Uşaqlar valideynlərinin yatağında yatmağı niyə xoşlayır?

Uşaqların valideynlərin yatağına qaçmalarının müxtəlif səbəbləri ola bilər. Onlar tək yatmağa qorxurlar və bu yolla sevilib-sevilmədiklərini yoxlayırlar.

Bagcam.az Medicina.az-a istinadən bildirir ki, valideynləri ilə bir yataqda yatmaq hər uşağın arzusudur. Uşaqların bir çoxu qaranlıqdan qorxur, digərləri tək qalmaq istəmir, bəziləri isə valideynlərinə çox bağlı olduğu üçün tək yatmaqdan çəkinir.

Alimlər və psixoloqlar bu mövzuda bir neçə fikir irəli sürür. Burda ilk növbədə uşağın təbiətini nəzərə almaq lazımdır. Bir çox hallarda burda uşağın yaşı, xarakteri və valideynlərindən nə dərəcədə asılı olması böyük rol oynayır.

Bir çoxları əmindir ki, körpələr 4-5 ayına qədər öz yataqlarına yatmalıdırlar. Daha böyük yaşlı uşaqları isə öz yataqlarında yatmağa razı salmaq daha asandır.

Amma birlikdə yatmağan bir sıra üstünlükləri də mövcuddur:

  • Valideynlərin və uşağın sakitliyi;
  • Uşağa nəzarət etmək üçün başqa otağa getməyə ehtiyac yoxdur;
  • Uşağın yuxusuna nəzarət edə bilərsiniz;
  • Körpəni gecə rahatlıqla əmizdirmək mümkündür;
  • Birlikdə yatmaq valideynlə uşaq arasında emosional əlaqə yaradır;
  • Hamı eyni vaxtda yatağa girir. Bu isə həm valideyn, həm də uşaq üçün çox əlverişlidir.

Çatışmazlıqları:

  • Valideynlərin dincələ bilməmələri;
  • Uşaqların valideyndən asılılığı;
  • Valideynlərin şəxsi həyatlarında yaranan çətinliklər;
  • Uşağın yuxusunun pozulması;
  • Uşaqda asfiksiya riski;
  • Daha sonralar uşağın təklikdə çətinliklə yuxuya getməsi.