Dostum Marianın qızı Emily ibtidai sinifə yeni başlayıb. Emily daha əvvəl tədris planının dovşanları əzizləmək və makarondan nələrsə düzəltməkdən ibarət olan bağçaya getmişdi. Emily oxumağı öyrənməklə maraqlanmır, ancaq rəqs etməyi və mahnı oxumağı sevir və saatlarla oyuncaqlarla oynayayır.
Emilynin bacısı Frances ibtidai sinifə başlamadan öncə oxumağı bacarırdı və iki uşağın arasındakı fərq Marianı narahat edirdi. Emilynin nənəsi və atası da bunun problem olduğunu düşünürdülər və bəlkə də Marinaın Emilyə daha çox kitab oxuması lazım olduğunu eyham edirdilər. Maria bu mövzuda başqa anayla da danışanda, rəfiqəsi də öz iki qızı haqqındakı oxşar qayğılarını bölüşüb. O da, bir formada balaca qızına kifayət qədər kitab oxumamasının özünün səhvi olub-olmadığından narahat idi. Bu balaca uşaqlar, ibtidai sinifə başladıqları zaman digər yoldaşlarından geri qalacaqlar?
Bu ssenari bizi narahat edir, çünki elmə, həqiqətə deyil, qorxu, rəqabət və təzyiqə dayanır. Bu yersiz təzyiqi sadəcə valideynlər deyil, uşaqlar da hiss edir. Bu nöqtədə məktəbə başlamadan əvvəl bir uşaq digərləriylə müqayisə olunmağa başlanılır.
Elmi araşdırmalar, uşaqlara 7 yaşında oxumağı öyrətməyin daha təsirli olduğunu və oxumağı erkən öyrənən uşaqların qazandıqları bu avantajı uşaqlıqlarının növbəti illərində itirdiklərini göstərməsinə baxmayaraq, biz artıq 5 yaşındakı uşaqlara oxumağı öyrədirik.
Bir vaxtlar, müəyyən sinif səviyyəsi üçün qabaqcıl səviyyə olan bir çalışma artıq standart olaraq görülür və uyğunlaşmaqda çətinlik çəkən ya da hələ də hazır olmayan uşaqlar kifayətsiz olaraq dəyərləndirilir. Uşaqlar özlərinə öyrədilən şeyləri öyrənməyə hazır olmadıqlarında, xəyal qırıqlığına uğramış və utanc dolu hiss edirlər və heç bir şeyə nəzarət edə bilmədiklərini düşünürlər.
Həqiqət budur ki, məktəblər dəyişsə də, uşaqlar dəyişmədi. Bu cür şeyləri ölçməyə başladığımızdan bəri, bu günün 5 yaşındakı uşaqları 1925-dəki yaşıdlarına görə əsasən daha irəli deyillər. Bu günün bir uşağı ilə 1925-ci ilində yaşayan bir uşaq eyni çərçivəni və ya üçbucağı çəkər ya da neçə dənə pul saydığını xatırlayar.
Bu əsas məlumatlar, uşağın oxumağa və hesablamağa hazır olduğunu göstərir. Əlbəttə, bəzi uşaqlar bu əyrinin üzərinə çıxacaq, amma toplamağı həqiqətən anlamaq üçün uşaqların rəqəmləri ağıllarında tuta bilməsi və K, R kimi hərfləri oxuması və yazması üçün də bir üçbucaqdakı əyri çizginin fərqində olması lazımdır.
Problem budur ki, 1920-ci illərdən 1970-ci illərə qədər uşaqlar oyun oynamaqda sərbəstkən və avtokontrol kimi əsas bacarıqların təməlini qoyarkən, müasir məktəblər oxuma və yazmağı əsas götürdü.
Tələsiyə gətirilən akademik təhsilin ən çox bilinən problemlərindən biri də zəif qələm tutulmasıdır. Qələmi düzgün tutmaq əslində olduqca çətindir. İlk iki barmağın və başbarmağın ucları arasında qələmi tutmağınız, sabitləməyiniz və sadəcə barmaq uclarınızı istifadə edərək həm üfüqi, həm şaquili hərəkət etdirməyiniz üçün incə motor bacarığıa sahib olmağınız lazımdır. Uşaqların çox erkən yaşda yazı yazmağa təşviq edildiyi 20 nəfərlik bir məktəbə hazırlıq sinifində, 17 uşağın qələmi tutmaq, müvəqqəti problemləri düzəltmək üçün terapiyaya ehtiyac duyduqlarını bilirik.
Düşünün: Uşaqların 85%-i əlavə köməyə ehtiyac duydu, valideynlər bunun üçün əlavə pul xərclədilər və bəzi yetkinlər uşaqların inkişaf dövrlərinə diqqət etmədən, “Bu 4 yaşındakı uşaqlara yazmağı öyrətsək, yaxşı olmaz?” düşündüyü üçün valideynlər və uşaqlar özlərini stress altında hiss etdilər.
Test hazırlıqlarına erkən yaşlarda başlamaq sadəcə lazımsız deyil, eyni zamanda əks reaksiya da verər. Bu, 14 yaşındakı bir uşağa fərdi pensiya planının incəliklərini izah etməyə bənzəyir. Bu, heç bir işə yaramayacaq.
Sağlam düşüncə sahibi hər valideynin mənimsəyə biləcəyi əsas və kritik mesaj budur: “Daha erkən, həmişə daha yaxşı deyildir” və eyni şəkildə “Əgər çoxdursa, daha çox, daha yaxşı deyildir”.
Mənbə: egitimpedia.com