəllki dövrdə vaxtı idarə etməyiniz üçün evinizdə mütləq təqvim və rəqəmləri böyük, asan görülə bilən saat olsun. İstəsəniz, uşağınızla hər ay üçün öz təqviminizi düzəldə bilərsiniz.
Uşağınızla o həftə içində olacaq əlamətdar günləri (ad günü, gəzinti günü, film və b) işarətləyin, rəsm çəkin. Uşağınız hər səhər –axşam keçən günün üzərinə bir “x” çəkə bilir, qalan günün sayına baxa bilir. Bütün bu fəaliyyətlərdə uşağınıza yoldaşlıq edin. Uşağınıza səhər yeməyində o günə nələr planladığınızı izah edin. Uşaqlar önlərini gördüyündə daha nizamlı və sakit olarlar, eyni zamanda bu açıqlamalarla günü planlamağı, fəaliyyətləri sıralamağı öyrənirlər. Məsələn, səhər yeməyindən sonra geyinib çölə çıxacağıq. Parka gedib orda bir az vaxt keçirdikdən sonra günorta yeməyi üçün evə dönəcəyik. Günorta yuxundan sonra baban bizə gələcək. Uşağınızın vaxt qavramasını yaratmaq üçün mütləq səhər, günorta, axşam, sonra, əvvəl kimi anlayışları istifadə edin. Sonra-əvvəl anlayışını istifadə edərkən uşağınızın bildiyi bir fəaliyyət ilə birləşdirməniz faydalı olacaqdır. (günorta yeməyindən sonra, yatmadan əvvəl və s.) Uşağınızla sərhədli vaxtda bir fəaliyyət başlayacaq, bitəcəksə mütləq vaxtı saat üzərindən göstərin. Misal göstərsək 10-da evdən çıxmağımız lazımdır. Bax 10-nun üstünə avtomobil şəkili qoydum bu evdən çıxacağımız vaxtdır. Bu kiçik əqrəb avtomobilin üzərinə gəldiyində ayaqqabılarını geyinmiş bir şəkildə evdən çıxmağa hazır olmalısan. Beləliklə, uşağınız saatı idarə edərək zamanını yavaş-yavaş nizama salmağı öyrənir. Bu üsulu bir çox fərqli sahədə istifadə edə bilərsiniz; valideyninin işinin bitməsini gözləyərkən, kitab oxuma saatı, evdən çıxma saatı, nənənin gəlmə vaxtı və b.
Mənbə: Qadin.net